Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1390/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Cəvəfov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxs X9 və onun müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nuriyev Aqil Abdul oğlunun iştirakları ilə xx xxxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, a li təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağları olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ində yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2021-ci il tarixli hökmü ilə (hakimlər: Z.Q.Ağayev (sədrlik edən), A.Ə.Məcidov (məruzəçi) və S.S.Hüseynov) X7 - Azərbaycan Respublikası CM-in 2 34.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Ə.S.Seyfəliyev (sədrlik edən), R.M.Abdulov və Q.X.Babayev) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Y.Yusifov (sədrlik edən), N.M.M övsümov və İ.Ə.Rəcəbov) kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilərək yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının təkrar baxışı zamanı (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Həsənov) 29 dekabr 2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, X3 məqsədilə qanunsuz külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, İbrahim Nağıyev is tintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədilə qanunsuz “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in İ siyahısına daxil olan və təmiz çəkisi 13,298 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini əldə edib qanunsuz olaraq üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 144 ünvanına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 05 noyabr 2019-cu il tarixdə saat 19:00-da Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 144 ünvanının qarşısında saxlanılıb üzərinə baxış keçirilərkən, əynindəki cins şalvarı nın sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 38 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,153 qram; 0,122 qram; 0,098 qram; 0,065 qram; 0,143 qram, 0,082 qram; 0,153 qram; 0,111 qram; 0,082 qram; 0,148 qram; 0,143 qram; 0,137 qram; 0,141 qram; 0,072 qram; 0,067 qram; 0,085 qram; 0,092 qram; 0,166 qram; 0,154 qram; 0,062 qram; 0,070 qram; 0,151 qram; 0,063 qram; 0,588 qram; 1,050 qram, 1,105 qram; 0,599 qram; 0,668 qram; 1,045 qram; 0,422 qram; 0,460 qram; 0,573 qram; 0,528 qram; 0,536 qram; 0,750 qram; 0,786 qram; 0,498 qram və 1,104 qram, ümumilikdə təmiz çəkisi 13,272 qram təşkil edən eyni xarici görünüşlü və kimyəvi tərkibli psixotrop maddə metamfetamin və üzərində xalis çəkisi 0,026 qram təşkil edən metamfetamin olan bir ədəd elektron tərəzi aşkar olunar aq qablaşdırılmaqla götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi X7 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən məhkəmənin gəldiyi nəti cələr işin faktiki hallarına uyğun deyildir. Dövlət ittihamçısəının fikrincə, ibtidai araşdırma orqanı tərəfindən İ.Nağıyevin barəsində olan cinayət işinin istintaqı zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla toplanmış sübutlarla onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və məhkəmələr əsassız olaraq həmin sübutları mötəbər hesab etməyərək İ.Nağıyevin təqsililiyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs İ.Nağıye vin və müdafiəçi A.Nuriyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələri nin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, X4 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edil ir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq İ.Nağıyevə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamış, bu vaxt cinayət və cinayət-pro sessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirni keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmədə X9 ifadəsində göstərmişdir ki, 05 noyabr 2019-cu il tarixdə mobil telefonunu təmir etdirmək üçün yaşadığı Buzovna qəsəbəsindən çıxıb Bakı şəhərinin mərkəzinə getmişdir. O, internet şəbəkəsi vasitəsilə özü üçün 01 qram çəkidə narkotik vasitə sifaris etmişdir. Telefonunu təmir etdikdən sonra "MC DONALDS" restoranının yanından "2111" taksi şirkətindən özünə taksi sifariş edərək həmin taksiylə "Sovetstki" deyilən məhəlləyə getmişdir. Narkotik vasitə sifariş etdiyi adam narkotik vasitəni gizlətdiyi yeri ona demişdir. O, "Sovetski" küçəsində olarkən orada yaşayan 5-6 nəfərlə mübahisəi yaranmışdır. O həmin mübahisədən yayınıb gəldiyi taksiyə minərək, oradan uzaqlaşmışdır. O, taksidən düşməmiş polis əməkdaşları olduğu taksini saxlayıb onu avtomobildən endirib, döyə-döyə özlərinin gəldiyi "Nissan Sunny" markalı avtomobilə mindirmişlər. O, təxminən 2 saat polis əməkdaşlarının onu mindirdiyi avt omobildə olmuşdur. Polis əməkdaşları ilə sonuncu söhbəti Odlar Yurdu Universiteti ilə üzbəüz yerləşən ara küçədə olmuşdur. O, polis əməkdaşlarının onu niyə tutmasının səbəbini bilməmişdir. O, polis əməkdaşlarından X11 adlı şəxsi tanımışdır. X11 onun yaşadığım küçədə əvvəllər sahə müvəkkili vəzifəsində işləmişdir. O, X11i gördükdən sonra onu hansısa rayon polis bölməsinin tutduğunu düşünmüşdür. O, polis əməkdaşları ilə həmin ərazidə bir müddət qaldıqdan sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. O, Baş Narkotiklərlə Mübarizə İdarəsində heç bir sənədə imza etməmişdir. Ola bilsin ki, o həmin İdarədə təzyiq və təhdit altında hansısa sənədlərə imza etmiş, lakin o, cinayət işi ilə bağlı başlıca sənədlərə imza etməmişdir. O, bir gün Baş Narkotiklərlə Mübarizə İda rəsində qalmış, o həmin İdarədə qaldığı müddətdə tanımadığı bir nəfər onun cinayət işi ilə bağlı sənədlərə gəlib imza etmişdir. Daha sonra daha bir nəfər gələrək, sənədlərə imza etmişdir. Səhər açıldıqdan sonra onun üçün dövlət hesabına ayrılmış vəkil yanına gəlmişdir. Həmin vəkil və polis əməkdaşları onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılacağını bildirmişlər. Daha sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin İdarədə polis əməkdaşları tərəfindən təzyiq və şiddətə məruz qaldığından müəyyən sənədlərə imza etmək məcburiyyətində qalmışdır. Daha sonra onu məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə aparmışlar, o elə bilmişdir ki, dava-dalaşa görə cinayət məsuliyyətinə cəlb edilmişdir. O, məhkəmədə anlamışdır ki, onu narkotik vas itələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb etmişlər. İttiham aktında qeyd edilib ki, o, X16 küçəsində iki dəfə olmuşdur. O, X16 küçəsində bir dəfə olmuş və tutulmuşdur. Bundan başqa ittiham aktında qeyd edilib ki, o, X16 küçəsinə X11 adlı xanımın yaşadığı evə getmişdir. Halbuki, X11 adlı xanım həmin ünvanda yox, əvvəllər "Şəki" restoranı ilə üzbəüz yerləşən mənzildə kirayə yaşamışdır. X11in hazırda harada yaşadığını bilmir. Onun əleyhinə ittiham aktında qeyd edilən məlumatlar yalandır. Onun üzərinə polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı üzərindən narkotik vasitə aşkar edilməmiş, sadəcə polis əməkdaşları onu hədə-qorxu, təzyiq göstərərk sənədləri imzalatmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, İlkin adlı şəxsi ümumiyyətlə tanımamışdır. O, "şüşə" a dlanan narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitəni "Paypoint" vasitəsilə narkotik aldığı adamın hesabına qramına 80-100 manata pul köçürməklə əldə etmişdir. Tibbi müayinə zamanı heç bir xəsarət aşkar edilməmişdir. O, polis əməkdaşları tərəfindən tutularkən, üzərində nə narkotik vasitə, nə də tərəzi olmamışdır. Polis əməkdaşları onu aldadaraq onu məhkəmədə həbsdən azad edəcəklərini bildirmişlər. İbtidai araşdırma zamanı X9 18 yanvar 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, camaat arasında “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin də istifadə etmişdir. Heroini və metamfetamini tanımadığı şəxslərdən almışdır. 05 noyabr 2019-cu il tarixdə səhər saat 10 radələrində yaşadığı evdən çıxıb metamfetamin almaq üçün Yasamal rayonu ərazisində yerləşən “Sovetski” deyilən ye rə getmişdir. Orda digər anket məlumatlarını bilmədiyi İlkin adlı şəxslə görüşmüşdür. İlkinin narkotik vasitə və psixotrop maddə satdığını eşitmişdir. Orada İlkinlə söhbət etdikdə İlkinə psixotrop maddəyə ehtiyacı olduğunu bildirmişdir. İlkin də onu şifahi tanıdığına görə metamfetamin satmağa razılıq vermişdir. İlkin ona metamfetaminin 0,5 qramını 40 manata, bir çetini (təxminən 0,10-0,20 qramını) 10 manata satdığını bildirmişdir. Həmin zaman onun üstündə 300 manat pul olmuşdur. O, İlkinə 5 büküm 0,5 qramlıq və 10 büküm bir çetlik metamfetamin verməsini bildirmişdir. O həmin bükümləri özü istifadə etmək üçün istəmişdir. Belə ki, o gün ərzində bir-iki çet metamfetamin istifadə etmişdir. Həmçinin, uzaqda qaldığından istəmişdir ki, bir müddət istifadə etmək üçün metafetamin alsın. İlkin ona ü mumilikdə 5 ədəd büküm və 10 çet psixotrop maddə metamfetmin verən zaman o, İlkinin əlindəki çantada xeyli sayda büküm olduğunu görmüşdür. Buna görə də o, İlkindən xahiş etmişdir ki, əlindəki bükümlərin hamısını versin, pulunu gələn səfər gələndə verəcək. İlkin onunla razılaşmaq istəməsə də o, əlini atıb İlkinin sumkasının içərisində olan büküm bükümləri götürüb şalvarının sağ yan cibinə qoymuşdur. İlkin də onu tanıdığı üçün heç nə deməmiş və pulu olanda götürdüyü metamfetaminlərin də pulunu verməsini bildirmişdir. O da İlkinin yanından ayrılmış və öz şəxsi işləri ilə məşğul olmağa başlamışdır. Oradan sonra Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının yaxınlığında yerləşən ünvanını dəqiq bilmədiyi mənzildə yaşayan “X11” adlı tanışının yanına getmişdir. Bir müddət onlarda qaldıqdan sonra özünə məxsus mobil telefonu təmir etdirmək üçün “2111 taksi” şirkətindən taksi sifariş vermiş və dövlət nömrə nişanını xatrılamadığı taksi avtomobili ilə “Sahil metrostansiyası” yaxınlığında mobil telefonunu təmir etdirmişdir. Həmin müddətdə İlkin adlı şəxsdən götürüdüyü sonradan 38 ədəd büküm olduğunu bildiyi metamfetamin bükümləri və elektron tərəzi üzərində olmuşdur. Tanışı “X11” adlı şəxsin belə üzərində metamfetamin olmasından məlumatı olmamışdır. Həmin taksi ilə də yenidən Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanına getmişdir. Ünvanın qarşısında taksidən düşdükdən sonra bir neçə mülki geyimli şəxs ona yaxınlaşmışlar. Həmin şəxslərdən biri ona xidməti vəsiqəsini göstərərək özünü təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Həm in şəxs ondan anket məlumatlarını soruşduqda özü barədə onlara məlumat vermişdir. Polis əməkdaşı ona barəsində əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişdir. Eləcə də ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və təqdim etdikləri iki nəfər hal şahidinin iştirakı ilə üzərinə baxış keçirəcəklərini bildirmişlər. O da polis əməkdaşlarına üzərində 38 ədəd bükümdə metamfetamin və bir ədəd elektron tərəzi olduğunu bildirmişdir. Ona üzərində olan bütün əşyaları təqdim etmək təklifi olunduqdan sonra əynindəki boz rəngli şalvarının sağ yan cibindən 14 ədəd şəffaf politelin bükümdə və 24 ədəd ağ rəngli kağız bükümdə içərisində metamfetamini və bir ədəd elektron tərəzini, şalvarının sol yan cibindən 10 manat pul və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxa rdıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bükümləri onun və hal şahidlərinin iştirakı ilə açılaraq içərilərinə baxış keçirilərək içərisində ağ rəngli toz-kristal formalı maddə aşkar edilmişdir. O həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər zərfə qoyulmuş və üzəri onun tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları üzərinə baxış keçirmişlər və üzərindən heç bir əşya aşkar edilməmişdir. O elə orda da polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi metamfetaminləri “Sovetski” deyilən yerdə tanımadığı şəxsdən almışdır. Daha sonra ona Baş Nartkotiklərlə Mübarizə İdarəsində dəvət etmişlər. İdarədə hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilərək ona təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərinə baxışın keçirilməsi barədə protokol tə rtib olunmuşdur. Doğru yazıldığı üçün o da protokola imza etmişdir. İbtidai araşdırma zamanı X9 13 oktyabr 2020-ci il tarixdə ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli hesab etmədiyini bildirərək saxlanılan zaman üzərində psixotrop maddə olmadığını, həmin maddələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu, buna səbəb isə Səbail rayon ərazisində xatırlamdığı şəxslərlə dalaşması olduğunu, onun saxlayan zaman narkotik vasitənin istifadəçisi kimi sənədləşdirəcəklərini və məhkəməyə də istifadəçi kimi göndərildiyi üçün törətmədiyi cinayəti boynuna aldığını bildirərək ona elan olunan ittihamın əsasız olduğunu əsas gətirməklə ifadə verməkdən imtina edib sərbəst ifadəsini məhkəmədə verəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində i fadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaş Şahid1 ifadəsində göstərmişdir ki, 05 noyabr 2019-cu il tarixdə onlara X4 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında tərəflərindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. X1 axşam saat 7-dən sonra Nərimanov rayonu ərazisində saxlamışlar. Hal şahidlərinin iştirakı ilə X4 üzərinə baxış keçirilmiş və Nağıyev İbrahim könüllü şəkildə cibindən 38 büküm metanfetaminə bənzər narkotik vasitəni və 1 ədəd elektron tərəzini onlara təqdim etmişdir. Hal şahidlərinin iştirakı ilə həmin bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Nağıyev İbrahimi Baş Narkotiklərlə Mübarizə İdarəsi nə aparmışlar. Həmin İdarədə müdafiəçinin iştirakı ilə müvafiq sənədləşdirmə işləri aparıılmışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı X4 narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı daxil olmuş, Nağıyev İbrahimin hər hansı şəxsə narkotik vasitə satması tərəflərindən müəyyən olunmamışdır. Onlar hal şahidlərini Nağıyev İbrahimi saxlamamışdan qabaq həmin ərazidən cəlb etmişlər. Müdafiəçinin iştirakı Baş Narkotiklərlə Mübarizə İdarəsində müvafiq sənədləşmələr aparılan zaman təmin edilmişdir. Nağıyev İbrahimin üzərindən aşkar edilən narkotik vasitələr bükümlərinin hamısı onun eyni cibindən aşkar olunmuşdur. X13 saxlayanda o, Nərimanov rayonu ərazisində yerləşən 5 nömrəli Poliklinikanın yanında yolun kəX11da dayanmışdır. Nağıyev İbrahimin üzərinə baxış keçirilməsi barədə protokolu Baş Narkotiklərlə Mübarizə İdarəsində tərtib etmişlər. Nağıyev İbrahimin üzərindən aşkar olunan narkotik vasitələr artıq hissələrə bölündüyündən tərəzini hansı məqsədlə üzərində gəzdirdiyinin səbəbini bilmir. Nağıyev İbrahimi saxlayarkən, ona qarşı hər hansı zorakı hərəkətlər tətbiq edilməmişdir. Şahid1 məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələrdən aasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı və Nərimanov məhkəməsində verdiyi ifadələrin ziddiyətli hissəsi məhkəmədə elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, işlədiyi Baş idarəyə X4 mütəmadi olaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı da xil olmuşdur. Bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra X4 törətdiyi cinayət əməlinin ifşa olunması istiqamətində Bakı şəhəri Nərimanov rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Keçiriləcək əməliyyat tədibirində iştirak etmələri üçün Baş İdarəyə iki nəfər hal şahidi dəvət olunaraq onlara keçiriləcək əməliyyat tədbirinin mahiyyəti izah olunmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmişdir. Bundan sonra hal şahidləri ilə birlikdə İbrahim Nağıyevin olması ehtimal edilən Nərimanov rayonu ərazisinə getmişlər. Şahid1 bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadələri oxumadan imzalamışdır. Onun məhkəmədə verdiyi ifadə düzgündür. Onlar hal şahidlərini Nağıyev İbrahimi saxlamamışdan qabaq həmin ərazidən cəlb etmişlər. Keçiriləcək əməliyyat tədibirində iştirak etmələri üçün iki nəfər hal şahidinin Baş İdarəyə dəvət olunması yalandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, o 05 noyabr 2019-cu il tarixdə Nərimanov rayon ərazisində yerləşən 5 nömrəli Poliklinikanın yanındakı küçədən aşağı düşərkən polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin üzərinə baxış keçirəcəklərini bilidirib, ona da həmin əməliyyat-axtarış tədbirində iştirak etməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış, daha sonra o və polis əməkdaşkları Nağıyev İbrahimə yaxınlaşaraq üzərində axtarış ke çirmişlər. Nağıyev İbrahimin şalvarının sağ yan cibindən eletron tərəzi və içərisində narkotik vasitələr olan 38 ədəd bükümlər aşkar edilmişdir. Həmin bükümlərin yarısı kağız, yarısı isə sellofan olmuşdur. Daha sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Orada müvafiq sənədləşdirmələr aparılmışdır Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında zidiyyətlər olduğu üçün onun ibtidai aistinaq zamanı verdiyi ifadəsinin ziddiyətli hissəsi məhkəmədə elan edilmişdir. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, 05 noyabr 2019-cu il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində hal şa hidi qismində iştirak etmişdir. Tədbirdən qabaq Baş İdarədə ona və onunla birlikdə olan digər hal şahidinə keçiriləcək əməliyyat tədbirinin mahiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nərimanov rayonu ərazisinə getmişlər. Həmin gün saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının yaxınlığında polis əməkdaşları bir nəfər şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri oxumadan imzalamasını bildirərək göstərmişdir ki, onun məhkəmədə verdiyi ifadə düzgündür. O 05 noyabr 2019-cu il tarixdə Nərimanov rayon ərazisində yerləşən 5 nömrəli Poliklinikanın yanındakı küçədən aşağı düşərkən polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin üzərinə baxış keçirəcəklərini bilidirmişlər, o, tədbirdən qabaq Baş İdarəyə dəvət olunmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 05 noyabr 2019-cu il tarixdə yaşadığı məhəllədə olarkən, polis əməkdaşları ona yaxınlaşaraq, əməliyyat axtarış tədbirinin keçirilməsində hal şahidi qismində iştirak etməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq o və polis əməkdaşları Nağıyev İbrahimə yaxınlaşmışlar. Nağıyev İbrahimin üzərinə polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun üzərindən içində narkotik vasitələrin olduğu bükümlər və tərəzi aşkar edilmişdir. Həmin bükümlərin yarısı kağız, yarısı isə sellafon imiş. Şahid3 məhkəmədə verdiyi ifadəs i ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında zidiyyətlər olduğu üçün onun ibtidai aistinaq zamanı verdiyi ifadəsinin ziddiyətli hissəsi məhkəmədə elan edilmişdir. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, 05 noyabr 2019-cu il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmişdir. Tədbirdən qabaq Baş İdarədə ona və onunla birlikdə olan digər hal şahidinə keçiriləcək əməliyyat tədbirinin mahiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nərimanov rayonu ərazisinə getmişlər. Həmin gün saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanı nın yaxınlığında polis əməkdaşları bir nəfər şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri oxumadan imzalamasını bildirərək göstərmişdir ki, onun məhkəmədə verdiyi ifadə düzgündür. O 05 noyabr 2019-cu il tarixdə Nərimanov rayon ərazisində yerləşən 5 nömrəli Poliklinikanın yanındakı küçədən aşağı düşərkən polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin üzərinə baxış keçirəcəklərini bilidirmişlər, o tədbirdən qabaq Baş İdarəyə dəvət olunmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 noyabr 2019-cu il tarixdə X4 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və gəzdirməsi ilə bağlı əməliyyat məlumatına əsasən tərəflərindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. On lar təxminən saat 7 radələrində X8 Nərimanov rayonu ərazisində saxlayaraq hal şahidlərinin iştirakı ilə X4 üzərinə baxış keçirmişlər. Nağıyev İbrahim könüllü şəkildə cibindən 37 büküm metanfetaminə bənzər narkotik vasitəni və 1 ədəd elektron tərəzini onlara təqdim etmişdir. Hal şahidlərinin iştirakı ilə həmin bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Nağıyev İbrahimi hal şahidləri ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin İdarədə müdafiəçinin iştirakı ilə protokol tərtib olunmuşdur. Əməliyyat məlumatı X4 narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı daxil olmuşdur. Nağıyev İbrahimin hər hansı şəxsə narkotik vasitə satması müəyyən olunmamışdır. Hal şahidlərini Nağıyev İbrahimi saxlamamışdan qabaq h əmin ərazidən cəlb etmişlər. O, Nağıyev İbrahimi əvvəllər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsində əməliyyat müvəkkili işləyəndən tanımışdır. Şahid2 məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələrdən arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələrin ziddiyətli hissəsi məhkəmədə elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, işlədiyi Baş idarəyə X4 mütəmadi olaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra X4 törətdiyi cinayət əməlinin ifşa olunması istiqamətində Bakı şəhəri Nərimanov rayonu ərazisində əməliyyat-axtarış tədbir lərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Keçiriləcək əməliyyat tədbirində iştirak etmələri üçün Baş İdarəyə iki nəfər hal şahidi dəvət olunaraq onlara keçiriləcək əməliyyat tədbirinin mahiyyəti izah olunmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmişdir. Bundan sonra hal şahidləri ilə birlikdə İbrahim Nağıyevin olması ehtimal edilən Nərimanov rayonu ərazisinə getmişlər. Şahid Paşayev X11 İbrahimin üzərinə baxış keçirilməsindən əvvəl hal şahidlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmələrini təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məcburi narkoloji ekspertizasının 18 dekabr 2019-cu il tarixli 2957 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı X5 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqan tərəfindən 05 noyabr 2019-cu il tarixdə Bakı şəhərində tərtib olunmuş əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan göstərilmişdir ki, X9 05 noyabr 2019-cu il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının qarşısında saxlanılmış və polis əməkdaşlarının təklifindən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən ümumilikdə 38 ədəd bükümdə 13,272 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-596/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə” Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərar qanunsuz hesab edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda əməliyyat-axtarış tədbirinin keçiriləcəyi yer, vaxt və müddət göstərilməmişdir. Bundan başqa, qərarda konkret olaraq müdaxilə xarakterli hansı üsul və vasitələrin tətbiq olunması açıqlanmamış, tələbi əsaslandıran faktlar qeyd edilməmiş, təhqiqat üsulu ilə əldə edilməsi mümkün məlumatının alınmasının qeyri-mümkünlüyü əsaslandırılmamış, müdaxilə xarakterli üsul və vasitələrin tətbiqini nəzərdə tutan müddət qeyd edilməmiş və tədbirin keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə öz əksini tapmamışdır. Həmin qərardan apellyasiya protesti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Nərimanov rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki iş materiallarından görünür ki, istintaq orqanı həmin qərarın qanunsuz hesab edildiyini, iş üzrə sübut qismində qəbul edilə bilməyəcəyini bildiyi halda, 2020-ci ilin yanvar ayında istintaqı tamamlayıb işi məhkəməyə göndərən zaman, həmin qərarı iş materiallarına əlavə etməmişdir. Həmin qərar yalnız 2020-ci ilin oktyabr ayında müdafiəçinin həmin məsələ ilə bağlı Nərimanov rayon Məhkəməsinə vəsatətlə müraciət edərək, əməliyyat tədbirinin qanuniliyinin yoxlanılması barədə qərarın təqdim edilməsini məhkəmədən xahiş etdikdən sonra iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 445.2-ci maddəsinin tələblərinə əsasən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətinihə yata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydas ında yoxlanılmalıdır. Həmçinin qeyd olunur ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən qəbul eidlmiş “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə” xx.xx.2019-cu il tarixli qərar qanunsuz hesab edildiyindən, həmin qərar və həmin qərara əsasən toplanm ış sübutlar iş üzrə sübut kimi qəbul edilə bilməz. Bundan başqa, yuxarıda göstərilənlərdən də göründüyü kimi, keçirilmiş əməliyyataxtarış tədbirində iki nəfər polis əməkdaşı və iki nəfər hal şahidi iştirak etmişlər. Onların hər biri ibtidai istintaq dövründə və məhkəmələrdə şahid qismində ifadələr vermişlər. Lakin, hal şahidlərinin hadisə yerində olması, olduqları halda, onların hər birinin haradan cəlb edilməsi, təqsirləndirilən şəxs İbrahim Nağıyevin üzərindən psixotrop maddənin aşkar edilib-edilməməsi, edildiyi halda hadisə yerində və ya polis idarəsində aşkar olunması, protokolun tərtib edilməsi barədə hər biri ziddiyyətli ifadələr vermişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 86.8-ci maddəsinə əsasən, təhqiqat orqanın əməkdaşı bu Məcəllənin tələblərinə əməl edi b öz səlahiyyətləri daxilində cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin qarşısının alınması üçün tədbirlər görür; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən və şübhəli şəxsləri tutur; tutduğu yerdə tutulan şəxsin üstünü yoxlayır; tutulan şəxsə hüquqlarını izah edir; hadisə yerinin mühafizəsi, cinayət izlərin qorunması, hadisəni görən şəxslərin müəyyən edilib izahatların alınmasına zəruri tədbir görür; hadisə yerində prosessual hərəkətlərin keçirilməsi üçün müstəntiqin və ya prokurorun göstərişlərini yerinə yetirir. Həmin Məcəllənin 207.4-cü maddəsində göstərilmişdir ki, törədilmiş və hazırlanan cinayət barədə məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən iz ahat tələb edə, bu maddə ilə nəzərdə tutulan istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, həmin Məcəllənin 177.3.6-cı maddəsi ilə nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Göstərilən Məcəllənin 236.3 və 236.9-cu maddələrində təsbit edilmişdir ki, baxış cinayət işi başlandıqdan sonra təqsirləndirilən şəxs və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər, bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməli, hadisə yerinin baxışının aparılmasında hal şahidləri iştirak edə bilər. Yaşayış yerinə, xidməti və ya istehsalat binalarına və orada görünən obyektlərə baxış bu Məcəllənin 243.3-cü maddəsində göstərilən əsaslar və hallar olduqda və Məcəllənin 177.2-177.6-cı maddələri ilə tələblər yerinə yetirilməklə aparılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, cinayət prosesində tutma cinayəti törətməkdə şübhəli olan şəxsə; ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə; hökmün v ə ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin edilmiş cəzanın digər cəza ilə əvəz edilməsi, şərti məhkum etmənin, cəzadan şərti vaxtından əvvəl azad etmənin, ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə tətbiq oluna bilər. İş materialında olan sənədlərə əsasən İbrahim Nağıyevdən maddi sübut götürülməzdən əvvəl (protokolda onun üzərinə baxış keçirilməsi göstərilmiş) onun barəsində başlanılmış cinayət işi olmamış, yəni ona ittiham elan edilməmiş, barəsində qətimkan tədbiri seçilməmiş, hökm və məhkəmənin yekun qərarı olmamışdır. Bu baxımdan ona tutma yalnız cinayət törətməkdə şübhəli şəxs kimi tətbiq edilə bilərdi (CPMnin 147.1.1-ci maddəsində nəzərdə tutulan qaydada). Göründüyü kimi, polis əməkdaşlarının özünün tərtib etdiyi protokolun məzmunun təhlili onu təsdiq edir ki, İbrahim Nağıyev polis idarəsinə gətirilmədən, şübhəli şəxs kimi tutulması rəsmiləş-dirmədən, müdafiəçisi iştirak etmədən üzərinə baxış keçirilmişdir. Bu hal isə göstərilən normaların tələbləri baxımından belə qənaətə gəlməyə əsas verir ki, onun üzərinə baxış CPM-nin 86.8, 207.4 və 236-cı maddələrinin tələblərinə uyğun keçirilmədiyindən qanuni hesab oluna bilməz. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, saxlanılan İbrahim Nağıyevin faktiki 05 noyabr 2019-cu ildə saat 19 radələrində tutulmasına baxmayaraq barəsində tətbiq edilmiş tədbirin həmin gün saat 21.30-dan 21.40-dək sənədləşdirilmişdir. Göründüyü kimi, faktiki 05 noyabr 2019-cu ildə saat 19 radələrində, İbrahim Nağıyevin tutulmasına baxmayaraq, onun üzərinə baxış keçirilməs i və tutulması barədə protokollar və digər tədbirlər bundan iki saatdan artıq vaxt keçdikdən sonra, yəni həmin gün saat 21.30-dan 21.40-dək olan müddət ərzində aparılmışdır. Azərbaycan Respublikasının CPM-nin 153.1-ci maddəsinə əsasən, hər hansı bir şəxs tutulduğu halda, onun hüquqi statusundan asılı olaraq, bu Məcəllədə şübhəli və yaxud təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin edilməli və Məcəllənin 153.2-ci maddəsinə əsasən tutulan şəxsin hüquqlarının təmin olunması məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməlidir, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulan şəxsi təxirə salınm adan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı, tutulan şəxsi tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerində qeydiyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə əlaqədar digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqq ətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüy ü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq İbrahim Nağıyevə bəraət verilməsi barədə nəticəyə gələrkən, təqsirləndirilən şəxsin sonuncu məhkəmədə verdiyi ifadələrinə əsaslanmışlar. İbrahim Nağıyev göstərmişdir ki, psixotrop maddələrin istifadəçisi olsa da, 05 noyabr 2019-cu ildə ona istinad edilən miqdarda metamfetamini və elektron tərəzini əldə etməmiş, üstündə gəzdirməmiş və polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən həmin əşyalar götürülməmişdir. Onun həmin ifadəsinin ibtidai araşdırma zamanı və məhkəmədə verdiyi ifadələrinin müqayisəli təhlili göstərir ki, bu ifadəsi məzmununa görə onun ilkin və ibtidai istintaq zamanı, habelə işə birinci dəfə Nərimanov rayon Məhkəməsində baxılarkən, verdiyi ifadələrinin məzmunu ilə üst-üstə düşmür, lakin birinci instansiya məhkəməsi məhz məhkəmədə verdiyi ifadəsinə əsaslanmağı məqsədə uyğun hesab etmiş və eyni zamanda İbrahim Nağıyevin cinayət təqbinin müxtəlif mərhələlərində verdiyi ifadələr arasında ziddiyyətlərin olması və həmin ifadələrdə olan bir sıra ziddiyyətlərin aradan qaldırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsində təkrar cinayət işinə verilmiş apellyasiya protesti üzrə qismən məhkəmə istintaqı ilə aparılarkən, İbrahim Nağıyevin verdiyi ifadələri məhkəmədə elan olunaraq tədqiq edilməklə yanaşı, onun məhkəmədə əlavə ifadəsi alınmış və sonuncu öz ifadəsində göstərmişdir ki, hadisə zamanı üzərində hər hansı psixotrop maddə və ya narkotik vasitə olmamış və üzərinə psixo trop maddə metamfetamini polis əməkdaşı Şahid1 tərəfindən döyülməklə üzərinə qoyulduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişd ir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilind ə ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki,X7 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X4 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, İ.Nağıyevin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında İ.Nağıyevin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq İ.Nağıyevin əməlində Azərbaycan R espublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, İ.Nağıyevin əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə d üşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsb it edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq İ.Nağıyevin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X9 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1390/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1390/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver