Məhkəmə qərarları › İş №1(102)-1391/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1391/2019

12.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1391/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə, bəraət almış şəxs Məhkum və müdafiəçisi-vəkil X11 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 17 9.3.2-ci maddəsi ilə bəraət verilmiş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxslər «Yeni Yasamal” MTK-nın nümayəndəsi-vəkil Nümayəndə, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: X12 (sədrlik edən və məruzəçi) X7 və X10) Məhkum- xx xxxxx 1960-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə n əzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum ona görə ittiham edilmişdir ki, o, öz qulluq mövqeyindən istifadə etməklə özgənin etibar edilmiş külli miqdarda əmlakını mənimsəmə yolu ilə talamışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Məhkum Bakı şəhəri, ************************* ünvanında ***** girişli, *** yaşayış mərtəbəsi və **** mənzildən ibarət binanın tikintisini aparan "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri X6 ilə bağladığı 01 mart 2007-ci il tarixli müqaviləyə əsasən 31 dekabr 2008-ci il tarixədək, həmin sənədə əlavə olaraq aralarında bağladıqları 25 dekabr 2008-ci il tarixli müqaviləyə görə isə 31 dekabr 2009-cu il tarixədək olan müddətdə podratçı kimi layihə-smeta sənədlərinə uyğun olaraq binanın karkasının tikilməsi, hörgü və suvaq işlərinin görülməsi, plastik qapıpəncərələrin, dam örtüyünün quraşdırılması, fasadın rənglənməsi və digər işləri – cəmi ******* ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə ******* manat dəyərində qiymətləndirilmiş iş həcmini öz materialları və işçi qüvvəsi hesabına icra edərək binanın tikintisini tam başa çatdırıb sifarişçiyə təhvil verməli olduğu halda, 2006-cı ilin oktyabr ayından 2010-cu ilin fevral ayınadək olan müddətdə öhdəsinə götürdüyü işlərin icra olunması üçün iştirakı ilə mənzil-tikinti kooperativinin rəhbərliyi tərəfindən «Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə»lər və nağd pulun kooperativə ödənilməsi haqqında maliyyə arayış ları əsasında müxtəlif şəxslərə satılmaqla pul vəsaitləri ona verilmiş mənzillərin, yaxud aldığı tikinti materiallarına və yerinə yetirdiyi işə görə barter qaydasında ödənilmiş mənzillərin dəyərindən – 66 kv.metr sahəli 166 №-li mənzildən 31680 ABŞ dolları, 130,5 kv.metr sahəli 135 №-li mənzildən 62640 ABŞ dolları, 85,8 kv.metr sahəli 121 №-li mənzildən 42900 ABŞ dolları, 101 kv.metr sahəli 90 №-li mənzildən 5000 ABŞ dolları, 101 kv.metr sahəli 26 №-li mənzildən 57570 ABŞ dolları, 85,8 kv.metr sahəli 137 №-li mənzildən 33934 ABŞ dolları, 94,6 kv.metr sahəli 168 №-li mənzildən 15000 ABŞ dolları, 71,3 kv.metr sahəli 196 №-li mənzildən 44206 ABŞ dolları, 52,5 kv.metr sahəli 1 №-li mənzildən 27825 ABŞ dolları, 95 kv.metr sahəli 123 №-li mənzildən 55100 ABŞ dolları, 60,6 kv.metr sahəli 104 №-li mənzildən 32724 ABŞ dolları, 152,8 kv.metr sahəli 133 №-li mənzildən 82054 ABŞ dolları, 99 kv.metr sahəli 51 №-li mənzildən 49500 ABŞ dolları, 138 kv.metr sahəli 31 №-li mənzildən 76060 ABŞ dolları, 52,5 kv.metr sahəli 81 №-li mənzildən 32355 ABŞ dolları, 130,5 kv.metr sahəli 127 №-li mənzildən 41000 ABŞ dolları, 167 kv.metr sahəli 138 №-li mənzildən 84482 ABŞ dolları, 60,6 kv.metr sahəli 88 №-li mənzildən 28950 ABŞ dolları, 60,6 kv.metr sahəli 112 №-li mənzildən 21000 ABŞ dolları, 98,8 kv.metr sahəli 22 №-li mənzildən 54636 ABŞ dolları, 99 kv.metr sahəli 67 №-li mənzildən 58232 ABŞ dolları, 99 kv.metr sahəli 35 №-li mənzildən 49500 ABŞ dolları, 85,8 kv.metr sahəli 209 №-li mənzildən 49765 ABŞ dolları, 66 kv.metr sahəli 214 №-li mənzildən 45000 ABŞ dolları, 130,5 kv.metr sahəli 215 №-li m ənzildən 84440 ABŞ dolları, 60,6 kv.metr sahəli 96 №-li mənzildən 30300 ABŞ dolları, 101 kv.metr sahəli 10 №-li mənzildən 54540 ABŞ dolları, 152,8 kv.metr sahəli 125 №-li mənzildən 75000 ABŞ dolları, 98,8 kv.metr sahəli 70 №-li mənzildən 28506 ABŞ dolları, 85,8 kv.metr sahəli 225 №-li mənzildən 54912 ABŞ dolları, 66 kv.metr sahəli 126 №-li mənzildən 41250 ABŞ dolları, 101 kv.metr sahəli 98 №-li mənzildən 55136 ABŞ dolları, 155,6 kv.metr sahəli 45 №-li mənzildən 84942 ABŞ dolları, 94,6 kv.metr sahəli 128 №-li mənzildən 58976 ABŞ dolları, 94,6 kv.metr sahəli 216 №-li mənzildən 51834 ABŞ dolları, 71,3 kv.metr sahəli 180 №-li mənzildən 48484 ABŞ dolları, 99 kv.metr sahəli 27 №-li mənzildən 56500 ABŞ dolları, 99 kv.metr sahəli 11 №-li mənzildən 57065 ABŞ dolları, 167 kv.metr sahəli 130 №-li mən zildən 117882 ABŞ dolları, 138 kv.metr sahəli 63 №-li mənzildən 84795 ABŞ dolları, 52,5 kv.metr sahəli 97 №-li mənzildən 30000 ABŞ dolları, 106,5 kv.metr sahəli 44 №-li mənzildən 65440 ABŞ dolları, 98,8 kv.metr sahəli 54 №-li mənzildən 51500 ABŞ dolları, 98,8 kv.metr sahəli 14 №-li mənzildən 59280 ABŞ dolları, 60,6 kv.metr sahəli 72 №-li mənzildən 36000 ABŞ dolları, 138 kv.metr sahəli 79 №-li mənzildən 83810 ABŞ dolları, 99 kv.metr sahəli 19 №-li mənzildən 69066 ABŞ dolları, 155,6 kv.metr sahəli 37 №-li mənzildən 63040 ABŞ dolları, 167 kv.metr sahəli 210 №-li mənzildən 108650 ABŞ dolları, 99 kv.metr sahəli 83 №-li mənzildən 63216 ABŞ dolları, 106,5 kv.metr sahəli 84 №-li mənzildən 70556 ABŞ dolları, 106,5 kv.metr sahəli 68 №-li mənzildən 45000 ABŞ dolları, 106,5 kv.metr sahəli 76 №-li mənz ildən 30000 ABŞ dolları, 152,8 kv.metr sahəli 197 №-li mənzildən 94155 ABŞ dolları, 106,5 kv.metr sahəli 12 №-li mənzildən 54219 ABŞ dolları, 167 kv.metr sahəli 194 №-li mənzildən 112012 ABŞ dolları, 71,3 kv.metr sahəli 212 №-li mənzildən 38225 ABŞ dolları, 71,3 kv.metr sahəli 228 №-li mənzildən 51934 ABŞ dolları, 152,8 kv.metr sahəli 165 №-li mənzildən 101764 ABŞ dolları, 138 kv.metr sahəli 95 №-li mənzildən 92000 ABŞ dolları, 94,6 kv.metr sahəli 232 №-li mənzildən 59125 ABŞ dolları, 95 kv.metr sahəli 195 №-li mənzildən 62130 ABŞ dolları, 98,8 kv.metr sahəli 86 №-li mənzildən 66690 ABŞ dolları, 152,8 kv.metr sahəli 213 №-li mənzildən 25000 ABŞ dolları, 152,8 kv.metr sahəli 237 №-li mənzildən 113072 ABŞ dolları, 155,6 kv.metr sahəli 93 №-li mənzildən 75286 ABŞ dolları, 98,8 kv.metr sahəli 102 №-li mənzildən 74396 ABŞ dolları, 60,6 kv.metr sahəli 120 №-li mənzildən 12425 ABŞ dolları, 155,6 kv. metr sahəli 85 №-li mənzildən 24844 ABŞ dolları, 95 kv.metr sahəli 227 №-li mənzildən 70720 ABŞ dolları, 167 kv. metr sahəli 218 №-li mənzildən 103707 ABŞ dollarını - binanı tam hazır şəkildə təhvil verəcəyi halda ona ödənilməsi nəzərdə tutulmuş 16234,63 kv.metr yaşayış sahəsindən cəmi qeyd olunan 7550,9 kv.metr sahəli 71 ədəd mənzilin qismən dəyərini təşkil edən ******* ABŞ dolları, yəni ******* (üç milyon yüz doxsan yeddi min iki yüz əlli beş) manat vəsaiti əldə etməsinə baxmayaraq, həmin müddət ərzində yalnız ******* ABŞ dollarını, yəni ******* (iki milyon yüz altmış bir min altı yüz əlli səkkiz) manatı binanın tikintisinə sərf edərək işləri yarımçıq qoyub, qalan pul vəsaitlərini – tikintini materialla təchiz etmiş Zərərçəkmiş şəxs1 ödənilməli olan 255600 ABŞ dolları, yəni 200646 (iki yüz min altı yüz qırx altı) manatı, Zərərçəkmiş şəxs2 ödənilməli olan 54777 ABŞ dolları, yəni 43000 (qırx üç min) manatı, «Yeni Yasamal” MTK-ya məxsus olan ******* ABŞ dolları, yəni 791951 (yeddi yüz doxsan bir min doqquz yüz əlli bir) manatı isə şəxsi ehtiyaclarına xərcləyərək, ümumilikdə vahid niyyətlə ******* ABŞ dolları, yəni ******* (bir milyon otuz beş min beş yüz doxsan yeddi) manat vəsaiti - özgənin ona etibar edilmiş külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş ittiham üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırıldıqd an sonra, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın öz təsdiqini tapmadığı müəyyən olunmuşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxslər «Yeni Yasamal” MTK-nın nümayəndəsi-vəkil Nümayəndə, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.E.Rəhimov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və V.Ə.Maqsudovdan ibarət tərkibdə) 15 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxslər «Yeni Yasamal” MTK-nın nümay əndəsi-vəkil Nümayəndə, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 hər biri ayrılıqda kassasiya şikayətləri verərək qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə, digər sübutlara istinad edərək göstərmişdir ki, "xxxx" MTK üzrə təsisçilərin ümumi yığıncağının 19 iyun 2013-cü il tarixli, təsisçilər C6, Ə6, S6, Z6 tərəfindən imzalanmış iclas protokolundan görünür ki, Məhkum podratçı kimi üzərinə götürdüyü öhdəlikləri icra etməməsi, binanın tikintisini 8-ci mərtəbədə yarımçıq qoyaraq, 8.667 kv. metr yaşayış sahəsi ni əldə etməsinə baxmayaraq, icra etdiyi işin həcminin yalnız 3.161 kv. metr təşkil etməsi və 5.506 kv. metr sahəni mənimsəməsi təsdiq olunmuş, sonuncunun vurduğu zərərin ödənilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunması məqsədəmüvafiq hesab edilmişdir. Tikintidə iş icraçısı A6 və sahə rəisi M6, podratçı tərəfindən isə K6 tərəfindən tərtib olunaraq imzalanmış 1 yanvar 2009-cu il tarixli üzləşmə aktı ilə müəyyən olunur ki, tikintidə podratçı Məhkum tərəfindən cəmi 2.635.385 ABŞ dolları xərclənmiş, qalıq vəsaitlər isə 660.518 ABŞ dolları kimi müəyyən edilmişdir. E6 tərəfindən təqdim olunmuş kitablardan mavi rəngdə üzlüklü, cəmi 75 vərəqdən ibarət dama xətli dəftərxana kitabı olmaqla, qaytanlanıb "xxxx" MTK-nm möhürü ilə möhürlənmişdir. Kitabın 27 vərəqəsində əl yazıları ilə qeydiy yatlar aparılıb. Üz vərəqinin içəri hisəssində «ünvan 3 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının tikintisini aparan podratçı Məhkum verilmiş pulların qeydiyyat kitabı. Başlanıb 2 aprel 2007-ci il, qurtarıb 8 aprel 2010-cu il» yazıları qeyd olunmaqla möhürlənmiş, imzalanmışdır. Kitabın hər vərəqəsi «№, adı, mənzil №, ödəniş, tarix, imza, qeyd» başlıqlı 7 sütuna ayrılıb və əl yazıları ilə müvafiq qeydiyyatlar aparılıb, 2 aprel 2007-ci ildən 26 sentyabr 2009-cu ilədək olan müddətdə imza qrafalarında imzalanıb. Kitabda imzalanmış qrafalarda əks olunan vəsaitlərin cəmi 1.686.597 ABŞ dolları təşkil edir. “26 fevral 2007-ci ildən 20 fevral 2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat” başlıqlı sənəd kompüterdə tərtib olunmaqla cəmi 4 vərəqədən ibarətdir. S ənədin hər vərəqəsi “№, soyadı-adı, mərtəbə, mən. Ah, mən. sahəsi, 1 kv. m. qiyməti, cəmi məbləğ, ilkin ödəniş, aylıq ödəniş, qalıq, tarix, qeyd” başlıqlı 12 sütuna ayrılıb və kompüter yazısı ilə cəmi 80 ədəd mənzil barədə müvafiq qeydlər aparılıb. 4-cü vərəqənin yuxarı hissəsində «Pulu tikintiyə mədaxil olunmayan mənzillər» yazısı qeyd olunub. Sənədin ilk 3 vərəqəsinin aşağı hissəsində “M7” soyadı və imza, 4-cü vərəqəsində isə “M. N7”, “E7” soyadları və iki imza əks olunur. “Hesabat” da1l-dən 80-dək ardıcıl olaraq sıra nömrəsi ilə aşağıda qeyd olunan mənzillərə görə ödənilmiş vəsaitlər və qalıq məbləğlər göstərilmişdir. Qeyd olunan 80 ədəd mənzilin satılmasına dair "xxxx" MTK-nın möhürü, həmçinin sədr C6 imzası ilə təsdiq olunmuş müqavilələr və pul vəsaitlərinin ödənilməsinə dair maliyyə arayışları cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs Məhkum tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, “Sifarişçi tərəfdən podratçıya qismən keçən ödənişlər - 20 fevral 2010 ” başlıqlı, yuxarı sol küncündə Məhkum özünün imzaladığı 2 vərəqədə cədvəl tərtib olunmaqla, həmin cədvəldə 32 ədəd mənzilin parametrləri və podratçı, yaxud sifarişçi tərəfindən alınmış pul vəsaitləri haqqında məlumatlar əks etdirilmişdir. Cədvələ görə, həmin mənzillərin satışından 704.246 ABŞ dolları podratçı, 200.168 ABŞ dolları isə sifarişçi tərəfindən alınmışdır. Bundan başqa, Məhkum tərəfindən təqdim olunmuş 18 fevral 2008-ci il tarixli, əl yazıları əks olunan vərəqdən görünür ki, vərəqdə “Tikintiyə ayrılmış 16.611 kv. metr mənzil sahəsindən indiyə qədər satılmışdır 8.937 kv. met r və kreditor 1.334.500 ABŞ dolları, qalıq 7.674 kv. metrdir” sözləri yazılıb, həmçinin tikintiyə ayrılmış mənzillərdən alınacaq kreditor məbləğdən sifarişçi tərəfindən 8 ədəd mənzilin satışından cəmi 207.418 ABŞ dollarının alınması haqqında qeydlər yazılıb, Məhkum və C7 tərəfindən imzalanmışdır. Məhkum tərəfindən yerinə yetirilmiş işlərin həcminin və dəyərinin, əldə etdiyi pul vəsaitlərinin müəyyən edilməsi məqsədilə 9 yanvar 2016-cı il tarixli qərarla mühəndis X2 və 15 fevral 2016-cı il tarixli qərarla Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü X8 cinayət işi üzrə mütəxəssis qismində təyin edilməklə, 30 avqust 2016-cı il tarixli rəy alınmış, həmçinin müdafiə tərəfinin vəsatətinə əsasən 9 iyun 2017-ci il tarixli, 46/1 saylı müstəqil auditor hesabatı cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasından təqdim olunmuş 30 avqust 2016-cı il tarixli “Akt”-dan görünür ki, Məhkum ilə "xxxx" MTK arasında 1 mart 2007-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə görə, Məhkum ünvan 4 ünvanda 18 mərtəbəli yaşayış binasının əsaslı tikintisini öz riski hesabına yerinə yetirməyi öhdəsinə götürmüş və həmin öhdəliyin tam icrası ilkin müqavilə ilə 31 dekabr 2008-ci il tarixdə, 25 dekabr 2008-ci il tarixli əlavə müqavilə ilə isə 31 dekabr 2009-cu ildə nəzərdə tutulmuşdur. Müqavilənin 6-cı bəndindəki razılaşmaya uyğun olaraq, yerinə yetirilmiş işlərin haqqı barterlə aparılmaqla, yerinə yetirilmiş işlərin müqabilində tikinti işləri tam başa çatdırıldıqdan sonra, son hesablaşma qaydasında Məhkum ümumilikdə 16.234,63 kv.m. həcmində və ya (16. 234,63x154)=2.500.133,02 ABŞ dolları həcmində yaşayış sahəsinin verilməsi nəzərdə tutulmuş və həmin işlərin dəyərinin ödənilməsinin mərhələlərlə həyata keçirilməsi qarşılıqlı razılaşdırılmışdır. Tikintinin gecikdirilməməsi məqsədilə podrat üçün nəzərdə tutulmuş yaşayış sahələrinin bir hissəsi satılaraq pul vəsaitləri Məhkum verilmiş, yaxud digər şəxslərin tikintidə icra etdikləri işlərin, sərf olunmuş materialın əvəzinə sonuncu tərəfindən barter qaydasında verilmişdir. “Akt”da qeyd olunur ki, Məhkum yuxarıda qeyd olunan müqavilələrin icrasını başa çatdırmamış və MTK-nm sədri C7 və qeyrilərinin ifadələrinə, sonuncunun təqdim etdiyi sənədlərə əsasən, Məhkum faktiki yerinə yetirdiyi iş - 13.400 kv.metr (1.675 m2 X 8 mərtəbə= 13.400 m2) binanın beton karkasından ibarət olmuş, yalnız 6-cı mərtə bə daxil olmaqla arakəsmə, hörgü, PVC qapı-pəncərə işlərini həyata keçirmiş, kommunikasiya işlərini aparmamışdır. C6 la razılaşdırılmaqla Məhkum tərəfindən 5.255.955 ABŞ dolları, yəni həmin dövrün kursu olan 0,785 hesabı ilə (5.255.955x0.785)=4.125.925 manat dəyərində 8.667 kv. metr yaşayış sahəsi əldə edilmişdir Tikintidə icraçı və nəzarətçi A6, podratçı tərəfindən isə K6 və Məhkum tərəfindən tərtib olunaraq imzalanmış 1 iyul 2009-cu il tarixli üzləşmə aktı ilə müəyyən olunur ki, Məhkum tərəfindən cəmi 2.620.486 ABŞ dollarının (2.057.081 manatın) xərclənməsinə dair hesabat yazılmışdır. Tərəflər arasında mübahisələrə son qoymaq məqsədi ilə inşaatçı mühəndis M6 sədrliyi ilə, təsisçi C7, MTK-nın icraçı direktoru N6, inşaatçı mühəndis M6, S6 və podratçının inşaatçı mühəndisi O9 iştirakları ilə nəzarət-ölçü işləri aparılaraq, ümumi inşa edilmiş 18 mərtəbdə orta bazar qiyməti ilə tikinti quraşdırma işlərinə görə 5.413.832 manat inşaat materialları və xidmət xərclərinin sərf edilməsi, bundan 3.748.365 manat məbləğində tikinti quraşdırma işlərinin aparılması müəyyən olunmuş, o cümlədən podratçı Məhkum tərəfindən bir-doqquzuncu mərtəbələrdə binanın karkası, bir-altıncı mərtəbələrdə arakəsmələrin hörgüsü daxil olmaqla, həmin dövrün orta bazar qiymətləri ilə 2.635.385 ABŞ dolları və ya 2.068.777 manat dəyərində işlərin icra olunması təsdiq edilmiş, son nəticədə, Məhkum tərəfindən mənzillərin satışından əldə olunmuş 5.255.955 ABŞ dolları, yəni 4.125.925 manat vəsaitdən xərclədiyi 2.635.385 ABŞ dolları, yəni 2.068.777 manat çıxıldıqdan sonra Məhkum hesabında (4.125.925 - 2.068.777) 2.057.147 manat pul vəsaitinin qalmaqla MTK-ya təhvil verilməməsi 30 avqust 2016-cı il tarixli mütəxəssis aktı ilə təsdiq olunmuşdur. Məhkum tərəfindən icra olunmuş işlərin həcminin və onun aldığı pul vəsaitləri haqqında istintaqa təqdim edilmiş müxtəlif məzmunlu kitablar əsasında, həmçinin müdafiə tərəfindən verilmiş vəsatətlər əsas götürülməklə, "xxxx" MTK-nın rəhbərliyindən cəmi hansı məbləğdə pulu əldə etməsinin, həmçinin işlərin həcmi ilə həmin pul vəsaitləri arasında hansı fərqin olmasının dəqiqləşdirilməsi məqsədilə kompleks məhkəmə tikintitexniki və mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Kompleks məhkəmə-tikinti-texniki və mühasibatlıq ekspertizasının 27 sentyabr 2017ci il tarixli 20635/36 №-li rəyindən görünür ki, cinayət işinin materiallarında olan 30 avq ust 2016-cı il tarixli audit aktının nəticələrinə əsasən qeyd olunan yaşayış sahəsində nəzarət ölçü işləri aparılmış, ümumi inşa edilmiş 18 mərtəbədə orta bazar qiyməti ilə qeyd olunan tikinti quraşdırma işlərinə görə 5.413.832,0 manat inşaat materialları və xidmət xərclərinin sərf edilməsi, o cümlədən 3.748.365 manat məbləğində tikinti-quraşdırma işlərinin aparılması müəyyən olunur. Rəydə göstərilmişdir ki, 30 avqust 2016-cı il tarixli audit aktının nəticələrinə əsasan 1 iyul 2009-cu il tarixli üzləşmə aktında və istintaq tərəfindən qiymət verilmiş digər sənədlərdə qeyd olunan, podratçı Məhkum tərəfindən birinci mərtəbədən doqquz mərtəbə üzrə binanın karkası və birinci mərtəbədən altı mərtəbə daxil olmaqla arakəsmələrin hörgüsü daxil olmaqla tikinti-quraşdırma işlərinin aparılması, görülm üş həmin işlərə görə sərf edilmiş material və xidmət xərclərinin ümumi dəyəri 2.161.658,0 manat məbləğində (1 iyul 2009-cu ıl tarixli üzləşmə aktı, bu aktda əksini tapmamış və binanın bünövrəsinə xərclənmiş 118.320 ABŞ dolları əsas götürülməklə) müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanlar nəzərə alındığı təqdirdə "xxxx" MTK tərəfindən inşa olunmuş binada Məhkum icra etdiyi tikinti- quraşdırma işlərinin dəyəri 2.753.705,0 ABŞ dolları (2.161.658,0 manat) ilə onun kooperativdən aldığı 5.255.955,0 ABŞ dolları məbləğində vəsait nəzərə alındıqda Məhkum hesabında 2.502.250,0 ABŞ dolları (1.964.267,0 manat) məbləğində çatışmazlığın olduğu müəyyən olunur. O cümlədən istintaq tədqiqatı zamanı müəyyən edilmiş hesabatla bağlı qərarın təsviri hissəsində göstərilmiş hallar (yəni “26 fevral 2007-ci ildən 20 fevral 2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat”ın sonuncu - “Pulu tikintiyə mədaxil olunmayan mənzillər” vərəqəsində qeyd olunan 777.632 ABŞ dolları, yəni 610.441,12 manat, həmin hesabatda “Qalıq” qrafasında göstərilmiş 509.092 ABŞ dolları, yəni 399.637,22 manat vəsaitin binanın tikintisinə xərclənməsi üçün Məhkum verilməsinin təsdiq olunmaması, bundan başqa, sonuncu tərəfindən istintaqa təqdim edilmiş 20 fevral 2010-cu il tarixli ödənişlərin əks olunduğu cədvəl və 18 fevral 2008-ci il tarixli akta əsasən X18 Əhmədova verməli olduğu, birinci tərəfindən satılmış 32 mənzilin dəyərindən qalan vəsaitdən 207.418 ABŞ dollarının, yəni 162.823,13 manatın sonradan C6 un özünə götürməsi) nəzərə alındığı təqdirdə Məhkum hesabında 1.008.108,0 ABŞ dolları (791.365,53 manat) məbləğində çatışmazlığın olduğu müəyyən olunur. İcra olunmuş işlər, sərf edilmiş materiallara ödənilmiş işlərlə bağlı Məhkum özünün əl yazıları ilə tərtib etdiyi qeydlərini istintaqa təqdim etməklə, həmin qeydlərdə 2009-cu ilin sonuna kimi olan müddətdə binanın 16-cı mərtəbəsindək beton-karkas işlərini və qismən digər işləri icra etməsini göstərmiş, həmçinin iş icraçısı A6 əl yazıları ilə icra olunmuş 3 vərəqədə yazılarda da təxminən eyni məzmunlu qeydlər yazılmışdır. Məhkum öz mənafeyini müdafiə etmək üçün sərbəst şəkildə hər növ məzmunlu qeydlər yaza bilərdi və özündən başqa digər tərəfin, yəni "xxxx" MTK-nın əməkdaşlarının təsdiq etmədikləri həmin qeydlər ibtidai istintaq tərəfindən sübut növü kimi qəbul edilməmişdir. Lakin məhkəmə tərəfindən həmin yazılar sübut kimi qəbul olunaraq tədqiq olunmuşdur. Məhkəmə istintaqında da həmin yazıların özünü müdafiə naminə sonradan tərtib olunması bir daha təsdiq olundu. Həmçinin xüsusilə qeyd edilməlidir ki, A6 ibtidai istintaqa və məhkəməyə də bu barədə ziddiyyətli ifadələr vermişdir. Odur ki, "xxxx" MTK-nm əməkdaşları tərəfindən təsdiq olunmamış həmin yazılar CPM-nin 124-cü maddəsinin tələblərinə əsasən mötəbər olmayan sübut növü kimi qiymətləndirilməli idi. İbtidai istintaq zamanı "xxxx" MTK üzrə podratçının xərcləri, ödənişlər və borclar haqqında 1 fevral 2010-cu il tarixinə arayış” başlıqlı sənədin obyektivliyi şübhə doğurduğundan, həmin sənəd sübut növü kimi qəbul edilməmişdir. Lakin məhkəmə istintaqında müdafiə tərəfinin vəsatətinə əsasən həmin sənəd sübut növü kimi qəbul olunaraq tədqiq olunmuş, bununla b ağlı araşdırmalar aparılmışdır. Tədqiq olunmuş sənədlərdən görünür ki, Məhkum 9-cu mərtəbəyə qədər PVC qapıpəncərə işlərini icra etdiyini göstərsə də, demək olar ki, ibtidai istindaqda və məhkəmədə dindirilmiş bütün digər şahidlər 2009-cu ilədək olan müddətdə Məhkum binada yalnız 8-ci mərtəbə daxil olmaqla beton-karkas işlərini və daha aşağı mərtəbələrədək kərpic hörgüsü, qapı-pəncərə və sair işləri icra etdiklərini göstərmişlər. Həmçinin təsdiq olunmuşdur ki, 2010-cu ilin avqust ayından C6 binada podratçı kimi işləyərək, oraya təxminən 6 mərtəbənin inşası üçün zəruri olan beton vermiş, o, digər podratçı R9 və qeyriləri 2009-cu ildən sonra binanın 9-cu mərtəbəsindən yuxarı mərtəbələrdə beton-karkas, hörgü, suvaq və digər işləri icra etmişlər. İbtidai istintaqın sübut növü kimi qəbul etmədi yi, lakin məhkəmə tərəfindən sübut kimi qəbul edilən ibtidai istintaqda müdafiə tərəfindən istintaqa təqdim olunmuş 9 iyun 2017-ci il tarixli auditor rəyi məhkəmə istintaqı zamanı tədqiq olunmuş və həmin rəyə əsasən, Məhkum tikintidə icra etdiyi işlərə görə ona C6 un 881.524 ABŞ dolları, yəni 696.403,96 manat borcu qalmışdır. Fakin qeyd olunan audit yoxlaması keçirilərkən və həmin rəy tərtib olunarkən və Məhkum aldığı pul vəsaitləri hesablanarkən müstəqli auditor tərəfindən yuxarıda şərh olunan «26 fevral 2007-ci ildən 20 fevral 2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat», C6 və qeyrilərinin istintaqa təqdim etdiyi digər sənədlər, onların ifadələri nəzərə alınmamış, sonuncunun tikintidə icra etdiyi işlərin həcmi ilə bağlı olaraq «1 fevral 2010-cu li tarixli Akt» ə sas sənəd kimi qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı bütün bunlar isə bir daha təsdiq olunmuş, yəni həmin auditor araşdırmanın tam birtərəfli aparılması müəyyən edildiyindən, "xxxx" MMC tərəfindən hazırlanmış 9 iyun 2017-ci il tarixli auditor rəyi CPM-nin 124-cü maddəsinin tələblərinə əsasən mötəbər sübut hesab edilə bilməz. Məhkəmədə tədqiq olunmuş, ibtidai istintaqda keçirilmiş kompleks tikinti-texniki və mühasibatlıq ekspertizasının 27 sentyabr 2017-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Məhkum mənzillərin satışından əldə etdiyi 3.197.255 manat vəsaitdən tikintiyə sərf etdiyi 2.161.658 manat vəsaiti çıxdıqda, 1.035.597 manatın Məhkum hesabında qalması müəyyən edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyindən alınmış 16 oktyabr 2017-ci il tarixli 31/34-03610 №-li arayışa əsasən, "xxxx" MTK tərəfindən tikilən binanın layihə sənədləri müvafiq qaydada Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 5 mart 2007-ci il tarixli 18/04-136 №-li məktubla razılaşdırılmışdır. Binanın tikintisinə 2007-ci ildə başlanmış, layihə sənədləri ekspertizadan keçirilmədiyi üçün Tikintidə X4 Agentliyi tərəfindən 14 avqust 2007-ci il və 18 noyabr 2008-ci il tarixli tapşırıqlar verilmişdir. Lakin bu günə kimi layihə sənədləri ekspertizadan keçirilməmişdir. Binanın mərtəbələrinin betonlanması tarixi barədə Agentlikdə məlumat yoxdur (cild 10, vərəq 192-199). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin 18 oktyabr 2017-ci il və 1 noyabr 2017-ci il tarixli cavab məktublarına əlavə ed ilmiş guya həmin binanın ümumi görünüşünü əks etdirən fotoşəkilləri məhkəməyə təqdim etmiş, məhkəmə tərəfindən göstərilən fotoşəkillər bir daha tələb edilmiş, qeyd olunan fotoşəkillər məhkəməyə daxil olmuşdur. Məhkəmə həmin fotoşəkilləri sübut növü kimi qəbul etmiş, özünün təşəbbüsü ilə fotoşəkli çəkmiş Agentliyin əməkdaşı X3 da şahid qismində dəvət edərək, o, məhkəmədə dindirilmişdir. Sərdar Məmiyev həmin fotoşəkli üzərində qeydiyyat olunmuş tarixdə özü çəkdiyini bildirmiş, lakin verilən suallara cavablarda nəzarət işini həyata keçirərkən tərtib olunan sənədlərin saxlama qaydaları barədə məlumat verə bilməmiş, həmin şəkli kabinetində özünün şəxsi sənədlərinin arasında saxladığını bildirmiş, şəklin üzərində olan tarixdə, 6 oktyabr 2009-cu ildə nəzarət işini həyata keçirərkən hansı sənədlər i tərtib etdiyini yadına sala bilməmiş, həmin sənədlərin harada olmasını bilmədiyini demiş, bununla əlaqədar qaneedici izah verə bilməmişdir. Halbuki, qeyd olunan Agentliyin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli 511 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi haqqında Əsasnamə” ilə tənzimlənir. Əsasnamənin 8.22.2, 8.22.3-cü bədlərinə əsasən Agentliyin vəzifələri həmçinin hər bir mərhələdə yerinə yetirilən tikinti-quraşdırma işlərinin təsdiq olunmuş layihələrə, tikinti norma və qaydalarına uyğunluğuna nəzarət etmək, tikintidə istifadə olunan tikinti materiallarının, konstruksiyalarının və avadanlıqlarının müvafiq sertifikatlarının olmasını, onların dövlət standartlarının tələblərinə ca vab verməsini, müəyyən olunmuş qaydada istifadədən əvvəl sınaqdan və texniki təhlükəsizlik ekspertizasından keçirilməsini yoxlamaqdır. Bundan başqa, həmin məsələlərin yerinə yetirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları” ilə tənzimlənir. “Qaydalar”ın 3.5.2-ci bəndində göstərilmişdir ki, tikinti obyektlərində tikinti işlərinin keyfiyyətinə, tikinti norma və qaydalarına əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi üçün Dövlət Müfəttişliyinin vəzifələri aşağıdakılardan ibarətdir: obyektin tikintisinə başlanılmazdan əvvəl tikinti işlərinin aparılması nəzərdə tutulan sahənin hasarlanmasına, onun sanitar, yanğın, ekoloji və radiasiya təhlükəsizliyinə, qonşu mühəndis və nəqliyyat komunikasiyalarının və tikililərin təhlükəsizliyinin təmin edilməsinə dair görülən işlərin sənədləşməsinin aparılmasına nəzarət etmək; obyektin xaricdən görünən hissəsində (girişində, magistrallara səmtlənən hasarlarında və s.) onun əsas göstəricilərini, o cümlədən, adını, təyinatını, tikintinin müddətini, sifarişçi, layihəçi və podratçının adını, ünvanını və telefonlarını əks etdirən məlumat lövhəsinin olmasına nəzarət etmək; sifarişçilərdən və podratçılardan fəaliyyəti ilə bağlı müvafiq sənədləri, o cümlədən tikinti işlərini həyata keçirən məsul şəxslərin (texniki nəzarətçilər, iş icraçıları, sahə rəisləri və s.) ixtisasını təsdiq edən sənədləri tələb etmək; tikinti fəaliyyəti nin iştirakçıları tərəfindən normativ-texniki sənədlərin və normativ hüquqi aktların, tikinti norma və qaydalarının tələblərinə razılaşdırılmış və təsdiq edilmiş memarlıq və tikinti layihələrinə, əməl edilməsinə, habelə tikintidə istifadə olunan material, məmulat və konstruksiyaların müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sertifikatların olmasına nəzarət etmək; tikinti fəaliyyətinin iştirakçıları tərəfindən tikintidə təhlükəsizlik qaydalarına nəzarətin, tikintidə layihəçi tərəfindən müəllif nəzarətinin, sifarişçi tərəfindən texniki nəzarətin və podratçı tərəfindən daxili əməliyyat nəzarətinin aparılmasına nəzarət etmək; tikintidə sifarişçi və podratçı arasında müqavilələrin bağlanmasına nəzarət etmək; tikintidə istifadə olunan tikinti material və konstruksiyaları nın keyfiyyətinin yoxlanılması üçün akkreditasiya olunmuş sınaq laboratoriyaları ilə müqavilələrin olmasına nəzarət etmək; tikinti obyektlərini istismara qəbul edən dövlət qəbul komissiyalarının işində iştirak etməkdir. Göründüyü kimi, Agentliyin əməkdaşı qeyd olunan məsələlərlə bağlı məhkəməyə nəzarət qaydasında görmüş olduğu işlərə dair hər hansı bir sənəd təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Agentliyin rəhbərliyi məhkəməyə göndərdiyi məktublarında yalnız 6 oktyabr 2009-cu ildə və digər tarixlərdə çəkilən şəkillərin Agentliyin əməkdaşı Sərdar Məmiyev tərəfindən təqdim edildiyini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində həmin fotoşəkillərin həqiqi olub-olmamasının aydınlaşdırılmasından ötrü ekspertiza keçirilməsi barədə zərərçəkmiş şəxslərin nümayəndələri tərəfindən verilmiş və dövlət ittihamçısının da müdafiə etdiyi vəsatət kifayət qədər əsaslı olmasına baxmayaraq məhkəmə tərəfindən təmin olunmamış (məhkəmə iclas protokolu), bununla da Cinayət-Prosessual Məcəlləsinin 121.2-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 121.2-ci maddəsinə görə, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Bununla əlaq ədar zərərçəkmiş şəxslərin, yuxarıda göstərilən şahidlərin Məhkum binanın 9-cu mərtəbəsindən tikintini yarımçıq qoyub getməsi barədə ifadələri də nəzərə alınmamışdır. Məhkum tərəfindən satılmış, yaxud satılaraq pulu ona verilmiş mənzillərin sahibləri də ibtidai istintaqa bu məzmunlu ifadələr vermişlər. Məhkəmə kifayət qədər əsaslar olmadan həmin ifadələri mötəbər hesab etməmişdir. Odur ki, hesab edirəm ki, yuxarıda göstərilən - Dövlət Tikinti Müfəttişliyinin mütəxəssisi Sərdar Məmiyev tərəfindən təqdim olunmuş şəkillər mötəbər sübut növü kimi hesab edilə bilməz, məhkəmə bəraət hökmünün qəbul edilməsində həmin şəkillərə əsaslanmaqla da Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərini pozmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qərarı ilə iş üzrə təkrar kompleks məhkəmə-tikinti-texniki və mühasibatlıq ekspertizası təyin olunmuş və həmin qərar əsasında Mərkəzin 22 oktyabr 2018-ci il tarixli ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Lakin məhkəmədə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatında iştirak edərək rəyi imzalamış ekspertlərdən biri - Mərkəzin İqtisad ekspertizaları şöbəsinin böyük eksperti, 1-ci dərəcəli ədliyyə qulluqçusu X15 hazırkı iş üzrə hələ ibtidai istintaq zamanı 27 sentyabr 2017-ci il tarixli ekspertiza rəyinin verilməsində iştirak etmişdir. Həmin ekspertin iştirakı səbəbindən qeyd olunan rəy 6 noyabr 2018-ci il tarixdə məhkəmə baxışında əsassız hesab edilərək, həmin tarixdə yenidən təkrar kompleks məhkəmə-tikinti-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş, başqa ekspertlərin iştirakı ilə tərtib olunmuş 7 dekabr 2018-ci il tarixli 29238/39 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmə bəraət hökmündə 22 oktyabr 2018-ci il tarixli rəyə istinad etmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MTK-nın nümayəndəsi-vəkil Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onlarında nümayəndəsi Nümayəndə kassasiya protesti ilə eyni məzmunlu dəlillərlə kassasiya şikayətləri vermişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya protestinin və zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin təmin edilməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və nümayəndənin kassasiya şikayətlərinin təmin edilməməsi ba rədə bəraət almış şəxsin və müdafiəçisinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olma yan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum elan edilmiş ittihamda və kassasiya protestində göstərilir ki, binanı tam hazır şəkildə təhvil verəcəyi halda ona ödənilməsi nəzərdə tutulmuş 16234,63 kv.metr yaşayış sahəsindən cəmi qeyd olunan 7550,9 kv.metr sahəli 71 ədəd mənzilin qismən dəyərini təşkil edən 4.072.937 ABŞ dolları, yəni 3.197.255 (üç milyon yüz doxsan yeddi min iki yüz əlli be ş) manat vəsaiti əldə etməsinə baxmayaraq, həmin müddət ərzində yalnız 2.753.705 ABŞ dollarını, yəni 2.161.658 (iki milyon yüz altmış bir min altı yüz əlli səkkiz) manatı binanın tikintisinə sərf edərək işləri yarımçıq qoyub getmiş, bununla da «Yeni Yasamal” MTK-ya məxsus olan 1.008.855 ABŞ dolları, yəni 791.951 (yeddi yüz doxsan bir min doqquz yüz əlli bir) manatı şəxsi ehtiyaclarına xərcləyərək özgənin ona etibar edilmiş külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Məhkum ibtidai istintaqda və məhkəmə iclasındakı ifadələrində göstərmişdir ki, M.Xiyabani küçəsi, 4 ünvanındakı binanın tikinti işlərinə çəkilmiş xərclər olan 3.188.791 ABŞ dollarından barter edilmiş mənzillərin dəyəri olan 797.909 ABŞ dollarını çıxanda, onunla F0ın nağd şəkildə ödədikləri məbləğ 2.390.882 ABŞ dollarıdır. C6 tərəfindən isə onlara ümumilikdə 1.607.777 ABŞ dolları nağd şəkildə pul verilmiş, həmin pulları onunla işlərində köməklik göstərən dostu Kəmaləddin Qədimov kooperatvin əməkdaşı olan Ehtibar Bağırovdan xüsusi qeydiyyat kitabını imzalayaraq almışlar. Cinayət işinin materiallarından görünür ki, mənzillərin alqı-satqısı barədə müqavilələrin və mənzillərin dəyərinin müştərilər tərəfindən ödənməsinə dair maliyyə arayışlarının heç biri Məhkum tərəfindən imzalanmamış və həmin sənədlər kopperativin sədri kimi X6 tərəfindən imzalanmışdır. Məhkum mənzillərin bilavasitə alqı-satqısının icra edilməsi səlahiyyətinin verilməsi barədə cinayət işinin materiallarında hər hansı mötəbər sübut (etibarnamə, koperativin qərarı) mövcud deyil. Ona görə də mənzillərin alqısatqısının Məhkum tərəfindən bilavasitə icra edilməsi və mənzil alanlardan bilavasitə pul məbləğlərini alması istisna edilir. Buradan belə nəticə çıxır ki, mənzillərin alqı-satqısı kooperativin sədri kimi X6 tərəfindən icra edildiyindən, həmin əməliyyatlardan əldə edilmiş pul məbləğləri "xxxx" mənzil-tikinti kooperativinin kassasına mədaxil edilməli və bütün əməliyyatlar həmin kassadan məxaric edilməklə aparılmalı idi. Lakin bu qaydaya əməl edilməmiş və Məhkum verilmiş məbləğlər onun ifadəsində göstərdiyi kimi xüsusi qeydiyyat kitabına özü və onunla işlərində köməklik göstərən K6 tərəfindən imza etdirilməklə götürülmüşdür. Göstəriləndən başqa Məhkum və onun dostu Kəmaləddin Qədimova bilavasitə imza etdirilməklə hər hansı pul məbləğlərinin verilməsini təsdiq edən hər hansı mötəbər sübu t cinayət işinin materiallarında müəyyən edilməmişdir. Məhkum ittiham elan edilmiş Azərbaycan Respublikası CM-nin 179.3.2-ci madddəsində mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, külli miqdarda törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Bu qanunun mənasına görə əmlakı mənimsəmənin baş verdiyinin sübut olunması üçün Məhkum əmlakın etibar edilməsi sübut olunmalı idi. "xxxx" mənzil-tikinti kooperativinin sədri ilə Məhkum arasında bağlanmış podrat müqaviləsi onların hər ikisinin imzaları ilə təsdiq edilmişdir. Həmin müqavilədə nəzərdə tutulmuş pulun verilməsi də buna uyğun formada rəsmiləşdirilməli idi. Ona görə də məhkəmə yalnız müqavilədə nəzərdə tutulmuş rəsmi qaydada pulun verilməsini təsdiq edən sübutları mötəbər hesab etməli olduğundan biri nci instansiya məhkəməsinin gəldiyi nəticələr əsaslıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkum mənimsəmədə ittiham olunduğu pul məbləğlərinin alınmasına dair 26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə hesabat birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilərək ona hüquqi qiymət verilmişdir. Hökmdə göstərilir ki, sənədlərin məhkəmə-texniki ekspertizasının 14 noyabr 2017-ci il tarixli 28777/28956 №-li rəyindən görünür ki, “26.02.2007-ci ildən 20.02.2010-cu il tarixədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat”ın çap mətni elektrofotoqrafik çap üsulu ilə (surətçıxaran, lazer printer) hazırlanmışdır və həmin sənədin yuxarı hissəsində əks olunan “26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzil lər barədə” sözləri sənəddə əks etdirilməsinin texniki üsullarına görə digər yazılardan fərqlənmir. Qeyd olunan sözlər sənədin digər çap yazılarından yazılması xüsusiyyətlərinə (hərflərin ölçüsü, qalınlığı, forma və konfiqurasiyası) görə fərqlənirlər. Müvafiq elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə, “26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə” sözlərinin və sənəddə olan digər çap mətninin tərtib olunma vaxtını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan «Hesabat» başlıqlı sənəddən görünür ki, podratçı kimi Məhkum yaşayış binasından 8.667 kv.m. mənzil sahəsi ayrılmış, həmin sahədə mənzillərin satışından Məhkum 5.255.955 ABŞ dolları vəsait əldə etməsi nəzərdə tutulmuşdur. Lakin «Hesabat» da əks olunmuş rəqəmlərə əsasən, Məhkum i lkin ödəniş kimi 3.756.197 ABŞ dolları, aylıq ödənişlər kimi isə 990.665 ABŞ dolları vəsait verilmiş, 509.092 ABŞ dolları vəsait isə qalıq qalmışdır. Həmçinin, «Hesabat»ın sonuncu vərəqində (cild 6, iş vərəqi 182) «Pulu tikintiyə mədaxil olunmayan mənzillər» başlıqlı siyahıda 71-80 sayları altında 10 mənzil göstərilmiş, həmin mənzillərin qarşısında onların kimlərə verildiyi qeyd olunmuş, göstərilən 10 mənzilin dəyəri isə 777.632 ABŞ dolları təşkil edir. «Hesabat»ın həmin sonuncu vərəqi podratçı Məhkum və sifarişçi "xxxx" MTK-nın satış nümayəndəsi, MTK-nın sədri C6 tərəfindən tikintiyə cəlb edilmiş E6 tərəfindən imzalanmışdır. Yəni adları çəkilən şəxslər qeyd olunan mənzillərin pulunun tikintiyə mədaxil olunmadığını və Məhkum, həmçinin onun yaxınları tərəfindən 10 mənzilin dəyəri olan pul v əsaitinin götürülmədiyini təsdiq etmişlər. Həmin 777.632 ABŞ dolları məbləğində vəsaiti «Hesabat»a əsasən Məhkum mənzil satışından əldə etdiyi vəsait kimi ilkin ödəniş olaraq göstərilmiş 3.756.197 ABŞ dolları, aylıq ödənişlər kimi göstərilmiş 990.665 ABŞ dollarının cəmindən, yəni 4.746.682 ABŞ dollarından çıxdıqda (4.746.682-777.632=3.969.230) yerdə qalan vəsait 3.969.230 ABŞ dolları təşkil edir. Həmçinin, məhkəmədə müəyyən edildi ki, Məhkum tərəfindən binanın bünövrəsinə 118.320 ABŞ dolları vəsait xərclənmişdir ki, bu hal heç kim tərəfindən təkzib edilmir. Qeyd olunan vəsait də yuxarıdakı ümumi məbləğdən çıxıldıqda (3.969.230 - 118.320=3.850.910) yekun məbləğ 3.850.910 ABŞ dolları təşkil edir. Hökmdə daha sonra qeyd edilmişdir ki, istintaq orqanının ittihamın əsas sübutlarından biri kimi qəbul etdiyi «Hesabat» başlıqlı sənəddə qeyd olunmuş rəqəmlərə uyğun şəkildə Məhkum tikintidə mənzillərin satışından əldə etdiyi pul vəsaitlərinin hesabatı aparılsa belə, son nəticədə təqsirləndirilən şəxsin yaşayış binasının tikintisinə mənzil satışından əldə etdiyi vəsaitdən 196.632 ABŞ dolları məbləğində artıq vəsait xərclədiyi müəyyən edilir. İbtidai istintaq orqanı tərəfindən Məhkum «Hesabat»ın ilk 3 vərəqəsində qeyd olunmuş 70 ədəd mənzilin və 4-cü vərəqəsində göstərilmiş 218 nömrəli mənzilin satışından əldə etdiyi pul vəsaitlərinin hamısını alması ilə bağlı gəldiyi nəticə ilə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində «Hesabat» da qeyd olunan və ona ittiham verilmiş 71 ədəd mənzilin satış qiym ətini təşkil edən 4.072.937 ABŞ dolları məbləğində pul vəsaitinin hamısının özünə verilmədiyini, onun yalnız sifarişçinin satış nümayəndəsi E6 tərəfindən tərtib olunmuş «Məhkum verilmiş pulların qeydiyyatı kitabı»nda özü və podratçının nümayəndəsi kimi Kəmaləddin Qədimov tərəfindən imza edilərək alındığı göstərilən pul vəsaitlərini aldığını təsdiq etmişdir. Məhkum ifadəsinə görə, binanın qeyd olunan vəziyyətə gətirilməsi üçün çəkilən xərclərin ümumi məbləği 4.073.003 ABŞ dolları olmuşdur. 2010-cu ilin fevral ayınadək tikintiyə çəkilmiş xərclərdən 3.525.566 ABŞ dolları mal-material sahiblərinə, hesablanmış əmək haqqına və s. üçün ödənilmiş, bu məbləğdən yalnız 336.775 ABŞ dolları C6 tərəfindən verilmişdir. Məhkəmədə «Məhkum verilmiş pulların qeydiyyatı kitabı» tədqiq olunarkən müəyyən olu ndu ki, orada 02.04.2007-ci ildən 26.09.2009-cu il tarixədək olan dövrdə Məhkum və yaxınlarının imzalayaraq əldə etdikləri vəsaitin ümumi məbləği 1.686.597 ABŞ dolları təşkil edir. Mənzillərin satışından Məhkum 5.255.955 ABŞ dolları pul vəsaiti əldə etməsi işin həqiqi halı kimi qəbul edildiyi halda, həmin pulların 1.686.597 ABŞ dolları hissəsinin bilavasitə Məhkum və K6 imza etdirilməklə verildiyi halda digər hissəsinin imza etdirilmədən, qeyri-müəyyən formada verilməsi normal məntiqə uyğun hesab edilmir və “26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə hesabat” söz birləşmələrinin özü Məhkum tərəfindən həmin mənzillərin satılmasından əldə edilmiş pul məbləğlərini götürməsi anlamına gəlmir. Alqı-satqı-müqavilələrini və maliyyə arayışlarını imzalamaq səlahiyyəti olmayan şəxsin mənzillərin alqı-satqısına dair pul məbləğlərini bilavasitə onlardan alması mümkün hesab edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, “26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat”ın mənzillərin satışından Məhkum 5.255.955 ABŞ dolları pul vəsaiti əldə etməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilməsinin mümkünsüzlüyü barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqs irləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkum binanı tam hazır şəkildə təhvil verəcəyi halda ona ödənilməsi nəzərdə tutulmuş 16234,63 kv.metr yaşayış sahəsindən cəmi qeyd olunan 7550,9 kv.metr sahəli 71 ədəd mənzilin qismən dəyərini təşkil edən ******* ABŞ dolları, yəni ******* (üç milyon yüz doxsan yeddi min iki yüz əlli beş) manat vəsaiti əldə etməsi barədə elan edilmiş ittiham və buna uyğun kassasiya protestinin dəlillə ri biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutlarla deyil, mötəbərliyi şübhə doğuran sübutlarla əsaslandırılmışdır. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə təyin edilmiş təkrar kompleks məhkəmə-tikinti-texniki və mühasibatlıq ekspertizasının 07 dekabr 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 2 girişli, 16 yaşayış mərtəbəsi olan 256 mənzildən ibarət çoxmərtəbəli binadakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışını əks etdirən alqı-satqı müqavilələrinin bütünlüklə ekspertizaya təqdim edilmiş cinayət işi materiallarına əlavə edilmədiyindən 256 mənzildən ibarət çoxmərtəbəli binadakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışından əldə olunmuş ümumi vəsaitin məbləğini müəyyən etmək mümkün olmadı. İş materiallarına əlavə edilmiş 26. 02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə hesabat (6-cı cild səh 179-182) məlumatlarında 8667 kv.metr sahənin satışından ümumilikdə 5.255.955,0 ABŞ dolları məbləğində vəsait əldə edildiyi qeyd edilmişdir. Mənzillərin Məhkum tərəfindən satıldığı, satışdan 5.255.955,0 ABŞ dolları məbləğində vəsait əldə edildiyi və tikinti quraşdırma işlərinə 4047542,00 ABŞ dolları məbləğində vəsaitin xərcləndiyi məhkəmə tərəfindən müəyyən olunduğu təqdirdə Məhkum hesabında 1.208.413,0 ABŞ dolları (948.604,2 manat) məbləğində çatışmazlığın olduğu müəyən olunardı. “Sifarişçi” “Yeni Yasamal" MTK-nın sədri X6 ilə “Podratçı” Məhkum arasında 01.03.2007-ci il tarixli müqaviləyə əsasən yerinə yetirilmiş işlərin hər kv.metr üçün 154 ABŞ dolları həcmində (ödəniş gününə manat la məzənnəsi) haqq ödənilməsi və ödənişin barterlə aparılması, müqavilə üzrə işlər və xidmətlərin dəyərinin yerinə yetirilmiş 37424 kv.metr iş həcminə görə 5.763.296,0 ABŞ dolları təşkil etdiyi, yerinə yetirilmiş işlərin müqabilində “Podratçı”-ya 16234,63kv.m həcmində yaşayış sahəsi (mənzil) verilməsi nəzərdə tutulmuşdur. Şahid ifadələrinə əsasən tikinti-quraşdırma işlərinin həcminin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyətinə aid olmadığından, göstərilən fakt məhkəmə tərəfindən qiymətləndirilə bilər. 09 iyun 2017-ci i! tarixli müstəqil auditor hesabatına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 18.10.2017ci il tarixli 37/34-03639 saylı və 01.11.2017-ci il tarixli 37/34-03827 saylı məktubu ilə iş materiallarına əlavə edilmiş fotoşəki ldə (cild 12 i.v 150-156) əks olunmuş vəziyyətdə, yəni binanın 1-16 (15.5)-cı mərtəbəsi daxil olmaqla tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə ümumilikdə 4047542.00 ABŞ dollar (manat ekvivalentində 3177320.47 manat) məbləğində vəsaitin xərcləndiyi müəyyən edildi. Rəydən göründüyü kimi ünvan 5 ünvanında yerləşən 2 girişli, 16 yaşayış mərtəbəsi olan 256 mənzildən ibarət çoxmərtəbəli binada aparılan tikinti-quraşdırma işlərinin həcminin şahid ifadələrinə əsasən müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətinə aid olmadığından, göstərilən fakt məhkəmə tərəfindən müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan “Yeni Yasamal" MTK-nın ümumi yığıncağının 18 may 2010-cu il tarixli protokolunda göstərilir ki, "xxxx" MTK-nın bütün fəaliyyəti təsisçilər tərəfindən yaradılmış mütəxəssislərdən ibarət komissiya tərəfindən yoxlanılsın və akt tərtib olunaraq yeni yaradılmış təftiş komissiyasına təqdim olunsun. “Yeni Yasamal" MTK-nın Kənar Dairəvi küçəsində “Xiyabani” 5 ünvanında 16 mərtəbəli yaşayış binasının son vəziyyətinə podratçı və sifarişçi arasında üzləşmə aktı tərtib edilsin və təhvil-təslim olunsun. X6 birinci instansiya məhkəməsi iclasındakı ifadəsində göstərmişdir ki, Məhkum həmin tikintidə 2009-cu ilin dekabr ayının sonuna qədər fəaliyyət göstərmişdir. Həmin müddətdə obyektdə 8-ci mərtəbənin tikintisi başa çatdırılmış, 9-cu mərtəbənin isə karkas hissələri qurulmuş halda olmuşdur. 2009-cu il dekabrın sonunda Məhkum binanı həmin vəziyyətdə yarımçıq qoyub tikintidən getmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, X6 cinayət işinin başlanması barədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə 11 noyabr 2015-ci il tarixdə müraciət etmişdir. Məhkum həmin tikintidə 2009-cu ilin dekabr ayının sonuna qədər fəaliyyət göstərmiş, həmin müddətdə obyektdə 8-ci mərtəbənin tikintisi başa çatdırılmış, 9-cu mərtəbənin isə karkas hissələri qurulmuş halda olmuş və 2009-cu il dekabrın sonunda Məhkum binanı həmin vəziyyətdə yarımçıq qoyub tikintidən getmişdirsə və “Yeni Yasamal" MTK-nın ümumi yığıncağının 18 may 2010-cu il tarixli protokol qərarı ilə “Yeni Yasamal" MTK-nın Kənar Dairəvi küçəsində “Xiyabani” 5 ünvanında 16 mərtəbəli yaşayış binasının son vəziyyətinə podratçı və sifarişçi arasında üzləşmə aktı tərtib edilməsi və təhvil-təslim olunması barədə qərar qəbul edilsə də, mütəxəssislərdən ib arət komissiya yaradılması və tikintinin faktiki vəziyyəti rəsmiləşdirilməmiş, podratçının iştirakı ilə təhvil-təslim aparılmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə, 6 ilə yaxın müddət keçdikdən sonra, 11 noyabr 2015-ci il tarixdə müraciət edimişdir. “Yeni Yasamal" MTK-nın ümumi yığıncağının 18 may 2010-cu il tarixli qərarı ilə podratçı ilə üzləşmə keçirilməsi barədə qərar qəbul etdiyi halda 01.01.2009-cu il tarixli və 01.07.2009-cu il tarixli aktları üzləşmə aktı kimi qiymətləndirilməsi həmin qərara uyğun hesab edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən həmin aktların biribirinə münasibətdə və işin obyektiv hallarına uyğunsuzluğuna və mötəbərsizliyinə düzgün hüquqi qiymət verilmişdir. Məhkum tərəfindən 2007-ci ilin əv vəlindən 2009-cu ilin sonuna qədər olan müddətdə binanın 8-ci mərtəbəsi daxil olmaqla beton-karkas işlərini, 6-cı mərtəbə daxil olmaqla arakəsmə, hörgü, PVC qapı-pəncərə işlərinin həyata keçirməsi, yerinə yetirdiyi karkas işlərinin həcminin ümumilikdə 13400 kv. metrdən (1675 kv. metr X 8 mərtəbə) ibarət olması barədə ittiham tərəfinin və zərərçəkmiş şəxslərin irəli sürdüyü dəlilləri təsdiq edən başqa mötəbər sübutun mövcudluğu cinayət işinin materiallarından müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iclasındakı ifadəsində Məhkum göstərmişdir ki, binanın tikintisinə 07.04.07-ci il tarixdən 26.12.09-cu il tarixədək 16-cı mərtəbənin bir blokunun tikintisi də daxil olmaqla binanın 16,5 qatına (15,5 mərtəbəsinə) F0la birlikdə sərf etdiyi xərclər barədə öz əlilə qeydləri ayrıca dəftər də yazmış, həmçinin binada iş icraçısı işləyən A6 da həmin xərclər haqqında 3 vərəqədə qeydləri icra etmişdir və bu qeydləri ibtidai istintaq orqanına təqdim etmişdir. Binanın qeyd olunan vəziyyətə gətirilməsi üçün çəkilən xərclərin ümumi məbləği 4.073.003 ABŞ dolları olmuşdur. 2010-cu ilin fevral ayınadək tikintiyə çəkilmiş xərclərdən 3.525.566 ABŞ dolları mal-material sahiblərinə, hesablanmış əmək haqqına və s. üçün ödənilmiş, bu məbləğdən yalnız 336.775 ABŞ dolları C6 tərəfindən verilmişdir. Həmin müddət üçün tərtib edilmiş 20.02.2010-cu il tarixli üzləşdirmə aktına əsasən görülmüş işlərə görə 547.437 ABŞ dolları borclu qalmış və pullarını C6 dan ala bilmədiklərinə görə həmin borcu ödəyə bilməmişlər. Onunla F0ın çəkdiyi təmiz xərc 3.188.791 ABŞ dolları olmuş, bundan başqa Salyan rayonun da yerləşən kərpic zavoduna ödəməli olduqları 188.602 ABŞ dollarının əvəzinə zavodun sahibi tərəfindən təqdim edilmiş Müzəffər Quliyevin adına C6lə razılaşdırdıqları kimi onlara verilməsi nəzərdə tutulmuş mənzillərdən 4 otaqlı, 167 kv.m-lik 130 saylı və 2 otaqlı 95 kv.m-lik 227 saylı mənzil sənədləşdirilmişdir. Binanın 9-cu mərtəbəsinədək quraşdırılmış PVC pəncərəqapılara çəkilmiş xərc olan 101.764 ABŞ dollarının əvəzinə də onlara verilməsi nəzərdə tutulmuş mənzillərdən - 3 otaqlı, 152,8 kv.m-lik 165 saylı mənzil Vəkil Zərgərovun adına sənədləşdirilmişdir. Bundan başqa, 2007-ci ilin əvvəlində X25 Şirinov adlı şəxsin işlətdiyi beton zavodu ilə anlaşdığını bildirərək, tikinti üçün veriləcək betonun dəyərinin 30%-nin nağd, yerdə qalan 70%-nin isə mənzillərlə barter edilməsini razılaşdırdığını söylədiyindən, betonun dəyərinin həmin qaydada ödənilməsinə razılaşmışlar. Bu səbəbdən binanın tikintisi zamanı istifadə edilmiş betonun dəyəri olan 826.077 ABŞ dollarından 318.534 ABŞ dolları nağd şəkildə Əlinin işçisi olan Yurist adlı şəxsə ödənilmiş, yerdə qalan 507.543 ABŞ dollarının dəyəri isə C6lə razılaşdırdıqları kimi, tikinti xərclərinin əvəzi olaraq verilməsi nəzərdə tutulmuş mənzillərin 1000 kv.metrinin hesabına C6 un özü tərəfindən Əliyə verilmişdir. Çəkilmiş xərclər olan 3.188.791 ABŞ dollarından barter edilmiş mənzillərin dəyəri olan 797.909 ABŞ dollarını çıxanda, onunla F0ın nağd şəkildə ödədikləri məbləğ 2.390.882 ABŞ dollarıdır. C6 tərəfindən isə onlara ümumilikdə 1.607.777 ABŞ dolları nağd şəkildə pul verilmiş, həmin pulları onunla işlərində köməklik göstərən dostu K6 ko operativin əməkdaşı olan E6 xüsusi qeydiyyat kitabını imzalayaraq almışlar. 2010-cu ildə o, A6la sonuncu aktı tərtib etmişlər. 2011-ci ildə F6 birlikdə C6 obyektinə getmiş, həmin vaxt C6 orada tək olmuş, gəlib haqq-hesab etməsini C6 demişdir. C6 isə bu gün qətl günü olduğunu bildirərək sonra haqq-hesab edəcəklərini demişdir. 2011-ci ilin yaz-yay aylarında C6in ofisinə getmiş və hesablaşmağı bildirmiş, C6 isə ona gedib öz işi ilə məşğul olmasını demişdir. Zərərçəkmiş şəxs qismində tanınmış X6 məhkəmə iclasında tədqiq edilmiş ifadələrində göstərmişdir ki, Məhkum tərəfindən icra olunmuş işlərə ******* ABŞ dollarının ödənilməsi haqqında sonuncu ilə A6 birgə tərtib edib imzaladıqları 12.01.2009-cu il tarixli aktda, həmçinin ******* ABŞ dollarının (2057081 manatın) ödənilməsi haqqında 01.07.2009 -cu il tarixli aktda yazılmış qeydlər həqiqəti əks etdirir. Məsudla Arifin imzaladıqları 01.02.2010-cu il tarixli aktı isə o, əvvəllər görməmiş və bu sənəddə əks olunan rəqəmlər həqiqətdən uzaqdır. Yəqin ki, kooperativ tərəfindən betona və digər işlərə ödənilmiş vəsaitlər həmin aktda Məsudun sözləri ilə guya onun tərəfindən xərclənmiş vəsaitlər kimi göstərilmişdir. “01.01.09-da yerinə yetirilib” başlıqlı aktda qeyd olunmuş 8413 kub.metr həcmində betondan 4800 kub metri binanın hazırlıq qatına, özülünə, istinad divarı və qonşu obyektin hasarının bərkidilməsinə, qaraj və digər qeyri-yaşayış hissəsinəbirinci mərtəbənin döşəməsinə qədər işlənmiş, qalan 3613 kub metr isə, hər mərtəbəyə təxminən 600 kub metr betonun işlənməsi nəzərə alınmaqla, binanın 6 mərtəbəsinə sərf edilmişdir. Tikintinin ta m başa çatdırılması üçün podratçıya verilməsi nəzərdə tutulmuş 16234,63 kv.metr yaşayış sahəsindən 8667 kv.metr sahə Məhkum iştirakı ilə kooperativ rəhbərliyi tərəfindən verilmiş müqavilə və maliyyə arayışları əsasında ilkin olaraq müxtəlif vətəndaşlara satılmaqla nağd pul vəsaitlərini Məsud özü birbaşa vətəndaşlardan, ya da kooperativin əməkdaşı E6 vasitəsilə, yaxud bəzi mənzilləri barter qaydasında ödənişlərin aparılması üçün götürmüş, onun aldığı vəsaitlərin cəmi məbləği 5.255.955 (beş milyon iki yüz əlli beş min doqquz yüz əlli beş) ABŞ dollarına - həmin dövrün kursu olan 0,785 hesabı ilə 4.125.925 manata bərabər olmuşdur. Məhkum bu vəsaitləri əldə etməsini 2010cu ilin fevral ayında Ehtibar 6birgə tərtib edərək imzaladığı «26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat»da özünün imzası ilə təsdiq etmişdir. «26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat»ın Məhkum tərəfindən pul məbləğlərinin alınmasını təsdiq edən sənəd kimi mötəbərsizliyinə yuxarıda münasibət bildirilmiş və birinci instansiya məhkəməsi tərəfindən obyektiv hüquqi qiymət verilmişdir. Eyni zamanda 12.01.2009-cu il tarixli və 01.07.2009-cu il tarixli aktların da bir-birinə uyğunsuzluğu və mötəbərsizliyi də birinci instansiya məhkəməsinin hökmündə şərh edilmişdir. Məhkəmə kollegiyası göstərilən sənədlər üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri əsaslı hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tərəfindən irəli sürülmüş 2009-cu ilin dekabr ayının sonunadək olan müddətdə 1-c i qatdan 16,5 qata qədər beton işinə, 13 qata qədər kərpic hörgüsü işinə, 9 mərtəbəyə qədər PVC qapı-pəncərə işinə şəriki F6 birlikdə pul vəsaitini buraxması, həmin vəsaitlərlə yerinə yetirilmiş beton-karkas işlərinin həcminin 15,5 mərtəbəyədək (16,5 qatadək) 32819 kv. metr olması, onun tərəfindən tikintiyə nağd şəkildə cəmi 2.576.082 ABŞ dollarının sərf edilməsi, kooperativin isə ona ümumilikdə 1.607.777 ABŞ dollarını verməsi və 968.305 ABŞ dolları məbləğində borclu qalması barədə dəlillər birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edildiyi halda həmin halları təkzib edə biləcək hər hansı mötəbər sübutu, dəlili ittiham tərəfi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirs iz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 18.10.2017-ci il tarixli 37/34-03639 saylı və 01.11.2017-ci il tarixli 37/34-03827 saylı məktubu ilə məhkəməyə göndərilmiş 6 oktyabr 2009-cu ildə və digər tarixlərdə çəkilən fotoşəkillərin həqiqi olub-olmamasının aydınlaşdırılmasından ötrü ekspertiza keçirilməsi barədə zərərçəkmiş şəxslərin nümayəndələri tərəfindən verilmiş və dövlət ittihamçısının da müdafiə etdiyi vəsatətin məhkəmə tərəfindən təmin olunmaması barədə kassasiya protestinin dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məh kəməsinə həmin fotoşəkillərin üzərilərində çəkilmə tarixləri göstərilmiş əsilləri təqdim edilmişdir. Onların həqiqiliyinə şübhə doğuran hər hansı hal müəyyən edilməmiş və vəsatətdə də göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin qərarı cinayət işinin faktiki hallarına uyğun olduğundan, kassasiya protestinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Zərərçəkmiş şəxslərin hər üçünün kassasiya şikayətlərinin dəlilləri, kassasiya protestinin dəlilləri ilə eyni məzmunlu olmaqla, apellyasiya instansiya məhkəməsinin qərarında və həmin qərarla dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin hökmündə kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərinin əsa ssızlığına düzgün hüquqi qiymət verilməsi ilə razılaşaraq məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxslərin kassasiya şikayətləri də təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların, ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilməd ən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2019-cu il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxslər "xxxx" MTK-nın nümayəndəsinin, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar