Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1394/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2 023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər Əhməd Quliyev (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və İradə Həsənzadə ibarət tərkibdə) 1(101)-543/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmü ilə xx xxxxxxxx 1986-cı il tarixdə Ağdam rayonunun, Əhmədavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Xıdırlı ərazi dairəsi, Xıdırlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsi ev 5, mənzil 10-da yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona 4 (dörd) il müddətə azadl ıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 2,284 qram kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə ünvan 1 ünvanda saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə gətirilmiş, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki qara r əngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 2,284 qram satış məqsədi ilə saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), hakimlər Həsən Əhmədov və İbrahim İbrahimli) 1(103)-1245/2023 nömrəli 13 iyun 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 1(101)-543/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-ü il tarixli qərarının cəzaya aid hissədə dəyişdirilməsi və barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarını ədalətsiz hesab edir. Belə ki, ibtidai istintaq və məhkəmə prosesi zamanı prosessual pozuntular müşahidə edilmişdir. Məhkum onun ailə vəziyyətini, ilk məhkumluğunu, səmimi peşmançılığının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblə rinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətində cinayət işinə baxarkən prosessual pozuntulara yol verilməsi barədə qeyd etsə də, konkret olaraq həmin pozuntuların nədə ifadə olunmasını göstərməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materialları araşdırarkən məhkəmələrin sübutların araşdırılmasında, proses iştirakçılarının hüquqlarının riayət edilməsində, cinayət prosesi aparılmasında hər hansı bir qanun pozuntusuna yol verməsini müəyyən etməmişdir. Belə ki, hazırki cinayət işinə məhkəmələrdə baxılarkən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyi məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Cinayət işi üzrə t oplanmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutların mötəbərliyi və mümkünlüyü yoxlanmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmır. Kassator Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkuma təyin edilmiş cəzanın ağır və sərt olmasıdır. Kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı dır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konsti tusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddənin sanksiyasında üç ildən səkkiz i lədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun əməlində cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmaması qənaətinə gəlmiş, işə apellyasiya qaydasında yenidən baxan Bakı Apellyasiya Məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin məzmununu iş materialları ilə əhatəli şəkildə tədqiq edən kassasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, məhkum ona cəza təyin edilərkən törətmiş olduğu cinayət əməlindən peşman olduğunu qeyd edərək, ilk dəfə məhkum olunmasını və ailə vəziyyətini nəzərə alınması xahiş etmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamış, hər hansı növ cinayət məsuliyyətinə cəlb edilməmişdir. Göründüyü kimi Məhkum ilk dəfə məhkum olunmuş, kassasiya şikayətində törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini qeyd etmişdir. Məhkumun cəzasını ağırlaşdıran heç bir halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin ağırlığını müzakirə edərək qeyd edir ki, onun qanunsuz əldə etdiyi narkotik maddə olan heroinin miqdarı qanunla həmin növ narkotik maddə üçün müəyyən edilmiş külli miqdarın aşağı həddini cəmi 0,284 qram aşır. Azərbaycan Respublikası 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən işin yuxarıda qeyd edilən halı və məhkumun şəxsiyyətini kifayət qədər nəzərə almamış, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmələrə verilmiş Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərindən irəli gələn tövsiyələrə əməl etməmiş, cəza ilə əlaqədar öz mövqeyini əsaslandırmamış, nəticədə ona şəxsiyyətinə və işin hallarına uyğun olmayan ağır cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu nöqsanı üzrə sükutla keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum şəxsiyyəti və işin halları nəzərə almadan ona təyin ediləcək cəza həddini müəyyən edərkən Cinayət Məcəlləsinin normasını düzgün tətbiq etməmiş və Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmələrə verilmiş Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərindən irəli gələn tövsiyələrə əməl etməmişlər. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum təyin edilmiş cəzanın dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni qanuni hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarını və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum təqsirli bilindiyi maddənin sanksiyası həddində daha qisa müddətdə azadlıqdan məhrumetmə cəzası təyin etməklə onun islah olunmasını və cəzanın digər məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən m əhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası Məhkum daha aşağı həddə cəza təyin edilməklə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Apellyasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Ba kı Apelyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə endirilsin. Hökm və qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1394/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1394/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver