Məhkəmə qərarları › İş №1(102)-1390/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1390/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1390/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X3 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X5 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli, 1(104)-157/2021 nömrəli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya prot estinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum edilmiş şəxs Məhkum1 xx xxxxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Bəraət almış şəxs Məhkum2 xx xxxxxx 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, işsiz, Gəncə şəhəri, X9 küçəsi, ev 4, mənzil 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan.

3. Bəraət almış şəxs Məhkum3 10 noyabr 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, ünvan 5 ünvanı nda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan. 4. 25 aprel 2019-cu il tarixli ittiham aktı ilə Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.

5. İstintaq orqanı tərəfindən verilən ittihama görə, 2018-ci ilin mart ayının əvvəllərində Azərbaycan Respublikasının Gəncə şəhərində külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə Azərbaycan Respublikasının vətəndaşları Məhkum1, Məhkum3 və Məhkum2 razılığa gələrək qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişlər, bu məqsə dlə Məhkum1, Məhkum3 və Məhkum2la birlikdə 07 mart 2018-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasında qrupun istintaqla müəyyən edilməmiş üzvlərindən külli miqdarda, ümumilikdə təsiredici maddəsinin miqdarı 108,36 qram təşkil edən, cəmi 903 ədəd MDMA (ekstazi) psixotrop maddəsini Məhkum3 və Məhkum2la birlikdə satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmiş, 1 ədəd sellofan paketdə olan həmin psixotrop maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir ədəd “Fantom” markalı tozsoranın içərisinə yerləşdirərək saxlamış, daşımış, Məhkum1, Məhkum3 və Məhkum2la birlikdə 17 mart 2018-ci il tarixdə, saat 00:10 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər.

6. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisə edib təhlil edərək və hər bir sübutu mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək hesab etmişdir ki, Məhkum3 və Məhkum2 Məhkum1 ilə birlikdə 2018ci ilin mart ayının əvvəllərində Azərbaycan Respublikasının Gəncə şəhərində külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə bir yerdə razılığa gələrək qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bu məqsədlə birlikdə 07 mart 2018-ci il tarixdə Tovuz Gömrük İdarəsin in “Sınıq Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasına getmələri, Türkiyə Respublikasında qrupun istintaqla müəyyən edilməmiş üzvlərindən külli miqdarda, ümumilikdə təsiredici maddəsinin miqdarı 108,36 qram təşkil edən, cəmi 903 ədəd MDMA (ekstazi) psixotrop maddəsini birlikdə satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmələri, 1 ədəd sellofan paketdə olan həmin psixotrop maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir ədəd “Fantom” markalı tozsoranın içərisinə yerləşdirərək saxlayıb, daşıyıb və birlikdə 17 mart 2018-ci il tarixdə, saat 00:10 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmələri kimi Azərb aycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirlilikləri sübut olunmur.

7. Təqsirləndirilən şəxs Məhkum1 ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi psixotrop maddənin satışını həyata keçirmək üçün istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxs Məhkum1 külli miqdar təşkil edən ümumilikdə təsiredici maddəsinin miqdarı 108,36 qram təşkil edən, cəmi 903 ədəd MDMA (ekstazi) psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 2 saylı Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir hüquqi fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız psixotrop maddənin külli miqdar olması əsası ilə düzgün olmayaraq təqsirləndirilən şəxs Məhkum1 əməlini psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınması kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs Məhkum1 məxsus tozsorandan aşkar edilib götürülən psixotrop maddənin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxs Məhkum1 satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər niyyətinin nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Məhkum1 psixotrop maddənin satışı ilə məşğul olması və aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, psixotrop maddəni kimə və necə satması barədə də heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 26 aprel 2018-ci il tarixli, 120-6187-1218 nömrəli məktubundan da məlum olur ki, Məhkum1 narkoti k maddələrin istifadəçisi olsa da onun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən Məhkum1 əldə edib saxlayaraq daşıdığı psixotrop maddəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə edib, saxlayaraq daşıması müəyyən olunduğundan, birinci instansiya məhkəməsi onun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Həmçinin, Məhkum2 və Məhkum3 onlara irəli sürülmüş Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham üzrə təqsirləri sübuta yetirilmədiyindən, barələrində bəraət verilməsi və Məhkum1 əldə edib saxlayaraq daşıdığı psixotrop maddəni satış məqsədi ilə deyil öz istifadəsi üçün əldə edib, saxlayaraq daşıması qənaətinə gəldiyindən, birinc i instansiya məhkəməsi Məhkum1 əməlini Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən, həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif etmiş və ona verilmiş ittihamın Azərbaycan Respublikası CMnin 234.4.1-ci maddəsi ilə olan bəndi Məhkum1 ittihamından çıxarmışdır.

8. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 1(100)-17/2020 saylı hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 66.2-ci maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və 18 noyabr 2020-ci il tarixə çəkilməmiş 1 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə islah işləri cəzasının, Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinin tələbinə əsasən dörd günə bir gün hesablamaq yolu ilə 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirməklə hökmlərin məcmusu qaydasında ona qəti olaraq 4 (dörd) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 12 aprel 2018-ci il tarixdən hesablanması hökm edilmişdir.

9. Həmin hökmlə Məhkum2 və Məhkum3 istinad edilən cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə, onlara Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamlar üzrə bəraət verilmişdir.

10. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 1(100)-17/2020 saylı hökmündən dövlət ittihamçısı X4 apelyasiya protesti verərək Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsin in 18 noyabr 2020-ci il tarixli hökmünün işin faktiki hallarına uyğun olmadığından ləğv edilməsini, Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək onlara həmin maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməsini xahiş etmişdir.

11. Həmin hökmdən həmçinin Məhkum1 və onun müdafiəçisi X6 apelyasiya şikayətləri verərək, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs Məhkum1 əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

12. Apelyasiya protesti dəlillərinin yalnız mülahizələrdən ibarət olduğunu qeyd edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin araşdırılmış halları ilə təqsirləndirilən şəxs Məhkum1 qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi psixotrop maddənin satışını həyata keçirmək üçün istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. Məhkum1 məxsus tozsorandan aşkar edilib götürülən psixotrop maddənin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxs Məhkum1 satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər niyyətinin nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixl i, 1(104)-157/2021 saylı qərarı ilə apelyasiya protesti və apelyasiya şikayətləri təmin edilməmiş, Məhkum3 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsinə, Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 1(100)-17/2020 saylı hökmü Məhkum1 və müdafiəçi H.Salahovun apelyasiya şikayətlərinə və dövlət ittihamçısının apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. X2 Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar

15. Kassasiya protestinin dəli lləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmələr oğlunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, onlara həmin maddələrlə bəraət verməklə, həmçinin Məhkum1 əməlini Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddəsinə tövsif etməklə əsassız və qanunsuz qərar qəbul etmişlər. Kassasiya protestində göstərilənləri Azərbaycan Respubl ikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

16. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

18. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlar a hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

19. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

20. Belə yoxlamanın nəticəsində kassasiya kollegiy asının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

21. Dövlət ittihamçısı kassasiya protestində məhkəmənin Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, on lara həmin maddələrlə bəraət verməklə, həmçinin Məhkum1 əməlini CM-nin 206.2 və 234.1-ci maddəsinə tövsüf etməklə əsassız və qanunsuz qərar qəbul etdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

22. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

24. Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsində əməldə cinayət tərkibinin olmaması bəraətin əsaslarından biri kimi göstərilmişdir.

25. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

26. Cinayət mühakimə icraatında sübutlar ın qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

27. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə t oplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

28. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

29. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsi müəyyən edir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

30. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

31. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qayda ları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

32. Belə ki, iş üzrə tərtib edilmiş ittiham aktına əsasən Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə n əzərdə tutulan cinayət əməlinin törədilməsində ittiham edilmişdir.

33. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Məhkum2 və Məhkum3 onlara istinad edilən cinayətin törədilməsində iştiraklarına dair hər hansı sübut toplanılmamış, ittiham tərəfi də buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, habelə ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar Məhkum2 və Məhkum3 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü ilə maddələri təqsirli bilinməsi üçün kifayət deyildir.

34. Apellyasiya instansiya məhkəməsi sübutları mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirib hesab etmişdir ki, Məhkum3 və Məhkum2 Məhkum1 ilə birlikdə 2018-ci ilin mart ayının əvvəllərində Azərbaycan Respublikasının Gəncə şəhərində kül li miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə bir yerdə razılığa gələrək qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bu məqsədlə birlikdə 07 mart 2018-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasına getmələri, Türkiyə Respublikasında qrupun istintaqla müəyyən edilməmiş üzvlərindən külli miqdarda, ümumilikdə təsiredici maddəsinin miqdarı 108,36 qram təşkil edən, cəmi 903 ədəd MDMA (ekstazi) psixotrop maddəsini birlikdə satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmələri, 1 ədəd sellofan paketdə olan həmin psixotrop maddələri malların aşkar edilməsini çəti nləşdirən üsullardan istifadə etməklə bir ədəd “Fantom” markalı tozsoranın içərisinə yerləşdirərək saxlayıb, daşıyıb və birlikdə 17 mart 2018-ci il tarixdə, saat 00:10 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmələri kimi Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirlilikləri sübut olunmur.

35. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum1 əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini də əsassız hesab edir.

36. Belə ki, Məhkum1 əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 206.2, 234.1-ci maddələrinə tövsif olunmasının mübahisələndirilməsi üzrə onun tərəfi ndən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

37. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materialları ilə Məhkum1 psixotrop maddənin satışı ilə məşğul olması və aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, psixotrop maddəni kimə və necə satması barədə də heç bir sübut müəyyən olunmamışdır. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxs Məhkum1 satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər niyyətinin nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əs aslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir.

38. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

39. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CP M-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

40. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin Məhkum2 və Məhkum3 bəraət verilməsinə, Məhkum1 törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

41. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi ilk qərarlarından başlayaraq dəfələrlə qeyd etmişdir ki, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (bax, məsələn, Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).

42. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət e dən kimi qəbul edir və qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya protestində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparıl madan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

43. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A Kassasiya protesti təmin edilməsin. A L D İ: Məhkum1, Məhkum2 oğlu və Məhkum3 oğlu barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli, 1(104)-157/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdiri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar