Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1393/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 29 aprel 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxs Nümayəndə və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Tural Qocayev) 1(043)-11/2020 nömrəli 17 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1965-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Yeni Gəncə Tibb Mərkəzində həkimstomatoloq işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsir li bilinib məhkum olunmuşdur ona görə ki, o, 28 noyabr 2018-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhərinin Adilxan Ziyadxanov küçəsində yerləşən, ona məxsus 21 saylı evin qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruqla vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Çingiz Məmmədov, hakimlər Teyyub Muxtarov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 1(104)-75/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərarı ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 1 28-ci maddəsi ilə təqsirli bilinməklə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə üzrə ona cəza təyin olunmamışdır. Apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə birgə verdikləri kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 29 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsi əsassız və qanunsuz qərar qəbul etmişdi r. Belə ki, 27 oktyabr 2020-ci il tarixdə daxil olan apellyasiya instansiyası məhkəməsinin icraatına daxil olan bir işi heç bir əsaslı səbəb olmadan yubadıb cinayət məsuliyyətinə cəlb edilmə müddətini süni yolla keçirdərək Azərbaycan Respublikası CPM-in 39.1.3-cü və CM-in 75.1.1-ci maddəsini əsasən icraata xitam vermişdir. Kassator qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsini üzrə işin icraatına xitam verilməsi barədə nəticəyə gələrkən müdafiə tərəfinin razılığını almamışdır. Bundan əlavə apellyasiya şikayətinin surəti Zərərçəkmiş şəxs rəsmi qaydada vaxtında verilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda gös tərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılması əsassız uzadaraq, cinayət məsuliy yətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar işin icraatına müdafiə tərəfinin razılığı olmadan qanunsuz xitam verilməsidir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar cinayət işinin materiallarına əsasən müəyyən etmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Fuad İskəndərov apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti ilə birlikdə cinayət işi 26 oktyabr 2020-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayətinə uzun müddət ərzində baxılmasına səbəb dünyada və ölkəmizdə olan COVİD-19 pandemiyasının yayılması təhlükəsinin qarşının alınması üçün 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayına kimi sərt karantin rejimi vaxtı məhkəmə iclaslarının keçirilməməsi o lmuşdur. Odur ki, məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən işə baxılmasının əsassız uzadılması barədə dəlili əsassızdır. Ondan başqa məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində olan cinayət işinin icraatına xitam verilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək müddətin keçməsi ilə əlaqədar ona cəza təyin edilməməsi barədə qərara alınmışdır. Ona görə də kassasiya şikayətinin məhkumun barəsində olan cinayət işinin icraatına qanunsuz xitam verilməsi barədə dəlili də cinayət materialları ilə uzlaşmadığından əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin digər dəlili Məhkum barəsində cəza təyin edilməməsinin əsassız və qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlük ə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. İş materiallarından da göründüyü kimi, hadisənin törədilməsi vaxtından (28.11.2018-ci il tarixdən) apellyasiya instansiyası məhkəməsinin qərarın qəbul edildiyi günədək, (29.04.2021-ci il tarixədək) 2 ildən çox müddət keçmişdir. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün əsaslar mövcud olmadıqda məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi iş üzrə düzgün qərar qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə 1500 manat məbləğində cərimə cəzasına məhkum olunmasına dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli hökmünü dəyişdirərək ona cəza təyin etməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 29 aprel 2021-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 29 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1393/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1393/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver