Məhkəmə qərarları › İş №1(102)-1392/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1392/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1392/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cina yət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin (hakimlər: X9 ) 14 avqust 2020-ci il tarixli hökmü ilə xx xxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli hökmü ilə CM-in 206.3.2, 234.4.1, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib CM-in 66.3-cü maddəsinə əsasən 9 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 14 avqust 2014-cü il tarixli qərarı ilə əməli CM-in 32.5,206.2, 29.234.1-ci maddələr i ilə tövsif edilib CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 04 avqust 2015-ci il tarixli qərarı ilə cəzasının 4 ay 17 gün çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli hökmü ilə CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 8 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhərində qeydiyyatda olmaqla orada yaşamış, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmiş, 11 dekabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 22 aprel 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə) 17 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli hökmü cəzaya aid his sədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 01 (bir) il 06 (altı) aya endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Məhkum 2019-cu il dekabr ayının əvvəllərində yaşadığı Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 37/43 nömrəli evin yağınlığında yolun kənarından gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayıb Şəmkir rayonuna daşımış və 11 dekabr 2019-cu il tarixdə gecə saat 01:00 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şəmkir rayonu Könüllü kəndi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0.22 qram olan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 961İ İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İİ siyahısı“ və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İİ siyahısı“ ilə müəyyən edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2021-ci il tarixli qərarındən Dövlət ittihamçısı Nizami oğlu tərəfindən kassasiya protesti verilmişdir. Dövlət ittihamçısı qərarın əsassız olduğunu vurğulayaraq qeyd etmişdir ki, Məhkum 13.07.2018-ci il tarixdə təyin edilmiş cəzadan tamamilə azad edilməsinə baxmayaraq, yenidən, yəni 11,12.2019-cu il tarixdə qəsdən cinayət törətdiyinə görə onun əməlində cinayətin təhlükəli residivi yaranmışdır. Məhkum hər iki məhkumluğu üzrə məhkumluğun ödənilməsi müddətinin axımı Bakı şəhəri Səbail rayon məhkəməsinin 13 iyul 2018-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra başlamışdır. Apellyasiya məhkəməsi cinayət qanununun normasının tələblərini pozmuş, Məhkum əməlində cinayətin təhlükəli residivinin olmasına, onun təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasının ən ağır cəza həddi 3 il azadlıqdan məhrum etmə cəzası təşkil etməsinə, CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən, yəni 2 ildən az ola bilməz tələbinə əhəmiyyət vermədən, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 1 il 6 ay həddinə endirmişdir. Halbuki, Məhkum 2 il cəza həddindən aşağı cəza təyin edilməsi üçün məhkəmə kollegiyası CM-in 62-ci maddəsinə istinad etməli və bununla bağlı müstəsna halları qərarda əsaslandırmalı idi. Bundan başqa, birinci instansiya məhkəməsi CM-in 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı tutulduğu 2 gün müddəti ona təyin edilmiş cəzadan çıxmaqla üzərində 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxladığı halda, məhkəmə kollegiyası əsassız olaraq cəzanı 1 il 6 ay həddinə endirməklə bərabər, CM-in 69.3-cü maddəsinin də tələblərini pozmuş, Məhkum ibtidai istintaq zamanı tutulduğu 2 gün müddəti təyin edilmiş cəzadan çıxmamışdır. Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin normalarının tələblərini və Plenum qərarlarının tövsiyələrini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cinayət qanunu normasını düzgün tətbiq etməyərək, törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Qeyd olunanları nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qərarının ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin də lillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi bərədə dövlət ittihamçısının, çıxışını dinləyib, kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkə məsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibə tini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Kassasiya protestində işin faktiki halları və əməlin tövsifi deyil, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. İş materiallarından görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli hökmü ilə CM-in 206.3.2, 234.4.1, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib CM-ın 66.3-cü maddəsinə əsasən 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 14 avqust 2014cü il tarixli qərarı ilə əməli Azərbaycan CM-in 32.5, 206.2, 29.234.1-ci maddələri ilə tövsif edilib, CM-ın 66.3-cü maddəsinə əsasən qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 04 avqust 2015ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 ay 17 gün vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli hökmü ilə CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-ın 67.1-ci maddəsinə əsasən qəti olaraq 8 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həbsdə saxlanılması nəzərə alınmaqla təyin edilmiş cəzadan tamamilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Məhkum təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında daha ciddi cəza növü kimi üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin, Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən, yəni 2 ildən az ola bilməz tələbinə əhəmiyyət vermədən, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 1 il 6 ay həddinə endirmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 25 iyun 2003-cü il taixli qərarının 11-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə tə hlükəli residivi zamanı cəza təyin edərkən məhkəmələr CM-in 65.1 və 65.2-ci maddələrində göstərilmiş halları nəzərə almalıdırlar. Birinci instansiya məhkəmələri tərəfindən həmin qaydaların pozulduğu hallarda apellyasiya instansiyası məhkəməsi dövlət ittihamçısının apellyasiya protestinə və ya zərərçəkmişin apellyasiya şikayətinə əsasən hökmü CPM- nin 397.2, 398.1.4, 399.1.4, 399.1.5 403, 404 və 405.1 -ci maddələrinə uyğun olaraq dəyişdirməlidir. CM-nin 65.3-cü maddəsi ilə müəyyən edilən qaydalar yalnız o vaxt tətbiq edilir ki, CM-nin Xüsusi hissəsinin maddəsi şəxsin məhkumluğunu yeni törədilmiş cinayətin tövsifedici əlaməti kimi nəzərdə tutsun, (məsələn, 177.3.3 və 178.3.3-cü maddələri) CMnin 65.3-cü maddəsinin qaydaları digər ağırlaşdırıcı əlamətlər, məsələn təkrarlıq barəsində tətbiq olu nmur. Müstəsna hallar (CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-nin 65.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviriəsaslandırıcı hissəsində CPM-nin 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticəvi hissəsində yalnız CM-nin 62-ci maddəsinə istinad edilməlidir. İş materiallarından da görünür ki, Apellyasiya məhkəməsi məhkuma cəza təyin edərkən CM-nin 62-ci maddəsini tətbiqini nəzərdə tutmamış, habelə CM-in 69.3-cü maddəsinin də tələblərini pozmuş, Məhkum ibtidai istintaq zamanı tutulduğu 2 gün müddəti təyin edilmiş cəzadan çıxmamışdır. Ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xar akterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırl aşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa dü şülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirə n halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından Apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmin cəza gələcəkdə həm Məhkum, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısı nın alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çək ilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin olunmalıdır. Məhkəmə kollegiyası cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, Apellyasiya məhkəməsi cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunl a müəyyən edilmiş məqsədinə xidmət etməyən yüngül cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, işin hallar ına uyğun olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar