Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1393/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 04 fevral 2025-ci il tarixli 1(103)-194/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrliyi və məruzəsi), Faiq Qəniyev və Mahmud Ağalarov) 01 oktyabr 2024-cü il tarixli 1(101)-1666/2024 nömrəli hökmü ilə xx xxxx 1989-cu ildə Naxçıvan MR, Babək rayonu, Tumbul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi re jimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanının mövqeyinə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 25 yanvar 2024-cü il tarixdə, saat 16:50-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4ında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 18:40-dan e tibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 7,305 (yeddi tam mində üç yüz beş) qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Mehriban Qarayevə) 04 fevral 2025-ci il tarixli 1(103)-194/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 1(101)-1666/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2025-ci il tarixli, 1 (103)-194/2025 saylı qərarının ləğv edilməsini və Məhkum əməlində cinayət tərkibi olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual hüquq normalarının pozulmaqla maddi hüquq normasının təfsirində və tətbiqində səhvə yol verildiyindən, həmçinin, tətbiq edilməli olan hüququn tətbiq edilməməsi nəticəsində iş üzrə düzgün olmayan, qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Müdafiə tərəfinin Məhkum verilmiş ittihamı darmadağın edəcək sübutlar təqdim edilməsinə baxmayaraq apellyasiya məhkəməsi həmin sübutların araşdırılmasında heç bir maraq göstərməmişdir. Məhkəmə vəsatətlərlə bağlı qərar qəbul edərkən demək olar ki, ibtidai istintaqın və birinci instansiya məhkəməsinin mövqeyindən çıxış etmişdir. İstər istintaq, istərsə də birinci instansiya və apellyasiya məhkəməsi baxışı zamanı iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, təqsirləndirilən şəxs Məhkum hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmələr tərəfindən kifayət qədər prosessual-hüquq və qanun pozuntularına yol verilmiş, Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmış insan hüquq və azadlıqları, cinayət prosessual qanunvericiliyinin hüquqi yardım almaq, mühakimə icraatının qərəzsizliyi, sübutların qiymətləndirilməsi, ədalətli məhkəmə baxışının təmin olunması prinsipləri b aşda olmaqla demək olar ki, əksər prinsipləri, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının tələbləri çox kobud şəkildə pozulmuşdur. Cinayət işi materiallarında olan saxta və formal xarakterli sübutlardan görünür ki, guya Məhkum 25 yanvar 2024-cü il tarixdə saat 16:50 radələrində ünvan 5 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və üzərinə baxış zamanı külli miqdarda, yəni 7,305 qram çəkidə narkotik vasitə hesab edilən heroin aşkar edilməklə götürülmüşdür. Lakin müdafiə tərəfinin təqdim edilmiş əsaslı və təkzibedilməz sübutlarda tam təsdiq edilmişdir ki, Məhkum ünvan 3 ünvanının yaxınlığında yox, ünvan 6əşən sonuncu tərəfindən idarə edilən “Red Cafe” adlı pub restoranda saxlanılaraq oradan BMCM İ-ya aparılmışdır. Həmçinin müdafiə tərəfi qeyd edir ki, şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələrində 25 yanvar 2024-cü il tarixdə Məhkum E.Süleymanov küçəsi 160A ünvanında yerləşən “Red Cafe” də saxlanıldığını, onun BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılmasına şahid olduğunu, BMCMİ-nin əməkdaşlarının “Red Cafe” də quraşdırılmış işlək vəziyyətdə olan müşahidə kameralarının yaddaş qurğusunu çıxararaq apardıqlarını, onlara hədə-qorxu gəldiklərini, Məhkum 2 gün xəbər çıxmadığını bildirmişdir. İş materiallarında Məhkum, Şahid2 və Şahid3 qeyd etdikləri xüsusatları təkzib edəcək bir dənə də olsun sübut yoxdur. Lakin məhkəmə nədənsə müdafiə tərəfinin təqdim etdiyi əsaslı sübutların heç birini sübut qismində qəbul etməmiş, hökmündə onlara hüquqi qiymət verməmişdir. Əgər məhkəmə ci nayət prosessual qanunvericiliyin tələblərinə əsasən aparılırdısa, o zaman təqsirsizlik prezumpsiyasına əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli idi. Lakin, məhkəmə Məhkum ifadəsini özünü müdafiə xarakterli dəlil hesab etsə də, Şahid2 və Çinsiz Əhmədovun ifadələrinə hüquqi qiymət verməmiş, onların sübut qismində tanınıb-tanınmasına heç bir münasibət bildirməmişdir. Göründüyü kimi Məhkum İ.Məmmədov küçəsi 9 ünvanında saxlanılmasını əməliyyatı keçirən polis əməkdaşlarından başqa heç kim təsdiq edə bilmir. Lakin Məhkum E.Süleymanov küçəsi 160A ünvanında yerləşən “Red Cafe Pub” restoranında saxlanılmasını isə Məhkum yaxın qohumları deyil, özündən başqa onunla qohumluq əlaqələri olmayan 2 nəfər şəxs təsdiq etmişdir. Məhkəmə isə heç bir əsas olmadan Azərbaycan Respublikası Konstitusiyasının və CPM-nin tələblərini pozaraq ittiham tərəfinin sübutlarını əsas götürmüşdür. Bundan başqa Məhkum, Şahid3 və Şahid2 ifadələrində “Red Cafe Pub” restoranında işlək vəziyyətdə müşahidə kameralarının olduğunu, BMCMİ-nin əməkdaşlarının həmin kameraların yaddaş qurğusunu çıxarıb apardıqlarını bildirmişlər. Həmçinin, tərəfindən həmin “Red Cafe Pub” restoranına baxış keçirilmiş və baxış zamanı obyektin içərisində və həmçinin giriş hissəsində quraşdırlmış 6 ədəd müşahidə kameralarının olması, lakin yaddaş qurğusunun çıxarılması müəyyən edilmişdir. İstər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı müşahidə kameralarının yaddaş qurğusunun çıxarılıb aparılmasını təkzib edəcək bir dənə də olsun sübut təqdim edilməmişdir. Lakin, məhkəmə yenə də hökmündə “Red Cafe Pub” restoranında olan və tərəflərindən fotoşəkilləri təqdim edilmiş müşahidə kameraları ilə bağlı hissəyə heç bir hüquqi qiymət verməmiş, həmin hissəyə yenə də münasibət bildirməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2025-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya k assasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr tər əfindən cinayət işi üzrə sübutlar kifayət qədər araşdırılmamış, məhkumun təqsirsizliyini təsdiq edən işin hallarının araşdırılması barədə vəsatətlərinə baxılmamış, nəticədə onun cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Göründüyü kimi müdafiəçi Məhkum ona qarşı irəli sürülmüş ittihamda öz təqsirsizliyini mübahisələndirir və bunun üçün məhkumun ifadəsində göstərilən onun təqsirsizliyini təsdiq edən halların müəyyən edilməsi üçün məhkəmələr qarşısında vəsatətlər qaldırmışdır. Kassasiya şikayəti ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndiril ən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün o nların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 121.2-ci maddəsinə əsasən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağ lı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. İbtidai istintaq orqanı Məhkum ittiham elan edərkən, eləcə də, birinci instansiya məhkəməsi onu Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərkən şəxsi axtarış və götürmə aparılması haqqında 25 yanvar 2024-cü il tarixli protokola, mə hkumu saxlamış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmiş polis əməkdaşlarının ifadələrinə və məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsaslanmışlar. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək müəyyən edir ki, həmin sübutlar təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni hər hansı bir şəxsdən almasını, eləcə də həmin narkotik vasitəni hər hansı bir şəxsə satmasını və ya verməsini təsdiqləmir. Onun barəsində çıxarılmış ittiham hökmü yalnız maddi sübuta – yəni 2024-cü il 25 yanvar tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolla təsdiqlənmiş şəkildə, təhqiqatçı tərəfindən üzərində narkotik vasitə olan heroinin aşkar edilməsinə əsaslanmışdır. Cinayət işi üzrə toplanmış digər sübutlar da məhz bu faktl a – narkotik vasitənin məhkumun üzərində aşkar edilməsi ilə bağlıdır. Belə ki, polis əməkdaşı Şahid1 məhkəmədə Məhkum saxlanılması və üzərində axtarış aparılması barədə ifadə vermişdir. Maddi sübut məhkumun üzərində aparılmış şəxsi axtarış nəticəsində əldə olunmuş, məhkəmə-kimyəvi ekspertizasının rəyi isə həmin aşkar edilmiş maddənin narkotik vasitə olduğunu və miqdarını müəyyən etmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkum məhkəmə iclasında ifadəsində bildirmişdir ki, onun üzərində heç bir narkotik maddə olmamışdır. Polis əməkdaşları onu Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsində 9 nömrəli ünvanın yaxınlığında deyil, onun administrator işlədiyi Xalqlar dostluğu ərazisində Elşən Süleymanov 160A ünvanında yerləşən “Red Cafe Pub” restoranda saxlamış və avtomobilə mindirərək birbaşa Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. Onun restoranda saxlanılıb aparılmasını həmin restoranın sahibi və işçiləri görmüşlər. Polis əməkdaşları həmçinin restoranda quraşdırılmış video kameraların yaddaş qurğusunu da çıxarıb avtomobilə qoyub özləri ilə aparmışlar. Polis İdarəsində ona demişlər ki, o “zakazdır” və narkotik vasitənin üzərində olması boynuna g ötürməlidir. Bundan imtina olanda onu döymüş və qardaşının da narkotik maddələri ilə tutulacağı ilə hədələyərək onun üzərinə narkotik vasitə qoyulmuşdur. Polis əməkdaşların təsiri nəticəsində o, narkotik vasitənin ona məxsus olmasını boynuna almışdır. Qeyd edilməlidir ki, Məhkum eyni məzmunlu ifadəni ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən də vermişdir. Məhkum müdafiəçisi onun ifadəsində qeyd olunan və ittihamın sübutlarına şübhə yaradan halların araşdırılması məqsədilə istintaq orqanı qarşısında “Red Cafe Pub” restoranının sahibi Şahid2 dindirilməsi və restoranda quraşdırılmış videomüşahidə kameralarının yaddaş qurğusuna baxış keçirilməsi barədə vəsatətlər təqdim etmişdir. Müstəntiq hər iki vəsatətin əsaslı olduğunu qeyd edərək onların təmin edilməsi barədə qə rarları qəbul etsə də, yalnız Şahid2 şahid qismində dindirmiş, lakin videomüşahidə kameralarının yaddaş qurğusuna baxış keçirməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadədə məhkumun ifadəsi təsdiq edərək Məhkum polis əməkdaşları tərəfindən ona məxsus “Red Cafe Pub” restoranında saxlanılmasını və restoranda quraşdırılmış kameraların yaddaş qurğusunun aparılmasını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı onun tərəfindən verilmiş ifadə təsdiq etmişdir. Məhkum müdafiəçisinin vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş “Red Cafe Pub” restoranın işçisi Şahid3 da göstərmişdir ki, Məhkum polis əməkdaşları tərəfindən onun işlədiyi “Red Cafe Pub” restoranında saxlanılmış, Məhkum saxlamasından son ra polis əməkdaşları restoranda quraşdırılmış videomüşahidə kameralarının yaddaş qurğusunun çıxarıb özü ilə aparmışlar. Məhkum müdafiəçisinin vəsatəti əsasında apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş “Red Cafe Pub” restoranın ofisiantı Şahid4 şahidlər Şahid2 və Şahid3 ifadələrini təsdiq etmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, müdafiəçi tərəfindən “Red Cafe Pub” restoranında videomüşahidə kameralarının olması, lakin onların yaddaş qurğusunun yerində olmamasını təsdiq edən sənədlər və fotoşəkillər təqdim edilmiş və həmin sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsinə əsasən məhkəmələr nəticəyə gəlmişdir ki, Məhkum polis əməkdaşları tərəfindən “Red Cafe Pub” restoranınd a deyil, ona qarşı irəli sürülmüş ittihamda göstərildiyi kimi ünvan 3 ünvanının yaxınlığında saxlanılmışdır. Birinci və apellyasiya instansiya məhkəmələri gəldiyi bu nəticəni onunla əsaslandırmışlar ki, şahidlər Şahid2, Şahid3 və Şahid4 məhkumla yaxın münasibətlərdə olduqları üçün maraqlı şəxslər və onların ifadələri sübut kimi qəbul edilməməlidir. Müdafiə tərəfinin “Red Cafe Pub” restoranında quraşdırılmış kameralarının yaddaş qurğusu ilə əlaqədar qaldırdığı məsələ məhkəmələr tərəfindən araşdırılmamış və bu məsələyə ümumiyyətlə münasibət bildirilməmişdir. Beləliklə, işə baxan məhkəmələr cinayət işinin materiallarında olan şəxsi axtarış protokolunu və polis əməkdaşı Şahid1 ifadəsini mötəbər sübutlar kimi qəbul edərək, bu sübutlar əsasında nəticəyə gəlmişlər ki, Məhkum üzərində ittihamda göstərilən narkotik vasitə aşkar edilmişdir. Lakin məhkəmələr bu nəticəyə gələrkən, məhkumun öz ifadəsində göstərdiyi, ittihamın həmin sübutların mötəbərliyini şübhə altına alan halların bir qismini ümumiyyətlə araşdırmamış, digər qisminin isə araşdırmasına və əldə edilmiş digər sübutlarla təsdiq olunmasına baxmayaraq qəbul etməmiş və bu qərarlarının motivlərini kifayət qədər əsaslandırmamışlar. Xüsusilə, məhkəmələr şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələrini mötəbər sübut kimi qəbul etməməyi onların məhkumla yaxın münasibətlərdə olması ilə əsaslandırmışlar. Lakin bu əsaslandırma iş materialları ilə uzlaşmır. Belə ki, həm məhkumun, həm də həmin şahidlərin ifadələrindən aydın olur ki, onlar nə dost, nə də qohum olmuşlar. Onlar arasında sadəcə işgüzar münasibətlər olmuşdur: Şahid2 məhkumun administrator vəzifəsində çalışdığı restoranın sahibi, Şahid3 və Şahid4 isə həmin restoranın işçiləri olmuşlar. Məhkəmələr, həmçinin, bu şahidlərin ifadələrinin polis əməkdaşı Şahid1 ifadəsi ilə təkzib olunduğunu əsas gətirmişlər. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsi bir sıra qərarlarında polis əməkdaşlarının ifadələrinin qiymətləndirilməsi zamanı onların cinayəti törətməkdə şübhəli bilinən şəxsin cinayət məsuliyyətinə cəlb olunmasında maraqlı tərəf olduqlarını nəzərə almağın vacib olduğunu vurğulamışdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə Məhkum külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 daxil olmuş və o, Məhkum barəsində əməliyyat -axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, eləcə də həmin tədbirlərə şəxsən rəhbərlik etmişdir. İşə əlavə edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 25 yanvar 2024-cü il tarixli qərarında Məhkum külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının yoxlanılması üçün bir sıra əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərara alınmışdır. Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, “X2 olduğu yer müəyyən edilsin, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitələrinin müşahidəsi aparılsın, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstü yoxlanılsın, üstünə, ondan aşkar edilmiş əşyallara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilsin və polis orqanına gətiri lsin.” Lakin cinayət işinin materiallarından görünür ki, məhkum saxlanıldığı zaman onun üzərinə, nəqliyyat vasitələrinə və yaşayış yerinə dərhal baxış keçirilməmiş, yalnız əməliyyat-axtarış tədbiri kimi Məhkum saxlanılması və polis orqanına gətirilməsi həyata keçirilmişdir. Bu hal onu göstərir ki, əməliyyat-axtarış tədbiri Məhkum külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatın yoxlanılması məqsədilə deyil, onu polis orqanına gətirmək üçün formal əsas yaratmaq məqsədi ilə təşkil edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 də bu məqamı təsdiqləyərək ifadəsində bildirmişdir ki, onun tərəfindən tərtib olunmuş qərarda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə faktiki olaraq ehtiyac olmamışdır. İşin bu halları göstərir ki, Mə hkum barəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri bütövlükdə formal xarakter daşımış və bu, dolayı yolla məhkumun, eləcə də şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələrində əksini tapan halların doğru olmasına dəlalət edir. Lakin məhkəmələr sübutlara qiymət verərkən nə işin bu hallarını, nə Avropa Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə əlaqədar verilmiş tövsiyələri nəzərə almamış, müdafiə tərəfinin təqdim etdiyi sübutları yoxlamadan, yalnız iş materiallarında əks olunmayan mülahizələrə əsaslanaraq onları qəbul etməmiş, ittiham tərəfinin sübutlarına üstünlük verilməsinin səbəblərini isə hökm və qərarda əsaslandırmamışdır. Məhkəmə kollegiyasının fikrincə, təqsirləndirilən şəxs Məhkum ifadəsində qeyd olunan xüsusatların yoxlanılması işin halları üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. İşdən görünür ki, birinci instansiyası məhkəməsinin hökmü ilə razılaşmayan məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində məhkumun təqsirsizliyinə dəlalət edən sübutların araşdırıb qiymət verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə aşağı instansiya məhkəməsi tərəfindən yol verilmiş yuxarıda qeyd edilmiş prosessual pozuntulara əhəmiyyət verməmiş, apellyasiya şikayətinin dəlillərinin tam, obyektiv və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsan Hüquqları üzrə Avr opa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın q urama olduğunu irəli sürürsə və bu barədə arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə işə baxarkən şikayətin dəlillərinin araşdırılması üçün sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanı lmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 144 və 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il və “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesin in ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum müdafiəçisi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci ma ddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfindən təqdim etdiyi, irəli sürülmüş ittihamın tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2025-ci il tarixli Məhkum barəsindəki qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1393/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1393/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver