Məhkəmə qərarları › İş №1(102)-1393/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1393/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1393/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 2023-cü il 28 noyabr tarixli, 1(107)-414/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən və məruzəçi), Nahid Mirzəyev və Xaliq Məmmədovdan ibarət tərkibdə) 2023-cü il 25 sentyabr tarixli, 1(091)-199/2023 nömrəli hökmü ilə, xx.xx.1991 -ci il tarixdə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsir li bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədovdan ibarət tərkibdə) 2023-cü il 28 noyabr tarixli, 1(107)-414/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 1(091)- 199/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Məhkum qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 5,121 qram külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamış, 29 mar t 2023-cü il tarixdə saat 17:30 radələrində Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Füzuli küçəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərinə həmin gün Yevlax rayon polis şöbəsində saat 18:00-dən 18:30-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Məhkum əynindəki şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 5,121 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassas iya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, xx.xx.2023-cü il tarixində saat 11:30-da işlədiyi mağazadan Yevlax rayon Polis şöbəsinin əməkdaşlarından Sərvər adlı şəxsin onu aparmasını, orada telefonunun alınaraq sorğu-sual edildiyini, deputat Fazil Mustafaya edilmiş sui-qəsdə onun iştirak edib- etməməsini, həmçinin cəsusluqda şübhəli olduğunu, ona bildirəndən sonra sorğu-sual əsnasında onu buraxmışlar. Sonradan isə təxminən 15 radələrində yenə işdə olarkən təkrarən Sərvər adlı şəxs gəlib onu mağazadan götürərək aparmış, Yevlax rayon Polis şöbəsində 1-2 saat saxladıqdan sonra rəis müavininin otağında mobil telefonundan nələrinsə çıxarıldığını, onun İran vətəndaşı ilə əlaqədə olduğunu, onu Bakıya göndərəcəklərini, orada başına nəl ərin gələcəyini bildirərək ən yüngül halda onlarda olan narkotik vasitəni boynuna götürməsini, ən pis halda isə bu vasitənin evində olan yaxınlarının üzərindən çıxarılacağını bildirərək onlarıda polis şöbəsinə gətirəcəklərini bildirməklə psixi təsir altında üzərinə narkotik vasitəni qoymuşlar. Müdafiəçi bildirmişdir ki, Məhkum həm qorxudulmuş, ailə üzvləri ilə hədələnmiş, nəyin bahasına olursa-olsun onun tutulacağı əks təqdirdə yuxarıda qeyd etdiklərini qeyd etməklə təsirdən istifadə edilmişdir. O, iş yerindən iki dəfə aparılmış, onun iş yerindən iki dəfə aparılmasını şahid Vüsal Cəfərov habelə, Tural Əsədli şəxsən məhkəmədə vermiş olduqları ifadələrində təsdiq etmişlər. Məhkumun müdafiəçisi göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-414/2023 saylı qərarının ləğv edilməsini, onun barəsində bəraətverici əsaslarla məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Rəşad Məmmədli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 28 noyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəlləni n normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilm işdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiə tərəfi məhkumun qanunsuz cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək, məhkuma bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan ka ssasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühak iməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Müdafiəçi kassasiya şikayətində məhkumun qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsini mübahisələndirərək məhkuma bəraət verilməli olduğunu iddia etmişdir. Bununla bağlı məhkəmə kollegiyası a şağıdakıların qeyd edilməsini zəruri hesab eidr. Belə ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə mövcud sübutlar hərtərəfli tam və obyektiv araşdırılmış və bu araşdırmanın nəticəsi olaraq həmin məhkəmə belə bir qənaətə gəlmişdir ki, Məhkum müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, həmin vaxt ona qarşı hansısa bir qanunsuzluq edilməsinə dair heç bir müraciət etməmiş, bundan başqa barəsində həbs qətimlan tədbiri seçilərkən məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında da bu barədə heç nə bildirməmişdir. Ona görə də məhkəmə Məhkum məhkəməyədək icraat zamanı verdiyi ifadəsini işin hallarına uyğun gə ldiyinə görə daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Bundan başqa məhkəmə şahidlər Vüsal Cəfərov və Tural Əsədlinin ifadələrini də Məhkum yaxınları olduqlarına görə onun məsuliyyətini yüngülləşdirmək məqsədilə sonuncunu müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, həmin şəxslər məhkəmə baxışı zamanı ifadə verərək Məhkum saat 12 radələrində və sonra 16 radələrində iş yerindən polis şöbəsinə aparıldığını göstərsələr də məhkəməyədək icraat zamanı ifadə vermək üçün istintaq orqanına müraciət etməmələri həmin şəxslərin obyektiv şəkildə ifadə vermələrinə məhkəmə tərkibində şübhə yaradır. Ona görə də məhkəmə həmin şəxslərin ifadələrinə tənqidi yanaşaraq işin hallarına uyğun gəlmədiyinə görə obyektiv və səmimi olmayan ifadələr kimi qiymətləndirir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin mövqeyi ilə razılaşaraq, kassasiya şikayətinin dəlilləri əsasında məhkuma bəraət verilməsi ilə bağlı hər hansı bir əsas tapa bilmir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növü və həddi ilə bağlı məsələyə də münasibət bildirərək vurğulamağı vacib hesab edir ki, məhkum barədə təyin edilmiş cəzanın növü düzgün müəyyən edilsə də, lakin həddi düzgün müəyyən edilməmiş, məhkuma həddindən artıq sərt cəza təyin edilmiş, bu zaman törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlik dərəcəsi, məhkumun şəxsiyyəti, işin halları kifayət qədər nəzərə alınmamışdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hes ab edir ki, məhkumun müdafiəçisnin kassasiya şikayəti qismən təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilməli, məhkuma təyin edilmiş cəza azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli, 1(091)-199/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 28 no yabr tarixli, 1(107)-414/2023 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 (dörd) il 6 (altı) aya endirilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar