Məhkəmə qərarları › İş №1(102)-1396/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1396/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1396/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fe vral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin (hakim N.Ə.İsmayılov) 1(074)-81/2022 saylı, 10 noyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 2 uşaq anası, işsiz, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 1 saylı evdə qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, 25ci küçə, bina 12, mənzil 43 ünvanında yaşamış Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla onun üzərində 3 (üç) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun həbsdə saxlanıldığı 2 (iki) gün müddət CM-in 69.3cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızına təyin edilmiş 3 (üç) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi CM-in 79.1-ci maddəsinə əsasən himayəsində olan xx.xx.2019-cu il təvəllüdlü qızı X3 14 yaşına çatanadək təxirə salınması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızı məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda, şəraitdə və miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində daşıdıqdan sonra həmin psixotrop maddənin təxminən 01 (bir) qramını 27 yanvar 2022-ci il tarixində saat 11 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında 50 (əlli) manat pul müqabilində Şahid3 satmış, Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yanvar 2022ci il tarix də saat 17:30 radələrində Şahid3 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 123-cü kilometrliyində yerləşən “Şamaxı” restoranında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə həmin gün saat 18:50 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd siqaret kağızına bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,667 (sıfır tam mində altı yüz altmış yeddi) qram ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəx si istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində daşımış, 28 yanvar 2022-ci il tarixdə saat 06:30 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Şamaxı rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 07:50 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki sarı rəngli gödəkcənin sol yan cibindən bir ədəd sellofana bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,665 (bir tam mində altı yüz altmış beş) qram ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Rzayev Məhəmmədəli) 16 fevral 2023-cü il tarixli 1(105)-107/2023 nömrəli qərarı ilə Şamaxı Rayon Məhkəməsinin 1(074)-81/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu kassasiya protesti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Səyavuş Sadıqov kassasiya protestini onunla əsaslandırmışdır ki, işin halları ilə müəyyən edildiyi kimi Məhkum (Aslanova) psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayət törətmişdir. Göründüyü kimi, qeyd olunan cinayətin ictimai təhlükəli xarakteri, yəni cinayətin obyekti - əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, təqsirin forması - birbaşa qəsd növü ilə törədilməsi, cinayətin - az ağır cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəliliyi isə əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edərək, onun ictimai təhlükəli nəticəl ərini qabaqcadan görüb bunları arzu etməklə törədilməsidir. CM-in 8.1-ci maddəsinə əsasən də cinayət törətmiş şəxs haqqında cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Lakin, buna baxmayaraq apellyasiya məhkəməsi Məhkum təyin edilmiş cəzanı qüvvədə saxlayarkən onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış və CM-in 8-ci maddəsi ilə müəyyən edilən ədalət prinsipini pozaraq onun barəsində əsassız nəzərə aldığı yüngülləşdirici hallara əsasən ona təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsini təxirə salınmasını qüvv ədə saxlamışdır. Halbuki, CM-in 41.2-ci maddəsinin tələbinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə olan halda məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzaya münasibətdə haqlı olmamış, təyin edilmiş cəza CM-in 41.2-cİ maddəsinin tələbinə uyğun olmayaraq sosial ədalətin bərpası və yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət etməyib, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Məhkəmə kollegiyası Məhkum cəza təyini məsələsində cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların motivlərini yekun qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Belə ki, Məhkum himayəsində iki azyaşlı uşağı olmaqla onları təkbaşına böyütməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Lakin məhkəmə kollegiyası Məhkum himayəsində olan iki azyaşlı uşağı təkbaşına böyütməsinə dair hər hansı bir rəsmi sənədə istinad etməmiş, iş materiallarına əlavə etməmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsini əsassız olaraq təxirə salınmasını qüvvədə saxlamışdır ki, bu da cəzanın məqsədinə nail və şəxsin islah olmasına imkan vermir, yalnız cəzasızlıq mühiti yaratmış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hazırkı iş üzrə cəza təyini məsələsində yekun qərar qəbul edərkən Qarazadə (Aslanova) Şövkətxamm Kəmaləddin qızı tərəfindən törədilmiş cinayə tin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsin də məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkum Qarazadə (Aslanova) Şövkətxamm Kəmaləddin qızına cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəll ənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Qarazadə (Aslanova) Şövkətxamm Kəmaləddin qızının törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində 2 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddəsinin sanksiyası həddində qəti olaraq 3 (üç) il 1(bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını təyin etmişdir. Həmin cəzasının çə kilməsi Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən himayəsində olan 17 iyun 2019-cu il təvəllüdlü qızı X3 14 yaşına çatanadək təxirə salınmasını hökm etmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkum Qarazadə (Aslanova) Şövkətxamm Kəmaləddin qızına təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməsinin himayəsində olan azyaşlı övladının 14 yaşınadək təxirə salınması barədə nəticəyə gələrkən düzgün olaraq onun ailə vəziyyətini, yəni onun himаyəsində оlаn 2 azyaşlı uşağının olmasını nəzərə almışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında milli məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəm ələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. BMT Baş Assambleyanın 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipi də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyümələrini vurğulamışdır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi qeyd edilmişdir. Gö ründüyü kimi BMT Baş Assambleyanın və BMT Konvensiyasının bu prinsipləri baxımından da Qarazadə (Aslanova) Şövkətxamm Kəmaləddin qızının cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsini məqsədə uyğun hesаb etmir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Qarazadə (Aslanova) Şövkətxamm Kəmaləddin qızının cəmiyyətdən təcrid etmədən islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cəzanın tə yin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, nəticəyə gəlir ki, Qarazadə (Aslanova) Şövkətxamm Kəmaləddin qızına təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə qanunun normalarının tələblərinə uyğundur. Ona görə də kassasiya protestinin bu barədəki dəlilləri ilə razılaşmaq olmur. Hökm və qərardan görünür ki, məhkəmə Qarazadə (Aslanova) Şövkətxamm Kəmaləddin qızına təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Qarazadə (Aslanova) Şövkətxamm Kəmaləddin qızının cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu barədə dəlili əsassızdır. Kassasiya protestinin dəlill əri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əs as vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum Qarazadə (Aslanova) Şövkətxamm Kəmaləddin qızına təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2023-cü il tarixli Qarazadə (Aslanova) Şövkətxamm Kəmaləddin qızı haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanl ara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Qarazadə (Aslanova) Şövkətxamm Kəmaləddin qızının Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar