Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1390/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkum İsmayılov Ayəddin Zümürxan oğlunun və müdafiəçisi Məmmədov Pənah Murad oğlunun iştirakları ilə, xx xxxx 1965-ci ildə Ağsu rayonu, Ləngəbiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ün van 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)-409/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 1(107)-16/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: R.T.Əhmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5500 (beş min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Biri nci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər Q.X.Babayev (sədrlik edən), H.H.Əhmədov və A.V.Tanrıverdiyev) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 259.2.4cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Meşə Məcəlləsinin 7- ci maddəsinə əsasən məhdud istifadəli yaşıllıqlar olduğundan meşə fonduna daxil olmayan yaşıllığa aid diametri 6 sm olan 2 ədəd, 14 sm olan 1 ədəd, 20 sm olan 4 ədəd, 21 sm olan 2 ədəd, 25 sm olan 2 ədəd, 34 sm olan 2 ədəd, 40 sm olan 1 ədəd, 42 sm olan 1 ədəd olmaqla ümumilikdə 15 ədəd köküstə yaş «Ayland» növlü ağaclar olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmaqla 25 iyun 2011-ci il tarixli nömrəli **********16-12301 reyestr nömrəsi ilə Şahid3 istifadəsinə verilmiş dövlət mülkiyyətində olan 0.4387 ha torpaq sahəsini avtomobillərin dayanacağı kimi istifadə edib gəlir əldə etmək üçün Şahid3 ilə torpaq sahəsinin icarəyə götürülməsi barədə şifahi razılığa gələrək 13 yanvar 2022-ci il tarixdə saat 13 r adələrində həmin ərazidə olan 11 ədəd köküstə yaş «Ayland» növlü ağacları özünə məxsus əl mişarı vasitəsi ilə dibindən kəsdikdən sonra "Şaqman” markalı yük avtomobilinin sürücüsü Şahid4 istifadəsində olan +**********16 nömrəli mobil telefon vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu "Maşın bazarı” adlanan ərazidə traktor sürücüsü kimi fəaliyyət göstərən Şahid1 istifadəsində olan +**********36 nömrəli mobil telefona zəng edib əlaqə saxlamaqla sonuncunu idarə etdiyi "Terex 820" markalı traktorla ünvan 4 ünvanında təmizlik işləri aparmaq adı ilə həmin əraziyə dəvət edərək guya həmin torpaq sahəsində olan ağacların kəsilməsinə dövlət orqanlarından rəsmi icazə alması barədə Şahid1 yalan məlumat verib aldadaraq əvvəlcədən onun tərəfindən mişar vasitəsi ilə kəsilən ağacların köklərini traktorla torpa qdan qoparıb çıxarmağı və köküstə yaş olan «Ayland» növlü digər 4 ədəd ağacları isə traktor vasitəsi ilə qırılaraq məhv edilməsi barədə göstəriş verməklə 13 yanvar 2022-ci il tarixdə saat 15 radələrində həmin ağacların da traktor vasitəsi ilə qırılıb, kökündən çıxarılmasına nail olmuş, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə tamah məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ümumi dəyəri 21.020 manat olan diametri 6 sm olan 2 ədəd, 14 sm olan 1 ədəd, 20 sm olan 4 ədəd, 21 sm olan 2 ədəd, 25 sm olan 2 ədəd, 34 sm olan 2 ədəd, 40 sm olan 1 ədəd, 42 sm olan 1 ədəd olmaqla cəmi 15 ədəd köküstə yaş «Ayland» növlü ağac dan qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan qanunsuz olaraq mişarlama, qırma və kökündən çıxarma üsulu ilə qəsdən kəsərək məhv etməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 21.020 manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi isə müəyyən etmişdir və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, Məhkum qeyd olunan ərazidə 15 ədəd deyil, 7 ədəd köküstə yaş "Ayland” növlü ağac məhv etmiş, bu səbəbdən sonuncunun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsindən 259.1-ci maddəsinə dəyişdirilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 59.2.4-cü maddəsində nəzərdə tutulmuş külli miqdarda ziyan vurmaqla meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi cinayətini törətməsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi cinayətprosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edibqiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsindən 259.1-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmaqla eyni pozuntuları təkrarlamışdır. Dövlət ittihamçısı məhkəmələrin Məh kum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, məhkəmələr işdəki sübutların düzgün müqayisəli təhlilini aparmadan kəsilmiş ağacların sayını müəyyən edərkən səhvə yol vermiş, bununla əlaqədar mötəbərliyi şübhəli olan dəlillərə istinad etmiş, sonda isə həmin sayın müəyyən edilməsini ekspertin səlahiyyətindən asılı edərək, ekspertin sayla bağlı hüquqi prosedurda müəyyən edilməli olan məsələyə şahid ifadələri əsasında qiymət verməsini əsas götürüb 7 ədəd Ayland ağaclarının kəsilməsi qənaətinə səhv gəlmiş və təbiətə dəymiş ziyanı 6.420 manat müəyyən etmişlər. Protest müəllifi hesab edir ki, hadisədən sonra tərtib edilmiş 14 yanvar 2022-ci il tarixli akt, eləcə də hadisə yerinə baxış keçirilməsi barədə tərtib edilmiş protokol və on lara əlavə edilmiş fotocədvəllər (şəkillərdəki ağacların gövdə hissələrinin və torpağın qazılmış yerlərinin diqqətli müşahidəsi göstərir ki, ərazidə kökü gövdədən kəsilmiş və ya kökündən çıxarılmış ağacların sayı 7-dən xeyli sayda çox olmuş və hər birinin ölçü və diametrləri dəqiq müəyyən olunmuşdur) biri digərinə uyğun gəlməklə ittiham sübutlarının doğruluğunu və kəsilmiş ağaclarının sayının 7 deyil, daha çox olmasını təsdiqlədiyi halda, məhkəmələrin bu sübutların müqayisəli təhlilini aparmadan yalnız iki şəxsin obyektivliyi müəmmalı ifadələrinə və bu ifadələrə əsaslanan ekspertiza rəyinə istinad etmələri işin faktiki hallarından uzaq yanaşma olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci mad dələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyət i üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi töv sifinin Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsindən 259.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qey d edir. Belə ki, kassasiya protestində Məhkum törətməsi iddia edilən cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində (baxılan işin kontekstində) “meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) külli miqdarda ziyan vurmaqla törədilməsi” kimi təsbit olunmuşdur. Göstərilən maddənin qeydinin 1-ci hissəsindən görünür ki, bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. 2-ci hissəsinə əsasən isə bu Məcəllənin 259.2.4-cü maddəsində "külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Birinci və apellyasiya instansiyası məhkəmələrinin işin faktiki halları barədə gəldikləri qənaətə görə isə Məhkum ittiham aktında göstərildiyi kimi ümumi dəyəri 21.020 manat, diametri 6 sm olan 2 ədəd, 14 sm olan 1 ədəd, 20 sm olan 4 ədəd, 21 sm olan 2 ədəd, 25 sm olan 2 ədəd, 34 sm olan 2 ədəd, 40 sm olan 1 ədəd, 42 sm olan 1 ədəd olmaqla cəmi 15 ədəd deyil, yalnız 7 ədəd köküstə yaş "Ayland” növlü ağac məhv etməklə təbiətə ümumi məbləği 6420,00 manat miqdarda ziyan vurmuşdur. Lakin, kassasiya protestində qeyd olunduğu kimi, baxılan işin materialları ona dəlalət edir ki, məhkəmələr işin faktiki hallarına dair nəticələri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146 -cı maddələrinin tələblərinə müvafiq surətdə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusundan hasil etməmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit olunmuş prinsipə əsasən, “hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər”. “Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir”. CPM-in 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 143-cü maddəsinə əsasən məhkəmə tərəflərin vəsatəti və yaxud öz təşəbbüsü ilə sübutla rın toplanılmasında iştirak edir, o cümlədən dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanımaya təqdim etmə və digər prosessual hərəkətləri həyata keçirir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə görə “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir ”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 124.2.2-ci maddəsində ekspertin rəyi cinayət prosesində qəbul edilə bilən sübutlardan biri kimi təsbit edilmişdir. CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Cinayət-prosessual qanunun 271.2-cı maddəsi ekspertin rəyində bu maddədə göstərilən digər məlumatlarla yanaşı “eksper tizanın aparılması xüsusiyyətlərini, o cümlədən ekspertin cinayət işinin hansı materiallarından istifadə etməsi, hansı maddi sübutların, nümunələrin və digər obyektlərin tədqiq edilməsi, hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi, qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətli olan hallar barədə qeyd”in əks etdirilməsini tələb edir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarından görünür ki, onlar Məhkum 7 ədəd köküstə yaş "Ayland” növlü ağac məhv etməklə təbiətə ümumi məbləği 6420,00 manat miqdarda ziyan vurması haqqında nəticəyə gələrkən həlledici şəkildə şahidlər Natiq Sadıqov və Allahyar Qasımovun məhkəmə iclasında vermiş olduqları ifadələrinə və həmin ifadələr əsasında məhkəmə ba xışı zamanı keçirilmiş təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5219 nömrəli rəyinə əsaslanmışlar. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, adı çəkilən şahidlər məhkəmə iclasında dindirilmələrindən öncə məhkəmə tərəfindən Müdafiəçi təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi bərədə vəsatəti təmin edilmiş və Nizami Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərarı (cinayət işi materiallarında olan fotocədvəllər əsasında ekspertizanın həyata keçirilməsi ilə bağlı) ilə qeyd olunan növdə ekspertizanın keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan ekspert Elvin Qəhrəmanovun ekspertiza aparmaqdan imtina etməsi haqqında 12 may 2023-cu il tarixli məlumatından görünür ki, fotocədvəllərə əsasən dəymiş ziyanın müəyyən edilməsi əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından tədqiqatın aparılmasında imtina edilmiş və iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə iclasında ifadə vermiş şahidlər Natiq Sadıqov və Allahyar Qasımovun ifadələrinə diqqət etdikdə Natiq Sadıqov qeyd olunan ərazidə 6-7, Allahyar Qasımov isə 7-8 ağac olması ilə bağlı bir cümlədən ibarət ifadələr vermişlər. Ağacların növü, ölçüsü, yerləşməsi barədə heç bir məlumat verməmişlər və bununla bağlı sədrlik edən daxil olmaqla proses iştirakçıları tərəfindən dəqiqləşmə aparılması məqsədi ilə şahidlərə heç bir sual ünvanlamamışdır. Halbuki ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş, ittihamın əsasını təşkil edən sübutlardan (akt, protokol, izahat, şahid ifadələri) görünür ki, məhkəməyədək icraat zamanı kəsilmiş və kökü ndən çıxarılmış ağaclar bir-bir sadalanmaqla onların növü, ölçüləri, yerləşmələri dəqiqliklə müəyyən edilmişdir. Göründüyü kimi ibtidai araşdırma orqanının irəli sürdüyü və ittihamın əsasını təşkil edən sübutlar onların mənbəyi göstərilməklə məhkəmə aktlarında sadalanmasına baxmayaraq, birinci və apellyasiya məhkəmələri tərəfindən qeyd olunan sübutlar prosessual qanunvericiliyin tələb etdiyi qaydada tədqiq edilməmiş, yuxarıda adları çəkilən şahid ifadələri ilə qarşılıqlı təhlil edilib qiymətləndirilməmişdir. Digər tərəfdən ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 aprel 2022-ci il tarixli, 9/1901 nömrəli rəyindən görünür ki, 2 ədəd diametri 6 sm olan, 1 ədəd diametri 14 sm olan, 4 ədəd diametri 20 sm olan, 2 ədəd diametri 21 sm olan, 2 ədəd diametri 25 sm olan, 2 ədəd diametri 34 sm olan, 1 ədəd diametri 40 sm olan, 1 ədəd diametri 42 sm olan olmaqla ümumilikdə 15 ədəd köküstə yaş olan Ayland növlü ağaclarının kəsilməsi ilə təbiətə dəymiş ziyanın ümumi məbləği 21020 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5219 nömrəli rəyində də, ekspert iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 66264 N-li akta əlavə edilmiş "X6"ndə göstərilənlərə və AR-nın Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən köküstə yaş olmaqla müxtəlif diametrli ümumilikdə 15 ədəd yaş köküstə Ayland ağacını n qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 21020,00 manat müəyyən edir, həmin ağacların ayrı-ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərir. Bununla yanaşı həmin rəydə ekspert şahidlər X5 və X3 ifadələrindən çıxış edərək köküstə yaş olmaqla, müxtəlif diametrli, ümumilikdə 7 ədəd yaş köküstə Ayland ağaclarının qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 6420,00 manat müəyyən edir (həmin ağacların ayrı-ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir). İlkin olaraq qeyd etmək lazımdır ki, müvafiq ekspertiza rəyində öz əksini tapmiş "X6"də ağaclardan 2 ədədi 6 sm diametrdə olmaqla dəymiş ziyan məbləği (2 ağaca görə) 1200 manat, 1 ədədi 14 sm diametrdə olmaqla dəymiş ziyan məblə ği 900 manat, 4 ədədi 20 sm diametrdə olmaqla dəymiş ziyan məbləği (4 ağaca görə) 4320 manat, 2 ədədi 21 sm diametrdə olmaqla dəymiş ziyan məbləği (2 ağaca görə) 2400 manat, 2 ədədi 25 sm diametrdə olmaqla dəymiş ziyan məbləği (2 ağaca görə) 3000 manat, 2 ədədi 34 sm diametrdə olmaqla dəymiş ziyan məbləği (2 ağaca görə) 4200 manat, 1 ədədi 40 sm diametrdə olmaqla dəymiş ziyan məbləği 2400 manat, 1 ədədi 42 sm diametrdə olmaqla dəymiş ziyan məbləği 2600 manat təşkil etdiyi halda, ekspert Elvin Qəhrəmanov şahid ifadələri əsasında 7 ədəd ağacın kəsilməsi, həmin ağacların diametrlərinin 6-20 sm olması (dəymiş ziyan məbləğləri az olan ağaclara münasibətdə) və dəymiş ziyanın ümumi məbləği 6420,00 manat olması haqqında qənaətə gəlmişdir. Burada nəzərə alınmalı vacib xususat ondan ibarətdir ki, birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş şahidlərdən nə Natiq Sadıqov, nə də ki, Allahyar Qasımov ifadələrdə ağacların hansı diametrdə olmaları barədə heç bir məlumat verməmişlər, əksinə biri birindən fərqli ifadələr verərək Natiq Sadıqov qeyd olunan ərazidə 6-7, Allahyar Qasımov isə 7-8 ağac olmasını göstərmişlər. Belə olan halda ekspert Elvin Qəhrəmanov tərtib etdiyi ekspert rəyində kəsilmiş ağaclarının sayının 7, həmin ağacların diametrlərinin 6-20 sm və dəymiş ziyanın ümumi məbləği 6420,00 manat olması haqqında yekun nəticənin hansı məlumatlardan çıxış etməklə, hansı üsulların tətbiq edilməsi ilə əldə etməsi protest müəllifinə aydın olmadığı kimi məhkəmə kollegiyasına da aydın deyil. Göründüyü kimi ekspert səlahiyyət həddindən kən ara çıxaraq bir növ işin faktiki hallarını müəyyən etmiş, şahid ifadələrində əksi tapmayan məlumatlar əsasında 7 ədəd ağacın kəsilməsi qənaətinə gəlməklə həmin ağacların diametrlərinin 6-20 sm olması barədə uydurma məlumatlara (qeyri-mötəbər, etibarsız sübutlara) əsasən hesablamalar aparmış, bununla belə, bu rəydə bilavasitə əvvəlki rəydə ağacların sayı barədə olan məlumatlar inkar olunmamış, hətta rəyin nəticə hissəsində ağacların sayı və diametrində dəyişiklik olduğu halda, dəymiş ziyanın miqdarında da dəyişikliyin olması istisna edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində təsbit edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bu konstitusiyon tələbin cinayət mühakimə icraatının həy ata keçirilməsinə münasibətdə mənası ondan ibarətdir ki, cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə mahiyyəti üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılması zamanı işin bütün hallarının, o cümlədən şəxsin təqsirlilik məsələsinin, onun törətdiyi əməl nəticəsində vurulmuş zərərin həcmi və miqdarının və digər əhəmiyyətli halların müəyyən edilməsi üçün məhkəmələr təqdim olunmuş sübutlardan, habelə apellyasiya müraciətlərinin dəlillərindən asılı olmayaraq digər sübutların da araşdırılmasını, zərurət yaranarsa müvafiq ekspertizaların təyin edilərək keçirilməsini təmin etməli, qəbul etdikləri yekun məhkəmə aktları isə ehtimallara və mülahizələrə deyil, məhkəmə iclaslarında araşdırılmış mötəbər sübutlara əsaslanmalıdır. Bütün hallarda məhkəmələr bu və ya digər məsələ üzrə gəldikləri nəticəni əsaslandırmalıdılar. Hazırkı halda məhkəmələr obyektiv həqiqətin müəyyən edilməsinin təmin edilməsi istiqamətində keyfiyyətsiz və natamam araşdırma həyata keçirmişlər, o cümlədən iş materiallarında olan sübutları bir-biri ilə müqayisə etməklə tədqiq və təhlil etməmişlər, məhkuma elan olunmuş ittiham üzrə müəyyən edilmiş halların inkar edilməsi üçün toplanmış sübutların fərqli şəkildə qiymətləndirilməsinin şərtlərini kifayət qədər əsaslandırmamışlar, sübutların müqayisəli təhlilini aparmadan kəsilmiş ağacların sayını müəyyən edilməsi ilə bağlı mötəbərliyi şübhəli olan məlumatlara istinad etmişlər ki, bununla da kifayət etməyən sübutlara əsasən Məhkum Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirlə ndirilməsinə dair ittihamı qəbul etməyərək, sonuncunun əməlində Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Bu cür, yəni ibtidai istintaq zamanı toplanmış sübutlarla məhkəmədə verilən ifadələrin, ekspertiza rəyinin obyektiv müqayisəsi aparılmadığı üçün yuxarıda təsvir edilən sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş nəticə isə etibarlı sayıla bilməz. Nəticədə, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar barəsində şübhələr meydana gəlmiş, apellyasiya instansiyası məhkəməsində də həmin (aradan qaldırılması mümkün olan) şübhələri aradan qaldırılmamışdir. Başqa sözlə desək məhkəmələrin Məhkum yalnız 7 ədəd köküstə yaş "Ayland” növlü ağac məhv etməklə təbiətə ümumi məbləği 6420,00 manat miqdarda ziyan vur ması haqqında nəticələri lazımınca yoxlanılmayan (mötəbər olduğu müəyyən edilməyən) sübutların üzərində qurulmuşdur. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, hazırkı iş üzrə həqiqətin müəyyən edilməsi üçün cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, şahid ifadələri, əldə olunmuş ekspertiza rəyləri toplanmış sübutlarla CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Od ur ki, kollegiya apellyasiya məhkəməsinin hazırki işə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində göstərilən pozuntulara yol verməsi, kassasiya protestinin əsaslı olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsinə dair məhkum və onun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)-409/2024 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Resp ublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər Qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 14 fevral 2024-cü il tarixli, 1(103)-409/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1390/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1390/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver