Məhkəmə qərarları › İş №1(102)-1397/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1397/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1397/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 78.2.2 və 320.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli 1(035)-11/2022 nömrəli (hakim Tаhir Qubаdоv) hökmü ilə xx.xx.1961-ci ildə Zərdab rayonunda аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, xxx-də qeydiyyatda olmaqla həmin kənddə yaşayan X5 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimka n tədbirinin ləğv edilməsi, barəsində bəraət hökmü çıxarıldığından iş üzrə ekspertiza xərcinə görə ödənilməli olan 110 manat ekspertiza xərci dövlət hesabına aid edilməsi müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli 1(107)-22/2023 nömrəli (hakimlər: Eyvazov Akif Məhərləm oğlu (sədrliyi və məruzəsi ilə), Səmədov Xəqani Hacı oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassas iya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, X10 xx.xx.2016cı il tarixdə Zərdab rayon Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 nömrəli qərarı ilə 50 il müddətinə 10 hektar kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair JN-7711 KOD 90510028 nömrəli şəhadətnamənin istintaqa məlum olmayan şəxs tərəfindən heyvandarlıq hissəsinin əkinçilik ilə dəyişdirilərək saxtalaşdırıldığını bilə-bilə həmin saxta sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardım almaq məqsədilə Zərdab RİHB-nın Məlikli kənd ərazisi üzrə yaradılmış komissiyasına təqdim edərək aldatmaqla 1020 manat məbləğində subsidiyanın "xxxx" ASC-də adına açılmış kart hesabına köçürülməsi yolu ilə talayaraq dələduzluq etmişdir. Bundan başqa, ittihama görə X10 təkrarən xx.xx.2017-ci il tarixdə Zərdab rayon Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 nömrəli qərarı ilə 50 il müddətinə 10 hektar kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair JN-7711 KOD 90510028 nömrəli şəhadətnamənin istintaqa məlum olmayan şəxs tərəfindən heyvandarlıq hissəsinin əkinçilik ilə dəyişdirilərək saxtalaşdırıldığını bi lə-bilə həmin saxta sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardım almaq məqsədilə Zərdab RİHBnın Məlikli kənd ərazisi üzrə yaradılmış komissiyasına təqdim edərək aldatmaqla 980 manat məbləğində subsidiyanın "xxxx" ASC-də adına açılmış kart hesabına köçürülməsi yolu ilə talayaraq dələduzluq etmişdir. Bundan başqa, ittihama görə X10 təkrarən xx.xx.2018-ci il tarixdə Zərdab rayon Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 nömrəli qərarı ilə 50 il müddətinə 10 hektar kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair JN-7711 KOD 90510028 nömrəli şəhadətnamənin istintaqa məlum olmayan şəxs tərəfindən heyvandarlıq hissəsinin əkinçilik ilə dəyişdirilərək saxtalaşdırıldığını bilə-bilə həmin saxta sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardım almaq məqsədilə Zərdab RİHBnın Məlikli kənd ərazisi üzrə yaradılmış komissiyasına təqdim edərək aldatmaqla 1020 manat məbləğində subs idiyanın "xxxx" ASC-də adına açılmış kart hesabına köçürülməsi yolu ilə talayaraq dələduzluq etmişdir. Bundan başqa, ittihama görə X10 təkrarən xx.xx.2019-ci il tarixdə Zərdab rayon Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 nömrəli qərarı ilə 50 il müddətinə 10 hektar kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair JN-7711 KOD 90510028 nömrəli şəhadətnamənin istintaqa məlum olmayan şəxs tərəfindən heyvandarlıq hissəsinin əkinçilik ilə dəyişdirilərək saxtalaşdırıldığını bilə-bilə həmin saxta sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardım almaq məqsədilə Zərdab rayon DAİM-ə təqdim edərək aldatmaqla 820 manat məbləğində subsidiyanın "xxxx" ASC-də adına açılmış kart hesabına köçürülməsi yolu ilə talayaraq dələduzluq etmişdir. Bundan başqa, ittihama görə X10 təkrarən xx.xx.2020-ci il tarixdə Zərdab rayon Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli,15 nömrəli qərarı ilə 50 il müddətinə 10 hektar kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair JN-7711 KOD 90510028 nömrəli şəhadətnamənin istintaqa məlum olmayan şəxs tərəfindən heyvandarlıq hissəsinin əkinçilik ilə dəyişdirilərək saxtalaşdırıldığını bilə-bilə həmin s axta sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardım almaq məqsədilə Zərdab rayon DAİM-ə təqdim edərək aldatmaqla 1000 manat məbləğində subsidiyanın "xxxx" ASC-də adına açılmış kart hesabına köçürülməsi yolu ilə talayaraq dələduzluq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Belə ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi X CMnin 178.2.2 və 320.2-ci maddələri ilə bəraət verərkən işin obyektiv hallarını nəzərə almamış, ibtidai və məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən tam və hərtərəfli yoxlanmamış, əldə olunmuş sübutlara düzgün hüquqi qiymət verilmədən əsassız olaraq onların mötəbərliyi şübhə altına alınmışdır. İşin hallarından görünür ki, X özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirdiyini dərk etməklə, cinayət əməlini qabaqcadan düşünərək planlı şəkildə, tamah niyyəti ilə birbaşa qəsdlə təkrarən törətmiş, həm əməlin özü, həm də törədilmə şəraiti və forması əməlin ictimai təh lükəliliyini artırmaqla, nəticədə zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla nəticələnmiş və sonuncu törətdiyi əməllər nəticəsində vurduğu maddi ziyanı ödəməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi hökmündə saxtalaşdırılması iddia edilən şəhadətnamənin özünün cinayət işinin materiallarında mövcud olmadığını, istintaq orqanının həmin şəhadətnamənin “saxta əsli”ni müəyyənləşdirmədiyini, əldə edib cinayət işinin materiallarına əlavə etmədiyini, qeyd olunan şəhadətnamənin əldə olunma mənbəyinin müəyyən edilmədiyini, X-un komissiyaya həqiqi şəhadətnamə təqdim etdiyini qeyd etmişdir. İş üzrə müəyyən edilmiş hallardan və verilmiş ittihamdan da görünür ki, X 2016-cı ildə subsidiya almaq üçün Məlikli kənd ərazisi üzrə yaradılmış komissiyaya müraciət edərkən ərizə, “Dövlət Aktı”-nın surəti i lə birlikdə özündə olan saxta şəhadətnamənin əslini də təqdim etmiş, həmin vaxt ərizəyə “Dövlət Aktı”-nın və saxta şəhadətnamənin əslindən surət çıxarılıb əlavə edilmiş, saxta şəhadətnamənin əsli X-a geri qaytarılmışdır. Həmin ildə təqdim edilmiş sənədlərin içərisində olan ərizəyə X10 tərəfindən imza edilmiş, həmin imzanın sonuncuya aid olması da “məhkəmə xəttşünaslıq ekspertizası”-nın rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə xəttşünaslıq ekspertizasının rəyində şəhadətnamənin üzərində olan çap yazıların, möhür əkslərinin və imzaların montaj yolu ilə yerləşdirilərək surətinin çıxarıldığı nəticəsinə gəlinmişdir. Məhkəmə isə saxta şəhadətnamənin əslinin təqsirləndirilən şəxsdə olmasını biləbilə həmin saxta şəhadətnamənin əslini rayon İcra Hakimiyyətindən və icra nümayəndəliyindən t ələb etmişdir. İstintaqın gəldiyi mövqeyə görə X həqiqi şəhadətnamənin saxta surətini çıxardıqdan sonra hər ikisini də özündə saxlamış, subsidiya almaq üçün icra nümayəndəliyinə saxtasını, istintaqa isə həqiqi şəhadətnaməni təqdim edərək törətdiyi əməldən yaxa qurtarmağa çalışmışdır. Məhkəmə onun həqiqi şəhadətnaməni məhkəməyə təqdim etməsini əsas gətirərək, onun subsidiya almaq üçün də həqiqi şəhadətnamə təqdim etdiyi qənaətinə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya inst ansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillər nəzərə alınaraq verilən kassasiya protestinin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhk əməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edi r və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, istintaq orqanı tərəfindən X8 verilmiş təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə və bilə-bilə saxta sənədlərdən istifadə etmə ilə bağlı itti ham ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, dövlət ittihamçısı kassasiya protestində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya protestinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət- prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində irəli sürülmüş məhkəmə qərar ının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və ittiham tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya məhkəmə kollegiyası ilkin olaraq dələduzluq cinayəti üzrə məhkəmələrin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə ed ərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və s.) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Cinayət işinin materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, X1 almaqda niyyəti özgənin əmlakının əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlməmişdir. Onun niyyəti icarə müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli 283 saylı qərarının mahiyyətinə uyğun olaraq əkin əkilməsi və becərilməsi öhdəliyin yerinə yetirilməsinə yönəlmişdir. Bundan başqa, X10 əkdiyi əkini subsidiya almaq üçün bəyan etməmişdən öncə, müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, yəni real olaraq əkini əkmiş, beləliklə də onun niyyəti öhdəliyini yerinə yetirdik dən sonra həyata keçmişdir. Belə ki, cinayət işində olan Torpağın Mülkiyyət Hüququna dair JN-0089 kod 90510028 olan Dövlət Aktının surətindən görünür ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 1 saylı qərarı ilə X5 və ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Burunlu kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 4.10 ha torpaq sahəsi (pay torpağı) ayrılmışdır. Cinayət işində olan Zərdab rayonu Burunlu bələdiyyəsi ilə X10 arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, bələdiyyənin xx.xx.2005-ci il tarixli, 15 saylı qərarına əsasən Burunlu bələdiyyəsinə məxsus 10 ha torpaq sahəsi kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə 50 il müddətinə X8 icarəyə verilmişdir. Cinayət işində olan X9 Hüququna dair JN-7711 KOD 90 510028 olan şəhadətnamənin əslindən görünür ki, Zərdab rayonu Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 saylı qərarına və eyni tarixli icarə müqaviləsinə əsasən X5 icarəsinə verilmiş 10 ha torpaq sahəsinin kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə verildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardımların, yəni subsidiyaların verilməsi 2019-cu il tarixə kimi icra hakimiyyətləri, 2019-cu ildən isə X6 rayon DAİM-in vasitəsi ilə X15 İnformas iya Sistemi üzərindən həyata keçirilmişdir. Bu səbəbdən də, X10 əkdiyi əkinlərə görə yardımların, yəni subsidiyaların verilməsi üçün torpağa dair yuxarıda adı çəkilən Dövlət Aktını və Şəhadətnaməni müvafiq olaraq Məlikli kənd icra nümayəndəliyi üzrə komissiyaya və DAİM-in vasitəsi ilə X15 İnformasiya Sisteminə təqdim edərək, əkdiyi əkini bəyan etmiş və müvafiq olaraq ona əkdiyi əkinlərə görə yardımlar, yəni subsidiyalar verilmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd olunan materiallarına nəzər yetirərək X5 göstərilən 10 ha icarə torpağının ona həm də kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verildiyini zənn edərək, orada bu müddət ərzində kənd təsərrüfatı ilə məşğul olmuşdur. Lakin, həmin müddət dövründə onun həmin icarə torpağında əkin əkməsinə heç bir dövlət orqanı tərəfindən bir irad bildirilməmişdir. Bu səbəbdən, əgər həqiqətən də həmin torpağın təyinatı pozulmuş olsaydı belə, bu hal X8 qeyd edilən ittiham (CM-nin 320 və 178-ci maddələri) üzrə təqsirli bilinməsi üçün əsas hesab edilə bilməz. Belə ki, şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPMnin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM -in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üz rə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şə rtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış ş əkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarına kassasiya protestinin dəlilləri ilə müqayisəli təhlil edərək, X8 hazırkı ittihamın verilməsinin əsası kimi çıxış edən, saxtalaşdırılmış olduğu iddia edilən X9 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamənin kserosurətinin mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi kifayət qədər şübhə doğurması barədə nəticəyə gəlir. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən Zərdab rayon prokurorluğuna ünvanlanmış 01/569 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Zərdab rayon u Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı məqsədi ilə X5 icarəsinə verilmiş 10 ha torpaq sahəsinə dair verilmiş X9 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamənin sonuncu tərəfindən saxtalaşdırılaraq torpağın təyinatının əkin kimi göstərməklə dövlətdən uzun illər saxta yolla subsidiya alaraq dövlətin vəsaitini saxta yolla mənimsədiyini bildirərək onun törətdiyi cinayət əməlini araşdıraraq əməlinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Məktuba iki ədəd X9 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamənin surətləri əlavə edilmişdir. Həmin məktuba əlavə edilmiş X9 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamələrdən birində torpağın kənd təsərrüfatı və əkinçilik üçün verildiy i, digərində torpağın kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün verildiyi qeyd olunmuşdur. Əlavə edilən şəhadətnamələr kserosurətdən ibarətdir. Cinayət işində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərərçəkmiş şəxs2 tərəfindən Zərdab rayon prokurorluğuna və Zərdab rayon Polis Şöbəsinə ünvanlanmış 88-R saylı, xx.xx.2021-ci il tarixli, 94-R saylı, xx.xx.2021-ci il tarixli və 164-R saylı, xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, X10 icarəsinə verilmiş 10 ha torpaq sahəsində həqiqətən yonca, buğda, arpa və çəltik əkinləri əkmişdir. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən Zərdab rayon Polis Şöbəsinə ünvanlanmış 01/1202 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X5 2017, 2019 və 2020-ci illərdə barama və pambıqçılıq üçün subsidiya aldığı qeyd olunmuşdur. Cinayət işində olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2014-cü il və xx.xx.2021-ci il tarixli qərarladan görünür ki, X3 rayonu Məlikli kəndi üzrə icra nümayəndəsi (kənd ərazi komissiyasının sədri) Şahid4 əkin sahələrinə görə subsidiyaların verilməsində rəqəmlərin şişirtməsi və sənədləri saxtalşdırması barədə Zərdab rayon prokurorluğuna şikayət ərizələri göndərmiş, lakin Şahid4 əməllərində cinayət hadisəsi olmadığından hər iki şikayət üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərərçəkmiş şəxs2 MİHO/1275-2-2022-50 saylı, xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ag entliyinin MİHO/1222-2-2022-1975 saylı, xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, məhkəmənin sorğusuna əsasən X10 tərəfindən 2019 və 2020-ci illər üçün subsidiyanın alınması üçün həmin təşkilatlara təqdim olunmuş sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş X9 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamədə torpağın kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün verildiyi qeyd olunmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsi tərəfindən Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə ünvanlanmış 1(035)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubdan və həmin məktuba cavab olaraq Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən verilmiş 01/651 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunun məzmunundan görünür ki, hazırkı cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanması üçün saxta olduğu iddia edilən X9 Hüququna dair JN-7711 KOD 90510028 nömrəli şəhadətnamənin Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən əldə olunma mənbəyi (yəni, kim tərəfindən və nə vaxt təqdim olunması) barədə məhkəməyə yazılı məlumatın verilməsi xahiş olunmuş, lakin həmin şəhadətnamənin əldə olunma mənbəyi (yəni, kim tərəfindən və nə vaxt təqdim olunması) barədə məlumat əldə etmək mümkün olmamışdır. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320-ci maddələri ilə elan olunmuş ittiham yalnız saxtalaşdırıldığı iddia edilən X9 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamənin kserosurəti üzərində qurulmuşdur, həmin ittihamlar birbirini tamamlamayan ehtimallarla və ziddiyyə tlərlə müşaiyət olunmaqla ittiham üzrə təqdim olunmuş sübutlar X5 təqsirli bilinməsi üçün kifayət etmir və mötəbərliyi sual altındadır. Beləliklə, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi X5 əməl üzrə təqsirliliyini sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. Bu səbəbdən də, ittiham tərəfinin əsaslandığı sübutlar məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun təl əblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.2-ci maddələri ilə bəraət verilməsi cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittiham üzrə təqsirliliyi sübuta yetirilməsinə dair aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərilmiş yuxarı da sadalanan dəlillər X5 barəsində bəraət hökmü çıxarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin və ümumilikdə həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarına nəzər yetirərək, X5 ona elan olunmuş ittiham üzrə təqsirsizliyi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxs qismində tanınmış Zərdab rayon İcra Hakimiyyətinin və Zərdab rayon DAİM-nin nümayəndələrinin, Şahid4 ifadələrindən, iş üzrə tətqiq edilmiş ekspertiza rəylərindən və cinayət işi üzrə toplanılmış digər sənədlərlə öz təsdiqini tapır və bu sübutlar özü-özlüyündə işin faktiki hallarına uyğun olaraq biri-digərini tamamladıqları üçün mötəbər sübutlar kim i qəbul edilməlisi barədə nəticəyə gəlir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onların mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın s übuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa, həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız b u mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlar ının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiy a protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış qərarının yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; şəxsə bəraət verilməsinə dair apellyasiya instansiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olu nmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və X5 təqsirliliyinin sübuta yetirilməməsi və əməlində cinayət tərkibinin olmaması barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, bu barədə kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət itti hamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 1 fevral 2023cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar