Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1394/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və zərər çəkmiş şəxs X4 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hök mü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bərdə Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Kərimov Əyyub Vaqif oğlu) Məhkum, xx xxxx il tarixdə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olan və ünvan 2-də yaşayan, CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə aza dlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə Bərdə rayonunun Qarabağ qəsəbəsindəki yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Həmçinn göstərilən hökmlə iş üzrə zərər çəkmş şəxs və mülki iddiaçı qismində tanınmış X4nın mülki iddiası tam həcmdə təmin edilmiş və maddi ziyanın vurulmasına görə 13082 (on üç min səksən iki) manat, dövlət rüsumunun ödənilməsinə isə sərf olunmuş 30 (otuz) manat məbləğində pulun Məhk um tutularaq X4ya ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, sürücülük hüququ olmaqla ayıq vəziyyətdə “X” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus idarə etdiyi «X» markalı, “**-BB***” qeydiyyat nişanlı yük avtomobili ilə 12 may 2020-ci il tarixdə saat 12 radələrində Bərdə rayonu, Zümürxan kəndi ərazisində avtomagistral yolda 50-60 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxıb əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamal ı olduğu halda, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək, əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxıb qarşı hərəkət zolağında X4 idarə etdiyi “X” markalı, “XXXX” qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “X” markalı, “**-DV***” qeydiyyat nişanlı avtomobildə olan sərnişin X5 beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin əzilmiş-cırılmış-didilmiş yarası, burun sümüyünün smığı(cərrahi əməliyyat ehtiyacdır), üz nahiyəsinin sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sürücü X4 baş beyin silkələnməsi ilə müşayiət olunan alın, sol almacıq nahiyələrinin qançırları, sol yanaq və sağ baldır nahiyələrinin sıyrıqları, sağ və sol diz oynağı nahiyələrinin qançırları və sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla, həmçinin X4ya məxsus “X” markalı, “**-DV***” qeydiyyat nişanlı avtomobilə ümumilikdə 13082 (on üç min səksən iki) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 06 may 2021-ci il tarixli qərarı i lə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın mülki iddianın təmin edilməsi hissəsində ləğv ediməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində mülki iddia tələbinin rədd edilməli olması ilə əlaqədar bildirir ki, o Laçın rayonundan məcburi köçkün olmaqla Bərdə rayonunda məskunlaşır. İdarə etdiyi “X” markalı avtomobil ailəsinin yeganə qazanc mənbəyidir. İş materillarından da görünür ki, zərərçəkmiş X4nın idarə etdiyi avtomobil sığorta olunmuşdur və yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyan sığorta şirkəti tərəfindən 4.500 manat məbləğində müəyyə n edilərək həmin məbləğdə pul zərərçəkmişə ödənilmişdir. X4 isə sığorta şirkəti ilə razılaşmayaraq ondan, yəni Məhkum 13082 manat məbləğində pulun tutulub ona ödənilməsini tələb etmiş, bu haqda ona qarşı əsassız iddia qaldırmış və işə baxan məhkəmələr də qanunsuz olaraq, iddia tələbi ilə bağlı heç bir araşdırma aparmayaraq onun mülki iddiasını təmin etmiş, zərərçəkmişə dəymiş ziyanı 13082 manat məbləğində dəyərləndirmiş, bu əsasla da həmin məbləğin ondan tutularaq zərərçəkmişə ödənilməsi barədə qərar qəbul etmişlər. Halbuki, X4ya məxsus “X” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan 4.500 manat təşkil edir və həmin pulu sığorta şirkəti ödəməlidir. Hətta bu barədə "xxxx" Sığorta Şirkəti 01 aprel 2021-ci il tarixidə 319/21 saylı məktub və dəymiş ziyanın hesablanma sına dair akt göndərsə də, işə baxan apellyasiya instansiyası məhkəməsi bu sənədləri nəzərə almamışdır. Həmin aktdan aydın şəkildə görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X4ya məxsus avtomaşına vurulmuş zərərlə bağlı müvafiq hesablamalar aparılmış və həmin zərərin 4.500 manat məbləğində olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs sığorta təşkilatından pul almaq əvəzinə, ona qarşı qərəzli mülki iddia qaldırmışdır. Sığorta şirkətinin məktubunu nəzərə almayan və bunu öz qərarında əsaslandırmayan apellyasiya instansiyası məhkəməsi onun hüquqlarını pozaraq ağır olan maddi vəziyyətini daha pisləşdirmişdir. Şərh olunanlara əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və zərərçəkmi ş şəxs X9 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq onlar naməlum səbəblərdən məhkəməyə gəlməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərərçəkmişin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr zərərçəkmiş X4nın mülki iddiasının tam həcmdə təmin edilməsi barədə qərar qəbul edərkən əhəmiyyətli sübutları araşdırmaqdan imtina etmiş, həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, qəbul edilmiş qərarın əsasına isə yolverilməz sübutları qoymuşlar. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın qismən, yəni mülki iddianın təmin edilməsi hissəsində ləğv olunması haqqında tələbini CPM-nin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələbl ərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi (o cümlədən zərər çəkmiş şəxsə maddi ziyan vurmasına dair hissədə-m.k.) və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Qanunvericiliyin bundan sonra təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası əvvəla vurğulayır ki, həmin şikayətin məzmununa görə, Məhkum öz müraciətində iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyə n edilmiş faktları, onun ittiham olunduğu cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini, habelə ona təyin olunmuş cəzanın həddindən artıq ağır olmasını mübahisələndirmir və bu məsələlərlə bağlı heç bir tələb irəli sürmür, lakin məhkəmələr tərəfindən zərərçəkmiş X4ya vurulmuş maddi ziyanın həddindən artıq çox miqdarda müəyyən olunmasını, sonuncunun həmin miqdarda mülki iddiasının əsassız olaraq təmin edilməsini, bununla da bu hissələrdə barəsində qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Buna görə, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində mübahisələndirmədiyi məsələlərin müzakirə edilməsinə ehtiyac görmür ona görə ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr həmin məsələlər üzrə – Məhkum CM-nin 263.1 -ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına, onun həmin əməlinin CM-nin 263.1-ci maddəsi ilə tövsif edilməsinə və bu maddə əsasında ona həm əsas, həm də əlavə cəzaların təyin edilməsinə dair hissələrdə düzgün nəticəyə gəlmişlər. CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq göstərilən məsələlər üzrə cinayət və cinayət-prosessual qanunvericiliklərinin tətbiqini yoxlayan kassasiya kollegiyası qeyd edir ki, göstərilən məsələlr üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələr qanunidir, araşıdırılmış sübutlara əsasən müəyyən edilmiş işkin faktiki hallarına, habelə maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur və həmin nəticələrin şübhə altına alınması üçün əsaslar mövc ud deyil. Buna görə, məhkəmə kollegiyası yalnız kassasiya şikayətinin dəlilləri və həmin şikayətdə irəli sürülmüş tələb çərçivəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yekun qərarın qanuniliyini və əsaslığını yoxlayaraq əvvəla qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düz günlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar v ə sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışın ın predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında pro sessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövl ət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.2-ci maddəsində göstərilmişdir ki, cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuş dur. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halla rın müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Qanunvericiliyin bu normalarının mənasına görə, zərərçəkmiş öz mülkiyyətindən məhrum olunduqda, yaxud da ona maddi və ya mənəvi zərər vurulduqda, o, öz əmlakını, onun əvəzini və ona vurulmuş digər zərəri tələb etmək hüququna malikdir və bu hüquq digər vasitələrlə yanaşı mülki iddia verməklə həyata keçirilə bilər. Məhkəmənin is ə vəzifəsidir ki, belə iddia verildikdə tədqiq etdiyi sübutlara əsasən onun düzgün həll edilməsi barədə əsaslandırılmış qərar qəbul etsin. Belə təfsir CPM-nin 179-cu və digər maddələrinin tələblərindən irəli gəlir. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə görə, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanun vericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 181.1.1-181.1.2-ci maddələrinin tələblərindən görünür ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; - ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-nin 181.2.1-181.2.4-cü maddələrinə müəyyən edilmişdir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; - itiril miş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; - itirilmiş gəlirin ödənilməsini; - mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. CPM-nin 354.1.1-354.1.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: - iddianın tam və ya qismən təmin edilməsi; - iddianın rədd edilməsi; - iddianın baxılmamış saxlanması. Kassasiya şikayətində 12 may 2020-ci il tarixdə saat 11 radələrində Bərdə rayonunun Zümürxan kəndinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4ya vurulmuş maddi ziyanın düzgün müəyyən edilməməsi və bu ziyana uyğun olaraq onun mülki iddiasının əsassız olaraq tam həcmdə təmin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə və bu dəlillər əsasında irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə ittiham irəli sürülmüş və sonuncu həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 12 may 2020-ci il tarixdə saat 11 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə “X” nömrəli nəqliyy at vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus idarə etdiyi «X» markalı, “XXXXX” qeydiyyat nişanlı yük avtomobili ilə Bərdə rayonunun Zümürxan kəndinin ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək, əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxıb qarşı hərəkət zolağında X4nın idarə etdiyi “X” markalı, “**-DV-***” qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Chevrolet Cruze” markalı, “**-DV-***” qeydiyyat nişanlı avtomobildə olan sərnişin X1 az ağır, sürücü X4nın sağlamlığına yüngül zərər vurmaqla, həmçinin X4ya məxsus “X” markalı, “**-DV-***” qeydiyyat nişanlı avtomobilə ümumilikdə 13082 (on üç min səksən iki) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İbtdai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 263.1-ci maddəsi ilə ittiham irəli sürülərkən, həmin ittihamda qeyd olunan maddədə göstərilən nəticə ilə yanaşı (zərərçəkmiş X24nın sağlamlığına az ağır zərər vurma) həm də bu maddədə göstərilməyən digər nəticələr də (X4nın sağlamlığına yüngül zərər, onun idarə etdiyi avtomaşının zədələnməsi ilə bağlı isə - sonuncuya 13082 manat məbləğində maddi zərər vurma) əksini tapmışdır ona görə ki, bu barədə tövsiyə “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il 5 saylı Qərarında nəzərdə tutulmuş və məhkəmə təcr übəsinin öyrənlməsi göstərr ki, həm istintaq orqanları, həm də məhkəmələr tərəfindən həmin tövsiyələrə əsasən əməl olunur. Belə ki, göstərilən Qərarın 17-ci bənlində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələ rdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qərarın 24-cü bəndində izah edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263, 263-1 və 351-ci maddələrində nəzərdə tutulan nəticələrdən əlavə həm də zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olduqda məhkəmələr cinayət mühakimə icraatı zamanı CPM-nin 183-cü maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq verilmiş mülki iddianı qəbul etməli və bu iddia üzrə CPM-nin 354-cü maddəsinə əsaslanmaqla qanunun tələbinə müvafiq surətdə qərar qəbul etməlidirlər. Qanunvericiliyin tələblərinə və mənasına görə cinayət işi üzrə verilmiş mülki iddianın əsaslı olub-olmaması barədə nəticəyə gəlmək və həmin iddia üzrə qanuni və obyektiv qərarın qəbul edilməsi üçün cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirzisiliyinə, onun əməlinin hüquqi tövsifinə və cinayət təqibi üzrə digər məsələlərlə yanaşı mülki iddia ilə də bağlı sübutlar cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən araşdırılmalı, həmin sübutlara qanuna müvafiq (CPM-nin 143-146cı maddələrində nəzərdə tutulmuş) qaydada qiymət verilməli və belə qiymətləndirmə əsasında mülki iddia üzrə düzgün qərar qəbul edilməlidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası vurğulayır ki, istər yol hərəkəti və nəqliy yat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı, istərsə də maddi tərkibli digər cinayətlərə dair işlər üzrə verilmiş mülki iddiaların düzgün həlli üçün ilk növbədə belə cinayətlərin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın düzgün, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara əsasən müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki CPM-nin 139.0.6-cı maddəsinin müddəaları da tələb edir ki, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar sübutlara əsasən müəyyən edilir. Əvvəla bu maddədə cinayət prosesi iştirakçısınını və ya cinayət prosesində iştirak edən digər şəxsin tələbi dedikdə, başqa tələblərlə yanaşı həmçinin zərər çəkmiş şəxsin mülki iddia üzrə irəli sürdüyü tələb də başa düşülür. Yəni bu normada da mülki iddia üzrə tələbə dair sübutların tədqiq edilməsi və bundan sonra onların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməsi mütləq şərt kimi nəzərdə tutulur. Məhkum barəsindəki cinayət işinin materallarından göründüyü kimi, həm ibtidai araşdırma orqanı, həm də işə mahiyyəti üzrə baxan məhkəmələr 12 may 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş X4nın idarə etdiyi “X” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə sonuncuya dəymiş zərərin məbləğini iş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş preyskuranta əsasən müəyyən etmiş və həmin məbləğdə Məhkum elan olunmuş ittihamda əksini tapmışdır. Göstərilən sənədə görə, “X” ma rkalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş və yenisi ilə əvəz edilməsi tələb olunan ehtiyat hissələrinin və materialların dəyəri 11262 (on bir min iki yüz altmış iki) manat, göstərilən xidmətin (təmir xərclərinin) dəyəri 1820 (min səkkiz yüz iyirmi) manat, cəmisi isə 13082 (on üç min səksən iki) manat məbləğində müəyyən edilmişdir. Bunula belə, avtomaşının təmiri üçün preyskurantda göstərilən yeni ehtiyat hissələrinin həmin avtomaşına quraşdırılması, bunun üçün "xxxx" MMC tərəfindən hər hansı xidmətin göstərilməsi, ümumiyyətlə avtomaşının həmin MMC tərəfindən təmir edilibedillməməsi iş materiallarından görünmür və bu məsələ həm ibtidai araşdırma zamanı, həm də məhkəmələr tərəfindən hər hansı şəkildə araşdırılmamışdır. Digər tərəfdən, istər cinayət təqibi orqanları, ist ərsə məhkəmələr tərəfindən X4nın idarə etdiyi avtomaşının hər hansı sığorta şirkəti tərəfindən sığortalanıb-sığortalanmaması, zərərçəkmişin həmn avtomaşına zərərin başqa şəxsin təqsiri səbəbindən vurulması ilə bağlı müraciət edib-etməməsi, belə müraciət olmuşdursa onun əsasında sığorta şirkətinin hansısa hərəkət edib-etməməsi, o cümlədən vurulmuş zərərin məbləğini müəyyənləşdiribmüəyyənləşdirməməsi və X4ya hansısa məbləğdə sığorta xərclərini ödəyib-ödməməsi də araşdırılmamışdır. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında isə Məhkum özünün idarə etdiyi "Kamaz-55111” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sığortalandığı “XXXX” şirkətinin 01 aprel 2021-ci il tarixli 319/21 saylı məktubunu (ona əlavə edilmiş aktla birlikdə) təqdim edərək həmin məktubda göstərilənlərin nəzə rə alınmasını və zərərçəkmiş X4nın mülki iddiasının rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, X4ya məxsus olan “x” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 4.500 manat təşkil edir. Lakin iş üzrə qanunvericilikdə tələb olunan sənədlər təqdim edilmədiyindən sığota ödənişini həyata keçirmək mümkün olmamışdır. Müvafiq sənədlər əldə olunduğu təqdirdə sığorta ödənişinin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi təmin ediləcəkdir. Məktuba əlavə edilmiş 15 may 2020-ci il tarixli aktdan (dəymiş ziyanın hesablanmasına dair) görünür ki, X4nın idarə etdiyi “X” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin məbləği 4.500 (dörd min beş yüz) manat olması müəyyən edilmişdir. Həmin məbləğin 3220 (üç min iki yüz iyirmi) manatı ehtiyat hissələrinin dəyəri, 1280 (miniki yüz səksən) manatı isə təmir xərcləri təşkil edir. Apellyasiya icraatına dair sənədlərin öyrənilməsi göstərir ki, Məhkum təqdim etdiyi bu sənədlər ətrafında da apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamış, həmin sənədlərdə göstərilən məlumatların iş materiallarına əlavə edilmiş preyskurantda əksini tapmış məlumatlarla kəskin ziddiyyət təşkil etməsinin səbəblərini aydınlaşdırmamış, bu ziddiyyətlərin aradan qaldırılması üçün heç bir tədbir görməmiş, “XXXXX” şirkəti tərəfindən 4500 manat məbləğində kompensasiyanın ödəninlibödənilməməsini dəqiqləşdirməmiş (kassasiya şikayətinə məhkəmə baxışı iclasında X4 həmin məbləğdə pulu sığorta şrkətindən aldığını bildirmişdir) və iş üzrə həqiqəti, yəni X4ya vurulmuş mad di ziyanın dəqiq məbləğini müəyyən etmədən həm sonuncuya 13082 manat məbləğində bu ziyanın vurulması, həm də həmin məbləğdə onun mülki iddiasının təmin edilməsi haqqında birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə əsassız olaraq razılaşmışdır. Bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, sübutların toplanması, araşdırılması və qiymətləndirilməsinə, cinayət mühakimə icraatı zamanı cinayət nəticəsində vurulmuş maddi zərərin müəyyən edilməsinə və bununla bağlı verilmiş mülki iddianın həllinə dair CPM-nin 33, 125, 143-146, 179-183, 354-cü maddələrinin, sığorta hadisəsi nəticəsində zərərin müəyyən edilərək qiymətləndirilməsi, ödənilməsi, subroqasiya hüququnun təmin edilməsinə dair Azərbaycan Respublikası Mülki və Mülki-Prosessual M əcəllələrinin, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununlarının, habelə digər qanunvericilik aktlarının tələbləri pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmayaraq qəbul olunmuş 06 may 2021-ci il tarixli qərar kifayət qədər əsaslandırılmamış, yəni bütün qeyd olunanlarla yanaşı Məhkum apellyasiya şikayətində göstərdiyi dəlillərə də cavab verilməmişdir. Belə nəticəsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri bilir k, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəinin Vİİ hissəsində təsbit edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bu konstitusiyon tələbin cinayət mühakimə icraatının həyata keçi rilməsinə münasibətdə mənası ondan ibaərtdir ki, cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə mahiyyəti üzrə birinci və apellyasya instansiyası məhkəmələri tərəfindən baxılması zamanı işin bütün hallarının, o cümlədən şəxsin təqsirlilik məsələsinin, onun törətdiyi əməl nəticəsində vurulmuş zərərin həcmi və miqdarının və digər əhəmiyyətli halların müəyyən edilməsi üçün məhkəmələr təqdim olunmuş sübutlardan, habelə apellyasiya müraciətlərinin dəlillərindən asılı olmayaraq digər sübutların da araşdırılmasını, zərurət yaranarsa müvafiq ekspertizaların təyin edilərək keçirilməsini təmin etməli, qəbul etdikləri yekun məhkəmə aktları isə ehtimallara və mülahizələrə deyil, məhkəmə iclaslarında araşdırılmış mötəbər sübutlara əsaslanm alıdır. Bütün hallarda məhkəmələr bu və ya digər məsələ üzrə gəldikləri nəticəni əsaslandırmalıdılar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövçud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə g ətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Konstitusiya Məhkəməsinin Plenumu digər qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli o lan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiy i mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən za man məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübüt kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AlHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Avropa Məhkəməsi bir çox qərarlarında dəfələrlə, o cümlədən “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında növbəti dəfə xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmə lərin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz qərarlarında ifadə etdikləri hüquqi mövqelərindən çıxış edib hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarı (Bərdə Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmü ilə birlikdə) yoxlayıb təhlil edərək belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr həm Məhkum zərərçəkmiş X4ya yol hərəkəti qaydalarını pozması nəticəsində vurduğu maddi ziyanın düzgün müəyyən edilməsi üçün, habelə sonuncunun mülki iddiasını verilmiş idda həcmində təmin edərkən işin bu hallarına dair hissələrdə əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, araşdırdıqları sübu tlar arasında ziddiyyətlərin aradan qaldrılması üçün lazımi tədbirləri görməmiş, həmin sübutları mənsubiyyəti, möğəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməmiş, apellyasiya instansiyası məhkəməsi isə həmçinin məhkumun təhlil edilən məsələlərlə bağlı irəli sürdüyü dəlillərə cavab verməmiş, bu dəlillərin əsaslı olub-olmamasını yoxlamamış, qəbul etdiyi yekun qərarı isə kifayət qədər əsaslandıra bilməmiş, nəticə etibarı ilə isə CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə vəziyyətdə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli qərarı Məhkum zərərçəkmiş X4ya maddi ziyanın vurulması və zərərçəkmişin məhkuma qarşı qaldırdığı mülki iddianın tam həcmdə təmin edilməsi hissələrində q anuni, obyektiv və əsaslandırılmış məhkəmə aktı hesab edilə bilməz ona görə ki, apellyasiya instansiası məhkəməsi tərəfindən CPMnin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsi həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi şərtlərindən biridir. Təsvir olunmuş əsaslarla kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyasının mövqeyinə görə, Məhkum törətldiyi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş X4ya vurulmuş zərərin düzgün müəyyən edilməsi üçün zəruri sübutlar araşdırıldıqdan, hətta ehtiyac yaranarsa – müvafiq ekspertizalar təyin olunub keçirildikdən, işin bu halı ilə bağlı mövcud ziddiyyətlər aradan qaldırıldıqdan və həmin zərərin dəqiq həcmi müəyyən edildikdən, habelə sığorta şirkətləri tərəfindən X4ya hər hansı ödənişin edilib-edilməməsi aydınlaşdırıldıqdan sonra iş üzrə verilmiş mülki iddia üzrə qanuni və əsaslı qərar qəbul edilə bilər. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxs X4nın və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli və onun CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli qərarı 12 may 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsəi nəticəsində zərərçəkmiş X4ya maddi ziyanın vurulması və bununla bağlı onun mülki iddiasının təmin edilməsi hissələrində ləğv edilməli və cinayət işi həmin hissələrdə yeni apellyasiy a baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli qərarı 12 may 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsəi nəticəsində zərərçəkmiş X8 maddi ziyanın vurulması və bununla bağlı onun mülki iddiasının təmin edilməsi hissələrində ləğv edilsin və cinayət işi həmin hissələrdə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1394/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1394/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver