Məhkəmə qərarları › İş №1(102)-1396/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1396/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1396/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mar t 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəhmin Hümbətov (sədrlik edən), Telman Hüseynov və Hafiz Əliyev) 1(101)-1060/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli hökmü ilə xx xxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gü nü hesabı ilə hesablanmaqla Məhkum şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 5 (beş) ay 21 (iyirmi bir) gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının 11 (on bir) ay 12 (on iki) gün müddətinə bərabər tutulmaqla, həmin müddətin təyin olunan cəzadan çıxılmış və onun üzərində qəti olaraq 2 (iki) il 18 (on səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, Bakı şəhəri, Suraxanı rayonu, “Əmircan-Bülbülə” dəmir yolu stansiyası yaxınlığında istintaqa şəxsiyyəti dəqiq məlum olmayan “Emin” adlı şəxsdən, n aməlum vaxtda və şəraitdə, 20 manat pul müqabilində, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan 1,501 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,569 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 09 yanvar 2021-ci il tarixdə saat 09:10 radələrində yaşadığı ünvan 2 ünvanda saxlanılaraq ünvan 3əşən Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, polis idarəsində barəsində şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində b ir ədəd qara rəngli siqaret kağızının bükümündə təmiz çəkisi 1,501 qram olan, açıq qəhvəyi rəngli, tozşəkilli kütlə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin və daha bir ədəd qara rəngli siqaret kağızının bükümündə təmiz çəkisi 0,569 qram olan, ağ rəngli kristallardan ibarət kütlə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də həmin şalvarının sol yan cibində iki ədəd borucuq formalı, içərisində metamfetamin və heroin izləri olan əşyalar aşkar edilərək ondan götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən), Habil Məmmədov və İlqar Murquzov) 1(103)-50/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, məhkum tərə findən verilmiş apelyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr yekun qərarlar qəbul edərkən cinayət işi üzrə təkzibolunmaz sübutlarla təsdiq olunan faktları nəzərə almamış işi qeyri-obyektiv, birtərəfli və qərəzli şəkildə apararaq cinayət qanunun və cinayət-prosessual qanunun bu sıra normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifi ndə səhvə yol vermişlər. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 09 yanvar 2021-ci il tarixli 6/102 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Məhkum üzərindən götürülmüş....” sözləri yazılan zərfin içərisində olan 2 (iki) ədəd kağız bükümdə təmiz çəkisi 1,501 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və təmiz çəkisi 0,569 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin vardır. Həmin zərfdə olan iki ədəd borucuq formalı əşyanın içərisində metamfetamin və heroinin izləri vardır, lakin metamfetamin və heroin şəkilində olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. 28 iyun 2005 -ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metamfetamin isə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ və İİ siyahısına daxildirlər. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 09 yanvar 2021-ci il tarixli 7/38 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Məhkum evindən götürülmüş narkotik vasitə” yazılar və imzalar olan 1 №-li kağız paketdə bir ədəd kağız bükülüdə, təmiz çəkisi5,200 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmu ş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində Məhkum evindən götürülmüş narkotik vasitə” yazıları və imzalar olan kağız paketdə bir ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 9,120 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş kağız paketdə bir ədəd gümüşü rəngli elektron tərəzi üzərində cüzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri vardır. Cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olunmadı. Tədqiqata təqdim olunmuş üzərində Məhkum evindən götürülmüş narkotik vasitə” yazılar və imzalar olan sarı rəngli sellofan torbada təmiz çəkisi-2400,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsull a hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd kağız paketdəki və bir ədəd sarı rəngli sellofan torbada olan marixuanaların ümumi çəkisi 2414,320 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji ekspertizasının 11 fevral 2021-ci il tarixli, 436 saylı rəyindən görünür ki, Məhkum tiryək alkploidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi vardır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə həmçinin göstərilmişdir ki, cinayət işi materiallarında olan ifadələrindən və öz deməsinə görə, təxminən 17-18 yaşından arabir düşəndə narkoti k vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Əvvəllər arabir, düşəndə narkotik vasitə olan tiryəkdən daxilə qəbuletmə yolu ilə, inyeksiya yolu ilə və güclü təsiredici dərman preparatı olan tramadol həblərindən istifadə edib. Öz narkoloji anamnezi haqqında tam məlumat vermir. Aşkar olunub götürülmüş narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamini özü istifadə etmək məqsədi ilə əldə edib saxlayıb. Göründüyü kimi, Məhkum barəsində ambulator məcburi-narkoloji ekspertizası keçirilərkən hər hansı kənar təsir olmadan ekspert komissiyası ilə söhbət zamanı da o, həm üzərindən, həm də yaşadığı evdən aşkar edilərək videoçəkilişlə sənədləşdirilmiş narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olmasını təsdiq etməsinə baxmayaraq, məhkəmələr bu hallara ümumiyyətlə qiymət verməmişlər. İş materiallarında olan 17 aprel 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Məhkum barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə əks etdirən 02 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin diskə baxış keçirilməsi haqqında 14 aprel 2021-ci il tarixli protokolda və ona əlavə edilmiş diskdə yuxarıda da qeyd edildiyi kimi 09 yanvar 2021-ci il tarixdə Məhkum yaşadığı evdə axtarış aparılması və ümumi təmiz çəkisi 2414,320 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın və bir ədəd elektron tərəzinin aşkar edilməsi ilə bağlı vi deo görüntülər vardır. Lakin məhkəmələr əsassız və qanunsuz olaraq “Evə baxış və götürmə barədə” 09 yanvar 2021-ci il tarixli protokolu mötəbər sübut hesab etməyərək, həmin protokol ilə müəyyən edilmiş dəlilləri təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübut kimi qiymətləndirməmişlər. Halbuki, qeyd edilən protokoldan da görünür ki, həmin protokol əllə, Suraxanı RPİnin TŞ-nin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyev tərəfindən tərtib edilmiş, həmin protokol Məhkum və müdafiəçisi tərəfindən də imzalanmışdır. Baxmayaraq ki, Məhkum qeyd edilən protokoldan əvvəl və sonra bir sıra istintaq və prosessual sənədləri imzalamaqdan imtina etmiş, lakin həmin protokolu imzalamışdır. Eyni zamanda, qeyd edilən protokolda video çəkilişin aparılması texniki səhv olaraq göstərilməsə də, iş materi allarına baxış və götürmə aparılarkən çəkilmiş video yazı əlavə edilmiş, qeyd edilən video çəkilişə istintaq zamanı 14 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxs Məhkum və müdafiəçisinin iştirakı ilə baxış keçirilərək protokol tərtib edilmiş və həmin protokol 422922 nömrəsi ilə qeydiyyata alınaraq sübut kimi tanınmışdır. Belə olan halda, məhkəmələr həmin protokolu mötəbər olmayan sübut hesab etməkdə və qeyd edilən protokol ilə müəyyən edilmiş dəlilləri təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübut kimi qiymətləndirməməkdə haqlı olmamışlar. Bundan başqa, məhkəmələr cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ibtidai istintaqı aparan müstəntiq tərəfindən tərtib edilmiş 14 aprel 2021-ci il tarixli 422921 qeydiyyat nömrəli diskə baxı ş keçirilməsi haqqında protokola əlavə edilmiş, təqsirləndirilən şəxsin barəsində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış video çəkilişi özündə əks etdirən və məhkəmə istintaqı zamanı tədqiq edilərək baxılmış “DVD” formatlı diskdə olan video görüntülərin bir hissəsini, yəni həmin video görüntülərin yalnız Məhkum özünün evində narkotik vasitə olmasını etiraf etməsi hissəsində mötəbərliyini şübhə altına qoyaraq qeyd edilən dəlilləri ittihamın həmin hissəsində, yəni Məhkum evində külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi hissəsində onun təqsirliliyini təsdiq edən sübut kimi qiymətləndirməməkdə haqlı olmamışlar. Göründüyü kimi, məhkəmələrin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və məhkəmələrin gəldiyi nəti cələr işin faktiki hallarına uyğun olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi hökmdə iş üzrə tərtib edilmiş ittiham aktında və iş materiallarında Məhkum nədə ittiham olunması ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar zəruri əlamətlərin göstərilmədiyini, məhkəməyədək icraat zamanı cinayət qanunvericiliyinin maddi normalarının tətbiqinin pozulması ilə yanaşı, prosessual normalarının da pozulması hallarına yol verildiyini qeyd etmişdir. Apelyasiya instansiyası məhkəməsi də həmin mövqe ilə razılaşmışdır. Halbuki, birinci instansiya məhkəməsi 24 may 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə” qərarda qeyd etmişdir ki, “Aparılmış ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmamış, o cümlədən ittiham aktının prosessual formasına riayət edilmişdir”. Belə olan halda, birinci instansiya məhkəməsi məhkəmənin hazırlıq iclasında maddi və prosessual normaların pozulmasını müəyyən etmədiyi, məhkəmə istintaqı zamanı isə əsasən ibtidai istintaq zamanı toplanmış sübutların tədqiqi ilə kifayətləndiyi halda, özünün yekun qərarında fərqli nəticəyə gəlməsini kifayət qədər əsaslandırmamış və habelə, əgər pozuntu vardırsa, bu pozuntuya yol verən şəxslər barəsində Azərbaycan Respublikası CPM-in 355-ci maddəsinin tələblərinə əsasən hər hansı qərar qəbul etməmişdir. Apelyasiya instansiyası məhkəməsi də həmin mövqe ilə razılaşmışdır. Bundan başqa, məhkəmələr təqsirləndirilən şəxsin əməlini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi ist ehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma kimi qiymətləndirsə də, cinayət işində isə məhkəmənin mübahisələndirmədiyi hissədə təqsirləndirilən şəxs Məhkum aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən çox olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məlikəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin xalis çəkisi 1,501 qram və psixotrop maddə metamfetaminin çəkisi 0,569 qram təşkil etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Siyahıdan görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarı 0,15 qramdan artıq, külli miqdarı isə 2 qram və ondan artıq həddə müəyyən olunmuşdur. Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 10 dəfə, psixotrop maddə metamfetaminin isə şəxsi istehlak miqdarından təxminən 3,8 dəfə artıq olması Məhkum narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. Göründüyü kimi Məhkum bəraət verilməklə əməli tövsif edilərkən əsas kimi götürülmüş, onun qohumlarının ifadələrinin tam ziddiyyətli olmaqla iş materialları ilə təkzib edilməsinə baxmayaraq, Bakı Apelyasiya Məhkəməsi həmin ifadələri sübut növü kimi qəbul edərək apelyasiya protestini təmin etməməkdə haqlı olmamışdır. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun 1962-ci il təvəllüdlü olmaqla yaşlı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Lakin məhkəmələr nəz ərə almamışlar ki, Məhkum da ifadələrində qeyd etdiyi kimi 40 ildən artıq müddətdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Ona görə də, hesab edirəm ki, məhkəmələr toplanmış sübutlara obyektiv qiymət verməyərək, Məhkum bəraət verilməsi və əməlin tövsifində səhvə yol verməklə yanaşı, işin faktiki hallarını nəzərə almadan ədalət prinsipini pozaraq şəxsə əsassız olaraq yüngül cəza verilməsi ilə bağlı nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalı, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apelyasiya b axışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cina yət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili birinci instansiya məhkəməsi tərəfindən cinayətprosessual qanunvericiliyin tələblərinə riayət edilməməsi, toplanmış sübutların məcmu qaydasında qiymətləndirilməməsi, sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsi və nəticə etibarı ilə təqsirləndirilən şəxs Məhkum əməlinin CM-in 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kollegiya ilk öncə onu qeyd edir ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına əsasən qanunsuz olaraq külli miq darda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədilə törədilsin. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları; təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı Məhkum ona elan edilmiş ittihamında təqsirini təsdiq etmə üçün məhkəməyə digər sübutlarla yanaşı “şəxsi axtarış və götürmə aparılması haqqında” və “evə baxış və götürmə haqqında” 09 yanvar 2021-ci il tarixli iki protokol təqdim etmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, 09 yanvar 2021-ci il tarixdə saat 10:10-dan saat 10:25-dək şübhəli şəxs qismində tutulmuş Məhkum üzərində Suraxanı RPİ-in Təhqiqat şöbəsinin tədqiqatçısı S.Z.Həmzəyev axtarış aparmış, axtarış zamanı qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklifindən sonra Məhkum eynində olan şalvarın cibindən iki bükümdə narkotik vasitəyə oxşar maddə təqdim etmiş və bildirmişdir ki, onun yaşadığı ünvan 5 ünvanda olan evdə də öz istifadəsi üçün narkotik vasitəni saxlayır. İstintaq hərəkəti müdafiəçi X2 iştirakı ilə aparılmışdır. Protokolda istintaq hərəkətinin video çəkilişlə aparılması qeyd edilmişdir. “Evə baxış və götürmə haqqında” 09 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Suraxanı RPİ-in Təhqiqat şöbəsinin tədqiqatçısı S.Z.Həmzəyev ünvan 5 ünvanda olan evin ayrıca otağında baxış keçirilmiş, baxış zamanı 2 bükümdə narkotik vasitəyə bənzər kütlə, sellofan torbada ot kütləsi və elektron tərəzi aşkar edilmişdir. Məhkum iki bükümdə olan maddənin “nəşə” olmasını və ona məxsus olduğunu, tərəzi və sellofan torbada ot kütləsi ona məxsus olmadığını bildirmişdir. İstintaq hərəkəti müdafiəçi X2 iştirakı ilə aparılmışdır. Protokolda istintaq hərəkətinin video çəkilişlə aparılması qeyd edilməmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2021-ci il tarixli 6/102 №-li rəyindən görünür ki, şəxsi axtarış nəticəsində Məhkum üzərində aşkar edilmiş bükümlərin birində 1,501 qram çəkidə olan narkotik vasitə h eroin, ikisində isə 0,569 qram çəkidə psixotrop maddə metamfetamin olmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 09 yanvar 2021-ci il tarixli 7/38 №-li rəyindən görünür ki, Məhkum yaşadığı otağında baxış zamanı aşkar edilərək götürülmüş iki bükümdə və sellofan torbada müvafiq olaraq 9,12 qram, 5,2 qram və 2400 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Birinci instansiya məhkəməsi evə baxış və götürmə haqqında 09 yanvar 2021-ci il tarixli protokolunda video çəkilişin aparılması barədə qeyd edilməməsi, habelə həmin protokolun Azərbaycan Respublikası CPM-in 52.3-cü maddəsinə əsasən qeydiyyata alınmaması ilə əlaqədar həmin protokolu və ona aid videoyazısı ilə olan DVD diski mötəbər sübut kimi hesab etməyərək Məhkum qanunsuz olaraq 9,12 qram, 5,2 qram və 2400 qram qurudul muş marixuananın saxlaması sübuta yetirilməməsinə dair nəticəyə gəlib ittihamın həmin hissədə ona bəraət vermiş, onun 0,569 qram psixotrop maddə metamfetamin və 1,501 qram narkotik vasitə heroinin qanunsuz saxlaması ilə bağlı əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edərək həmin maddə ilə Məhkum barəsində ittiham hökmü çıxarmışdır. Bununla yanaşı birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum onda aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələrin ona polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsinə təngidi yanaşaraq həmin ifadələri mötəbər sübut kimi qəbul etməmiş, “təqsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizələr hesab etmişdir.” Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Re spublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması və ona CM-in 234.3.4-cü maddəsi ilə bəraət verilməsi “şəxsi axtarış və götürmə aparılması haqqında” və “evə baxış və götürmə haqqında” 09 yanvar 2021-ci il tarixli iki protokoldan başqa eyni sübutlara əsaslanmışdır. Yəni təqsirləndirilən şəxs Məhkum ittihamın 9,12 qram, 5,2 qram və 2400 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın qanunsuz olaraq saxlaması hissəsi üzrə bəraət verilməsi yalnız məhkəmə tərəfindən evə baxış və götürmə haqqında 09 yanvar 2021-ci il tarixli protokolun mötəbər sübut kimi qəbul edilməməsi səbəbindən olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən evə baxış və götürmə haqqında 09 yanvar 2021-ci il tarixli protokolun Azərbaycan Respublikası CP M-in 52.3-cü maddəsinə əsasən qeydiyyata alınmaması və protokolda videoçəkilişin aparılması barədə qeyd edilməməsi səbəbindən həmin protokolu və ona əlavə edilmiş DVD diskin sübut qismində qəbul edilməməsi əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirliliyini müəyyən edərkən əsas sübut kimi onun üzərində 1,501 qram çəkidə olan narkotik vasitə heroin və 0,569 qram çəkidə psixotrop maddə olan mətamfetaminin aşkar edilməsi barədə 09 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokola istinad etmiş, hərçənd həmin protokol da Azərbaycan Respublikası CPM-in 52.3-cü maddəsinə əsasən qeydiyyata alınmamışdır. Ondan başqa, Azərbaycan Respublikası CPM-in 52-ci maddəsi cinayət təqibi üzrə icraat materiallarına aiddir və məhz cinayət təqibi üzrə icraat zamanı bütün istintaq hərəkətlərinin protokolları müvafiq qaydada qeydə alınmasını tələb edir. Azərbaycan Respublikası CPM-in 45.1-ci maddəsinə əsasən cinayət təqibi həyata keçirilərkən onun gedişini və nəticələrini əks etdirən icraat aparılmalıdır. Azərbaycan Respublikası CPM-n 45.2-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə icraat cinayət işi üzrə materiallarda, məhkəməyədək sadələşdirilmiş icraatın materialında və ya xüsusi ittiham qaydasında şikayətin materialında əks olunur. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat cinayət işi başlandığı andan müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən açılır. Cinayət işinin materiallarından görünür ki, şəxsi a xtarış və götürmə haqqında 09 yanvar 2021-ci il tarixli protokol hazırki cinayət işi başlanılanadək tərtib edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şəxsi axtarış və götürmə haqqında 09 yanvar 2021-ci il tarixli protokolun Azərbaycan Respublikası CPM-in 52-ci maddəsi ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmaması onun mötəbər sübut kimi qəbul edilməməsinə səbəb ola bilməz. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsub iyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Şəxsi axtarış və götürmə haqqında 09 yanvar 2021-ci il tarixli protokol cinayət işi üzrə digər sübutlarla uyğunluq təşkil edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi şəxsi axtarış və götürmə haqqında 09 yanvar 2021-ci il tarixli protokolda videoçəkilişin aparılması barədə qeydin olmaması səbəbindən həm protokolu, həm ona əlavə edilmiş DVD diskin sübut kimi qəbul etməyərək öz mövqeyi əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi tərəfindən Məhkum əməli ittiham üzrə verilmiş Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə uyğun şəkildə qiymətləndirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə koll egiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən hökm qəbul edilərkən və apelyasiya instansiyası məhkəməsi həmin hökmü qüvvədə saxlayarkən gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış və işdə olan sübutlar kifayət qədər araşdırılmamışdır. Məhkəmə kollegiyası kassasiya protestinin təyin olunmuş cəzanın yüngül olması ilə əlaqədar dəlili üzrə dəyərləndirmə aparılmasını məntiqsiz hesab edir, çünki cinayət işi ləğv edilib yeni apelyasiya baxışına qaytarıldığından həmin dəlillərə münasibət bildirməyi lüzumsuzdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apelyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar