Məhkəmə qərarları › İş №1(102)-1392/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1392/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1392/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 5nun və zərərçəkmiş şəxs, eyni zamanda digər zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Zərərçəkmiş şəxs1, habelə Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Gəncə Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 4, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 5, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim N.T.Əliyev, hakimlər D.H.İmanov və E.İ.Rüstəmovdan ibarət məhkəmə tərkibi) Məhkum (23 avqust 1972-ci ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə t utulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin 10 fevral 2021-cil il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim T.A.Muxtarov, hakimlər R.M.Cəfərov və S.B.Hüseynovdan ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxslərin hüquqi varisləri Zərərçəkmiş şəxsin hüquqi varisi 5 və Zərərçəkmiş şəx sin hüquqi varisi 4, Zərərçəkmiş şəxs1 və Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 5 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 4, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 5, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum 16 avq ust 2020-ci il tarixdə saat 09:56-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət edərək 1.1 üfiqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçməməli olduğu halda, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin 6-cı hissəsinin tələblərinə riayət edərək yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən artıq olan nəqliyyat vasitəsinin hərəkətinin xüsusi qay dada həyata keçirilməsini, yəni iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi XXX5 tərəfindən, hərəkət vaxtı və hərəkət surətinə münasibətdə isə XXX10 ilə razılaşdırmaqla və hökmən müşayiət avtomobili ilə müşayiət edilməli olduğu halda həmin tələblərə əməl etməyərək qeyd olunan Nazirliklərlə razılaşdırmadan qabaq hissəsinə bərkidilmiş biçin üçün nəzərdə tutulmuş qurğu ilə birlikdə eni 3,85 metr olmaqla 1.1 üfiqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçən, Zərərçəkmiş şəxs2 məxsus, etibarnamə və AB 011433 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdyi “XXX20” markalı, xx-xx-xx dövlət qeydiyyat nişanlı kombayn mexaniki nəqliyyat vasitəsi ilə müşayiət avtomobili ilə müşayi ət edilmədən Samux-Gəncə avtomobil yolunun ünvan6ndən keçən 4-cü kilometrliyində, Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən “İnstitut dairəsi” adlanan yerin yaxınlığında onunla əks istiqamətdə, qarşıdan gələn X3 idarə etdiyi “XXX25” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X3 ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinciyin, uzunsov beyinin yumşaq qişalarına, beyin mədəciklərinə, baş beyinin yumşaq qişasına, ənsə nahiyəsində qansızmalar, başın yumşaq toxumalarına ənsə nahiyəsində qansızma, burun sümüklərinin hər iki almacıq, əng, çənə sümüklərinin dişlərin sınması, sağ qaşüstü nahiyənin, hər iki dodaqların əzilmiş yaraları, sağ gözaltı nahiyənin qançırı, boyun nahiyəsinin açıq travması, qırtlaq, nəfəs borusu, yemək borusunun boyun hiss əsinin, ümumi yuxu arteriyalarının qopması, əzilmiş yaraları, İ, İİ, İİİ boyun fəqərələrinin qəlpəli sınması, ağciyərlərə ocaqlı qansızmalar, döş qəfəsinin sağ tərəfində İ, İİ, İİİ qabırğaların kürək xətti ilə, sol tərərəfdə isə İ, İİ qabırğaların orta körpücük xəttlə, İİİ qabırğanın və ön qoltuqaltı xəttlər üzrə sınması, sol körpücük, sol said sümüklərin orta 1/3 hissədən və sol əlin V barmağın orta falanqasının orta hissəsindən sınması, sol çiyin nahiyəsinin sıyrığı və yarası, sol bazu, sol əl nahiyələrinin əzilməsi ilə müşayiət edilən, birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla başın gövdədən tam, küt, travmatik amputasiyası nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs3un ölümünə, “XXX25” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişin X1 təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, başın yumşaq toxumalarına alın-təpə nahiyələrdə qansızma, baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma, üst çənə, sol almacıq sümüklərinin və dişlərin üst çənədə sınması, döş sümüyü İİİ qabırğa səviyyəsindən köndələn sınması, döş qəfəsinin sol tərəfində İ, İİ, İİİ qabırğaların orta körpücük xətt üzrə sınması, sol əlin İ barmağının dırnaq falanqasından qopması, amputasiyası, sol qaş, alt çənə nahiyələrinin əzilmiş yaraları, sol əl, sol bazu nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sınığı ilə müşayiət edilən, birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla açıq küt kəlləbeyin travması nəticəsində baş beyinin yumuşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərin in sınması nəticəsində ehtiyatsızlıqdan X5nin ölümünə, həmçinin “XXX20” markalı, xx-xx-xx dövlət qeydiyyat nişanlı kombayn mexaniki nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3-yə 40021,92 manat məbləğində, “XXX25” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 isə 9080 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs X3 hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə icraat zamanı Məhkum idarə etdiyi kombaynın sahibkarı Zərərçəkmiş şəxs2 və XXX30 əsassız olaraq məsuliyyətə cəlb olunmamış, birinci instansiya məhkəməsində çıxış edən dövlət ittihamçısı tərəfindən Məhkum 5 i l müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təklif edilsə də, ona şəxsiyyətinə, törətdiyi əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza (4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə) təyin edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi8 kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə ən ağır cəzanın təyin olunmasını təmin edən qərarın çıxarılmas ını xahiş edir. Zərərçəkmiş şəxs1 da kassasiya şikayətini eyni dəlillərlə əsaslandırmış və əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsini və Məhkum cinayəti nəticəsində oğlu zərərçəkmiş şəxs3un hadisə zamanı idarə etdiyi (ona, yəni Zərərçəkmiş şəxs1 məxsus) avtomobilə də 10630 manat məbləğində zərərin dəyməsinə baxmayaraq həmin pulun təqsirkardan tutulmamasını mübahisələndirmişdir. Zərərçəkmiş şəxs1 kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə ən ağır cəzanın təyin olunmasını və avtomobilinə dəymiş 106 30 manat məbləğində zərərin əvəzinin ona ödənilməsini təmin edən qərarın çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs X2 hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə icraat zamanı Məhkum idarə etdiyi kombaynın sahibkarı Zərərçəkmiş şəxs2 və XXX30 əsassız olaraq məsuliyyətə cəlb olunmamış, birinci instansiya məhkəməsində çıxış edən dövlət ittihamçısı tərəfindən Məhkum 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təklif edilsə də, təqsirkara şəxsiyyətinə, törətdiyi əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza (4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum ed ilməklə 5 il müddətə azadlıqdan məhrum etmə) təyin edilmiş, eləcə də Məhkum cinayəti nəticəsində qızı X5nin ölməsi səbəbindən məruz qaldığı maddi və mənəvi zərərlə əlaqədar onun Məhkum 100000 manat məbləğində, kombaynın sahibkarı Zərərçəkmiş şəxs2 200000 manat məbləğində və XXX30ndən 300000 manat məbləğində pulun tutulmasına dair mülki iddiaları düzgün həll edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 6 kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum CM-in 263.3cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə ən ağır cəzanın təyin edilməsinə və mülki iddialarının tam təmin olunmasına dair qərarın çıxarılmasını xahiş edir. Məhkum müdafiəçisi Müdafi əçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmaqla tədqiq edilib qiymətləndirilmiş, o cümlədən sübutların və işin həqiqi hallarının ziddinə olaraq yol nəqliyyat hadisəsinin (toqquşmanın) baş verdiyi yer olaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3un idarə etdiyi “XXX40” markalı avtomobilin deyil, məhz Məhkum idarə etdiyi kombaynın olduğu hərəkət zolağı götürülmüş, nəticədə Məhkum əməlində cinayət tərkibinin olmaması kimi cinayət təqibini istisna edən halın olmasına baxmayaraq o, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi1 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublıikası CinayətProsessual Məcəlləsinin 4 16.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində göstərilən halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət təqibinə bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə əməlində cinayə t tərkibi olmadığı halda Məhkum əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilib cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxs X2 hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 5, zərərçəkmiş şəxs X3 hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 4, habelə Zərərçəkmiş şəxs1 kassasiya şikayətlərində məhkəmələr tərəfindən Məhkum Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə şəxsiyyəti, törətdiyi cinayətin xarakteri, i ctimai təhlükəlilik dərəcəsi ilə uzlaşmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu, eləcə də Zərərçəkmiş şəxsin hüquqi varisi 6 tərəfindən qaldırılmış Məhkum 100000 manat məbləğində, kombaynın sahibkarı Zərərçəkmiş şəxs2 200000 manat məbləğində, XXX30ndən 300000 manat məbləğində pulun tutulub ona verilməsinə dair mülki iddiaların, Zərərçəkmiş şəxs1 tərəfindən isə irəli sürülmüş oğlu zərərçəkmiş şəxs3un hadisə zamanı idarə etdiyi ona məxsus “XXX40” markalı avtomobilə 10630 manat məbləğində zərərin dəyməsinə görə həmin məbləğdə pulun təqsirkardan tutulub ona ödənilməsinə dair tələbin düzgün həll olunmadığını iddia edərək, faktiki olaraq cəzanın ağırlaşdırılmasına (hər üç şikayətçi), eləcə də mülki iddianın (hüquqi varis Zərərçəkmiş şəxsin hüquqi varisi 6) və tələbin (Zərərçəkmiş şəx s1) tam təmin edilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum idarə etdiyi kombaynı zərərçəkmiş şəxs3un idarə etdiyi “XXX40” markalı avtomobilin hərəkət zolağına çıxarmadığını, əksinə yüksək surətlə idarə olunan minik avtomobili onun hərəkət zolağına daxil olduğu üçün toqquşmanın məhz kombaynın olduğu zolaqda minik avtomobilinin sürücüsünün təqsiri üzündən baş verdiyini və bu səbəbdən Məhkum yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imakanının olmadığını iddia etməklə əməlində cinayət tərkibinin olmamasına baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət təqibinə bərəatverici əsasla xitam verilməsi barədə tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya koll egiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, cinayət tərkibinin əlamətlərinin olmamasına baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Müdafiəçinin kassasiya şikayətində göstərdiklərindən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməlindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməllərində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkib inin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvaf iq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də həmin sübutlardan çıxış etməklə məhkumun müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini cavablandırdığından, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkə mələrin çıxardıqlarıı nəticələri təkzib edə biləcək, sözügedən məsələ üzrə araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Zərərçəkmiş şəxslərin hüquqi varislərinin və Zərərçəkmiş şəxs1 kassasiya şikayətlərində mübahisələndirilən Məhkum cəzalandırılması məsələsi üzrə də istər birinci instansiya məhkəməsi, istərsə də onun gəldiyi nəticələrin əsaslılığını və qanuniliyini apellyasiya qaydasında yoxlayan apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı pozuntuya yol verilmə miş, birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlara, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi (atası) Zərərçəkmiş şəxs5un ərizəsinə uyğun olaraq müəyyən edilmiş onunla Məhkum arasında barışığın əldə olunması və ona vurulmuş zərərlə əlaqədar Məhkum ödəniş etməsi, təqsirkara qarşı Zərərçəkmiş şəxsin hüquqi varisi 7un şikayət və tələbinin olmaması, yol nəqliyyat hadisəsinin baş verməsində qarşılıqlı, yəni Məhkumla yanaşı zərərçəkmiş şəxs3un da təqsirinin olması, Məhkum əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi cəzanı yüngülləşdirən hallardan və cəzanı ağırlaşdıran halların olmamasından, habelə törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, təqsirkarın şəxsiyyətini səciyyələndirən hallardan, təyin olunan cəzanın onun isla h olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməsindən, apellyasiya instansiyası məhkəməsinin isə bu məsələdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşıb, Məhkum təyin olunmuş cəzanı dəyişdirilmədən saxlamasından görünür ki, məhkəmələr cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin pozuntusuna yol verməmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs5un qaldırdığı Məhkum 100000 manat məbləğində, kombaynın sahibkarı Zərərçəkmiş şəxs2 200000 manat məbləğində, XXX30ndən 300000 manat məbləğində pulun tutulub ona verilməsinə dair mülki iddiasının və Zərərçəkmiş şəxs1 tərəfindən irəli sürülmüş oğlu zərərçəkmiş şəxs3un hadisə zamanı idarə etdiyi ona məxsus “XXX40” markalı avtomobilə 10630 manat məbləğində zərərin dəyməsinə görə həmin məbləğdə pulun təqsirkardan tutulub ona ödənilməsinə dair tələbin düzgün həll olunmamasına dair kassasiya şikayətlərində irəli sürülmüş dəlillərin əksinə olaraq, bu məsələ üzrə də məhkəmələr tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsi cinayət mühakimə icraatında mülki iddianın həmin Məcəllənin müddəalarına uyğun olaraq ve rilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 183.1-ci maddəsində təsbit olunmuşdur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət-Prosessual Məcəllənin 183.3-cü maddəsinə görə mülki iddia yazılı formada verilməlidir. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Cinayət-prosessual qanunun 186.1-cı maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında di gər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur (CPM, maddə 186.2). CPM-in 354.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən cinayət mühakimə icraatında verilmiş mülki iddianın həlli üzrə, o cümlədən iddianın tam və yaxud qismən təmin edilməsi, rədd edilməsi, baxılmamış saxlanılması haqqında qərarlar mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq qəbul edilir. Hazırki işin birinci instnasiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir olunmuş hallarından isə görünür ki, Zərərçəkmiş şəxs1 təqsirkardan 10630 manat məbləğində pulun tutulub ona ödənilməsinə dair tələbini CPM-in 183.3-cü maddəsində nəzərdə tutulduğu qaydada, yəni yazılı mülki iddia şəklində rəsmiləşdirməmiş və CPM-in 183.1-ci maddəsinin nəzərdə tuduğu anadək (birinci instansiya məhkəməsində həyata keçirilən məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək) mülki iddiasını məhkəməyə təqdim etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs5 isə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək Məhkum 100000 manat məbləğində pulun alınıb ona verilməsinə dair mülki iddiasından imtina etdiyi üçün məhkəmə tərəfindən həmin mülki iddia üzrə icraata CPM-in 186.2-ci maddəsinə müvafiq surətdə xitam verilmiş, kombaynın sahibkarı Zərərçəkmiş şəxs2 200000 manat məbləğində, XXX30ndən 300000 manat məbləğində pulun tutulub ona verilməsinə dair mülki iddiaları üzrə isə baxılmanı və onların həllini mümkün edə biləcək sübutlar təqdim olunmadığından, bu iddialar CPM-in 354.1-ci maddəsində təsbit olunduğu kimi baxılmamış saxlanılmış, Zərərçəkmiş şəxsin hüquqi varisi 7a mülki mühakimə icraatı qaydasında həmin iddiaları vermək hüququ izah olunmuşdur. Şərh edilən dəlillər kimi, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və Zərərçəkmiş şəxs1 kassasiya şikayətlərində irəli sürdükləri cinayət prosesi çərçivəsində Məhkum idarə etdiyi kombaynın sahibkarı Zərərçəkmiş şəxs2 və XXX30nin məsuliyyətə cəlb olunmamalarının qanunsuzluq və məhkəmə səhvi olması barədə dəlilləri də əsassızdır. Belə ki, hazırki işdə CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə Məhkum qarşı ittiham irəli sürülmüş və məhz bu ittiham məhkəmə baxışının hədlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmetini təşkil etmişdir. Cinayət-Prosessual Məcəllənin həmin normasına görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Göründüyü kimi, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və Zərərçəkmiş şəxs1 məhkəmələr tərəfindən hazırki cinayət prosesində Məhkum başqa digər şəxslərin məsuliyyət məsələsinin həll olunmamasını qanunsuzluq və məhkəmə səhvi kimi şərh etmələri ittihamın hüdudlarınd an açıq-aşkar kənara çıxan dəlil olmaqla Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinin tələbi ilə uzlaşmır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində sadalanan, o cümlədən istər müdafiəçinin kassasiya şikayəti, istərəsə də zərərçəkmiş şəxslərin hüquqi varisləri Zərərçəkmiş şəxsin hüquqi varisi 5nun və Zərərçəkmiş şəxsin hüquqi varisi 4nın, Zərərçəkmiş şəxs1 kassasiya şikayətləri ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.6, 416.1.11, 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini, həmin kassasiya müraciətlərinin təmin edilməsi üçün əsasların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası verdiyi kassasiya şikay ətinin təmin edilməsinə, qarşı tərəfin kassasiya şikayətlərinin təmin edilməməsinə dair müdafiəçinin, özlərinin verdikləri kassasiya şikayətlərinin təmin edilməsinə, müdafiəçinin kassasiya şikayətinin isə təmin edilməməsinə dair zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs5un və zərərçəkmiş şəxs, eləcə də digər zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Zərərçəkmiş şəxs1, habelə bütün kassasiya müraciətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 4, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 5, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Gənc ə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 20 fevral 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 4, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi 5, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 20 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar