Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1395/2021 29.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X5 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X6, məhkumun müdafiəçisi X3 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 1(104)-156/2021 saylı qərarından Azərbaycan Respubli kası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 10 iyul 1986-cı ildə Ağdam rayonu Pirzadlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayon Quzanlı qəsəbəsində yaşayan. 2. 04 sentyabr 2020-ci il tarixli ittiham aktı ilə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür.
3. Ağdam rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixl i hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 22 fevral 2020-ci il tarixdə, saat 17:10 radələrində ictimai yer hesab edilən Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Murad” kafe adlı ticarət (xidmət) obyektinin içərisində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı və ictimai asayişi kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyətdə bərqərar olan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq, orada olan şəxslərin gözü qarşısında həmin kafedə aşpaz işləyən X2 nalayiq sözlərlə söyüb təhqir edib, kafenin iş rejimini pozmaqla silah qismində istifadə etdiyi əşya, yəni üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncuya bel nahiyəsindən qəsdən vuraraq, bel nahiyəsinin kəsilmiş yarası ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirib silah qismində istifadə edilə bilən əşyadan istifadə etməklə qərəzli xuliqanlıq əməlini törətmişdir.
5. Ağdam Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 1(013)-26/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasə n onun 23 fevral 2020-ci ildən 25 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 1 dekabr 2020-ci il tarixdən hesablanması və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə zalından həbsə alınması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apelyasiya şikayəti verərək Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyətini xarak terizə edən məlumatları lazımınca qiymətləndirmədən, onun barəsində məsuliyyəti yüngülləşdirən halların kifayət qədər artıq olub, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını, eləcə də qeyd edilən həmin müstəsna halların onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmasını və şəxsiyyətini kifayət qədər müsbət səciyyələndirməklə artıq islah olunmasını nəzərə almadan ona ağır cəza təyin etmişdir. Qeyd edilən xüsusiyyətləri nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayması və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2021-ci il tarixli ilkin baxış iclasının qər arı ilə verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı 16 mart 2021-ci il tarixə təyin edilmişdir.
8. Təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət hadisəsini qeydə alan kamera görüntüləri və iş üzrə toplanmış digər sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi işin hallarını müəyyən edərək qeyd etmişdir ki, “Məhkum qardaşı Mərahim Qasımov "Murad" kafesində işləmiş, həmin gün işdən bir qədər tez çıxıb evə getmiş, Rahib ondan niyə kefsiz olduğunu soruşmuş, Mərahim isə bir şey olmadığını desə də Rahib onun kafedə kiminləsə dalaşdığından şübhələndiyi üçün evdən mətbəx bıçağı götürüb qardaşının kiminlə dalaşdığını aydınlaşdırmağa getmişdir. Məhkum qardaşının kiminləsə kafedə dalaşdığını eşitdiyi üçün əvvəlcə həmin kafeyə getmiş, orada onu əvvəlcədən tanıyan kafen in işçiləri ilə, o cümlədən zərərçəkmiş Elmurad Kərimovla görüşmüşdür. O zərərçəkmişin kassada oturduğunu gördükdən sonra onun kafedə olan mübahisə barədə xəbərdar olduğunu düşünüb Elmuraddan qardaşı Mərahimin kiminlə dalaşdığını soruşmuş, lakin sonuncu bu barədə məlumatı olmadığını bildirmişdir. Buna baxmayaraq, Rahib qardaşının kiminlə dalaşdığını deməyən şəxsin ünvanına söyüş etmiş və bu səbəbdən onlar arasında mübahisə baş vermişdir. Mübahisə başlayarkən zərərçəkmiş Elmurad Kərimov yumruqla Məhkum üz nahiyyəsindən bir neçə dəfə vurduqdan sonra sonuncu üzərində olan bıçağı çıxarıb kortəbii şəkildə onun üstünə hücum çəkən Elmurad Kərimovun belindən dəymişdir.”
9. Qeyd edilənləri təhlil edərək apellyasiya məhkəməsi hesab etmişdir ki, “təqsirləndirilən şəxs Məhkum yaşadığı evdən mətbəx bıç ağı götürüb qardaşının işlədiyi kafeyə getməkdə məqsədi ondan ibarət olmuşdur ki, qardaşının dalaşdığı şəxsləri müəyyən edib onlardan qisas alsın. Onun zərərçəkmiş Elmurad Kərimova qarşı kini, qəzəbi və ya nifrəti, düşmənçiliyi, ədavəti olmamışdır ki, onunla söyüş formasında danışıb sonra mübahisəni bəhanə edib ona qarşı zor tətbiq etsin. Görüntülərdən və zərərçəkmişin ifadələrindən görünür ki, Rahib əvvəlcə kafeyə gəlib onlarla görüşmüş, onlardan qardaşının kiminlə dalaşdığını öyrənməyə çalışmış və qardaşının dalaşdığı şəxslərlə bağlı məlumatları bilib deməyən şəxsin ünvanına söyüş etmək istəmişdir. Bu zaman Elmurad Kərimov yumruqla onu vurmuşdur. Məhz bundan sonra kafedə dava-dalaş başlamışdır. Dava-dalaşın başlamasına səbəb isə zərərçəkmişin özünün qanunsuz hərəkətləri və ona qarşı zor tətbiq etməsi olmuşdur”.
10. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 1(104)-156/2021 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, təqsirləndirilən şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilmiş, Ağdam Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 1(013)-26/2020 saylı hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitаm verilmiş, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbir i ləğv edilmiş və onun, məhkəmə iclas zalında həbsdən dərhal azad edilməsi qərara alınmış, həmçinin qərarla maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 1(104)-156/2021 saylı qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri: 12.Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi heç bir əsas olmadan, hər hansı araşdırma aparmadan, cinayət işi üzrə müəyyən edilmiş halları və ifadələri qarşılıqlı təhlil etmədən verilmiş ifadələri xuliqanlıq motivinin olmasını aradan qaldıracaq istiqamətdə şərh etmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına uyğun gəlməyən belə nəticəyə gəlmişdi r ki, baş verən hadisə zərərçəkmişin təşəbbüsü ilə başlamış və şəxsi münasibətlərin pozulması zəminində baş vermiş dalaşdır, dava-dalaşın başlamasına səbəb isə zərərçəkmişin özünün qanunsuz hərəkətləri və ona qarşı zor tətbiq etməsi olmuşdur. Bu zəmində baş vermiş dava-dalaş zamanı ictimai qayda pozulmuş olsa belə, bu hal xuliqanlıq kimi qiymətləndirilə bilməz. Halbuki, ifadələrin təhlilindən və cinayət işinin materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, Məhkum kafeyə gələrək qardaşı Mərahimin kiminlə dalaşdığını soruşmuş, zərərçəkmiş Elmurad Kərimov mübahisə davam etməsin deyə Rahibi sakitləşdirmək üçün Mərahimin kiminlə dalaşdığını bilmədiyini və ciddi bir hadisənin olmadığını demiş, lakin Rahib bu zaman nalayiq ifadələr işlədərək onu hədələməyə başlamış və daha sonra isə onun ünvanına nalayiq ifadəni təkrar edərək, Mərahimin kiminlə dalaşdığını deməli olduğunu tələb etmiş, bundan sonra zərərçəkmiş şəxs Rahib ondan nalayiq ifadə işlətməməsini tələb etsə də, sonuncu ona məhəl qoymayaraq təkrar nalayiq ifadələrlə onu təhqir etmiş, Elmurad Kərimov isə əsəbləşərək Rahibin sifət nahiyəsindən yumruqla vuraraq kafenin qapısından çölə çıxarmış, daha sonra arxaya çəkilərək dayanmış, bundan sonra Məhkum yenidən kafeyə daxil olub, kafenin iş rejimini pozmaqla, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Elmurad Kərimovun bel nahiyəsindən qəsdən vuraraq, bel nahiyəsinin kəsilmiş yarası ilə müşayət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı və ictimai asa yişi kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyətdə bərqərar olan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq silah qismində istifadə edilə bilən əşyadan istifadə etməklə qərəzli xuliqanlıq əməlini törətmişdir. Göründüyü kimi, hadisə məhkəmə kollegiyasının qeyd etdiyi kimi, heç də zərərçəkmiş şəxsin təşəbbüsü və qanunsuz hərəkətləri ilə başlanmamış, təqsirləndirilən şəxs Məhkum, qardaşı ilə bağlı məsələni aydınlaşdırmaq və qardaşının xətrinə kimin dəydiyini öyrənib cəzalandırmaq qərarına gəlmiş, bu məqsədlə evdən bıçaq götürməklə hazırlıqlı vəziyyətdə “Murad” kafesinə gəlmiş, zərərçəkmiş şəxs Elmurad Kərimova nalayiq ifadələr işlə tmiş, bundan əsəbiləşən sonuncu Rahib Kərimovdan nalayiq ifadə işlətməməsini tələb edib üzündən vuraraq kafenin qapısından çölə çıxarmış, daha sonra arxaya çəkilərək dayanmış, hər hansı aktiv hərəkəti olmamış, bundan sonra Məhkum yenidən anidən əlində bıçaqla kafeyə daxil olub məlum hadisəni törətmişdir. Həmçinin, hadisə ictimai yerdə, Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən "Murad" kafesində baş vermiş, hadisə zamanı kafedə çoxlu sayda müştərilər olmuş, onlardan bir neçəsi səs-küyə çölə çıxmış və kafenin iş rejimi pozulmuşdur. Yuxarıda sadalanan hallardan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Məhkəmə kollegiyası isə protestdə sadalanan plenum qərarlarının tələblərini də pozaraq, birinci instansiya məhkəməsinin cinayət işinin materiallarına və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanan nəticəni qanunsuz hesab etmişdir. Məhkəmə kollegiyasından Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cümaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarını ləğv edərək, cinayət işini yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir. III. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – A zərbaycan Respublikası CPM) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudla rını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarl a əlaqələndirmişdir.
17. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 18. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkət ləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. 19. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.
20. Apellyasiya instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi hallardan görünür ki, “Məhkum qardaşı Mərahim Qasımov "Murad" kafesində işləmiş, həmin gün işdən bir qədər tez çıxıb evə getmiş, Rahib on dan niyə kefsiz olduğunu soruşmuş, Mərahim isə bir şey olmadığını desə də Rahib onun kafedə kiminləsə dalaşdığından şübhələndiyi üçün evdən mətbəx bıçağı götürüb qardaşının kiminlə dalaşdığını aydınlaşdırmağa getmişdir. Məhkum qardaşının kiminləsə kafedə dalaşdığını eşitdiyi üçün əvvəlcə həmin kafeyə getmiş, orada onu əvvəlcədən tanıyan kafenin işçiləri ilə, o cümlədən zərərçəkmiş Elmurad Kərimovla görüşmüşdür. O zərərçəkmişin kassada oturduğunu gördükdən sonra onun kafedə olan mübahisə barədə xəbərdar olduğunu düşünüb Elmuraddan qardaşı Mərahimin kiminlə dalaşdığını soruşmuş, lakin sonuncu bu barədə məlumatı olmadığını bildirmişdir. Buna baxmayaraq, Rahib qardaşının kiminlə dalaşdığını deməyən şəxsin ünvanına söyüş etmiş və bu səbəbdən onlar arasında mübahisə baş vermişdir. Mübahisə başla yarkən zərərçəkmiş Elmurad Kərimov yumruqla Məhkum üz nahiyyəsindən bir neçə dəfə vurduqdan sonra sonuncu üzərində olan bıçağı çıxarıb kortəbii şəkildə onun üstünə hücum çəkən Elmurad Kərimovun belindən dəymişdir”.
21. Davamı olaraq apellyasiya məhkəməsi qeyd etmişdir ki, “təqsirləndirilən şəxs Məhkum yaşadığı evdən mətbəx bıçağı götürüb qardaşının işlədiyi kafeyə getməkdə məqsədi ondan ibarət olmuşdur ki, qardaşının dalaşdığı şəxsləri müəyyən edib onlardan qisas alsın. Onun zərərçəkmiş Elmurad Kərimova qarşı kini, qəzəbi və ya nifrəti, düşmənçiliyi, ədavəti olmamışdır ki, onunla söyüş formasında danışıb sonra mübahisəni bəhanə edib ona qarşı zor tətbiq etsin. Görüntülərdən və zərərçəkmişin ifadələrindən görünür ki, Rahib əvvəlcə kafeyə gəlib onlarla görüşmüş, onlardan qardaşının kiminlə dalaşdığını öyrənməyə çalışmış və qardaşının dalaşdığı şəxslərlə bağlı məlumatları bilib deməyən şəxsin ünvanına söyüş etmək istəmişdir. Bu zaman Elmurad Kərimov yumruqla onu vurmuşdur. Məhz bundan sonra kafedə dava-dalaş başlamışdır. Dava-dalaşın başlamasına səbəb isə zərərçəkmişin özünün qanunsuz hərəkətləri və ona qarşı zor tətbiq etməsi olmuşdur”.
22. Nəticə etibarilə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “ittiham tərəfin iddia etdiyi kimi baş vermiş hadisə motivsiz, yaxud xuliqanlıq niyyəti ilə baş verən hadisə deyil zərərçəkmişin təşəbbüsü ilə başlamış və şəxsi münasibətlərin pozulması zəmininda baş vermiş dalaşmadır. Bu zəminda baş vermiş dava-dalaş zamanı ictimai qayda pozulmuş olsa belə bu hal xuliqanlıq kimi qiymətləndirilə bilməz.” Müvafiq olaraq, “Məhkum əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir”.
23. Halbuki, apellyasiya instansiya məhkəməsinin iş üzrə özünün müəyyən etdiyi hallardan bəlli olur ki, qardaşının bilmədiyi şəxslərlə dalaşdığını eşidən Məhkum məsələyə aydınlıq gətirmək üçün kafeyə getmiş, bu zaman onun məqsədi konkret tanıdığı yox, dairəsi qeyri-müəyyən şəxslərdən qisas almaq olmuşdur.
24. Eyni zamanda, yaşadığı evi tərk edərkən, Məhkum özü ilə mətbəx biçağını götürmüş, bu hal isə onun hərəkətlərinin mümkün qanunazidd nəticəyə səbəb ola biləcəyini dərk etdiyinə və əvvəldən qanunsuz əməl törətməyə hazır olmasına dəlalət etməklə, birmənalı hadisələrin təsadüfi axarını istisna edir.
25. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi bütün, o cüml ədən Məhkum, zərərçəkmiş şəxs Elmurad Kərimovun, şahidlər Zamiq Kazımovun, Anar Qaraşovun və Elzamin Qaraşovun ifadələrində qeyd edilmişdir ki, hadisə zamanı Məhkum kafeyə gəlmiş, yarana bilən münaqişənin qarşısını almaq məqsədi ilə X8 Qasımova qardaşı Mərahim Qasımovun kiminlə dalaşdığını deməkdən boyun qaçırmış və yalnız Məhkum bir neçə dəfə nalayiq ifadələrlə faktiki olaraq onu təhqir etdikdən sonra Elmurad Kərimov yumruqla Məhkum sifətindən vurmuşdur.
26. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, hazırki halda da “... zərərçəkmiş Elmurad Kərimova qarşı kini, qəzəbi və ya nifrəti, düşmənçiliyi, ədavəti olmamışdır ki, onunla söyüş formasında danışıb sonra mübahisəni bəhanə edib ona qarşı zor tətbiq etsin... Dava-dalaşın başlamasına səbəb isə zərərçəkmişin özünün qanunsuz hərəkətlə ri və ona qarşı zor tətbiq etməsi olmuşdur” barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq mümkün deyil ona görə ki, zərərçəkmiş şəxs E.Kərimovun Məhkum qarşı zor tətbiq etməsinin bilavasitə səbəbi, sonuncunun çoxsaylı kənar şəxslərin olduğu ictimai yerdə ünvansız, lakin əslində E.Kərimova qarşı ünvanlanması hər iki tərəf üçün aşkar olduğu nalayıq ifadələrin işlətməsi olmuşdur.
27. Nəhayət, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Plenum Qərarının 3-cü bəndində verdiyi hüquqi mövqeyinə istinad etsə də, bu zaman nəzərə almamışdır ki, qərarın həmin bəndində qeyd edilən tövsiyələrə zidd olaraq, hazırki iş üzrə cinayət əməli ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zə minində yox, ictimai qaydanın kobud surətdə pozulmasına əvvəlcədən düşünülmüş birbaşa qəsdlə törədilmiş, 22 fevral 2020-ci il tarixdə “Murad” kafesində baş vermiş mübahisə və dalaşma isə zərərçəkən şəxsin təşəbbüsü ilə yox, Məhkum cəmiyyətə və bilavasitə zərərçəkən şəxsə qarşı açıqcasına hörmətsizlik nəticəsində başlanmışdır.
28. Belə olan halda, Gəncə Apelyasiya Məhkəməsinin məhkumun sözügedən əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkibinin olmaması haqqında nəticəsi sübutların Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq surətdə, yəni tam, hərtərəfli və obyektiv araşdırılmasına, eləcə də cinayət qanunu normalarının, o cümlədən Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin düzgün təfsir olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirilə bilməz.
29. T əsvir edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntulara yol verdiyini göstərir.
30. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 20 aprel 2021-ci il tarixli, 1(104)-156/2021 saylı qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 20 aprel 2021-ci il tarixli, 1(104)-156/2021 saylı qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.