Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1394/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X11ov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 127.2.2 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 73. 2-ci maddəsinə əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkum cəza çəkməsinin əvvəli 15 yanvar 2020-ci il tarixdən hesablanmaqla ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.H..Əkbərov (sədrlik edən), E.E.Rəhimov və F.A.Qasımov) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Azərbaycan Respublikası CM-in 29, 120.2.7-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 – iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi öz təsdiqini tapmamış və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum 03 yanvar 2020-ci il tarixdə, saat 05:30-06:30 radələrində ünvan 3də tanışları – baxılan cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəvəti ilə birlikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 evində olarkən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sonuncuya məxsus «Samsunq J5» markalı mobil telefonun 2019-cu ilin dekabr ayının 20-də Zərərçəkmiş şəxs1 idarə etdiyi “Renault” markalı avtomobildən onun, yəni təqsirləndirilən şəxs Məhkum tərəfindən oğurladığını ehtimal edərək e lə həmin tarixdən etibarən mobil telefon aparatının qaytarılmasını təkidlə ondan tələb etdiklərinə, 03 yanvar 2020-ci il tarixdə isə mobil telefon tələbinin Məhkum qarşı təhqirlərlə müşahidə olunmasına görə, ona qarşı telefon tələbinə dair iddiaları və təhqirləri qəbul etməyən təqsirləndirilən şəxs Məhkumlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında şəxsi münasibətlərin pozulması zəminində yuxarıda göstərilən ünvanda aralarında yaranmış mübahisə zamanı Məhkum ona qarşı olunan əsassız irad və təhqirlərin qisasını almaq niyyəti ilə mənzilin qonaq otağında əvvəlcə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla zərbə vurmuş, sonra hadisənin baş verdiyi ünvanda masanın üzərində olan, texniki göstəriciləri və təyinatı müəyyənləşdirilməmiş bıçaqla onun arxa nahiyəsinə də bir dəfə vuraraq xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 mənzilin yataq otağına qaçdıqdan sonra Məhkum həmin bıçaqla mənzilin qonaq otağında onun üstünə gələn zərərçəkmiş Zərərçəkmiş şəxs2 başın alın və hər iki bud nahiyələrinə deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sağ təpə nahiyəsinin yarası və bədəninin müxtəlif nahiyələrinə sıyrıqlardan ibarət olan sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş və bundan sonra Məhkum mənzilin yataq otağına keçib əlindəki həmin bıçaqla zərər çəkmiş Zərərçəkmiş şəxs1 vurmağa davam edərək xüsusi amansızlıqla, o cümlədən zərər çəkən Zərərçəkmiş şəxs1 ağır iztirablar verməklə onun bədəninin müxtəlif nahiyələrinə - sol diz oynağ ı nahiyəsinin arxa və arxa-iç səthinin oynaq kapsulunun kəsilməsi və oynaqda hərəkət məhdudluğu ilə fəsadlaşan bir ədəd dəlib-keçən deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, sol bazu nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin üç ədəd deşilmiş-kəsilmiş yarası, sağ əlin bir ədəd dəlib-keçən deşilmişkəsilmiş yarası, sol bud nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ bud nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sol diz oynağı nahiyəsinin ön səthinin bir ədəd deşilmişkəsilmiş yarası, sağ diz oynağı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ baldır nahiyəsinin üç ədəd deşilmiş-kəsilmiş yaraları və sağ ayağın bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət olmaq la dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid çoxsaylı - ümumilikdə 17 ədəd xəsarət yetirərək hadisə yerini tərk etmişdir. Yəni təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmaya görə Azərbaycan Respublikası CM-in 128-ci, Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə az ağır zərər vurmaya görə Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya ptotestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi nin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, təqsirləndirilən şəxs Məhkum bıçaqla Zərərçəkmiş şəxs1 cəmi 17 ədəd, həmçinin digər Zərərçəkmiş şəxs2 bir neçə xəsarət yetirməsi onun hər iki şəxsi qəsdən öldürmək istəməsinə dəlalət edir. Dövlət ittihamçısı hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən əsaslı olaraq Məhkum əməli Azərbaycan Respublikası CM-in 29, 120.2.7-ci maddəsi ilə tövsif edildiyi halda, məhkəmə sübutlara düzgün qiymət verməmiş və Məhkum əməlini Azərbaycan Respublikası CM-in 127.2.2 və 128-ci maddələri ilə tövsif etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlil lərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir fakt ın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda, həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüqu qi tövsifi mübahisə edilir. Hesab olunur ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 29, 120.2.7-ci maddəsinin tərkibi olsa da, apellyasiya instansiya məhkəməsi onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 127.2.2 və 128ci maddələrinə tövsif etmişdir. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində “Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 127.2-ci maddəsinə əsasən “Eyni əməllər: 127.2.2. xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdəbir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən “ Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə əsasən: “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə— doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə əsasə n “Qəsdən: 120.2.7. iki və ya daha çox şəxsi öldürməon dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitus iya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışın a hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in ə saslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Dövlət ittihamçısı Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.7-ci maddəsi ilə təqsirli bilinməli olduğunu göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində - iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi cinayətinin əlamətlərinin olması faktı mötəbər sübutlarla təsdiq olunmur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının Beləliklə, məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə edilən tövsiyələrə uyğun olaraq, baxılan işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları, yəni təqsirin xarakteri və dərəcəsini, təqsirləndirilən və zərər çəkmiş şəxsin hadisədən əvvəlki münasibətlərini, cinayətin məqsədini, motivini və törədilmə üsulunu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışlarını hərtərəfli, tam və obyektiv araşdırılmalıdır. Həmin Qərarın 2-ci bəndində deyilir ki: “Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcad an görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir... Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.” Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəx s1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürmək niyyətində olması təsdiq olunmur. Belə ki, işdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürmək, yəni onları həyatdan məhrum etmək üçün təqsirləndirilən şəxs Məhkum kifayət qədər imkana malik olmuş, bunun üçün alət və şərait olmuş, niyyətini başa çatdırmaq üçün ona konkret olaraq heç kim mane olmamış, zərər çəkmiş şəxslər ona qarşı heç bir müqavimət göstərməmişlər. Zərərçəkmiş şəxslərə yetirilmiş bədən xəsarətlərindən yalnız biri - zərərçəkmiş Zərərçəkmiş şəxs1 sol diz oynağı nahiyəsinin arxa və arxa-iç səthinin oynaq kapsulunun kəsilməsi və oynaqda hərəkət məhdudluğu ilə fəsadlaşan 1 ədəd dəlib-keçən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurm aya, hər iki zərərçəkmiş şəxsdə olan digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər olmuş, hətta zərərçəkmiş Zərərçəkmiş şəxs2 sağ təpə nahiyəsinin yarası və bədəninin müxtəlif nahiyələrinə olan sıyrıqların sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 20 dekabr 2019-cu il tarixdən başlayaraq cinayət hadisəsinin baş verdiyi 03 yanvar 2020-ci il tarixədək oğurlandığı ehtimal olunan zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus mobil telefon ətrafında aparılan danışıqlar zamanı təqsirləndirilən şəxs Məhkum heç bir qeyri-qanuni hərəkətə yol verməmiş, döz ümlülük göstərib, özünün də göstərdiyi kimi, xoşagəlməz nəticələrə gətirib çıxarmaması üçün məlum mövzuda danışıqlardan yayınmışdır. Hadisədən əvvəl, 02 yanvar 2020-ci il tarixdə, saat təqribən 22-23 radələrində o, yaşadığı evdə olarkən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təşəbbüsü ilə təqsirləndirilən şəxs Məhkumlə zərər çəkmiş şəxslər arasında görüş təşkil edilmiş, razılaşdıqdan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sonuncunun idarə etdiyi avtomaşınla təqsirləndirilən şəxsin ünvanına gedib onu götürmüş və təqsirləndirilən şəxs Məhkum avtomaşınla cinayət hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs1 məxsus evə aparılmışdır. Məhz bundan sonra oğurlanması ehtimallara əsaslanan, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus mobil telefon ətrafında aparılan danışıqlar davam etdirilmiş, təqsirləndirilən şəxs Məhkum həmin mobil telefonun tələb olunması artıq təhqirlərlə, bıçaq nümayişi ilə müşayiət olunmuş və nəticədə zərərçəkmiş şəxslərin təşəbbüsü və sonuncuların qanunsuz hərəkətlərinin təsiri nəticəsində cinayət hadisəsi baş vermişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum göstərmişdir ki, onun nə X10 və nə də X11 öldürmək və ya onlara ağır xəsarət yetirmək niyyəti olmamışdır. O, uzun müddət peşəkar idmanla məşğul olduğundan insan həyatı üçün təhlükəli orqanları çox yaxşı bilmiş və ona görə də onlara həyat üçün təhlükəli olan orqanlardan xəsarət yetirməmiş və ya ağır xəsarət yetirməmişdir. X5 öldürmək üçün bütün imkanları olmuş, bunun üçün şərait olmuş, ona konkret olaraq heç kim mane olmamışdır. X10la X11 ona qarşı heç bir müqavimət göstərməmişlər. Onun məq sədi X10la X11ı yaralamaq olmuş, onları bu üsulla cəzalandırmaq istəmişdir. Hadisədən sonra xəstəxanaya getmək istədikləri təqdirdə, avtomaşının açarlarını axtarmamaq üçün masanın üzərində müxtəlif şeylərin arasında olan həmin açarları götürüb Zərərçəkmiş şəxs1 üstünə atmış, həkimə getmələrini tövsiyyə etmiş və Şahid1la birldikdə hadisə yerindən çıxıb getmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, Məhkum peşəkar idmanla məşğul olduğundan fiziki cəhətdən güclü olmuşdur və onun eyni vaxtda onların hər ikisinə fiziki güc tətbiq etmək imkanı olmuşdur. X11 narkotik vasitə aludəçisi olduğundan fiziki cəhətdən çox zəif olmuş, nə o özü və nə də X11 Məhkumyə müqavimət göstərə bilməmişlər. Məhkumnin onların hər ikisini öldürmək imkanı olsa da, bu nları etməmişdir. Hadisədən dərhal sonra Məhkum ona qarşı söyüşlər etdiklərinə və özlərinin bu həddə gətirib çıxardıqlarına görə onları cəzalandırdığını demiş və hadisədən sonra ona məxsus avtomaşının açarlarını onun üstünə atıb, həkimə getmələrini bildirərək evi tərk etmişdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş və təqsirləndirilən şəxslər hadisədən əvvəl bir-biri ilə yaxın münasibətdə olmuş, tez-tez görüşmüş, tərəflər arasında münaqişəli vəziyyət barədə hadisə gününədək hüquq mühafizə orqanlarında ərizə-ş ikayət və ya hər hansı təqsirləndirici material olmamışdır. Eyni zamanda təqsirləndirilən şəxs Məhkum hadisədən sonra da baş vermiş hadisənin nəticələrinə biganə qalmamış, zərər çəkmiş şəxslərin tibbi yardım ala bilmələri üçün konkret hərəkətlər etmiş, zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs Məhkum arasında barışıq əldə olunmuşdur. Kassasiya protestinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur ki, Məhkum qəsdən adam öldürmə, o cümlədən iki şəxsi öldürmə cinayətini törətmək niyyətində olmamış, belə bir cinayət törətməyə cəhd etməmiş, yəni o, Azərbaycan Respublikası CM-in 29, 120.2.7ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini deyil, zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlanan və ona qarşı zərər çəkmiş şəxslər tərəfindən yol verilən qanunsuz hərəkətlərin təsiri altında zərərçəkmiş şəxslərdən qisas almaq məqsədilə Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül, Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə az ağır zərər vurmuş və bununla da Zərərçəkmiş şəxs2 münasibətdə Azərbaycan Respublikası CM-in 128-ci, Zərərçəkmiş şəxs1 münasibətdə isə Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində - iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmə cinayətini törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qəra r, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 127.2.2 və 128-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin e dilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1394/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1394/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver