Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1391/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 71-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivi nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində yaşayan, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 1(103)-1741/2022 nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2022-ci tarixli, 1(008)-364/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hü ququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməsi, cəzaçəkmənin əvvəlinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murquzov) apellyasiya protesti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum 06 dekabr 2021-ci il tarixdə saat 09:10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21063” markalı **-KY*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ilə üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən, «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin, yaşayış məntəqəsində avtomobili 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli, həmçinin hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq kimi mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə əməl etməmiş, mövcud şəraitdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ilə üzü Zabrat qəsəbəsi istiqamətində yolun sağ hissəsindən soluna keçən piyada Zərərçəkmiş şəxs avtomobilinin qabaq hissəsilə ehtiyyatsızlıqdan vuraraq ona, baş-beyin nahiyəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin nahiyəsinə və yumşaq qişalarına qansızma, ənsə sümüyünün kəllə əsasına keçən açıq sınığı, İ-İİ boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, sol mil-bilək sümüyünün qapalı, sol baldır sümüklərinin açıq qəlpəli sınıqları, başın gövdənin, yuxarı və aşağı ətrafların əzilmişcırılmış yarası və qançırları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zə rər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən həddindən artıq yüngül cəza təyin etmiş, bununla da məhkəmə tərəfindən cinayət qanununun cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Kassasiya protestində xüsusilə ona istinad olunur ki, Məhkum müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhdlər etməsi məhkəmələr tərəfindən əsassız olaraq cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasını xahiş edir. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümum i şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kas sasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi gö rür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədil miş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstər ilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əs asən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdir ilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkə məsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olması barədə nəticəyə gəlmək üçün əsas vermədikləri müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma cinayəti Cinayət Məcəlləsinin 15.3cü maddəsində az ağır cinayət kimi təsbit edilmiş təqsir in ehtiyatsızlıq formasında törədilən əməldir. Həmin maddənin sanksiyasında əsas cəza kimi 2 (iki) ildən 6 (altı) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və əlavə cəza kimi 3 (üç) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Məhkum isə CM-in 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiyada müəyyən edilmiş azadlıqdan məhrum etmənin aşağı həddindən 3 (üç) il çox, yuxarı həddən 1 (bir) il az cəza təyin edilmişdir (eynilə əlavə cəzanın da müddəti sanksiyada göstərilən yuxarı həddən bir il azdır). Məhkum təqsirli bilindiyi cinayətin törədilmə hallarından görünür ki, hazırki qərarın “İşin halları” bölməsində təsvir edi lən nəticəyə (zərərçəkən şəxsin ölməsinə) səbəb olmuş yol-nəqliyyat hadisəsi Məhkum cinayətkarcasına etinasızlığı nəticəsində baş vermişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Məhkum əvvəllər məhkum olunmamış, ailəni dolandıran yeganə şəxs olmaqla himayəsində iki azyaşlı övladı var, törətdiyi cinayəti etiraf edib əməlinə görə peşman olduğunu bildirmişdir. Bundan başqa, o, zərərçəkmiş şəxsin məzar daşının hazırlanmasına görə xərcləri ödəmiş (göstərilən halı zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasında təsdiq etmişdir) və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etmişdir. Qeyd olunan hallardan birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, apellyasiya instan siyası məhkəməsi də bununla razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması onu əvvəllər məhkum olunmuş, kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlabatan əsasdır. Digər tərəfdən Məhkum zərərçəkmiş şəxsin məzar daşının hazırlanmasına görə 2000 manat ödəməsi məhz zərərçəkmiş şəxsin hüquqi varisi olan Ceyhunlu Eynur Cehun oğlu tərəfindən təsdiq olunmaqla sübut olunan haldır. Belə olan halda həmin ziyanın zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən maddi yaxud mənəvi olaraq qəbul edilmiş olması və həmin ziyanın ödənilməsi forması kimi detallar məhkəmə araşdırması baxımından mühüm əhəmiyyət kəsb etməməklə Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi kimi nəzərdə tutulan cəzanı yüngülləşdirən hal kimi qəb ul edilməlidir. Göstərilənlərlə yanaşı CM-nin 58.3-cü maddəsinin tələbləri baxımından Məhkum cəza təyini zamanı onun şəxsiyyəti və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, Məhkuma (ailənin yeganə dolandıran şəxs olması yüngülləşdirilən hal kimi qəbul edilmiş) daha yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi himayəsində olan 2 azyaşlı uşaqlarının maddimənəvi durumunun ağırlaşmasına və nəticədə törədilmiş əməllə təyin edilmiş cəzanın (yuxarıda sadalanmış yüngülləşdirici hallar fonunda) qeyri mütənasibliyinə səbəb ola bilərdi ki, həmin xüsusat aşağı məhkəmələr tərəfindən cəza təyini zamanı kifayət qədər nəzərə alınmışdır. Həmçinin işdən görünür ki, Məhkum barəsində ibtidai istintaq dövründən azadlıqdan məhrum e tmə ilə bağlı olmayan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həmin tədbirin şərtlərini pozmamış, ibtidai istintaq orqanının, məhkəmələrin çağırışlarına vaxtlı-vaxtında gəlmişdir. Qeyd olunan hallar müvafiq sübutlara əsaslanır. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. K assasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar bu maddənin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə nəinki 5 il müddətə azadlıqdan məhrum etmə cəzası, hətta bundan da az müddətə (2 il azadlıqdan məhrum etmədən və 1 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmədən başlayan) cəzanın təyin edilməsi mümkün görülmüşdür. Qeyd olunan halların fonunda (həmçinin, cinayətin törədilmə halları nəzərə alındıqda) Məhkum təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cin ayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətlərin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamç ısının çıxışını dinləyərək qərara alır ki, dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 1(103)1741/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 1(103)-1741/2022 nöm rəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1391/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1391/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver