Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1398/2022 08.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X3 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 1(103)-1264/2021 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tər əfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1984-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 02 may 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 21 may 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə, qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan «Vaqif» adlı şəxsdən 5 ədəd bükümdə kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,440 qram narkotik vasitə olan heroin, 6 ədəd bükümdə kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,047 qram olan kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetamin, narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrə aid 1 ədəd təsir maddəsi 0,1 qram olan tramadol və 9 ədəd təsir maddəsinin ümumi miqdarı 1,35 qram olan preqabalin maddələrini əldə edərək, özünə məxsus “Mercedes Benz 270 CDİ” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlamaqla daşımış və 26 noyabr 2019-cu il tarixdə, saat 22:30-da narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq “Mercedes Benz 270 CDİ” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə ünvan 4 ünvanında yerləşən Bakı şəhər Baş Polis İdarəsinə gətirilib İdarənin inzibati ərazisində həmin avtomobilə baxış keçirilərkən avtomobilin salonundan 5 ədəd bükümdə kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,440 qram narkotik vasitə olan heroin, 6 ədəd bükümdə kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,047 qram olan kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetamin, narkotik v asitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrə aid 1 ədəd üzərində “Tramadol 2 ml, 100mq 04 17. 04 2022” yazısı olan preparat, təsir maddəsi 0,1 qram olan tramadol və 9 ədəd üzərində “preqabalin 150 mq” yazısı olan kapsullardakı preparat təsir maddəsinin ümumi miqdarı 1,35 qram olan preqabalin aşkar edilərək götürülmüşdür.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(011)-17/2021 nömrəli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunm uş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 27 noyabr 2019-cu il tarixdən 28 noyabr 2019-cu il tarixədək həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 mart 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
6. Hökümdən Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və sonunvuya daha yüngül cəza növü təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum cinayət əməlinin törədilməsində təqsirliliyi işdə olan heç bir sübutla təsdiq olunmamış, məhkəmə sadəcə ona qarşı irəli sürülmüş ittihamı heç bir əsaslandırma aparmadan təsdiq etmişdir. Məhkum həm istintaq, həm də məhkəmə baxışında ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək avtomobilində aşkar edilmiş narkotik, psixotrop və güclü təsir edən maddələri satış məqsədi ilə deyil öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, onun bu ifadəsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş SMS yazışmalardan da görünür ki, təqsirləndirilən şəxs həm özünə, həm də həmin şəxslərə birlikdə qəbul etmək üçün narkotik vasitənin əldə edilməsini nəzərdə tutur. Bu yazışmalarda satışa dair heç bir dəlilin olmaması məhkəmə tərəfindən nəzərə alınmamışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2021-ci tarixli, 1(103)-1264/2021 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(011)-17/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 1(103)-1264/2021 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayə tinin dəliləri eyni olmuş, müdafiəçi onları təkrarlamaqla, Məhkum cinayət əməlinin hüquqi tövsifini, həmçinin təyin edilən cəzanın ağırlığını mübahisələndirmişdir. Müdafiəçi qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməyərək Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələrinə tövsif etmişdir. Eyni zamanda məhkəmələr himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə məhkum olmasını və s. yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə almayaraq Məhkum ağır cəza təyin etmişlər. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 1(103)-1264/2021 nömrəli qərarının ləğv edilməsi, Məhkum Azərbaycan Respublika sı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona daha yüngül cəza təyin edilməsini xahiş edir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası m əhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudları nı Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin səhv tövsif edildiyini və cəzasının ağır olduğunu iddia edərək, tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səla hiyyətlərinə aid olan kimi görür və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 1(103)-1264/2021 nömrəli qərarını qaldırılan dəlillərlə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrən ilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarını, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin tövsifi və ona təyin edilmiş cəzanın mübahisələndirilməsi üzrə irəli sürülmüş dəlillərlə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı hesab edir.
22. Məhkəmə kollegiyası xatırladır ki, formalaşmış məhkəmə praktikasına görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 2, § 9, 4 m art 2011-ci il).
23. Cinayət işinin materiallarından da göründüyü kimi, Məhkum idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələr müxtəlif çeşiddə və çoxlu bükümdə olmaqla - altı ədəd bükümlərdə ümumi 0,987 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, beş ədəd bükümdə ümumi 1,390 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd üzərində “Tramadol 2ml, 100 mq, 04 17 04 2022” yazısı olan preparat, təsir maddəsi 0,1 qram olan tramadol və səkkiz ədəd üzərində “Preqabalin 150 mq” yazısı olan kapsullarda preparat, təsir maddəsi preqabalindən ibarət olmuşdur. Həmçinin, onun istifadə etdiyi mobil telefonunun yaddaşında istehlakçılarla yazışmanı əks edən müxtəlif məzmunlu SMS mesajları aşkarlanmışdır. Məhkəmə ko llegiyasının fikrincə, apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə alıb Məhkum törətdiyi cinayət əməlini məhz Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə tövsif etməsində düzgün, qanuni və əsaslı qərar vermişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin qərarını təkzib edə biləcək dəlillər gətirilmədiyindən, Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini şübhə altına almaq üçün əsas müəyyən edi lmir.
25. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum daha yüngül cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu hissədə mövqeyi ilə razılaşır və hesab edir ki, onların qəbul etdiyi qərarlar müvafiq maddi cinayət-hüquqi normalarına uyğunundur. Məhkəmələr Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal kimi ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçü n əsas müəyyən etmir.
26. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğun qəbul edilmişdir.
28. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 1(103)-1264/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 1(103)-1264/2021 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.