Məhkəmə qərarları › İş №1(102)-1391/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1391/2021

19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1391/2021 19.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə; Coşqun Akif oğlu Mütəllimovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, xx.xx.1980-cı ildə Ermənistan Respublikası Stepanovan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində azyaşlı uşaqları olan, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2an, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 228.2.1 və 307.3-cü maddələri ilə, xx.xx.1980-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ali təhsilli, ailəli, himayəsində azyaşlı uşaqları olan,əvvəllər məhkum edilməmiş, ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 307.3-cü maddələri ilə, xx.xx.1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, fərdi qayda da sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 307.3-cü maddələri ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi qaydada usta işləyən, məhkumluğu olmayan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 307.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 24 may 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən verilmiş kassasi ya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 1(043)78/2020 saylı hökmü ilə (sədrlik edən Zaur Hüseynov) Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 228.2.1 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 228.2.1 maddələri ilə 4(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 02.11.2017-ci il tarixdən 02.02.2018-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay müddət nəzərə alınmaqla, həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, bu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi, üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddəti ərzində Məhkum1 davranışı ü zərində nəzarətin həyata keçirilməsinin yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 307.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3cü maddəsi 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təy in edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 01.11.2017-ci il tarixdən 01.02.2018-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay müddət nəzərə alınmaqla, həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, bu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi, üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddəti ərzində Məhkum2 davranışı üzərində nəzarətin həyata keçirilməsinin yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 307.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum3 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum3 04.11.2017-ci il tarixdən 03.02.2018-ci il tarixədək həbsdə saxlanıldığı 2 ay 28 gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, bu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci mad dəsinə əsasən 2 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi, üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddəti ərzində Məhkum3 davranışı üzərində nəzarətin həyata keçirilməsinin yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilməsi, smaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altma vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 307.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum4 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il smaq müddəti ilə şərti olaraq tətbiq edilməsi, üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddəti ərzində Məhkum4 davranışı üzərində nəzarətin həyata keçirilməsinin yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən Dövlət ittihamçısı Murtuz Bəylərov tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 24 may 2021-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), T.A.Muxtarov və E.İ.Xasməmmədov) verilmiş apellyasiya protesti təmin edilməmiş və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Hökmə əsasən Məhkum1 qabaqcadan vəd etmədən qardaşı Eldar Nəsirovun və tanışı Namiq Kərimovun 25 oktyabr 2017-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri Heydər Əliyev prospekti 185 ünvanında yerləşən “Miraj” çay evində Qurban Qurbanovu qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürməyə cəhd etmə cinayətlərindən sonra hadisə yerindən yayınmış Namiq Kərimovun ona zəng edərək həmin hadisə barədə və hadisədə istifadə etdiyi bir ədəd odlu silah hesab edilən zavod üsulu ilə hazırlanmış, on altı kalibrli, «TOZ - B» modelli, “134404-55” nömrəli, patronluğunun uzunluğu 70 mm, xarici çaxmaqlı, üzərində konstruktik dəyişikliklər aparılmış, lüləsi və dəstəyi kustar üsulla kəsilib qısaldılaraq təyinatı dəyişdirilmiş, tüfəng kəsiyi olan, atəş üçün yararlı, qoşa hamarlüləli (yivsiz) odlu ov tüfənginin yerini bildirməsindən sonra xüsusilə ağır cinayət və həmin xüsusilə ağır cinayətin törədilməsində Namiq Kərimov tərəfindən istifadə edilmiş odlu silah barədə məlumatlı olub, həmin odlu silahı gizlətmək məqsədilə Məhkum2, Məhkum4 və Məhkum3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncuları təlimatlandırmaqla onların fəaliyyətini əlaqələndirməklə istiqamətləndirərək qanunsuz olaraq odlu silahı əldə edib hüquq mühafizə orqanı tərəfindən aşkar edilib götürülənədək daşımaqla saxlanılmasını təşkil etmiş, bununla da həm də qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Məhkum2 qabaqcadan vəd etmədən Edqar Nəsirovun və tanışı Namiq Kərimovun 25 oktyabr 2017-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri Heydər Əliyev prospekti 185 ünvanında yerləşən “Miraj” çay evində Qurban Qurbanovu qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürməyə cəhd etmə cinayətindən sonra tanışı Edqar Nəsirovun qardaşı Məhkum1 və ictimaiyyətdə yayılan xəbərlərdən eşidib həmin xüsusilə ağır cinayət və xüsusilə ağır cinayətin törədilməsində Namiq Kərimov tərəfindən istifadə edilmiş odlu silah barədə məlumatlı olduqdan sonra hadisə yerindən yayınmış Namiq Kərimovun cinayətin törədilməsində istifadə etdiyi bir ədəd odlu silah hesab edilən zavod üsulu ilə hazırlanmış, on altı kalibrli, «TOZ - B» modelli, “134404-55” nömrəli, patronluğunun uzunluğu 70 mm, xarici çaxmaqlı, üzərində konstruktik dəyişikliklər aparılmış, lüləsi və dəstəyi kustar üsulla kəsilib qısaldılaraq təyinatı dəyişdirilmiş, tüfəng kəsiyi olan, atəş üçün yararlı, qoşa hamarlüləli (yivsiz) odlu ov tüfəngini gizlətmək məqsədilə Məhkum1 və qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə edib hüquq mühafizə orqanı tərəfindən aşkar edilib götürülənədək daşımaqla saxlamış, bununla da həm də qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Məhkum3 qabaqcadan vəd etmədən tanışları Edqar Nəsirovun və Namiq Kərimovun 25 oktyabr 2017-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri H.Əliyev prospekti 185 ünvanında yerləşən “Miraj” çay evində Qurban Qurbanovu qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürməyə cəhd etmə cinayətindən sonra Edqar Nəsirovun qardaşı Məhkum1 və ictimaiyyətdə yayılan xəbərlərdən eşidib, habelə hadisənin sosial çarxlarda yayılmış video görüntülərini görüb həmin xüsusilə ağır cinayət və xüsusilə ağır cinayətin törədilməsində Namiq Kərimov tərəfindən istifadə edilmiş odlu silah barədə xəbərdar olduqdan sonra hadisə yerindən yayınmış Namiq Kərimovun cinayətin törədi lməsində istifadə etdiyi bir ədəd odlu silah hesab edilən zavod üsulu ilə hazırlanmış, on altı kalibrli, «TOZ - B» modelli, “134404-55” nömrəli, patronluğunun uzunluğu 70 mm, xarici çaxmaqlı, üzərində konstruktik dəyişikliklər aparılmış, lüləsi və dəstəyi kustar üsulla kəsilib qısaldılaraq təyinatı dəyişdirilmiş, tüfəng kəsiyi olan, atəş üçün yararlı, qoşa hamarlüləli (yivsiz) odlu ov tüfəngi gizlətmək məqsədilə Məhkum1, Məhkum4 və Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə etmiş, hüquq mühafizə orqanı tərəfindən aşkar edilib götürülənədək daşımaqla saxlayıb başqasına vermiş, bununla da həm də qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Məhkum4 qabaqcadan vəd etmədən tanışları Eldar Nəsirovun və Namiq Kərimovun 25 oktyabr 2017-ci i l tarixdə saat 22 radələrində Gəncə şəhəri Heydər Əliyev prospekti 185 2nvanında yerləşən “Miraj” çay evində Qurban Qurbanovu qabaqcadan əlbir olan bir qrup çəxs halında qəsdən öldürməyə cəhd etmə cinayətlərindən sonra tanışı Məhkum3 və ictimayyətdə yayılan xəbərlərdən eşidib, habelə hadisənin sosial çarxlarda yayılmış videogörüntülərini görüb həmin ağır cinayət və xüsusilə ağır cinayətin törədilməsində Namiq Kərimov tərəfindən istifadə edilmiş odlu silah barədə xəbərdar olduqdan sonra hadisə yerindən yayınmış Namiq Kərimovun cinayətin törədilməsində istifadə etdiyi bir ədəd odlu silah hesab edilən zavod üsulu ilə hazırlanmış, on altı kalibrli, «TOZ - B» modelli, “134404-55” nömrəli, patronluğunun uzunluğu 70 mm, xarici çaxmaqlı, üzərində konstruktik dəyişikliklər aparılmış, lüləsi və dəst əyi kustar üsulla kəsilib qısaldılaraq təyinatı dəyişdirilmiş, tüfəng kəsiyi olan, atəş üçün yararlı, qoşa hamarlüləli (yivsiz) odlu ov tüfəngi gizlətmək məqsədilə Məhkum1, Məhkum3 və Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə etmiş, hüquq mühafizə orqanı tərəfindən aşkar edilib götürülənədək daşımaqla saxlayıb başqasına vermiş, bununla da həm də qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 228.2.1 və 307.3-cü maddələri, Məhkum2, Məhkum3 və Məhkum4 Cinayət Məcəlləsinin 228.2.1 və 307.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 24 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Kassasiya protesti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər barəsində CM-in 70-cı maddəsini tətbiq edərkən onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə aldığını qeyd edib eyni zamanda hökmdə göstərmişdir ki, "məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir. Hazırki vəziyyətdə cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onlar təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını real olaraq çəkmədən də islah oluna bilərlər”. Təqsirləndirilən şəxslərin hazırda məhkumluqları yoxdur, törətdikləri cinayətlər az ağır cinayət hesab olunur, təqsirlərin səmimi etiraf edir və törətdikləri əməldən peşmançılıq hissi keçirdiklərini bildirirlər, cinayətin törədildiyi vaxtdan üç ilə yaxın müddət keçmiş və bu müddətdə başqa bir cinayətin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilməmişlər və yaşayış yerləri üzrə müsbət xarakterizə olunurlar. Bundan əlavə, təqsirləndirilən şəxslərdən Məhkum1 və Məhkum2 ailəli olmaqla, himayələrində azyaşlı uşaqları vardır. Belə vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxslərdə qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün onlar mütləq cəza çəkməlidir. Apelyasiya instansiya məhkəməsi həmin mövqe ilə razılaşaraq qərarda buna uyğun əsaslandırma aparmışdır. Lakin yuxarıda göstərilən xüsusatlar məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edilə bilsə də. onların barəsində CM-in 70-cı maddəsini tətbiq edilməsi və şərti cəzaya məhkum olunmaları üçün əsas ola bilməz. Cinayət Məcəlləsinin vəzifəsi sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadı fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Lakin məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzası təyin etsə də. həmin maddələrin tələblərini pozaraq cinayət əməlinin yüksək ictimai təhlükəliyini, cinayətin bir qrup şəxs halında törədilmə sini, cinayətin xarakterini, baş vermə şərait və üsulu baxımından təyin edilmiş cəzanın şərti hesab edilməsi qərarına gəlməkdə haqlı olmamışdır. Məhkəmənin təqsirləndirilən şəxslərin cəza çəkmədən islah edilməsini mümkün hesab etməsi faktiki olaraq məhkumların özü həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi üçün bir stimul yaratmışdır. Məhkəmə CM-in 58.1, 58,3, 34.8 və 70.2-ci maddələrinin tələbləri baxımından cəza təyin edərkən təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin yüksək ictimai təhlükəliyini, onların cinayəti bir qrup şəxs halında törətmələrini, cinayətin xarakterini, baş vermə şərait və üsulunu ümumiyyətlə nəzərə almamışdır. Cinayətin ictimai təhlükəfiliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəs i ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və.s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxslər cinayəti qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, ictimai təhlkəsizlik və ictimai qayda əleyhinə, həmçinin ədalət mühakiməsi əleyhinə olan, təsnifat baxımından az ağır cinayət hadisələri törətmiş və cinayəti başa çatdırmışlar. Lakin məhkəmə Məhkum1. X4. Məhkum3 və Məhkum4 barəsində CM-in 70-ci maddəsini tətbiq edərkən yuxarıda qeyd etdiyim kimi, onların əməlinin ictimai təhlükəliliyinin xarekterini. Qəsdlərinin obyektin, törətdikləri cinayətin təsnifatını, törədilmə hallarım, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsini və üsulunu nəzərə almamışdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs Məhkum2 cəza təyin edərkən onun törətmiş olduğu əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində üç azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi, CM-in 307.3-cü maddəsində nəzərdə tutulan cinayətin qabaqcadan əlbir olaraq bır qrup şəxs tərəfindən törədilməsini isə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxs Məhkum3 cəza təyin edərkən onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi, CM-in 307.3-cü maddəsində nəzərdə tutulan cinayətin qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən törədilməsini isə cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Həmçinin, məhkəmə, təqsirləndirilən şəxs Məhkum4 cəza təyin edərkən onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi, CM-ın 307.3-cü maddəsində nəzərdə tutulan cinayətin qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən törədilməsini isə cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1,14-cü maddəsində göstərilməmiş başqa hallarda cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edi lməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü ıl tarixli 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikası CPM-ın 139-cu maddəsinə görə sübut edilməli hallardır və məhkəmə tərəfindən toplanmış sübutlar əsasında qəbul edilə bilər. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum1 cəza təyin edərkən onun törətmiş olduğu əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kiıni nəzərə almışdır. Məhkəmə cəza təyin edərkən Məhkum1 törətdiyi əməldən səmimi peşimançılıq çəkməsini qanunsuz və əsassız olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 72.1 -ci maddəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması səmimi peşmançılıq kimi qiymətləndirilmişdir Yəni şəxsin əməlindən səmimi peşman olmasını bildirməsi həmin maddədə göstərilən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqs irini boynuna alması cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması ilə müşayət olunmalı, bu isə şəxsin və əməlin ictimai təhlükəliliyini azalmasını təsdiq edir. Qanunvericilik məhz buna görə ''əmin maddəni müəyyən etmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3 və Məhkum4 da cəza təyin edərkən «səmimi peşmançılıqla» və “yaşayış yeri üzrə müsbət xarekterizə olunmaqla” bağlı hissələrdə də Məhkum1 olduğu kimi yenə eyni xarakterli qanun pozuntularına yol vermişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə, Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillər indən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiya sı cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin olunması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2021-ci il tarixli qərarı məhkumlar Məhkum1 və Məhkum2 Zaur oğlu barəsində cəza təyin edilməsi hissəsində ləğv edilməklə, cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilməlidir. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Apellyasiya məhkəməsi tərəfindən Azərbayca n Respublikası CPM-nin 143-146-cı maddələrinə tam riayət etməklə sübutlar tədqiq edilib qiymətləndirilmişdir. Protestdə məhkumlara Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin düzgün olmayaraq tətbiq olunması iddia edilir və buna dair bir sıra dəlillər göstərilir. Həmin dəlillərin qanuniliyini yoxlayarkan məhkəmə ilk növbədə şərti məhkum etmənin tətbiqi məsələlərini tənzimləyən CM-nin 70.1 və 70.2-ci maddələrini rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbi q edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmələrin qərarlarında göstərilən dəlillərdən görünür ki, onlar məhkumun cəza çəkmədən islah olunacağı qənaətinə gəlmiş və bu səbəbdən CM-nin 70-ci maddəsini tətbiq etmişlər. Qərarda bu nəticəni əsaslandıran hallar kimi istinad edilmişdir ki, Məhkum1 cəza təyin edərkən onun törətmiş olduğu əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, Məhkum2 cəza təyin edərkən onun törətmiş olduğu əməl i etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində üç azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, Məhkum3 cəza təyin edərkən onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, Məhkum4 cəza təyin edərkən onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onların cəzalarının yüngülləşdirən hal kimi və nəzərdə tutulan cinayətin qabaqcadan əlbir olaraq bır qrup şəxs tərəfindən törədilməsini isə onların cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 yüngül cəza təyin edilməsi ilə kassasiya protestinin dəlilləri ilə qismən razılaşaraq, hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən həmin məhkumlara təyin edi lmiş cinayətlərin məcmusu üzrə qəti cəza cəzanın sosial ədalətin bərpası, islahedici və preventiv məqsədləri baxımından ədalətli deyildir. Göründüyü kimi, apellyasiya məhkəməsi məhkumların cəmiyyətdən təcrid olunmadan islah olunacağı qənaətinə gələrkən öz yekun qərarında bir sıra yüngülləşdirici halları göstərmişdir. Mübahisəsizdir ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-nin 59.1.1-59.1.14-cü maddərində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınması əsassız hesab edilə bilməz. Lakin, qeyd olunan yüngülləşdirici halların olması hətta cəzanı yüngülləşdirən digər hallarla birlikdə, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, eyni zamanda məhkumlar Məhkum1 və X1 törətmiş olduğu cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aid olmaqla bu kateqoriyalı cinayətləri törətmiş şəxslərə təyin edilmiş cəzaların şərti hesab edilməsi gələcəkdə həmin qəbildən olan cinayətlərin qarşısının alınmasına öz mənfi təsirini göstərməyəcəyi nəzərə alınmaqla və CM-nin 41.2ci maddəsinin tələbləri baxımından məhkumun cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən cəzanın yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün tətbiq edildiyi nəzərə alınmamışdır. Məhkumlar Məhkum1, X4, Hüseynov İlkin isfəndiyar oğlu və Məhkum4 belə cəzanın (şərti məhkum etmənin) tətbiqi məhkum və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və onun özünün islah olunması məqsədlərinə xidmət etmədiyi mübahisəsizdir. Göründüyü kimi, apellyasiya məhkəməsi məsuliyyəti ağırlaşdıran halları nəzərə almadan cəza məsələsini həll etmişdir. Kassasiya protestində işin müəyyən edilmiş halları mübahisələndirilməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 əməlinə düzgün hüquqi qiymət verildiyi qeyd olunmuş, lakin məhkumlara cəza təyini zamanı cinayət qanununun normalarının pozulduğu, bununla da, məhkumlara törətmiş olduğu əməllərin ədalətli hüquqi nəticəsi olmayan yüngül cəza təyin edildiyi iddia edilmiş, apellyasiya məhkəməsi qərar ının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmiş dir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdı r. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakt eri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından da görünür ki, Məhkum1 xüsusilə ağır cinay ət və həmin xüsusilə ağır cinayətin törədilməsində Namiq Kərimov tərəfindən istifadə edilmiş odlu silah barədə məlumatlı olub, həmin odlu silahı gizlətmək məqsədilə Məhkum2, Məhkum4 və Məhkum3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncuları təlimatlandırmaqla onların fəaliyyətini əlaqələndirməklə istiqamətləndirərək qanunsuz olaraq odlu silahı əldə edib hüquq mühafizə orqanı tərəfindən aşkar edilib götürülənədək daşımaqla saxlanılmasını təşkil etmiş, bununla da həm də qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Məhkum2 Zaur oğlu isə həmin silahı öz avtomobilində gəzdirmiş və gizlədilməsi üçün şərait yaratmışdır. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsinin əsaslarını müəyyən edən CM-nin 64.1-ci maddəsinə görə iştirakçılıqla törədilmi ş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Bundan başqa, Cinayət Məcəlləsinin 34.8-ci maddəsinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Əməlin ictimai təhlükəliliyinin xarakteri isə qəsdin obyektinin, predmetinin sosial əhəmiyyətli dəyər, maraq və sərvətlər sistemindəki mövqeyinə əsasən müəyyən edilir ki, bu dəyər, maraq və sərvətlərin mühafizəsi də insan və vətəndaşın hüquq və azadlıqlarının, əhalinin səhhət və sağlamlığının, ictimai qayda və ict imai təhlükəsizlik və s. qorunmasının təmin edilməsi üçün çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası işin bu hallarına və yuxarıda göstərilən normalara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv ediməli, kassasiya protesti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti qismən təmin edil sin. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 24 may 2021-ci il tarixli qərarı Məhkum1 Azərbaycam Respublikası Cinayət Məcəlləsinin 32.3, 228.2.1 və 307.3cü maddələri və Məhkum2 Cinayət Məcəlləsinin 228.2.1 və 307.3-cü maddələri ilə məhkum edilmələrinə dair hissədə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar