Məhkəmə qərarları › İş №1(102)-1396/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1396/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1396/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkum xx iştirakları ilə, 22 noyabr 1974-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 1 azyaşlı uşağı olan, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, xxx qeydiyy atda olan, həbs olunanadək faktiki olaraq xxx, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 1(103)-202/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 1(101)-816/2022 nömrəli hökmü ilə (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), T.Q.Hüseynov və E.H.İsmayılov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi ş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-in 238.1, 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinərək məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum Təqsirləndirilən şəxs və Məhkum tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.M.Murquzov və A.V.Tanrıverdiyeva) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 11 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 8,457 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,893 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,488 qram kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ev 1B saylı evə daşıyıb gətirdikdən sonra birlikdə narkotik vasitələri və psixotrop maddə ləri elektron tərəzidə çəkərək 9 (doqquz) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 0,356 qram, 0,012 qram, 0,013 qram, 0,023 qram, 0,09 qram, 0,048 qram, 0,185 qram, 0,023 qram və 7,707 qram kimyəvi tərkibləri eyni olan ümumi təmiz çəkisi külli miqdarda - 8,457 qram narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,043 və 0,850 qram kimyəvi tərkibləri eyni olan təmiz çəkisi 0,893 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,488 qram narkotik vasitə qurudulmuş marixuananı bükümlərə bölərək, həmin bükümləri mənzilin otağında dolabda qutuda və odeyalda sellofan bükümdə saxladıqdan sonra Məhkum həmin bükümlərdən 0,488 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, Təqsirləndirilən şəxs isə 0,356 qram çəkidə narkotik vasitə heroini satmaq məqsədi ilə özü ilə götürər ək, yaşadıqları Əliyar Əliyev küçəsi ev 1B saylı ünvanının yaxınlığında olarkən, 04 noyabr 2021ci il tarixdə, saat 22:40 radələrində Nərimanov RPİ-nin X3 və Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Məhkum saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına aparılmışlar, orada xidməti otaqların birində 04 noyabr 2021-ci il tarixdə, saat 23:25-də Məhkum üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kağıza bükülmüş, içərisində təmiz çəkisi 0,488 qram olan narkotik vasitə qurudulmuş marixuana, 05 noyabr 2021-ci il tarixdə, saat 00:50-də Təqsirləndirilən şəxs üzərindən isə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarın sağ yan cibində n 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, içərisində təmiz çəkisi 0,356 qram olan narkotik vasitə heroin bükümü, 05 noyabr 2021-ci il tarixdə onların yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ev 1B saylı evdə axtarış aparılarkən, mənzildə otaqda yerləşən dolabın içərisindəki qutuda və döşəmədə olan dolabın içərisində 8 (səkkiz) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 0,012 qram, 0,013 qram, 0,023 qram, 0,09 qram, 0,048 qram, 0,185 qram, 0,023 qram və 7,707 qram kimyəvi tərkibləri eyni olan ümumi təmiz çəkisi külli miqdarda - 8,101 qram narkotik vasitə heroin və 2 (iki) ədəd bükümdə, ayrıayrılıqda çəkiləri 0,043 və 0,850 qram kimyəvi tərkibləri eyni olan təmiz çəkisi 0,893 qram psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin izləri qalmış 1 (b ir) ədəd elektron tərəzi, şüşə ampula və pambıq kəsiyi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə narkotik vasitələri satmaq kimi məqsədi olmadığı, əməlində müstəsna olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olduğu halda, əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinmişdir. Məhkum onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini üç ün işin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyas ı məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində onun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu, nəticədə onun əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi ünün işin yeni apelyasiya baxışına təyin edilməsi haqqında kassas iya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi ü zrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şə kildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Belə ki, Məhkum qeyd olunan əməlləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri (əməllərinin düzgün tövsif olunmaması barədə iddiaları) onun və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, o cümlədən məhkum edilmiş şəxs Məhkum verdiyi qismən etirafedici ifadələri, habelə şahidlərin ifadələri, 04 noyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” və 05 noyabr 2021-ci il tarixli “axtarış və götürmə aparılması” haqqında protokollar (aşkar edilmiş qanunsuz maddələr xırda bükümlərdə, onların çəkilib hazırlanması üçün tərəzi olmuş), 11 fevral 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillər (Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşadığı otağı göstərərək həmin otaqda Məhkum ilə birlikdə narkotik vasitələr, psixotrop maddələr qəbul etdiyini, həmçinin həmin otaqda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə saxlanldığını bildirmiş), 05 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/1143 saylı ekspertiza rəyi və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində ir əli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun ola raq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətini səciyyələndirən hallardan, o cümlədən himayəsində bir azyaşlı uşağın və alı təhsilli olması kimi cəzanı yüngülləşdirən halın müəyyən olunmasından, cəzanı ağırlaşdıran hallar - cinayətlərin təhlükəli residivin olmasını, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416. 1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, həmin şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, Məhkum tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəm əsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 1(103)-202/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar