Məhkəmə qərarları › İş №1(102)-1398/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1398/2018

22.11.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1398/2018 22.11.2018 ALİ MƏHKƏMƏ 1(102)-1398/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “22” noyabr 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X6 və X8 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, bəraət almış şəxs Məhkum2un müdafiəçisi X19 və zərərçəkmiş şəxs X10 nümayəndəsi X1nun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın xx xx 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxs X10 nümayəndəsi X1 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı X2 tərəfindən verilmiş kassasiya protestinə əsasən məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (hakim X.H.Səmədovun sədrliyi ilə, hakimlər R.İ.Hüseynov, C.C.Ramazanov) xx xxxxxx 1974-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. xx xxxxxxxx 1964-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respubli kasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum1 və Məhkum2 qarşı Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə verilmişlər ona görə ki, onlar tamah niyyətilə və dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşdikdən sonra tanışları X2 miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə sonuncuya məxsus və X5 Dubay şəhərin dən alınaraq Azərbaycan Respublikasına gətirilmiş müxtəlif qızıl-zinət əşyalarını, o cümlədən 2014-cü ilin noyabr ayında 585 əyarlı olan, 2400 ABŞ dolları, yəni cəmi 1882,56 manat (bir min səkkiz yüz səksən iki manat əlli altı qəpik) dəyərində sırğa, üzük, qolbağı və kulondan ibarət 2 dəst qızıl əşyalarını və cəmi 1600 ABŞ dolları, yəni 1255 (bir min iki yüz əlli beş) manat dəyərində bir ədəd sadə qaşlı və bir ədəd brilyant qaşlı qadın üzüklərini, 2015-ci ilin fevral ayının sonlarında 750 əyarlı olmaqla, ümumi çəkisi 50 qram, 3020 ABŞ dolları, yəni 3171,60 manat (üç min bir yüz yetmiş bir manat altmış qəpik) dəyərində sırğa, üzük, qolbağı, boyunbağı və kulondan ibarət iki dəst qızıl əşyalarını, 2015-ci ilin aprel ayının əvvəllərində cəmi eləyəri 25000 ABŞ dolları, yəni 26215 (iyirmi altı m in iki yüz on beş) manat olan müxtəlif qızıl əşyalarını və 750 əyarlı, 2500 ABŞ dolları, yəni 2618 (iki min altı yüz on səkkiz) manat, ümumilikdə 40.000 ABŞ dolları və ya 35.142,16 manat (otuz beş min bir yüz qırx iki manat on altı qəpik) dəyərində qızıl-zinət əşyalarını ünvan 2 ünvanının yaxınlığında götürüb guya müxtəlif şəxslərə orta bazar qiymətinə uyğun satacaqları, satışdan əldə olunan pulu ona verəcəkləri barədə yalan vəd verərək sonuncunun onlara olan etibarından sui-istifadə etməklə aldadıb həmin qızıl əşyalarını faktiki dəyərindən qəsdən daha ucuz qiymətə satıb pulunu ələ keçirməklə X12 ümumilikdə vahid niyyətlə 35142,16 manat (otuz beş min bir yüz qırx iki manat on altı qəpik) məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Qeyd edildiyi kimi, Şəki Ağır Cinay ətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə verilmiş ittihamlar üzrə əməllərində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.M.Hüseynov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı X7 tərəfindən verilmiş apellyasiya protesti, həmçinin zərərçəkmiş şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxs X10 nümayəndəsi X1 kassasiya şikayəti və dövlət ittihamçısı X2 kassasiya protesti vermişlər. Kassasiya Protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı X2 verdiyi kassasiya protestində Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X10 nümayəndəsi X1 verdiyi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında bəraət almış şəxs Mə hkum2 müdafiəçisi X26 dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X21 apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinin və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X20, bəraət almış şəxslər Məhkum2 və Məhkum1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan kassasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci ma ddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə və kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcr übəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xx 2015-ci il tarixli qərarının 5-ci maddəsində izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Cinayət işinin materiallarından görünür ki, xarici ölkələrdən qızıl-zinət əşyaları alıb gətirərək onların pərakəndə satışı ilə məşğul olan A həmin qızıl-zinət əşyalarını tanışlarına əmtəə kimi təqdim etməklə onlar vasitəsilə daha çox alıcı cəlb etmək və gət irdiyi qızıl-zinət əşyalarının satış şəbəkəsini genişləndirməkdə maraqlı olmuşdur. X27 Ailə ünsiyyət yaradaraq və bir-biri ilə mütəmadi telefon əlaqəsi saxlayaraq sonuncuda qızıl-zinət əşyalarına və onların satışına maraq yaratmış, Məhkum1 xaricdən gətirdiyi qızıl-zinət əşyalarının fotoşəkillərini telefon vasitəsilə göndərərək həmin əşyaları almaq üçün qohumtanış qadınlara göstərməyi təklif etmişdir. Beləliklə, A ilə Məhkum1 arasında birincinin satmaq üçün ikinciyə qızıl-zinət əşyaları göndərməsi, ikincinin isə həmin qızıl-zinət əşyalarını sataraq pulunu toplayıb birinciyə verməsi barədə razılaşma (sövdələşmə) olmuş, başqa sözlə, onlar arasında mülki-hüquqi əqd bağlanmışdır.Həmin əqd özündə tapşırıq müqaviləsinin şərtlərini ehtiva etmişdir. Bəraət almış şəxs Məhkum1 birinci instansiya məhk əməsində verdiyi ifadəsində göstərmişdir ki,o,Anı 2008-2009-cu ildən tanımışdır. AN əvvəllər əri R münasibətləri olmuş, lakin sonradan münasibətləri pozulmuş, aralarında ədavət olmuşdur. 2008-ci ildə böyük qızı texnikuma daxil olduğu vaxtAN anası onunla telefonla danışaraq qızının qəbul olması münasibətilə təbrik etdikdən sonra qızı A də onunla danışmaq istədiyini, keçmişdə olan hadisələrə görə düşmən qalmağa ehtiyac olmadığını bildirmişdir. Həmin vaxtlar əri R də ona A ədavəti olduğundan ondan ehtiyatlı olmağı bildirmişdir. O da həmin vaxt telefonla A danışmışdır. Bundan sonra A özü telefonla onunla əlaqə saxlayaraq hal-əhval tutmuşdur. Lakin A əlaqə saxlamaq istəməmiş, çünki onunla danışdığından ailə üzvlərinin xəbəri olmamışdır. Bundan sonra 2014-cü ilin noyabr ayında A ona Bakı şəhəri ndə olan evində yer olmadığına görə qardaşına məxsus olan dublyonkanı və satmaq üçün olan koftaları göndərib, sata biləcəyi halda satmağını, sata bilməyəcəyi halda isə evində saxlayıb anası Bakı şəhərindən gəldiyi vaxt ona verməyini bildirmişdir. A ona göndərdiyi satmaq üçün olan koftaları sata bilmədiyindən, həmçinin qardaşının dublyonkasını evdə saxlayıb, A anası gəldikdən sonra ona geri qaytarmışdır. Əri Rdə A göndərdiyi paltarları evdə saxlamağına icazə verməmişdir. 2014-cü ilin noyabr ayında A onun mobil telefonuna zəng edərək Türkiyədən qızıl əşyaları gətirdiyini, ona göndərəcəyini, xoşuna gəldiyi halda götürməsini, pulunu isə hissə-hissə verə biləcəyini bildirmişdir. A göndərdiyi qızıllara baxdıqda həmin qızıllar xoşuna gəlmədiyi üçün onları Aə geri göndərmiş, həmin vaxt A Türkiyə istehsalı olan yataq dəsti də göndərdiyindən Aə təxminən 300 manat ödəyərək həmin yataq dəstini ondan almışdır. 2015-ci ilin aprel-may aylarında A onunla telefonla əlaqə saxlayaraq Qəbələ şəhərində ev tikdirdiyini, ustalara pul vermək lazım olduğu üçün özünə məxsus qızıl əşyalarını satmaq istədiyini, bunun üçün də həmin qızıl əşyalarını Rverib onun vasitəsilə satılmasını istədiyini bildirmişdir. Aə R bu işə razılıq verməyəcəyini bildirdikdə A ona həmin qızıl əşyalarının ona məxsus olması barədə Rdeməməsini, həmin qızıl əşyalarının Rusiya Federasiyasında yaşayan xalası oğluna məxsus olduğunu və satmaq üçün göndərdiyini deməsini bildirmişdir. Bu barədə A razılaşmış, buna görə də həmin qızıl əşyalarının Aə məxsusluğu barədə R əvvəlcədən deməmişdir. 2015-ci ilin aprel ayında bir neçə dəfə A o nunla zəngləşərək Şəki şəhərinə gəlmiş və yaşadığı evin döngəsinin başında qızı N vasitəsi ilə müxtəlif çəkidə və dəyərdə qızıl-zinət əşyalarını ona vermişdir. Həmin qızıl əşyalarını R vermiş, A razılaşdığı üçün həmin qızıl əşyalarının A məxsus olması barədə R heç nə deməmişdir. R həmin qızıl əşyalarını aparıb Şəki şəhərində zərgərlik dükanlarından birinə satmaq üçün verdiyi vaxt ona zəng edərək qramını 23 manata satmaq mümkün olduğunu dediyindən, o da A zəng edərək bu barədə ona bildirmiş, A də ona qızıl əşyalarının həmin qiymətə satılmasına razılıq vermişdir. Qızıl əşyaları satıldıqdan sonra R həmin qızılların pulunu ona vermiş, o da A Şəkiyə gəldiyi vaxt qızı N vasitəsilə həmin qızıl əşyalarının pullarını A vermişdir. A də həmin vaxt N vasitəsilə ona qızıl əşyaları göndərmişdir. O da hə min qızıl əşyalarını satmaq üçün Rvermiş, Rhəmin qızıl əşyalarını mağazaya qramını 23 manata, bəzisini isə 25 manata satmışdır. Müxtəlif vaxtlarda R qramını 20-25 manata satdığı qızılların pulunu A özünə hər dəfə yeni qızıl əşyaları gətirən vaxt ödəmişdir. 2015-ci ilin avqust ayında bütün qızıllar satılıb Aə pulu verildikdən sonra, xx xx 2015-ci il tarixdə A ona zəng edərək həmin qızıl əşyalarının qramının 60 dollar olduğunu və buna görə də verdiyi qızıl əşyalarının pulunu verməyini demişdir. Aə heç bir borcunun olmadığını bildirdikdə ona yaşadığı evin yanında olduğunu və yola çıxmağını bildirmişdir. Yola çıxanda A özünə məxsus avtomobildə döngənin başında olduğunu görmüşdür. Aə yaxınlaşdığı vaxt ona avtomobilə əyləşməyini bildirdiyindən A avtomobilinə əyləşmiş və həmin vaxt A avtomobilin qapılarını bağlayaraq avtomobili idarə etməyə başlamışdır. Adən hara getdiklərini soruşduqda A onu Qəbələ şəhərinə aparacağını, orada saxlayacağını, R 40.000 ABŞ dollarını gətirdiyi vaxt onu buraxacağını bildirərək hədələmişdir. Həmin vaxt qorxudan ağlamağa başlamışdır. A onun səs-haray saldığını görüb avtomobili saxlamışdır. Onun dediklərini yazacağı halda onu buraxacağını bildirərək yazmağı üçün vərəq, qələm vermişdir. Həmin vaxt həyəcanlı olduğundan A ona dediyini, yəni 40.000 ABŞ dolları məbləğində qızıl əşyaları aldığı və həmin qızıl əşyalarının pulunu qaytaracağı barədə qəbz yazmışdır. Həmin vaxt A səsyazması da aparmışdır. A ona bildirmişdir ki, ərindən borc pul almış, pulu qaytara bilmədiyi üçün həmin qəbzi ərinə göstərəcəkdir. Bundan sonra A onu evinə aparmışdır. Bu barədə əri Rhe ç nə deməmiş və heç bir hüquq-mühafizə orqanına bu barədə məlumat verməmişdir. Daha sonra qızının təhsili ilə bağlı Bakı şəhərində olduğu vaxt xx xx 2015-ci il tarixdə A ona zəng edərək görüşmək istədiyini bildirdiyindən Bakı şəhərində çox yeri tanımadığı üçün qardaşı Səbuhi ilə birlikdə A dediyi yerə getmişlər. A dediyi yerə çatdıqları vaxt onun avtomobilində olduğunu görmüşlər. A ona avtomobilə əyləşməsini, qardaşına isə onu kənarda gözləməsini bildirmişdir. A avtomobilinə əyləşdikdə A ona avqust ayında yazdığı qəbzi səliqəli xətlə yazmadığı üçün ərinin həmin qəbzi oxuya bilmədiyini, həmçinin əvvəl yazdığı qəbzi imzalamadığı üçün ona yenidən səliqəli xətlə eyni məzmunlu qəbz yazmağını bildirmiş, o yenidən A dediklərini, yəni 40.000 ABŞ dolları məbləğində qızıl əşyaları aldığı və həmin qızıl əşyalarının pulunu qaytaracağı barədə qəbz yazaraq imzalamışdır. Qəbzi yazmayacağı halda Bakı şəhərində kirayədə qaldığı evdə gəlib səsküy salacağını bildirərək onu hədələmişdir. O da qəbzi yazdıqdan sonra A ona narahat olmamağını, qəbzi ancaq ərinə göstərəcəyini bildirmişdir. Bundan sonra onların A aralarında hər hansı mübahisə olmamışdır. Həmin ilin noyabr ayında A Rzəng edərək onu evlərinə dəvət etmiş və həmin vaxt Rbir gün ərzində 40.000 ABŞ dollarını tapıb verməsini bildirmişdir. Bundan sonra Rvəziyyəti bilmişdir. 2015-ci ilin noyabr ayında A dərman içib özünü zəhərləmək istəməsi ilə bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılarkən A ondan və əri R şikayət etdiyi üçün onları Şəki rayon prokurorluğuna dəvət etmişlər. Daha sonra 2015-ci ilin noyabr ayında Rzərgərlik dükanına gedərək Adən aldığı və qramını 2025 manata satdığı qızılların bir qisminin pulunu ödəməklə geri almış, aldıqları müxtəlif qızıl məmulatlarını Aə geri qaytarmaq üçün R birlikdə A Şəki şəhərində yerləşən anasının evinə getmişlər. Həmin vaxt A qızıl əşyalarını görüb, onların köhnəldiyini bildirərək qızıl əşyalarını qəbul etməmişdir. Bundan sonra Rdostu N vasitəsilə həmin qızıl əşyalarını Aə göndərmişdir. N bildirmişdir ki, A qızılları götürməmiş, həmin qızılları sataraq Aə qızılların pulunu vermişdir. Bununla bağlı olaraq A də qəbz yazmışdır ki, qızıl əşyalarının pulundan 4800 manat pul götürüb. Sonradan onlara məlum olmuşdur ki, A Nə yalandan vəd verdiyinə görə N də onları aldadaraq A qızıl əşyalarını götürmədiyini, pul götürdüyünü demişdir. Ancaq əslində isə A onların N vasitəsilə göndərdi kləri qızılları götürmüşdür. Məhkum1 həmçinin ifadəsinə əlavə olaraq göstərdi ki, A özü qızıl əşyalarını satmaq istəmiş, bunun üçün də həmin qızıl əşyalarını Rverib onun vasitəsilə satılmasını bildirmiş, Aə qızıl-zinət əşyalarının satılması ilə bağlı hər hansı vəd verməmiş, qızıl məmulatlarının satılmasında şəxsən iştirak etməmiş, qızıl əşyalarının satışı ilə bağlı marağı olmamış, həmin məmulatlar əri Rtərəfindən Şəki şəhərində yerləşən qızıl mağazasına satılmış, satış qiyməti barədə əri Rmağazadan ona zəng etdikdə o da Aə qiymət barədə məlumat vermiş, A qiymətlə razılaşdıqdan sonra ərinə həmin qiymətə satmasını bildirmiş, qızıl əşyalarını faktiki dəyərindən qəsdən daha ucuz qiymətə satmadıqlarını bildirmişdir. Məhkum1 əlavə olaraq göstərdi ki, A ona qızıl məmulatlarının qramının 60 dollar olması barədə əvvəlcədən heç nə deməmiş, yalnız həmin məmulatlar satıldıqdan və pulları isə ödənildikdən sonra A ona bu barədə bildirmişdir. Qızıl əşyalarının satışı ilə bağlı heç bir marağı olmamışdır. Sonradan anlamışdır ki, A əvvəlcədən düşünülmüş şəkildə belə etmiş, əvvəllər əri ilə olan münasibətlərinə görə onlardan qisas almışdır. Bəraət almış şəxs Məhkum2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, o, Ai 1987-1988-ci ildən tanımış, həmin illərdə A münasibətləri olmuş, birbirini sevərək görüşmüşlər. Sonradan onunla münasibətləri pozulmuş, ədavətləri yaranmışdır. Ailə qurduqdan sonra isə A əlaqəsi olmamışdır. Təxminən 2008-ci ildə A ona zəng edərək hal-əhval tutandan sonra onunla dost kimi münasibət saxlamaq istədiyini, ailəsi ilə tanış olaraq uşaqlarını görmə k istədiyini bildirdiyindən ailə üzvlərinə A onunla ədavətli olduğunu, ondan ehtiyatlı olmalarını bildirmişdir. 2015-ci ilin aprel-may aylarında arvadı AY ona Rusiya Federasiyasında yaşayan xalası oğlu tərəfindən qızıl-zinət əşyaları göndərildiyini, xalasının da həmin qızıl əşyalarının onun tərəfindən satılmasını istədiyini bildirmişdir. 2015-ci ilin may ayında AY ona hissə-hissə qızıl əşyaları vermiş, o da həmin qızıl əşyalarını satmazdan əvvəl Şəki şəhərində fəaliyyət göstərən qızıl mağazalarından qiymətlər barədə maraqlanmışdır. Maraqlandığı bir qızıl mağazasının digər mağazalara nisbətən onda olan qızıl əşyalarını daha uyğun qiymətə, yəni qramını 22-26 manata götürə biləcəyini bildirdiyindən, arvadı AYa zəng edərək bu barədə məlumat verərək xalası ilə əlaqə saxlamağını, qızıl əşyaların ın həmin qiymətə satılmasına razı olub-olmadıqlarını soruşmasını bildirmişdir. AY da ona zəng edərək xalasının qızıl əşyalarının həmin qiymətə satılmasına razı olduğunu demişdir. O da həmin qızıl əşyalarının qramını 22-26 manata qızıl mağazasına satmışdır. Həmin qızıl məmulatlarını hissə-hissə mağazaya satdıqdan sonra mağazadan aldığı qəbzi və qızıl əşyalarının pulunu AYa vermişdir. AY ona cəmi 4-5 dəfə qızıl əşyaları vermiş, həmin qızıl əşyalarının çəkisi təxminən 300 qram olmuşdur. Cəmi 7300 manat dəyərində qızıl əşyaları satmışdır. Bundan sonra 2015-ci ilin noyabr ayının 4-dəA onun mobil telefonuna zəng edərək onu Şəki şəhərindəki evinə dəvət etdiyindən A evinə getmişdir. A AYun ondan 40000 manat dəyərində qızıl əşyalarını satmaq üçün götürdüyünü, ancaq pulunu vermədiyini deyərək həmi n 40000 manat pulun ona çatdırılması üçün həmin gün axşama kimi vaxt vermişdir. Aə, evdə AYla söhbət edib aydınlaşdırdıqdan sonra ona bir söz deyəcəyini bildirmişdir. Bundan sonra evə gəlib AYdan, A aralarında qızılla bağlı söhbətin olub-olmaması barədə soruşanda, AY ona satmaq üçün verdiyi qızıl əşyalarının xalası oğluna deyil, Aə məxsus qızıl əşyaları olduğunu, A pula ehtiyacı olduğundan ondan həmin qızıl əşyalarının A olması barədə ona bildirməməsini xahiş etdiyini demişdir. AY satılan qızıl əşyalarının pullarını qızı N vasitəsi ilə yaşadıqları evin yaxınlığında Aə verdiyini və A göndərdiyi qızıl əşyalarının 7300 manat dəyərində olmasına baxmayaraq ondan 40000 manat pul tələb etdiyini bildirmişdir. Bundan sonra A telefonla danışıb həmin qızıl əşyalarının onun tərəfindən satıldığını, büt ün qızıl əşyalarının hamısını bir qızıl mağazasına verdiyini və həmin qızıl əşyalarının 7300 manat dəyərində olduğunu bildirmişdir. Buna baxmayaraq A ona bir gün vaxt verərək 40000 manat pulu ona çatdırmağını bildirmişdir. Səhəri gün Şəki rayon prokurorluğundan zəng edilərək A özünü zəhərləmək istəməsi barədə daxil olmuş məlumat əsasında aparılan araşdırma ilə əlaqədar onu və arvadı AYu prokurorluğa dəvət etmişlər. Orada ona məlum olmuşdur ki, A gecə dərman içərək özünü zəhərləmək istəmişdir. Həmin vaxt prokurorluğun müstəntiqi ona A onlardan şikayət etdiyini demişdir. Daha sonra Aə məxsus qızıl əşyalarını geri götürmək üçün həmin əşyaları satdığı qızıl mağazasına gedərək həmin qızıl mağazasından satdığı qızıl əşyalarının satılıb- satılmadığını soruşmuş, mağaza sahibi həmin qızıl əşyaların ın İtaliya istehsalı olduğu üçün gec satılıdığını və həmin qızıl əşyalarının çoxunun qaldığını, onlardan 1-2 dəst qızıl əşyalarının satıldığını bildirmişdir. Mağaza sahibinə vəziyyəti danışmış və bir neçə gündən sonra 4300 manat pul toplayaraq mağazaya satdığı həmin qızıl əşyalarının bir hissəsini geri götürmüşdür. AYla birlikdə həmin qızıl əşyalarını A Şəki şəhərində yaşadığı evinə aparmış, A qızıl əşyalarının az olduğunu, verdiyi qızıl əşyalarının hamısının verilməsini bildirmişdir. Aə pulu az olduğu üçün qızıl əşyalarını verdiyi qızıl mağazasından hissə- hissə topladığını bildirmiş, həmin vaxt A ona qızıl əşyalarının ona artıq lazım olmadığını demişdir. Aə onunla təklikdə danışmaq istədiyini bildirdiyindən digər otaqda danışdıqları vaxt A ona “sən məni yollara salmısan. Mənim əvvəllər n ələr çəkdiyimi sənə də çəkdirəcəm” demiş, apardıqları qızıl əşyalarını qəbul etməmişdir. Daha sonra dostu N ona A görüşdüyünü, A qızıl əşyalarını geri götürməyə razı olduğunu bildirmişdir. Həmin vaxt o, Nlə birlikdə A yaşadığı evə getmiş, A evinə girmədən Ni avtomobildə gözləmişdir. N qızıl əşyalarını Aə geri qaytarması üçün ondan götürərək getmiş, təxminən 30 dəqiqədən sonra qayıtmışdır. Həmin vaxt N A 4300 manat pul alması barədə yazdığı qəbzi ona vermiş və bildirmişdir ki, A qızıl əşyalarını geri qaytararaq, qızıl əşyalarının pulunu götürməsi barədə ona deməsini tapşırmışdır. N ona narahat olmamağı, lazım gəlsə hadisəni olduğu kimi danışmağa hazır olduğunu, yəni Aə qızıl əşyalarının pulunu deyil, qızıl əşyalarının özünü geri qaytardığını deyəcəyini bildirmişdir. Bir neçə gündən sonra 50 0 manat tapıb həmin məbləğdə də qızıl əşyalarını mağazadan geri götürərək N vasitəsilə həmin qızıl əşyalarını da Aə göndərmişdir. N qızıl əşyalarını Aə verib gəldikdən sonra ona A qızıl əşyalarını götürdüyünü bildirmişdir. X11 əşyalarını geri götürsə də, ona “A qızıl əşyalarını geri götürmədi. Mən həmin qızıl əşyalarını satdım və 500 manat pulu Aə verdim” deməsini bildirmişdir. Həmçinin N bildirmişdir ki, A ona məxsus evin satdırılması ilə bağlı da danışmışdır. Bakı şəhərində olduğu vaxt N ona zəng edərək təcili surətdə Şəki şəhərinə gəlməyini, A qızıl əşyalarının pulunu verməyəcəyi halda arvadı AYla birlikdə tutulacağını bildirdiyindən Şəki şəhərinə qayıtmışdır. Məhkum2 həmçinin ifadəsinə əlavə olaraq göstərdi ki, sonradan bilmişdir ki, A özü qızıl əşyalarını satmaq istədiyini AYa bildirə rək həmin qızıl əşyalarının onun vasitəsilə satılmasını istəmiş, Aə qızıl-zinət əşyalarının satılması ilə bağlı nə onun, nə də ki, arvadı AY tərəfindən hər hansı vəd verilməmiş, qızıl məmulatlarının satılmasında arvadı AY şəxsən iştirak etməmiş, həmin məmulatları özü Şəki şəhərində yerləşən qızıl mağazasına satmış, satış qiyməti barədə mağaza ilə danışdıqdan sonra AYa zəng etmiş, AY da Aə qiymət barədə məlumat vermiş, A qiymətlə razılaşdıqdan sonra həmin qiymətə satmış, qızıl əşyalarını faktiki dəyərindən qəsdən daha ucuz qiymətə satmamış, qızıl əşyalarının satışı ilə bağlı heç bir marağı olmamışdır. Məhkum2 əlavə olaraq göstərdi ki, A AYa qızıl məmulatlarının qramının 60 dollar olması barədə əvvəlcədən heç nə deməmiş, yalnız həmin məmulatlar satıldıqdan, pulları isə ödənildikdən sonra A ona bu barədə bildirmişdir. Sonradan anlamışdır ki, A əvvəlcədən düşünülmüş şəkildə belə etmiş, bununla da ondan qisas almışdır. Həmçinin əlavə etdi ki, A iki dəfə arvadı AYu avtomobilinə əyləşdirərək hədələməklə ondan guya ona 40000 dollar borclu olmalarına dair qəbz almışdır. Zərərçəkmiş şəxs X20 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, o, Məhkum2la əvvəllər münasibətləri olmaqla ailəvi gediş-gəlişləri olmuşdur. Bundan sonra 2009-cu ildə Rtərəfindən arvadı AYla birlikdə evlərində keçirilən məclisdə iştirak etmişlər. Həmin vaxtdan Məhkum1 ilə danışmağa başlamışdır. AY özü onu mobil telefon vasitəsilə mütəmadi olaraq yığıb danışmışdır. 2014-cü ilin noyabr ayında Türkiyə Respublikasından satmaq üçün paltar və bir qədər qızıl əşyaları gətirmişdir. Həmin vaxt AY on dan satmaq üçün paltarlar istədiyindən gətirdiyi paltarlardan satmaq üçün AYa göndərmişdir. AY da həmin paltarları sataraq, 2015-ci ilə qədər satmış olduğu paltarların pullarını ona göndərmişdir. Bundan sonra AY onun Türkiyədən satmaq üçün qızıl əşyaları gətirdiyini bildiyi üçün ona xalası qızı Z oğlunun toyu olacağını, Z toy üçün qızıl əşyaları almaq istədiyini, lakin nağd qiymətə qızıl almağa imkanı olmadığını bildirərək Z başqa yerdən qızıl əşyaları almaqdansa, həmin qızıl əyşalarını ondan alıb, pulunu toydan sonra verməsi barədə soruşduqda, o da AYla razılaşaraq qızıl əşyalarının şəkillərini Z göstərməsi üçün AYa göndərmişdir. AY Z şəkilləri görüb bəyəndiyini və qızıl əşyalarını almaq istədiyini bildirmiş, AYa etibar etdiyindən, həm də ki, Z də tanıdığından 2014-cü ilin noyabr ayında q ızıl əşyalarını Z satması üçün AYa göndərmişdir. Həmin vaxt AYa, sadə qaşı olan sırğa, üzük, qolbağı və klondan ibarət 2 ədəd kalye, bundan başqa 2 ədəd, biri sadə qaşlı, digəri isə brilyant qaşlı qadın üzüyü göndərmişdir. AY ona Z oğlunun toyunun 2015-ci ilin avqust ayında olacağını və həmin toydan sonra Z qızıl əşyalarının pulunu ona verəcəyini bildirmiş, o da AYla razılaşmışdır. Daha sonra 2015-ci ildə X14 Dubay şəhərinə getmiş və oradan satmaq üçün İtaliya istehsalı olan qızıl əşyaları gətirmişdir. Həmin qızıl əşyalarının şəkillərini AYa baxması üçün mobil telefon vasitəsilə göndərmişdir. AY da qızıl əşyalarına baxdıqdan sonra 2015- ci ilin fevral ayının sonlarında ona zəng edərək xalası oğlu Rusiyadan ona toy üçün hədiyyə olaraq 10 min ABŞ dolları göndərəcəyini, pulu yararsız şeylərə xərcləməmək üçün, həmçinin onda olan qızıl əşyalarının şəkillərinə baxıb həmin qızıl əşyalarını da bəyəndiyindən özünə və qızına qızıl əşyaları almaq istədiyini bildirmişdir. O da həmin vaxt AYa bir ədəd sırğa, üzük, qolbağı, boyunbağı və klondan ibarət bir ədəd kalye, qızı Nə isə sırğa, üzük, qolbağı, boyunbağı və klondan ibarət bir ədəd kalye və qızıllarla bərabər AYa Türkiyə istehsalı olan 2 dəst yorğan, 2 ədəd yastıq, bir ədəd yataq dəstini Şəki-Bakı marşrutu üzrə sərnişin daşıyan Muradın vasitəsi ilə göndərmişdir. Göndərdiyi qızıl əşyalarının dəyəri 4020 dollar olmuşdur. AY ona bildirmişdir ki, xalası oğlu ona pul göndərən kimi o da onun borcunu qaytaracaqdır. Bundan sonra 2015-ci ilin aprel ayının əvvəllərində söhbət zamanı AY göndərdiyi qızıl əşyalarını qonşuları olan A1 müəllimənin gördüyünü və həmin qızıl əşyalarını bəyəndiyini demişdir. AY onda olan qızıl əşyalarını göndərməyini, qonşularına və tanışlarına göstərəcəyini, istəsələr satacağını demişdir. O da bu barədə AYla razılaşaraq 25000 ABŞ dolları dəyərində olan qızılları 2015-ci ilin aprel ayının əvvəllərində AYun evinin yaxınlığında ona vermişdir. Həmin vaxt qızıl əşyalarını satarkən istifadə etməsi üçün AYa tərəzi də vermişdir. Özü də qızıl əşyalarını satarkən diqqətli olmasını bildirmiş, AY da ona narahat olmamağını bildirmişdir. 2015-ci ilin aprel ayının sonları, may ayının əvvəllərində AY yenidən onunla danışaraq satmaq üçün qızıl əşyaları istədiyini, əgər varsa ona göndərməyini bildirmişdir. Həmçinin bildirmişdir ki, sata bildiyi qızıl əşyalarını satacaq, sata bilmədiklərini isə geri göndərəcəkdir. O da özündə olan müxtəlif qızıl əşyalarını 2015-ci ilin may ayının əvvəllərində Bakı-Şəki marşurutu üzrə sərnişin daşımaqla məşğul olan R sürücü vasitəsi ilə AYa göndərmişdir. Həmin qızıl əşyalarının dəyəri 8500 dollar olmuşdur. AY qızıl əşyalarını Rsürücüdən götürdükdən sonra ona bu barədə xəbər vermişdir. 2015-ci ilin avqust ayına kimi AYla telefon vasitəsilə əlaqə saxlamış, AY ona qonşuları A1ə verdiyi qızıl əşyalarının pullarını avqust ayında Z oğlunun toyundan yığılan pullarla birlikdə verəcəyini bildirmişdir. Bundan sonra isə ondan götürdüyü bütün qızıl əşyalarının qalan pullarını da sentyabr ayına kimi ona ödəyib borcunu qurtaracağını bildirmişdir. O da AYu tanıyıb ona etibar etdiyindən onunla razılaşmışdır. AY ona avqust ayının 19-u günü toy olacağını, ayın 20-də isə onun pulunu verəc əyini bildirmişdir. xx xx 2015-ci il tarixdə səhər saatlarında AYa zəng etmiş, AY ona toyun paketlərinin hələ açılmadığını, ayın 21 -i günü qızıl əşyalarının pullarını ona çatdıracağını demişdir. xx xx 2015-ci il tarixdə səhər saatlarında AYa zəng etdiyi vaxt AY onun zənginə ağlayaraq cavab vermiş, götürdüyü qızıl əşyalarını Z vermədiyini, həmin qızıl əşyalarının itdiyini bildirmişdir. Bu haqda nə üçün ona əvvəlcədən xəbər vermədiyini soruşduğu vaxt ondan qorxduğu üçün qızıl əşyalarının itməsi barədə ona bildirmədiyini demişdir. Həmin gün həyəcanlı halda öz avtomobililə Qəbələ şəhərindən Şəki şəhərinə gələrək AYa Şəki şəhərində onun yaşadığı evin yaxınlığında olduğunu, bu məsələ barədə danışmaq istədiyi üçün yola çıxmağını bildirmişdir. AY yola çıxmış və R evdə olduğunu, bu məsələ barədə b ilmədiyini bildirmiş və onun avtomobilinə əyləşmişdir. Avtomobili idarə edə-edə AYla söhbət etməyə başlamış, AYdan qızıl əşyalarının itməsi barədə hüquq-mühafizə orqanlarının xəbərinin olubolmadığını soruşduqda AY bu haqda heç kimə heç nə demədiyini bildirmişdir. AYa etibar edib, inandığı üçün qızıl əşyalarını göndərdiyini bildirmiş, həmin vaxt sübut kimi istifadə etmək üçün AYun səs yazısını yazmış və qəbz almışdır. Həmin vaxt AY özü sərbəst olaraq qəbz yazaraq ona qızıl əşyalarının pulunu ödəməsi üçün sentyabr ayının əvvəlinə kimi vaxt verməsini xahiş etmiş, narahat olmamağı, bu məsələni özünün həll edəcəyini, xalası oğlunun ona göndərəcəyi puldan onun da pulunu verəcəyini bildirmişdir. Sentyabr ayının əvvəlinə kimi AYa borcunu ödəməsi üçün vaxt vermiş, bundan sonra təklikdə Zümrüdgilə g edərək ondan AYdan qızıl əşyası alıb-almadığını soruşmuşdur. Z ona AYdan heç bir qızıl əşyası almadığını, 2014-cü ilin iyun ayında AYun ona qızıl əşyası göstərdiyini, ancaq onun həmin qızıl əşyasını AYdan almadığını bildirmişdir. 2015-ci ilin sentyabr ayının əvvəllərində AYa zəng edərək onunla telefonla danışan zaman AY Bakı şəhərində olduğunu, borcunu qaytara bilmədiyini, çünki xalası oğlunun ona pul göndərə bilmədiyini bildirmiş və borcunu ödəməsi üçün ona bir az da vaxt verməsini xahiş etmişdir. Həmin vaxt AYa bu barədə yenidən qəbz yazmasını bildirdiyindən AY qardaşı ilə birlikdə əvvəlcədən danışdıqları yerə gələrək qəbz yazaraq borcunu ödəməsi üçün vaxt istəmişdir. Daha sonra Bakı şəhərində AYun qızı Ni görmüş və ona anası AYun pulunu ödəməsi üçün ondan vaxt istədiyini, buna görə də d ediyi vaxtda onun pulunu ödəməsini anasına bildirməsini demişdir. Bundan bir neçə gün sonra Şəki şəhərinə gəlmiş, AYla telefonla danışmışdır. AY ona narahat olmamağı, qızıl əşyalarını sinif yoldaşına verdiyini və onlar da 2015-ci ilin noyabr ayının 3ü tarixinə kimi qızıl əşyalarının pulunu ona verəcəklərinə söz verdiyini demişdir. Bundan sonra Bakı şəhərinə getmiş və noyabr ayının ikisi günü Şəki şəhərinə gəlmişdir. Axşam AYla telefonla əlaqə saxlamış, AY ona narahat olmamağı, sinif yoldaşı ilə əlaqə saxladığını bildirmişdir. 3 noyabr 2015-ci ildə günorta saatlarından sonra AYa neçə dəfə zəng etməsinə baxmayaraq AY onun zənginə cavab verməmişdir. Həmin günü axşam saatlarında R mobil telefonuna zəng etmiş, ancaq Rdə onun zənginə cavab verməmişdir. Bundan sonra səhəri gün səhər saatlarında R telefonla danışmış, Rhəmin gün onun Şəki şəhərində olan evinə gəlmişdir. Rbu məsələ barədə danışmış və bu vaxta kimi AY ona bu məsələ barədə xəbər verməyinə icazə vermədiyi üçün ona heç nə demədiyini bildirmişdir. Rondan 1 saat vaxt istəyərək getmişdir. Bir saatdan sonra Rzəng etmiş, RO arvadına şər atdığını, ondan qisas aldığını bildirmişdir. Ronun arvadına köməklik məqsədilə qızıl əşyaları verdiyini bildirmiş, sonra isə əsəblərini cilovlaya bilməyib dərman içmişdir. Bundan sonra təcili tibbi yardım xidmətinə getmişdir. Şəki prokurorluğunun əməkdaşlarına izahat vermişdir. Rondan yazdığı ərizəni geri götürməyini xahiş etmiş və evini satıb onun pulunu verəcəyini bildirmişdir. Bununla razılaşıb Rvaxt vermiş, bundan sonra RBakı şəhərinə getmişdir. Daha sonra R dostu N onun yaşadığı ünvana gə lərək R evini satması üçün Bakı şəhərinə getdiyini, başqa çarəsinin olmadığını bildirmişdir. Bir müddət sonra AY R birlikdə onun Şəki şəhərindəki evinə gəlmişlər. Həmin vaxt AYun əlində qızıl əşyaları olduğunu görmüşdür. AY həmin qızıl əşyalarını göstərərək ondan götürməyini və şikayət etməməyini bildirmişdir. AYdan həmin qızıl əşyalarını tam olmadığı üçün geri götürməmiş və AYa 40000 ABŞ dollarlıq borcunu geri qaytarmağını bildirmişdir. Bundan sonra N ona 4300 manat, bir neçə gündən sonra isə 500 manat pul verərək, cəmi 4800 manat pulu və AYa hədiyyə etdiyi bir ədəd xalını da gətirərək R göndərdiyini bildirmişdir. Həmin 4800 manat pul AYun özü və qızı üçün toyda taxmaq məqsədilə götürdüyü qızıl əşyalarınının və AYun qızı üçün aldığı cehiz əşyalarının pulu olmuşdur. Bundan başqa ona heç bir məbləğdə pul verilməmişdir. X20 həmçinin ifadəsində göstərdi ki, 2014-cü ilin noyabr ayında 4000 dollar dəyərində qızıl əşyalarını Z toyu məqsədilə AYa göndərmiş, 2015-ci ilin aprel ayında 25000 dollar dəyərində qızıl əşyalarını AYa vermiş, 8500 dollar dəyərində qızıl əşyalarını isə 2015-ci ilin may ayının əvvəllərində sürücü Raminin vasitəsilə göndərmiş, 2015-ci ilin iyul ayında isə 2500 dollar dəyərində ağ qaşlarla kolye, üzük və sırğanı AYa Z toyu məqsədilə vermişdir. Qızıl məmulatlarının qramını 60 dollara verdiyini AYa demiş, qızıl məmulatlarını 20-25 manata satmağı barədə heç vaxt AYla razılaşmamışdır. AYa satmaq üçün göndərdiyi qızıl əşyalarının pulundan, yəni 40000 dollar borcundan AY ona heç bir ödəniş ödəməmişdir. Bundan əlavə o, bildirdi ki, Rvə AY qaytarmaq üçün ona qızıl ə şyaları gətirdikləri vaxt həmin qızıl əşyaları onun göndərdiyi kimi tam olmadığından həmin qızıl əşyalarını qəbul etməmişdir. AYa etibarı, inamı olduğu üçün AYla aralarında yazılı sənəd olmamışdır. Həmçinin AYa hansı tarixlərdə, hansı çəki və əyarda, hansı qiymətə qızıl-zinət əşyalarını verməsilə bağlı qeydiyyat aparmamışdır. Şahid qismində dindirilmiş X4 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, onun Şəki şəhəri M.F.Axundov prospektində yerləşən «Çələbixan» restoranı ilə üzbəüz yolun əks tərəfində yerləşən “XX” zərgərlik mağazası vardır. Həmin mağazanı təxminən 20 ildir işlədir. Özünə məxsus mağazada qızılların və qızıl əşyalarının alqı-satqısı, həmçinin qızıl-zinət əşyalarının təmiri ilə məşğul olur. xx xx 2015-ci il tarixdə Rişlədiyi qızıl mağazasına gələrək öz ündə qızıl əşyaları olduğunu, həmin qızıl əşyalarını satmaq istədiyini bildirərək ondan qızıl əşyalarını neçəyə alacağını soruşmuşdur. Qızıl əşyalarına baxdıqdan sonra bir söz deyəcəyini bildirdikdə, RO İtaliya istehsalı olan, 750 əyarlı qızıl əşyalarını göstərib satmaq istədiyini bildirmişdir. Həmin qızıl əşyaları üzük, qolbağı, sırğa, boyunbağı olmuşdur. Qızıl əşyalarına baxıb həmin qızıl əşyalarını xammal kimi aldığını və həmin qızıl əşyalarına alacağı qiyməti də Rdedikdən sonra Rkiməsə zəng edib danışmış, bundan sonra Rmağazaya qayıdıb malın sahibinin razı olduğunu, həmin qızıl əşyalarını satacağını bildirmişdir. O da R təqdim etdiyi qızıl əşyalarını bir-bir yoxlayıb tərəzidə çəkmiş, həmin qızıl əşyalarının ümumi çəkisi 40,5 qram olmuşdur. Sonra alış aktı tərtib edərək Rhəmin qızıl əşy alarını götürmüş və qızıl əşyalarının qramını 25 manat 60 qəpikdən alaraq R1036 manat pul vermişdir. Daha sonra Rahim, xx xx 2015-ci il tarixdə yenə onun mağazasına gələrək İtaliya istehsalı olan qızıl əşyalarını ona verərək satmaq istədiyini bildirmişdir. Həmin qızıl əşyalarını çəkmiş və ümumi olaraq 41,2 qram olduğunu, həmin qızıl əşyalarının qramını 20 manat 40 qəpikdən alacağını Rbildirmişdir. Rdə onunla razılaşdığından, alış aktı tərtib etmiş və qızıl əşyalarını götürərək R840 manat pul vermişdir. Daha sonra xx xx 2015-ci il tarixdə Ronun mağazasına gəlmiş, 23,1 qram çəkidə qızıl əyşalarını ona verib satmaq istədiyini bildirdiyindən, R təqdim etdiyi qızıl əşyalarını yoxladıqdan sonra Rhəmin qızıl əşyalarının qramını 20 manata alacağını bildirmiş, Ronunla razılaşdığından alış aktı tərt ib etmiş və Rcəmi 442 manat pul verərək həmin qızıl əşyalarını ondan götürmüşdür. Bundan sonra xx xx 2015-ci il tarixdə Ryenə onun mağazasına gələrək 71 qram çəkidə kulon, üzük, sırğa təqdim edərək satmaq istədiyini bildirmiş, o da Rhəmin qızıl əşyalarının qramını 23 manata alacağını bildirmişdir. Ronunla razılaşandan sonra alış aktı tərtib edib, həmin qızıl əşyalarını almış və R1520 manat pul vermişdir. R xx xx 2015-ci il tarixdə mağazaya gəlib, çəkisi 49,5 qram olan 1 ədəd üzük, 1 ədəd kulon və sırğa təqdim edərək həmin qızıl əşyalarını satmaq istədiyini bildirmiş, R həmin qızıl əşyalarının qramını 23 manata alacağı barədə razılaşandan sonra alış aktı tərtib edib, 1140 manat pul verərək həmin qızıl əşyalarını Rgötürmüşdür. Ryenə də xx xx 2015-ci il tarixdə mağazaya gələrək 61,3 qram çəki də qızıl əyşalarını ona verib, satmaq istədiyini bildirmiş, həmin qızıl əşyalarının qramını 23 manata alacağı barədə R razılaşdıqdan sonra alış aktı tərtib edərək Rgətirdiyi qızıl əşyalarını götürmüş və ona əvəzində 1410 manat pul vermişdir. Sonuncu dəfə isə R xx xx 2015-ci il tarixdə onun mağazasına gələrək 48,1 qram qızıl əşyalarını ona təqdim edib, satmaq istədiyini bildirmiş, R həmin qızıl əşyalarını 23 manata alacağı barədə razılığa gələndən sonra alış aktı tərtib edərək həmin qızıl əşyalarını Rgötürüb, ona 1015 manat pul vermişdir. Bundan sonra isə RO qızıl əşyaları satmamışdır. 2015-ci ilin noyabr ayında Rmağazaya gələrək ona satdığı qızıl əşyalarının sahibinin həmin qızıl əşyalarını geri istədiyini bildirdiyindən, Rhəmin qızıl əşyalarından bir hissəsinin satıldığını, bir hissəsin in isə qaldığını demişdir. Bundan bir neçə gün sonra Rgəlib, ona satdığı qızıl əşyalarının bir hissəsini, bir neçə gündən sonra isə qalmış qızıl əşyalarını götürüb pulunu vermişdir. İfadəsinə əlavə olaraq göstərdi ki, Rtərəfindən ona satılan qızıl əşyalarının satış qiyməti real olmuş, yəni Rtərəfindən satılan qızıl məmulatları real qiymətindən ucuz qiymətə satılmamış, həmçinin bununla bağlı onun tərəfindən hər hansı təklif edilməmiş, RO brilyant qaşlı qızıl əyşaları satmamış, Rqızıl əşyalarını ona satdığı zaman həmin qızıl əşyalarının Rusiyada olan qohumuna məxsus olduğunu bildirmişdir. Həmçinin göstərdi ki, Məhkum2 ona qızıl əşyalarını satmazdan əvvəl ondan həmin qızıl əşyalarının qramını neçə manata alacağını soruşmuş, o da ona alacağı məbləği bildirdikdən sonra Rtelefonla danışıb mağaza ya qayıtmış və ona dediyi məbləğlə razılaşdığını bildirmişdir. O da həmin məbləğə qızıl əşyalarını Ralmışdır. R ona verdiyi qızıl əşyalarının məmulat kimi satış qiyməti həmin vaxt 30-35 manat olmuş, lakin o həmin qızıl əşyalarını xammal kimi 20-25 manata alsa da, sonradan vitrinə satış üçün qoymuşdur. Bundan başqa əlavə etdi ki, R7403 manat dəyərində qızıl əşyaları almış, R4800 manat dəyərində qızıl əşyaları qaytarmışdır. R ona təqdim etdiyi qızıl əşyalarının qramı 60 dollara alınacaq qızıl əşyaları olmamışdır. Həmin dövrdə R ona verdiyi qızıl əşyalarının məmulat kimi qiyməti 60 dollara olmamış, qızıl məmulatlarını tələb-təklif qiymətinə görə alıb-satmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Məhkum1 anası, Məhkum2 isə atası dır. Mahmudova A mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq hal-əhval tutmuşlar. A ona təxminən 5 dəfə yaşadığı döngənin başında qızıl əşyaları vermiş, o da həmin qızıl əşyalarını anasına vermişdir. Həmin qızıl əşyalarının pulunu isə Aə hər dəfə qızıl əşyalarını verdiyi günün səhəri günü özünə vermişdir. O, qızıl əşyalarının pulundan Aə bir dəfə 800 manat, növbəti dəfə 1000 manat və 1200 manat pul verdiyini xatırlayır, lakin iki dəfə verdiyi pulların miqdarını xatırlamır. Aə qızıl əşyalarının pulunu verdiyi zaman A yanında heç kim olmamışdır. 2015ci ilin təxminən sentyabr ayında Bakı şəhərində Musiqi Kollecində oxuduğu zaman məktəbdən çıxıb evə gələrkən A onun qabağına çıxıb, ona avtomobilinə oturmağını bildirmişdir. O da A avtomobilinə oturmuşdur. Həmin vaxt A ona bildirmişdir ki, 40000 dollar pulu verməyəcəkləri halda başlarına oyun açacaq. Evə gəlib bu barədə anasına demişdir. Həmçinin ifadəsinə əlavə olaraq göstərmişdir ki, Aya qızılların pulunu verdiyi vaxtlarda sonuncu ona pulun miqdarı ilə bağlı heç bir narazılıq bildirməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, özünə məxsus olan avtomobillə sərnişin daşımaqla məşğul olur. 2015-ci ildə Bakı şəhərindən Şəki şəhərinə gələn zaman Şamaxı rayonu ərazisində yerləşən kafedə olduğu vaxt A onun mobil telefonuna zəng edərək Şəki şəhərinə göndərəsi yük olduğunu bildirmişdir. O da Aə olduğu yeri bildirdikdən sonra A həmin kafeyə gələrək ona sellofan torbada qızıl əşyaları verərək Şəki şəhərinə çatdırmalı olduğunu, orada həmin qızıl əşyalarını ondan bir qadının g ötürəcəyini bildirmişdir. A ona qızıl əşyalarını götürəcək qadının mobil telefon nömrəsini də vermişdir. A verdiyi qızıl əşyalarını idarə etdiyi avtomobilin saxlanc yerinə qoyaraq birbaşa Şəki şəhərinə gəlmiş, A verdiyi mobil nömrəni yığaraq həmin qadına çatacaq əşya olduğunu bildirmişdir. Bundan sonra həmin qadın poçtun yanına gələrək A göndərdiyi qızıl əşyalarını ondan almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, özünə məxsus «Opel Astra» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki-Bakı marşrutu üzrə fərdi qaydada sərnişin daşımaqla məşğul olur. Əvvəllər isə onun «Mersedes Benz E250» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili olmuş və həmin avtomaşınla da sərnişin daşımaqla məşğul olmuşdur. Şə ki şəhər sakiniA bir neçə dəfə Bakı şəhərindən onun vasitəsi ilə Şəki şəhərinə yük göndərmiş, həmçinin də bir neçə dəfə A anasını Bakı şəhərinə aparmışdır. Buna görə A münasibəti yaranmışdır. Həmçinin Məhkum1 yükü aparıb verən zaman görüb tanımışdır. 2015-ci ilin təxminən yanvar ayında A Bakı şəhərində ona iri sellofan torbada 2 torba müxtəlif rəng və ölçüdə qadın başmaqlarını aparıb Şəki şəhərində yaşayan AYa verməsini xahiş etmiş, o da həmin başmaqlar olan kisələri Bakı şəhərindən götürüb Şəki şəhərinə gətirərək AYa, yaşadığı evin döngəsində vermişdir, Təxminən 5-10 gün sonra isə, A onun vasitəsi ilə AYa bir ədəd sellofan torbada müxtəlif qadın donları göndərmişdir. Bundan da təxminən 5-10 gün sonra isə A gətirib ona 1 ədəd iri ölçüdə xalça vermişdir ki, həmin xalçanı da aparıb AYa vermi şdir. Bundan sonra isə A, o Bakı şəhərində olan zaman sonuncuya polietilen paketdə təxminən 3-4 ədəd qızıl əşyaları verib xahiş etmişdir ki, həmin qızıl əşyalarını Şəki şəhərində yaşayan AYa versin. O da öz növbəsində elə həmin günü Şəki şəhərinə gəlmiş və A verdiyi qızıl əşyalarını AYa vermişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, A verdiyi əşyaları AYa aparıb verən zaman onun yanından Aə zəng edib göndərdiyi əşyaları AYa verdiyini bildirmişdir. Həmçinin A onun vasitəsi ilə, AYa yorğan-döşək üzlükləri də göndərmişdir. Elə də olmuşdur ki, AY özü də A göndərdiyi başmaq və donların bir hissəsini onun vasitəsi ilə Aə qaytarmışdır. İş materiallarına əlavə edilmiş Şəki rayon prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 28 noyabr 201 5-ci il tarixli qərardan görünür ki,AN zəhərlənməsi xüsusatı ilə bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmçinin Məhkum1Aya 40000 ABŞ dolları pul qaytarmalı olması xüsusatı ilə bağlı tərəflər arasında yaranmış mübahisə mülki xarakterli hesab edilmiş və sonuncuya mülki qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş X20 tərəfindən Şəki şəhər-rayon polis şöbəsinin rəisinə verilmiş 29.11.2015-ci il tarixli ərizədən görünür ki, Şəki şəhər sakini Məhkum1 və onun həyat yoldaşı Məhkum2 onun etibarından istifadə edərək dələduzluq yolu ilə onu aldadaraq 40000 (qırx min) ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını ələ keçirmişlər. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Məhkum1Adan satmaq üçün aldığı 40000 ABŞ dolları məbləğində qızıl-zinət əşyalarının pulunu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 09 dekabr 2015-ci il tarixli qərardan görünür ki, X10 müraciətində göstərilən eyni məzmunlu xüsusatlar üzrə Şəki rayon prokurorluğunda aparılmış araşdırma zamanı tərəflər arasındakı münasibətlərin mülki xarakterli olduğu müəyyən edilməklə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyindən və həmin qərar ləğv edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon prokurorluğunun müstəntiqi tərəfindən qəbu l edilmiş 13 aprel 2016-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki,AN zəhərlənməsi xüsusatı ilə bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş,Aya qarşı Azərbaycan Respublikası CM-in 178-ci maddəsində göstərilmiş cinayətin törədilib-törədilməməsinin müəyyən edilərək bununla bağlı Məhkum1 və onun əri Məhkum2 əməllərinə hüquqi qiymət verilməsi üçün qərarın surəti həmin xüsusata aid zəruri sənədlərin surətləri vəAN araşdırmaya təqdim etdiyi 01 ədəd disklə birlikdə istintaq aidiyyəti üzrə Şəki şəhər-rayon polis şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon prokuroru tərəfindən qəbul edilmiş xx xx 2016-cı il tarixli “cinayət işi başlanma sının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” qərardan görünür ki, Şəki ŞRPŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 09 dekabr 2015-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmiş, material əlavə yoxlama aparılması üçün Şəki şəhər RPŞ- nin TB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 01 noyabr 2016-cı il tarixli qərardan görünür ki, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri aparılan ibtidai istintaq zamanı kifayət qədər sübut olunmadığından cinayət işi üzrə icraata xitam verilmiş, təqsirləndirilən şəxslər ba rəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, A.Mahmudovaya onunla Məhkum1 və Məhkum2 arasında olan mülki mübahisə ilə bağlı Şəki Rayon Məhkəməsində mülki qaydada iddia qaldırmaq hüququ izah olunmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməklə icraatın təzələnməsi və ibtidai istintaq müddətinin uzadılması barədə” 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən qəbul edilmiş qərardan görünür ki, “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 01 noyabr 2016-cı il tarixli qərar əsassız olduğu üçün ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi tərəfindən qəbul edilmiş 23 dekabr 2016-cı il tarixli “cinayət işi üzrə icraatın dayanırılması haqqında” qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmalı şəxs müəyyən olunmadığından Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 04 fevral 2017-ci il tarixli qərardan görünür ki, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri aparılan ibtidai istintaq zamanı kifayət qədər sübut olunmadığından cinayət işi üzrə icraata xitam verilmiş, A.Mahmudovaya onunla Məhkum1 və Məhkum2 arasında olan mülki mübahisə ilə bağlı Şə ki Rayon Məhkəməsində mülki qaydada iddia qaldırmaq hüququ izah olunmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və icraatın təzələnməsi haqqında” Şəki rayon prokuroru tərəfindən qəbul edilmiş 27 mart 2017-ci il tarixli qərardan görünür ki, “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 04 fevral 2017-ci il tarixli qərar əsassız olduğu üçün ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 01 aprel 2017-ci il tarixli qərardan görünür ki, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri aparılan ibtidai is tintaq zamanı kifayət qədər sübut olunmadığından cinayət işi üzrə icraata xitam verilmiş, A.Mahmudovaya onunla Məhkum1 və Məhkum2 arasında olan mülki mübahisə ilə bağlı Şəki Rayon Məhkəməsində mülki qaydada iddia qaldırmaq hüququ izah olunmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və icraatın təzələnməsi haqqında” Şəki rayon prokuroru tərəfindən qəbul edilmiş 30 may 2017-ci il tarixli qərardan görünür ki, “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 01 aprel 2017-ci il tarixli qərar əsassız olduğu üçün ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş 11 iyul 2017-ci il tarixli 142-11/01-22/001619 nömrəli məktubdan görünür ki, X20 12 yanvar 2015-ci il tarixdə, 03 fevral 2015-ci il tarixdə, 10 mart 2015-ci il tarixdə Bakı-Dubay istiqamətində, 12 may 2015-ci il tarixdə isə Bakı-İstanbul istiqamətində ölkə hüdudlarını tərk etmişdir. 18 mart 2015-ci il tarixdə X1 Ərəb Əmirliklərindən geri qayıdarkən gətirdiyi 1445,25 AZN dəyərində, ümumi çəkisi 0,042 kiloqram olan 750 əyarlı zərgərlik məmulatlarını (qızıl) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bəyan edərək rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş “XX” zərgərlik mağazasına aid 4 may 2015-ci il tarixli aktdan görünür ki, Məhkum2 750 əyarlı, 48,1 qram çəkidə, 23 manat qiymətə, ümumi məbləği 1015 manat olan “lom”a yararlı qızıl alınmışdır. İş materiallarına əlavə edilmiş “XX” zərgərlik mağazasına aid xx xx 2015-ci il tarixli aktdan görünür ki, Məhku m2 750 əyarlı, 49,5 qram çəkidə, 23 manat qiymətə, ümumi məbləği 1140 manat olan “lom”a yararlı qızıllar alınmışdır. İş materiallarına əlavə edilmiş “XX” zərgərlik mağazasına aid xx xx2015-ci il tarixli aktdan görünür ki, Məhkum2 750 əyarlı, 61,3 qram çəkidə, 23 manat qiymətə, ümumi məbləği 1410 manat olan “lom”a yararlı qızıl alınmışdır. İş materiallarına əlavə edilmiş “XX” zərgərlik mağazasına aid xx xx 2015-ci il tarixli aktdan görünür ki, Məhkum2 750 əyarlı, 23,1 qram çəkidə, 20 manat qiymətə, ümumi məbləği 442 manat olan “lom”a yararlı qızıl alınmışdır. İş materiallarına əlavə edilmiş “XX” zərgərlik mağazasına aid xx xx 2015-ci il tarixli aktdan görünür ki, Məhkum2 750 əyarlı, 71,66 qram çəkidə, 23 manat qiymətə, ümumi məbləği 1520 manat olan “lom”a yararlı qızıl alınmışdır. İş materi allarına əlavə edilmiş “XX” zərgərlik mağazasına aid xx xx 2015-ci il tarixli aktdan görünür ki, Məhkum2 750 əyarlı, 40,8-40,5 qram çəkidə, 25,60 manat qiymətə, ümumi məbləği 1036 manat olan qızıl alınmışdır. İş materiallarına əlavə edilmiş “XX” zərgərlik mağazasına aid xx xx 2015-ci il tarixli aktdan görünür ki, Məhkum2 750 əyarlı, 41,2 qram çəkidə, 20,4 manat qiymətə, ümumi məbləği 840 manat olan qızıl alınmışdır. İş materiallarına əlavə edilmiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı iddia ərizəsindən görünür ki, X20 təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 tərəfindən ona dəymiş 39942,16 manat maddi ziyanın və 50000 manat mənəvi ziyanın, ümumilikdə 89942,16 manat pulun, həmçinin iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əməlin hüquqi tövsifi üçün mühüm əhəmiyyət kəsb edən, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində özünə məxsus mağazada qızılların və qızıl əşyalarının alqı-satqısı, həmçinin qızıl-zinət əşyalarının təmiri ilə məşğul olduğunu, Məhkum2 ona qızıl əşyalarını satmazdan əvvəl ondan həmin qızıl əşyalarının qiymətini soruşduğunu, alacağı məbləği bildirdikdən sonra R telefonla danışıb mağazaya qayıdaraq ona dedi yi məbləğlə razılaşdığını bildirmiş, R ona verdiyi qızıl əşyalarının məmulat kimi satış qiyməti həmin vaxt 30-35 manat olmuş, lakin o həmin qızıl əşyalarını xammal kimi 20-25 manata alsa da, sonradan vitrinə satış üçün qoymuş, R7403 manat dəyərində qızıl əşyaları almış, R4800 manat dəyərində qızıl əşyaları qaytarmış, R ona təqdim etdiyi qızıl əşyalarının qramı 60 dollara alınacaq qızıl əşyaları olmamış, həmin dövrdə R ona verdiyi qızıl əşyalarının məmulat kimi qiyməti 60 dollara olmamış, qızıl məmulatlarını tələb- təklif qiymətinə görə alıb-satmış, Rtərəfindən ona satılan qızıl əşyalarının satış qiyməti real olmuş, yəni Rtərəfindən satılan qızıl məmulatları real qiymətindən ucuz qiymətə satılmamış, həmçinin bununla bağlı onun tərəfindən hər hansı təklif edilməmiş, RO brilyant qaşlı qızıl ə yşaları satmamış, Rqızıl əyşalarını ona satdığı zaman həmin qızıl əşyalarının Rusiyada olan qohumuna məxsus olduğunu bildirmişdir. Göründüyü kimi, Məhkum2 və Məhkum1 tərəfindən qızıl-zinət əşyalarının satışı ilə bağlı zərərçəkmiş şəxsə hər hansı vəd verilməmiş, sonuncu etibarından sui-istifadə edilməklə aldadılmamış, həmin qızıl əşyaları faktiki dəyərindən qəsdən daha ucuz qiymətə satılmamışdır. İbtidai araşdırma orqanı tərəfindən Məhkum2 və Məhkum1 ibtidai araşdırma zamanı qeyd edilən məzmunda ittiham verilsə də, iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 01 noyabr 2016-cı il tarixli, 04 fevral 2017-ci il tarixli və 01 aprel 2017- ci il tarixli qərarlardan görünür ki, Məhkum1 ə ri Məhkum2 vasitəsilə X20 ilə tanış olmuş və bundan sonra onların yaxın münasibətləri yaranmışdır. Həmin münasibətdən irəli gələrəkA satmaq üçün Türkiyə Respublikasından və BƏƏ-nin Dubay şəhərindən gətirdiyi Türkiyə və İtaliya istehsalı olan müxtəlif çeşiddə qızıl əşyalarının, geyim əşyalarının və yataq dəstlərindən bir hissəsini satmaq üçün 2014-cü ilin noyabr ayından 2015-ci ilin may ayına qədər olan müddətdə ayrı-ayrı vaxtlarda Məhkum1 göndərmiş, sonuncu da həmin geyim əşyaları və yataq dəstindən bir neçəsini özünə götürmüş, qalanını isə geri qaytarmışdır. Qızıl əşyalarını isə əri Məhkum2 vasitəsilə satdırmışdır. İstintaq materialları ilə müəyyən olunmuşdur ki, A.Mahmudova ilə Məhkum1 və onun əri Məhkum2 arasında qızıl əşyalarının alınıb-satılması ilə bağlı mülki mübahisə yaranmışdır. A.Mahmudova ifadələrində Məhkum1 və onun əri Məhkum2 onun etibarından sui-istifadə edərək aldadıb satmaq üçün götürdükləri 40000 ABŞ dolları məbləğində qızıl əşyalarını dələduzluq yolu ilə ələ keçirmələrini göstərsə də, Məhkum1 və onun əri Məhkum2 tam fərqli ifadələr verərək aldıqları qızıl əşyalarını satıb pulunuAya verdiklərini göstərmişlər. İş üzrə toplanmış sübutlarla Məhkum1 və Məhkum2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə X13 qarşı dələduzluq etmələri istintaq zamanı kifayət qədər sübut olunmadığından cinayət işi üzrə icraata xitam verilmiş,Aya onunla Məhkum1 və Məhkum2 arasında olan mülki mübahisə ilə bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah olunmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında’’ Azərbaycan Respublikası Ali Məhkəm əsi Plenumunun xx xx 2015-ci il tarixli 7 nömrəli Qərarının nəticə hissəsinin 1-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əv əzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri ye rinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyy ətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəldilsin. İzah edilsin ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Göründüyü kimi, tərəflər arasında göndərilmiş və qəbul edilmiş qızıl əşyaların miqdarı, həmin qızılların satış qiymətləri, satış pullarının mal sahibinə (Aytən Mahmudovaya) göndərilib-göndərilməməsi ilə bağlı mübahisə vardır; lakin işdə Məhkum1 Aa Məhkum2)A tərəfindən göndərilmiş qızıl əşyaları dələduzluq edərək ələ keçirməsini iddia etməyə və bu qənaətə gəlməyə əsas verən tutarlı sübutlar mövcud deyildir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xx 2015-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində qeyd olunur ki, məhk əmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlsin. Həmin Qərarın 27-ci bəndində qeyd olunur ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər... Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə kollegiyası birinci və apellyasiya instasiyası məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum1 və Məhkum2 qarşı onlarınAN külli miqdarda əmlakını ələ keçirmək məqsədilə sonuncuya məxsus 35142,16 manat dəyərində qızıl-zinət əşyalarını müxtəlif şəxslərə orta bazar qiymətinə uyğun satacaqları, satışdan əldə olunan pulu ona verəcəkləri barədə yalan vəd verərək, sonuncunu onlara olan etibarından sui-istifadə etməklə aldadıb, həmin qızıl əşyaları faktiki dəyərindən qəsdən daha ucuz qiymətə satıb pulunu ələ keçirməkləAya ümumilikdə vahid niyyətlə 35142,16 manat məbləğində ziyan vurmaqla dələduzluq etmələrinə dair irəli sürülmüş ittiham məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyasının qəna ətincə, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş həmin ittiham kifayət qədər əsaslı deyildir. İbtidai istintaq orqanı gəldiyi nəticələrdə müstəsna olaraq zərərçəkmiş şəxs hesab edilmişAN təqdim etdiyi məlumat və mülahizələrə əsaslanmış, təqsirləndirilən şəxslər kimi cəlb edilmiş Məhkum1 və Məhkum2 istintaqa təqdim etdikləri dəlilləri isə lazımınca nəzərə almamış və düzgün qiymətləndirməmişdir. Ona görə də ibtidai istintaq orqanı tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Hazırkı iş üzrə ittiham tərəfinin əsas sübutu təqsirləndirilən şəxs Məhkum1 zərərçəkmiş şəxsAya verdiyi yazılı qəbzdir. Həmin qəbzdə (yaxud iltizamda) Məhkum1Adan satmaq üçün aldığı 40000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının pulunu verməyi öhdəsinə götü rmüşdür. Məhkəmə proseslərində Məhkum1 həmin qəbziAN təzyiq və hədələrindən qorxaraq sonuncunun diktəsi ilə yazdığını bildirmişdir. Sözügedən qəbzdə Məhkum1Am “aldatması” barədə işlətdiyi ifadələr onun qəbzi həqiqətən də təzyiq, hədə-qorxu və diktə altında yazdığına dəlalət edir, ona görə ki, hər hansı şəxsin başqasını aldatdığını, yəni dələduzluq etdiyini könüllü olaraq yazılı surətdə “etiraf etməsi” inandırıcı görünmür. Digər tərəfdən isə, sözügedən qəbzdə Məhkum1 qızılların özünü və ya sataraq pulunu mənimsədiyini deyil, həmin qızılları satıb pulunu yığa (toplaya) bilmədiyini, ona görə də qızılların pulunuAya vəd etdiyi vaxtda verə bilmədiyini göstərmişdir. Bəhs edilən qəbz ən yaxşı halda Məhkum1 tərəfindən öhdəliyin və borcun etirafı kimi qiymətləndirilə bilər ki, bu baxımdan da həmi n qəbz tərəflər arasındakı mübahisənin mülki qaydada həlli zamanı sübut əhəmiyyətinə malik ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır; cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. CPM-in 8.0.5-ci maddəsinə görə, cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. CPM-in 21-ci maddəsinə əsasən, cinayət in törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır... Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır... Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən ş əxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci və apellyasiya instasiyası məhkəmələri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq hazırk ı işdə təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmaması barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Cinayət Prosessual Məcəlləsinin 42.1 və 42.1.2-ci maddələrinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci və apellyasiya instasiyası məhkəmələrinin iş üzrə gəldiyi nəticələr düzgün və əsaslıdır; birinci instansiya məhkəməsi təqsirləndi rilən şəxslər Məhkum1 və Məhkum2 onlara qarşı irəli sürülmüş ittihamlar üzrə əməllərində cinayət tərkibi olmadığına görə bəraət verməkdə, həm də bununla əlaqədar onlara qarşı irəli sürülmüş mülki iddianı baxılmamış saxlamaqda haqlı olmuşdur. Cinayət işi üzrə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətlərinin dəlillərinin əsassızlığı apellyasiya instansiya məhkəməsinin qərarında əsaslandırılmışdır. Məhkum1 və Məhkum2 dələduzluq cinayət əməlini törətməsi sübut edilməmişdir. Dövlət ittihamçısı X2 tərəfindən verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxs X10 nümayəndəsi X1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il il tarixli qərarının ləğv edilməsi üçü n Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə və zərərçəkmiş şəxsin nümayənd əsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Sədrlik edən: Hakimlər: imza imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar