Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1395/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X13 qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234. 1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli, 1(103)-838/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1996-cı ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Wolt” şirkətində kuryer işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən e dilmiş işin faktiki hallarına əsasən, Məhkum naməlum vaxtda və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 3,471 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi rayon Polis İdarəsinin CinayətAxtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 avqust 2023-cü il tarixdə saat 17:30 radələrində ünvan 3 ünvanda saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman şalvarının sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 3,471 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşk ar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X11 (sədrlik edən), X4 və X2 ibarət məhkəmə tərkibində) 31 yanvar 2024-cü il tarixli, 1(101)-906/2024 nömrəli hökmü ilə Məhkum CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 04 avqust 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edil mişdir.
4. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsi və Məhkum bəraət hökmü verilməsini, Məhkum İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 3, 5, 6, 8, 10, 11, 13 və 18-ci maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusun tanınması barədə qərar qəbul edilməsini, həmçinin müstəntiq Vüsal Rzayev və təhqiqatçı Kamandar Ələsgərovun fəaliyyətinin araşdırılması üçün barəsində xüsusi qərar qəbul edilməsini, polis nəfəri Şahid1 və Şahid2 barədə bilə-bilə yalan ifadə verdiyinə görə cinayət işinin başlanması üçün xüsusi qərar qəbul edib müvafiq quruma məlumat verilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədr lik edən, məruzəçi hakim), X7 və X5 ibarət məhkəmə tərkibində) 30 aprel 2024-cü il tarixli, 1(103)-838/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(101)-906/2024 nömrəli hökmünün Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli, 1(103)-838/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Müdafiəçi tərəfindən veril miş kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına, sübutlara, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qənaətlərinə və çoxsaylı qanunvericilik normalarına istinadlar edilərək tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlilləri eyniliklə qeyd edilərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli, 1(103)838/2024 nömrəli qərarının ləğv edilməsi, məhkum barədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, Məhkum İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 3, 5, 6, 8, 10, 11, 13 və 18-ci maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusun tanınması barədə qərar qəbul edilməsi, həmçinin müstəntiq Vüsal Rzayev və təhqiqatçı Kamandar Ələsgərovun fəaliyyətinin araşdırılması üçün ba rəsində xüsusi qərar qəbul edilməsi, polis nəfəri Şahid1 və Şahid2 barədə bilə-bilə yalan ifadə verdiyinə görə cinayət işinin başlanması üçün xüsusi qərar qəbul edib müvafiq quruma məlumat verilməsi xahiş edilmişdir.
8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
9. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edib, onların dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X13 qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
12. Kassasiya i nstansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəmə si birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin hü quqi tövsifini mübahisələndirsəc də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
17. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 1(103)-838/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinay ət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
21. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən k onkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
22. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.
24. Cinayət təqibi üzrə toplanmı ş sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
25. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, narkotik vasitə heroinin məhkumun üzərinə qoyulduğunu, istintaq zamanı müxtəlif təzyiq və təsirlər göstərildiyini, cinayət işi materiallarında onun əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, onun əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsinə aidiyyətinin olmaması və ya təqsirliliyinin sübuta yetirilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.
26. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.
27. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyas ı məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
28. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
29. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.
30. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tu tulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
31. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, həmçinin şahid ifadələri, ekspertiza rəylər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
32. Kassasiya kollegiyası müdafiə tərəfinin kassasiya müraciətinin dəlilləri qismində qeyd etdiyi narkotik vasitənin Məhkum aid olmaması, fiziki zor tətbiqi nəticəsində üzərinə q oyulması kimi dəlillərinə münasibətdə qeyd edir ki, sözügedən dəlillər birinci instansiya və apellyasiya instansiya məhkəmə icraatlarında da qaldırılmış, məhkəmələr həmin dəlillərə cinayət işi materiallarında olan sübutların əlaqəli təhqiqi nəticəsində əsaslandırılmış cavab verməklə, həmin dəlilləri müdafiə tərəfinin özünümüdafiə üsulu kimi gətirdiyi arqument olaraq qiymətləndirmişlər. Bununla belə kollegiya həmin dəlillərə münasibətdə qeyd edir ki, Məhkum şəxsi axtarış aparılan zaman və şübhəli şəxs qismində ifadələr verərkən üzərindən aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerdən tapdığını və üzərində gəzdirdiyini etiraf etmişdir.
33. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2023cü il tarixli 3-16-16/2- 6/4178 nö mrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs Məhkum aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,471 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazizisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”iıı siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,421 qram təşkil etmişdir.
34. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun 23.9.2023-cü il tarixli qərardan görünür ki, Məhkum polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması barədə müraciəti əsasında araşdırma aparılmış, araşdırma zamanı təqsirləndirilən şəxsin, o nu saxlayan polis əməkdaşının izahatları alınmış, məhkəmə-tibb ekspertizası keçirilmişdir. Araşdırma zamanı Məhkum polis əməkdaşları tərəfindən döyülməsinə dair xüsusatlar öz əksini tapmadığından toplanmış 488-C-23 saylı material üzrə Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
35. Kollegiya eyni zamanda müdafiəçinin “məhkumun mobil telefonuna baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edəcək məlumat müəyyən edilməmişdir” dəlilinə münasibətdə qeyd edir ki, Məhkum məxsus mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi nəticəsində cinayət işi üzrə əhəmiyyət kəsb edəcək məlumatın müəyyən edilməməsi ayrılıqda deyil, cinayət işi üzrə əldə edilmiş digər sübutlarla əlaqəli təhqiq nəticəsində qiymətləndirilir, məhz b u qiymətləndirmənin nəticəsində məhkumun əməlində qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı cinayətinin tərkibi olmadığından onun əməli birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir.
36. Kassasiya kollegiyası eyni zamanda kassasiya müraciətinin dəlilləri qismində qeyd edilən “cinayət işi üzrə şahid qismində ifadə vermiş polis nəfərlərinin ifadələrinin həqiqəti əks etdirməməsi, eyni sözlərlə birə-bir yazılması, ona görə də bu sübutun mötəbər sübut kimi qəbul edilməməlidir” mülahizəsinə münasibətdə qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarından heç biri (Şahid1, Şahid2) Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar əməliyyat-axtarış tədbirinin gedişində baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq Məhkum üzərindən narkotik vasitə heroinin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.
37. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlərində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətlərində məhkəmələrin çıxardıqları n əticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.
38. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası məhkumun və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli, 1(103)-838/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinə rək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli, 1(103)-838/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.