Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1391/2022 10.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının və zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 15 mart 2022-ci il tarixli, 1(107)-63/2022 nömrəli qərarından Dövlət ittihamçısı2 oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Məhərrəm oğlu xx xxxx 1989-cu il tarixdə Göyçay rayonu Bığır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 07 sentyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Məhərrəm oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM) 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəmə si tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Məhərrəm oğlu 2021-ci ilin may ayının əvvəllərində atası Şahid12 məxsus və özünün yaşadığı Göyçay rayonu, Bığır kəndində yerləşən fərdi yaşayış evinə Şəki şəhərindən qonaq gələn xx.xx.2002-ci il təvəllüdlü bacısı qızı X2 yüngül həyat tərzi keçirməsinə, qeyri-əxlaqi hərəkətlər etməsinə, ailə üzvləri ilə ünsiyyətdə olarkən nalayiq ifadələr işlətməsinə görə əsəbiləşmiş və bu hərəkətlərin onu cəmiyyətdə, yəni kənd sakinləri və tanışları arasında rüsvay etdiyini düşünmüş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə keçən gecə saat 03 radələrində Fatma Məmmədovanın yatdığı otaqda heç kimə əhəmiyyət vermədən əks cinsdən olan ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışması səsinə yuxudan oyanıb sonuncunun ya tdığı otağa gedərək bu hərəkətlərinə görə iradını bildirdikdə Fatma Məmmədovanın onu nalayiq ifadələrlə təhqir edərək otaqdan qovmasından əsəbiləşmiş və özünün yatdığı otağa qayıdıb çarpayısına uzanarkən Fatma Məmmədovanın onun iradına heç bir əhəmiyyət vermədən yenidən əks cinsdən olan şəxslərlə telefonda qeyri-əxlaqi məzmunda danışdığını görüb sonuncunun yüngül həyat tərzi keçirməsindən və ayrı-ayrı şəxslərlə qadın-kişi münasibətlərində olmasından bir daha əmin olmuş, buna görə qisas almaq məqsədilə Fatma Məmmədovanı öldürmək qərarına gəlib sonuncunun yatmasını gözləmiş, xx.xx.2021-ci il tarixdə saat 06 radələrində Fatma Məmmədovanın artıq yatdığını yəqin edərək fərdi yaşayış evinin ikinci yataq otağına, yəni Fatma Məmmədovanın yatdığı otağa keçib sonuncunun çarpayıda arxası üstə yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmasından tam əmin olub üzərində olan qara rəngli adyalı sifət nahiyyəsinə çəkdikdən dərhal sonra Fatma Məmmədovanın üzərinə çıxıb qarın nahiyyəsində oturaraq başının altında olan açıq çəhrayı rəngli yastığı götürüb sonuncunun sifət nahiyyəsinə sıxaraq, onun tənəffüs yollarını bağlamaqla nəfəs almasını dayandırdığı anda otağa girən Fatma Məmmədovanın anası Şahid1 onun cinayətkar əməlini törətməsinin qarşısını almağa yönəlmiş ağlamasına, yalvarışlarına və qızını xilas etmək üçün ayağından tutaraq özünə tərəf çəkməsinə baxmayaraq, öz cinayətkar əməlini davam etdirərək mexaniki asfiksiya nəticəsində Fatma Məmmədovaya alt çənədə diş ətlərinə, alt çənə nahiyyəsində orta xətt boyu və bir qədər sağ tərəfdə qansızmalar, ağ ciyərdə atele ktaz və emfizema ocaqları, tək-tək xırda ocaqlı qansızmalar, traxeyaətrafı toxumada xırda ocaqlı qansızmalar ilə müşahidə olunan bədən xəsarətləri yetirərək Fatma Məmmədovanın anası Şahid1 gözü qarşısında sonuncuya xüsusi iztirаb və əzаb vеrdiyini dərk еdərək, yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X3 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.
4. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 1(091)-202/2021 nömrəli hökmü ilə Məhkum Məhərrəm oğlu Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
5. Hökmdən dövlət ittihamçısı Musayev Fuad Möhü bbət oğlu apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən isə apellyasiya şikayətləri verilmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2022-ci il tarixli, 1(107)-63/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2022-ci il tarixli, 1(107)-63/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri
8. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarlamaqla kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Re spublikası CPM) 416.1.21 -ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. III. Hüquqi məsələlər
9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarı n qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişd irilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
13. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum Məhərrəm oğluna təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21 -ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalar ı nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60- cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
16. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azər baycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
17. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
18. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61 ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
19. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
20. Həmin Məcəllənin 404-cü m addəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
21. Məhz bu cür ("açıq-aydın” yüngül və yaxud "açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
22. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası ("məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublika sı CPM-nin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza "açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
23. Hətta kassasiya insta nsiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın "açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq daha böyük, pozuntu isə daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
24. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu d əlillər Məhkum Məhərrəm oğluna təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
25. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Məhkum Məhərrəm oğlunun Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilindiyi cinayət əməli - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə - Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində xüsusillə ağır cinayətlər kimi təsbit edilmişdir.
26. Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
27. Məhkum Məhərrəm oğluna Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9cu maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiya daxilində olan cəza təyin edilmişdir.
28. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Məhərrəm oğlunun ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır.
29. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkum edilm iş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM- nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən hal kimi yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Məhkum Məhərrəm oğluna həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin sözüged ən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.
31. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri məhkum edilmiş şəxs Məhkum Məhərrəm oğlunun təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası üçün sanksiyada nəzərdə tutulan həddə cəza təyin etməklə, Azərbaycan Respublikası CM-də nəzərdə tutulan cəzanın məqsədlərini təmin etmişdir.
32. Qeyd olunan hallar baxımından Məhkum Məhərrəm oğluna birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə halları nın, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz. 33.Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21 -ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 34.Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum Məhərrəm oğlunun barəsində olan 15 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1 -ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum Məhərrəm oğlunun barəsində olan 15 mart 2022-ci il tarixli, 1(107)-63/2022 nömrəli qərarı dəyişdirilməsən saxlansın.