Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1394/2025 18.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, X2 iştirakı ilə, xx xxxx 1979-ci ildə Qubadlı rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 azyaşlı övladı olan, Qubadlı rayonu, Mahruzlu Ə/D, Muğanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 (103)-755/2024 nömrəli 19 mart 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-48/2024 nömrəli 24 yanvar 2024-cü il tarixli (hakim X.Əlisoy) hökmü ilə X6 CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 8 (səkkiz) ay müddətə islah işləri cəzası təyin edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-48/2024 nömrəli 24 yanvar 2024-cü il tarixli (hakim X.Əlisoy) qərarı ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prpsessual Məcəlləsinin 43-cü maddəsinə əsasən xitam verilmiş və o, həmin hissədə cinayət məsuliyyətindən azad edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən xüsusi ittihamçı X7 nümayəndəsi X və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 nümayəndəsi Əsədov Kərimxan Əmirxan oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-755/2024 nömrəli 19 mart 2024cü il tarixli qərarı ilə (hakimlər F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və E.E.Rəhimov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-48/2024 nömrəli 24 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2023-cü il tarixdə “Oxu. az”, “Dünyapress.info”, “Teref.az” xəbər portallarında dərc etdirməklə yalan olduğunu bilə-bilə qəsdən xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən, onun şəxsiyyətinə qarşı yönəlmiş, onu nüfuzdan salan, qərəzli, böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sumqayıt şəhər sakini X4 ona məxsus olan Sumqayıt şəhərində yerləşən obyektində yenidənqurma işləri apararaq obyektin ərazisini genişləndirmiş, nəticədə Sumqayıt Elektrik Şəbəkəsinin balans mənsubiyyətinə aid olan 6/0,4 kv-luq 59 saylı (3090132) transformator məntəqəsinin mühafizə zonasını pozmuşdur. X10 həmin obyektin elektrik şəbəkəsinə qoşulması barədə “Asan” xidmət vasitəsi ilə müraciət etmiş, araşdırma zamanı obyektin 6/0,4 kv-luq 59 saylı (3090132) transformator məntəqəsinin mühafizə zonasının pozulması ilə tikildiyi aşkar edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik şəbəkələrinin mühafizəsi qaydalarının tələbləri pozulduğundan obyektin şəbəkəyə qoşulmasının yolverilməz olduğu barədə Texniki Nəzarət İdarəsi tərəfindən rəy verilmişdir. Bununla razılaşmayan "xxxx" ASC-nin Sumqayıt RETSİ-nin istismar üzrə mühəndisi X6 öz vəzifə səlahiyyətlərini aşaraq ona qarşı şəxsi münasibətlər zəmnində böhtan xarakterli, şəxsiyyət olaraq şərəf və ləyaqətini təhqir edən hərəkətlər etmiş, barəsində həqiqətə uyğun olmayan, əsassız, öz cinayətkar əməllərini örtbasdır etmək məqsədi ilə onun işgüzar nüfuzuna xələl gətirən yalan məlumatları müxtəlif sosial şəbəkələrdə, xəbər portallarında dərc etdirməklə ona böht an atmışdır. Belə ki, guya o, Texniki Nəzarət İdarəsinin rəisi olaraq süründürməçilik etmişdir, obyekt sahibindən şirinlik tələb etmiş, "xxxx" ASC-nin hesabına 27500 manat vəsaitin ödənilməsinə mane olmuşdur. X bütün bu böhtan xarakterli yazılarını Cəmiyyətin sədrinə etdiyi müraciətin araşdırılmasını gözləmədən xx.xx.2023-cü il tarixdə “Oxu.az”, “Dünyapress.info”, “Teref.az” xəbər portallarında dərc etdirməklə yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətini ləkələyən, onun şəxsiyyətinə qarşı yönəlmiş, onu nüfuzdan salan məlumatlar yaymaqla hüquqazidd əməllər törətmişdir. Göründüyü kimi şəxsin əməllərində CM-nin 147.1-ci və 148-ci maddələrinin tərkibini yaradan hallar vardır. O, ictimaiyyət içərisində çevrəsində kifayət qədər sayılıb seçilən, nüfuza sahib bir şəxsdir. Belə bir halda ona qarşı bu cür əsli olmayan, qərəzli, böhtan və təhqir xarakterli məlumatların yayılmasını böhtan və təhqir kimi qiymətləndirir, onun nüfuzunun, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi kimi qəbul edir. Bu cür əməlləri qəsdən törətmiş şəxs barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin aparılması və məsuliyyətə cəlb olunması zəruridir. Birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X11 xüsusi ittiham qaydasında şikayətin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, X3 Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi, məhkuma bəraət verilməsi xahiş olunur. Məhkum kassasiya şikayətində göstərmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə konkretlik mövcud deyildir, belə ki, AR CM-nin 147-ci maddəsi böhtanla, 148-ci maddəsi isə təhqirlə əlaqədar cinayət məsuliyyəti yaratdığı halda, hansı əmələ görə hansı cinayət tərkibinin olduğu əsaslandırılmamış, ümumi şəkildə hər iki maddə ilə cinayət işi başlanması xahiş edilmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin ha zırlıq iclasında baxış mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Şikayət verən X11 əməlində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayətin olduğunu bildirir. Həmin maddənin dispozisiyasında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadan bəhs edilir. Onun müraciətində isə nalayiq formada işlədilən hər hansı bir söz və ya ifadə yoxdur. Şikayət verən X11 onun əməlində AR CM-nin 147-ci m addəsində nəzərdə tutulan cinayətin olduğunu bildirir. Hesab edir ki, əməlində həmin maddənin tərkibi yoxdur, onun qeyd etdikləri şikayət verən şəxsin hərəkətlərindən, davranışlarından doğan bir məntiqi nəticədir. Problemin həlli yolundan, əsasından bəhs edən birinin, sonradan həmin əsas aradan qalxdıqda süni şəkildə işin uzadılmasını təşkil edərək məsələnin həllindən yayınmasının bir cavabı vardır - şəxsi maraq, qərəz. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı xx.xx.2023-cü il tarixli qərar qəbul edərək onun AR CM-nin 147.1 və 148-maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti məhkəmənin icraatına qəbul etmişdir. Xüsusi ittihamçı xx.xx.2023-cü il tarixli şikayətin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun CM-nin 1 47.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittihamçı xx.xx.2023-cü il tarixli şikayətin dəiqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Göründüyü kimi, xüsusi ittihamçı öz mövqeyini dəqiqləşdirməmiş, şikayətini formalaşdırmamış, məhkəmə isə şikayətin icraata qəbul olunmasına dair qərar qəbul etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinay ət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə məsuliyyət müəyyən edir və bu əməl min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı b ir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəx sin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstan a qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildi yini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, A zərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müd afiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qəralarından görünür ki, birinci instansiya məhkəməsində iştirak edən X6 ifadə verərək özünü təqsirli bilmədiyini bildirərək qeyd etmişdir ki, “Oxu.az” “Dünyapress.info”, “Teref.az” xəbər portallarında qeyd edilən məzmunda məlumatlar paylaşmışdır. Belə ki, o, "xxxx" ASC-nin Sumqayıt RETSİ-nin mühəndisi işlədiyini bildirmiş, Sumqayıt şəhər sakini X1 problem olması səbəbilə ona müraciət edilmişdir, daha sonra apardığı araşdırmalar nəticəsində xanımın şikayətinə baxılmadığını görmüşdür. Nəticədə hesab etmişdir ki, müvafiq orqanlar xanımdan pul tələb etdikləri üçün belə süründürməçilik edilir. Bu halların qarşısını almaq üçün qe yd edilən məzmunda xəbər saytlarında mətn paylaşmışdır. Həmçinin o bildirmişdir ki, məlumatı paylaşdıqdan sonra xanımın tələbi yerinə yetirilmiş və onun elektirik sayğacındakı problem aradan qaldırılmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, xəbər saytına müsahibə verərkən qeyd edilən əməli törətmiş şəxs kimi “X” adını qeyd etsə də, texniki yalnışlıq olaraq “X” adı qeyd olunmuşdur. Həmçinin o, xanımdan və onun özündən pul tələb edilmədiyini, lakin özünün gümanına əsasən belə fikirləşmişdir ki, süründürməçilik etmələrinin səbəbi budur. Dəfələrlə də xüsusi ittiham qaydasında şikayət vermiş şəxslə barışıq əldə etmək üçün cəhdlər etsə də, barışıq əldə edə bilməmişdir. Yekun olaraq heç bir böhtan atmadığını söyləmiş və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bund an əlavə iş materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq edilmiş “Oxu.az" xəbər portalından əldə edilmiş çıxarışdan görünür ki, X6 xəbər saytına müraciət edərək "xxxx" ASC-nin sədri cənab X göstərişlərinə məhəl qoymadan, qanunazidd hərəkətləri ilə qurumun nüfuzuna xələl gətirən "xxxx" ASC məmurları barəsində tədbir görülməsi üçün Sizlərdən kömək istəyirəm. Sumqayıt şəhər 4cü mikrorayon ərazisində yerləşən obyektin şəbəkəyə qoşulması üçün ASAN xidmətə ödənilməli olan rüsumun məbləği 27.500 AZN-dir. Obyekt sahibi bu rüsumu ödəməyə hazırdır. Lakin "xxxx" ASC-nin Texniki Nəzarət İdarəsinin rəisi X “süründürməçilik siyasəti”ni işə salaraq "xxxx" ASC-nin xeyrinə olan bu işə qəsdən maneçilik edir. Belə ki, abonent qeyd olunan məbləği ASAN Xidmətə ödəmək üçün X rəy verməlidir. X obyektin transformator məntəqəsinin mühafizə zonasında yerləşdiyini bəhanə edərək "xxxx" ASCnin xeyrinə olan bu məsələyə məqsədli şəkildə maneçilik edir. Şəbəkəyə qoşulmaq istəyən obyektin arxa divarı ilə 59 saylı Transformator Məntəqəsinin arxa divarı arasındakı məsafə 60 sm-dir. Obyektin və Transformator Məntəqəsinin arxa divarlarında nəinki qapı, nəfəslik belə yoxdur, təmamilə qapalıdır. “ASAN” və 13-cü xidmətin fəaliyyətinə Cənab X tərəfindən xüsusi önəm verilir. Texniki Nəzarət İdarəsinin rəisi X bütün bunları bilə-bilə həm də sahibkarı süründürməçiliyə salmaqla qurumun nüfuzuna zərbə vurur. Bununla bağlı X mobil nömrəsinə zəng edərək onun bu hərəkətinin "xxxx" ASC-nin mənafeyinə, həm də qanuna zidd olduğunu bildirmişdir. Telefon danışığı zamanı bu məsələni müsbət həll edəcəyinə dair ona kişi kimi söz verdi, sonra nömrəsini blokladı və “X bəy” kimi “qaçıb gizləndi”. Məlumatlarına görə X rəhbəri olduğu Texniki Nəzarət İdarəsi yüksək gərginlikli hava xətlərinin altında tikilən kommersiya obyektlərindən 5000-7000 AZN rüşvət alıb rəy yazırlar. Sözü gedən obyektdən də 3000 manat “şirinlik” istəyiblər. Belə çıxır ki, bunlar "xxxx" ASC-nin mənafeyini pula satırlar. Bu idarə özünə aid işlə məşğul deyil. Bunlar üçün öz mənafeləri qurumun mənafeyindən üstündür. Bunların işi yarımstansiyalara, transformator məntəqələrinə nəzarət etməkdir. Öz işlərini yerinə yetirmirlər, yetirməsinlər, heç olmasa qeyri-qanuni hərəkətlərilə "xxxx" ASC-ni nüfuzdan salmasınlar. 3000 manata görə “Azərişıq ASC-ni 27.500 manat ziyana salan bu idarə kimə gərəkdir?! Əmindir ki, cənab X bunlardan xəbərsizdir. Xahiş edir ki, "xxxx" ASC-nin mənafeyini düşünmədən, qurumun nüfuzuna xələl gətirən Texniki Nəzarət İdarəsinin rəisi X “süründürməçilik siyasəti”nə son qoyulmasında yardımçı olasınız” məzmununda xəbər paylaşmışdır. “Dünyapress.info” və “Teref.az” saytından əldə edilmiş çıxarışlardan görünür ki, təqsirləndirilən şəxs X6 “Oxu.az" xəbər portalında paylaşdığı mətnin məzmunu digər xəbər saytlarında paylaşdığı mətnin məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsi xüsusi ittihamçı X7 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayətin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, X3 Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cinayət işinin başlanmasına dair ərizəsini nəzərə alı b hesab etmişdir ki, X3 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla belə məhkəmə hesab etmişdir ki, həmin maddə üzrə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-48/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hissədə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbu atda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nüm ayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkumun əməlini CM-in 147-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cina yət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göst ərilən əsaslar mövcud olmadığından məhkum X5 bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin tör ədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya münasibətdədə qeyd edir ki, cəza məhkumun törətdiyi əməlin sanksiyasına uyğun ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci mad dəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətin də onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X6 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)755/2024 nömrəli 19 mart 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1394/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1394/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver