Məhkəmə qərarları › İş №1(102)-1393/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1393/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1393/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum1 müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili Ağayeva Nüşabə Fərman qızının iştirakları ilə ** ****** 1982-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4, 182.2.1, 182.2.2, 182.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri “VERDİKTUM” Vəkil Bürosunun vəkili Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), İ.A.Mahmudov və S.S.Hüseynov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 182.2.1, 182.2.2, 182.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əm əllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum1 qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 309.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək məhkum olunmu şdur. Hökmdən təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən tərtib olunmuş ittiham aktına əsasən Məhkum1 tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona məxsus “Mitsubishi Airtrek” markalı avtomobili talayaraq ona xeyli miqdarda ziyan vurmuş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə sonuncunun əmlakını tələb edərək təkrar hədə-qorxu ilə tələb etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək Şahid1 işə düzəltmək üçün rüşvət verməyə təhrik etmiş və sonuncunun etibarından sui-istifadə etmə yolu ilə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 X2 7500 manata (beş yüz manat borclu qalmaqla) faktiki olaraq aldığı “Mitsubishi Airtrek” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi olmadığına görə idarə edə bilmədiyindən avtomobilə dair ona X5 adından xx.xx.2 019-cu il tarixli etibarnamə verilməsindən istifadə edərək həmin avtomobili bir müddət Zərərçəkmiş şəxs1 işlərinə kömək etmək üçün sürücüsü kimi idarə etdikdən sonra, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsində avtomobilin üzərindən **-SJ-*** dövlət qeydiyyat nişanını öz adına olan **-RP-*** dövlət qeydiyyat nişanı ilə əvəz edərək ADN JMs 565408 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında öz adına qeydiyyata saldırmış və xx.xx.2019-cu il tarixdə saat 02 radələrində “Mitsubishi Airtrek” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 103 A ünvanın qarşısından az müddət sonr a qaytaracağı adı ilə sürüb aparmaqla ələ keçirərək ona xeyli miqdarda - 7500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, dostu - həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu nəqliyyatında Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən hazırladığı cinayət planına uyğun olaraq, Məhkum2 xx.xx.2020-ci il tarixdə əldə etdiyi Zərərçəkmiş şəxs2 vahid məlumat-axtarış sistemindən şəxsiyyətinə dair məlumatların əks olunduğu portal sənədini ona verməsindən sonra, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaşayış binaları yaxınlığında, Xəzər dənizinin sahilində mühərriki söndürülmüş vəziyyətdə dayandırılmış “Mercedes A160” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, videokamerası işlək vəziyyətə gətirilmiş özünə məxsus mobil telefonu ilə həmin avtomobilin içərisində intim münasibətdə olan Zərərçəkmiş şəxs2 və sonuncunun tanışı Şahid4 videosunu çəkdikdən sonra özünü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi - əslində malik olmadığı səlahiyyət daşıyıcısı kimi özünü təqdim etməklə Zərərçəkmiş şəxs2 üzərində psixoloji üstünlük qazandıqdan sonra telefonunun yaddaşında saxladığı onun haqqında rüsvayedici məlumat olan intim videonu sosial şəbəkələrdə nümayiş etdirəcəyi ilə, habelə diskə köçürdüb ailə üzvlərinə göndərəcəyi ilə hədələyib 700 0 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş, xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati binasının yaxınlığında ondan üzərində olan 100 manat, Məhkum2 özünü polis əməkdaşı kimi təqdim edib Şahid4 əxlaqsız hərəkətlərinə görə polislər tərəfindən tutulduğunu və buraxılmadığını bildirərək Zərərçəkmiş şəxs2 tələb edilən pulu verməyə təhrik etməsindən sonra xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən mərasim evinin qarşısında “Mitsubishi” markalı avtomobilin içində 3300 manat, xx.xx.2020-ci il tarixdə ünvan 7 ünvanının qarşısında “Mitsubishi” markalı avtomobilin içində 1500 manat, xx.xx.2020-ci il tarixdə ünvan 3 yerləşən binanın arxasındakı yolda 200 manat, ümumilikdə vahid niyyətlə cəmi 5100 manat pul a lmaqla, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə xeyli miqdarda özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar hədə-qorxu ilə tələb etmiş və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək dövlət orqanlarını əhalinin gözündə nüfuzdan salmaqla fiziki və hüquqi şəxslərin, yəni Zərərçəkmiş şəxs2 və daxili işlər orqanlarının hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə qərarına gəlib bu məqsədlə Şahid1 özünü özbaşına vəzifəli şəxs kimi təqdim edərək, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi vəzifəsində işləməsini deyərə k və polis kapitanı xüsusi rütbəsi olan xidməti geyimdən istifadə edərək xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə əsasən yaşı 30-dan yuxarı olduğuna görə xidmətə qəbul oluna bilməyən Şahid1 etibarını qazandıqdan sonra onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yüksək vəzifədə çalışan, yaxın münasibətdə olduğu şəxslərin vasitəsilə 17000 manat müqabilində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” mərkəzi zəng xidmətinə polis nəfəri kimi işə düzəltmək adı ilə aldadaraq və Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yüksək vəzifədə çalışan şəxslərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” mərkəzi zəng xidmətinə işə qəbul edilməsi üçün onun vasitəçiliyindən istifadə etməklə 17000 manat pul verməyə, yəni rüşvət verməyə təhrik edərək həmin pulun 5000 manatını 2020-ci il avqust ayının 2də ünvan 9 ünvanında yerləşən “Maşallah market”in qarşısında, daha sonra 2020-ci ilin avqust ayının 10-da 5000 manatını ünvan 10 ünvanında yerləşən “Continet Hotel”də, sonuncu 7000 manatı isə 2020-ci ilin avqust ayının 30-da ünvan 11 ünvanın yanında vahid niyyətlə ələ keçirib Şahid1 xeyli miqdarda, yəni 17000 manat ziyan vurmaqla təkrar dələduzluq etmiş və Şahid1 rüşvət etməyə təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək dövlət orqanlarını əhalinin gözündə nüfuzdan salmaqla fiziki və hüquqi şəxslərin, yəni Şahid1 və daxili işlər orqanlarının hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına s əbəb olan hərəkətlər törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum1 barəsində olan cinayət işinin xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqindən əsassız olaraq imtina edildiyindən iş üzrə gəlinən nəticələr əsassızdır. Belə ki, Məhkum1 ona qarşı irəli sürülən ittihamları qəbul etməmiş, “Mitsubishi Airtrek” markalı avtomobilin Zərərçəkmiş şəxs1 d eyil, onun özünə məxsus olduğunu, Şahid1 işə düzəltmək adı ilə aldatmadığını, onunla yaxın münasibətlərinin olduğunu və sonradan ayrıldıqları üçün Şahid1 ona böhtan atdığını, Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə pul tələb etmədiyini, onun intim videosunu Şahid4 özünün xahişi ilə çəkdiyini bildirmişdir. Müdafiəçi hesab edir ki, Məhkum1 elan ittihamlar üzrə təqsiri sübuta yetirilməmişdir və barəsində olan cinayət işi xitam edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi N.Ağayevanın, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilm əməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2. Eyni əməllər: 178.2.1. q abaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsinə əsasən “Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə— üç ilədək müddətə azadlığın məhdudlaşdırılm ası və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 182.2-ci maddəsinə əsasən “Eyni əməllər: 182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 182.2.2. təkrar törədildikdə; 182.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 310-cu maddəsinə əsasən “Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddə tə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinə əsasən “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxs in cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq gö stərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə b axışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müd afiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məq sədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum1 əməlini Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 182.2.1, 182.2.2, 182.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum1 qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, iş üzrə digər təqsirləndirilən şəxs Məhkum2 ifadəsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, şahidlər - Şahid4, Şahid1, Şahid2, Şahid8, Şahid7, Şahid11, Şahid12, Şahid3, Şahid10 və Şahid5 ifadələri, Məhkum1 idarə etdiyi “Mitsubishi Airtrek” markalı avtomobilə baxış keçirilməsi haqqında 20 yanvar 2021-ci il tarixli protokol, “Baxış keçirilməsi haqqında” 20 yanvar 2021-ci il tarixli protokol, “Baxış keçirilməsi barədə 24 fevral 2021-ci il tarixli protokol, mobil telefon nömrələrinə baxış keçirilməsi barədə 20 aprel 2021-ci il tarixli protokol, məhkəməxətşünaslıq ekspertizasının 30 mart 2021-ci il tarixli, 4/304 nömrəli rəyi, məhkəməxətşünaslıq ekspertizasının 30 mart 2021-ci il tarixli, 4/303 nömrəli rəyi, məhkəməfonoskopik, məhkəmə-portret ekspertizasının 27 aprel 2021-ci il tarixli, 3/542-4/315-4/316 nömrəli rəyi, mütəxəssisin iştirakı ilə baxış keçirilməsi barədə 17 may 2021-ci il tarixli protokol, istintaq eksperimentinin aparılması haqqında 11 avqust 2021-ci il tarixli protokol, məhkəmə-xətşünaslıq ekspertizasının 05 iyul 2021-ci il tarixli, 4/863 nömrəli rəyi, məhkəmə-psixoloji ekspertizasının 06 iyul 2021-ci il tarixli, 1451 saylı rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 13 iyul 2021-ci il tarixli 1531 saylı rəyiləri, telefon danışığına baxış keçirilməsi barədə 28 iyul 2021-ci il tarixli protokol, məhkəmə kompüter texniki ekspertizasının 04 avqust 2021-ci il tarixli, 5/656 nömrəli rəyi, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlak ını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictim ai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 cinayət əməlləri iş materiallarında olan digər təqsirləndirilən şəxsin ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, izahatlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən, Azərbaycan Respublika sı CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində məhkuma bəraət verilməsi üçün göstərilən əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum1 elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orq anı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməs i və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalədır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qəra ra alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.2, 182.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar