Məhkəmə qərarları › İş №1(102)-1390/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1390/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1390/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Novruzov X5 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum, məhkumun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3, 233 və 315-ci m addələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 fevral tarixli, 1(103)-481/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (X4) 2024-cü il 6 noyabr tarixli, 1(009)251/2024 nömrəli hökmü ilə, 15 avqust 1970-ci ildə Naxçıvan MR, Şərur rayonunun Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Almaniya Federativ Respublikası, Köln şəhəri, Neubrücke, Herman Hesse küçəsi 1 ünvanında yaşamış, h azırda ünvan 2 da yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3, 233 və 315ci maddələri ilə təqsirli bilinərək, ona CM-in 127.2.1 və 127.2.3-cü maddələri ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 233-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 315-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanılması və Məhkum 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən 5 fevral 2024-cü il tarixdən 6 noyabr 2024-cü il tarixədək, yəni 9 (doqquz) ay 1 (bir) gün həbsdə olduğu müddəti n təyin olunmuş cəzadan çıxılaraq, ona qəti olaraq 3 (üç) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona 4 (dörd) il müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi və onun üzərində 2 (iki) il sınaq müddətinin müəyyən edilməsi, sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, təyin olunmuş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından həbsdən azad e dilməsi, barəsində hökm qanuni qüvvəyə minənədək "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi hökm edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2024-cü il 6 noyabr tarixli, 1(009)-251/2024 nömrəli qərarı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2024-cü il 6 noyabr tarixli, 1(009)-251/2024 saylı hökmünün "Əsaslandırıcı” hissəsinin 15-ci səhifəsinin 8,9,10-cu və "Hökm etdi” hissəsinin 3-cü abzaslarının hökmdən çıxarılması, "Hökm etdi” hissəsinin 2-ci abzasında qeyd olunan "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və Məhkum 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin” ifadəsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qi smən toplanılsın və Məhkum qəti olaraq 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin” ifadəsi kimi oxunması qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X14 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X15 və X6 ibarət tərkibdə) 2025-ci il 3 fevral tarixli, 1(103)-481/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum 15 oktyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidentinin seçkiləri keçirildiyi gün, seçkilər başa çatmamış və nəticələri rəsmi açıqlanmamış saat 19 radələrindən başlayaraq X11 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halın da cinayət əlaqəsinə girib, ictimai qaydanı kobud surətdə pozan və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərdə fəal iştirak edərək, ünvan 3 ünvanda yerləşən «Müsavat» partiyasının mərkəzi qərargahı qarşısında toplaşıb, ictimai mənafelərə mühüm ziyan vuran, cəmiyyət üzvlərinə qərəzli surətdə təhqiredici təsir göstərən hərəkətlər etməklə gecə vaxtı vətəndaşların dincliyini, ictimai asayişi uzun müddətə pozub, «Müsavat» partiyasının mərkəzi qərargahına əvvəlcədən gətirdikləri daş, taxta dəyənəklər, o cümlədən gərargahın şüşələrini sındırmaqla əldə etdikləri şüşə qırıntıları ilə ictimai qaydanın qorunması üzrə xidməti vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan haki miyyət nümayəndəsi olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının ictimai qaydaya riayət edilməsi, qanunazidd hərəkətləri dayandırmaq haqqında irəli sürdüyü qanuni tələblərinə tabe olmayaraq kütləvi itaətsizlik nümayiş etdirməklə, qeyd edilən əşyalarla Daxili İşlər Nazirliyi əməkdaşlarının həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərərək 13 nəfər polis işçisinin, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14 Arif oğlu, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan başqa o, 16 oktyabr 2003-cü il tarixdə saat 1 radələrində «Müsavat» partiyasının rəhbərinin jurnalistləri ünvan 3 ünvanda yerləşən «Müsavat» partiyasının qərargahına dəvət edərkən, qərargaha daxil olmuş öz xidməti vəzifəsini yerinə yetirən «Media Holdinq» şirkətinin nəzdindəki «Lider» televiziyasının xəbərlər xidmətinin efir redaktoru, «Krim form» verilişlərinin aparıcısı Zərərçəkmiş şəxs9 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, Zərərçəkmiş şəxs9 və qeyrilərinin timsa lında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə ilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs9 əllərini tutmaqla digər qrup üzvlərinin sonuncunu döyməsini təşkil edərək Zərərçəkmiş şəxs9 döyə-döyə qərargahdan küçəyə çıxarılmasını təşkil etmiş, küçədə cinayətkar əməllərini davam etdirməklə son uncunun əl qolunu tutaraq müqavimət göstərməsinə imkan verməyib, sillə ilə sifətindən, yumruqla qarın nahiyəsinə vurmuş, daha sonra qrup üzvü X3 Kərimlini tutmasından istifadə edərək, öz qəddarlığını, hiddətini, qəzəbini nümayiş etdirib, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qəsdən silah qismində istifadə etdiyi kağıza bükülmüş vəziyyətdə olan dəmir əşya ilə sonuncunun baş nahiyyəsindən bir neçə dəfə vuraraq, Zərərçəkmiş şəxs9 hər iki gözün ətrafında, sol əlin arxa və sol budun tış nahiyələrindəki qançırlar, hər iki yuxarı və aşağı ətrafların əzilməsi kimi sağlamlığa zərər vurmayan, başın arxa təpə-ənsə nahiyəsinin əzilmiş yarası, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ alm acıq sümüyünün qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, xuliqanlıq hərəkətləri edib, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs9 sağlamlığına bir qrup şəxslə birlikdə xuliqanlıq niyyətilə qəsdən az ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİLƏRİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işinin ilkin araşdırması zamanı alınmış izahatlardan və şahid ifadələrindən də göründüyü kimi, izahatı və daha sonra ifadəsi alınaraq iş üzrə zərərçəkmiş şəxs X17, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, X8, İman Abbasov, X12, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs13 ifadələrində Məhkum ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etməsinə dair heç bir xüsusatı qeyd etməmişlər. Həmçinin həmin şəxslər Məhkum tərəfindən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs9 qarşı Müsavat Partiyasının inzibati binasında və ya onun çölündə zor tətbiq edilməsini gormədiklərini bildirmişlər. Qeyd olunan zərərçəkmiş şəxslər Səbail Rayon Məhkəməsində cinayət işinə baxılarkən məhkəmə araşdırması zamanı da təsdiq etmişlər. Hətta Zərərçəkmiş şəxs9 da ilkin izahat və ifadəsində onun Müsavat Partiyasının qərargahı qarşısında başına zərbə yetirən şəxsi görmədiyini bildirmişdir. Belə ki, iş materiallarından da görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 hadisədən dərhal sonra verdikləri ifadələrində Zərərçəkmiş şəxs9 qarşı zor tətbiq edən şəxsin kim olması barədə dəqiq məlumat verməsələr də hadisədən 21 il sonra alınmış ifadələrində guya hadisəni dəqiqliklə xatırlamalarını demişlər. Lakin buna baxmayaraq Səbail Rayon Məhkəməsində zərərçəkmiş şəxs qismində verdikləri ifadələrində istintaqa verdikləri birinci ifadəni təsdiq etdiklərini bildirmişlər. Lakin Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə yuxarıda qeyd olunan şəxslərin məhkəmə araşdırması z amanı verdikləri ifadələr öz əksini tapmamış onların hadisədən 21 il sonra prokurorluqda verdikləri ifadə eyni ilə hökmə köçürülmüşdür. Səbail Rayon Məhkəməsində təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasının protokolları və audioyazı ilə tanış olmaga və müvafiq qeydlərini verməyə şərait yaradılmamışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Məhkum barəsində Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmamış, müəyyən edilmiş sübutlar isə ittihamın qiymətləndirilməsi üçün kifayət olmamışdır. Yəni məhkəmənin ittiham hökmü abstrakt mülahizələrə əsaslanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qanunsuzluqlara yol verildiyindən onlar apellyasiya şikayəti üzrə məhkəmə baxışının məhkəmə istintaqı ilə aparılmalı olması və Səbail Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasının audio və video yazısının məhkəmə istintaqı zamanı incələnməli və məhkəmə iclas protokolunun həmin yazıları özündə əks etdirib etdirməməsi müəyyən olunmalı olduğu göstərilsə də, məhkəmə Kollegiyası onların vəsatətini heç bir əsas olmadan təmin etməmiş, Kollegiya tərəfindən qeyd olunan audio və videoyazıya müşavirə otağında baxılaraq qərar çıxarılarkən qiymət veriləcəyi bildirilsə də işə baxan hakimlər kollegiyasının müşavirəsi 5 dəqiqədən də az vaxt çəkmişdir ki, həmin müddət ərzində də Məhkəmə Kollegiyasının audio və videoyazıya baxaraq orada əks olunanlara hüquqi qiymət verməsi qeyri mümkündür. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 2025-ci il 3 fevral tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçiləri kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 fevral tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, bi rinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikay ətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında gö stərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tə ləblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçilərinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikay ətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamlarda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qan uni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3.2.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlər ə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2024-cü il 6 noyabr tarixli, 1(009)251/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3, 233 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 fevral tarixli, 1(103)-481/2025 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar