Məhkəmə qərarları › İş №1(102)-1398/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1398/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1398/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 30 yanvar tarixli, 1(105)-88/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (Hakim Z.A.Hacıyev) 2024-cü il 24 aprel tarixli, 1(060)230/2024 nömrəli hökmü ilə, xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “NAC Company” avtomobil sürtkü yağları və akkumulyatorları satışı şirkətində mühasib işləmiş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyas iya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X9 və X7 ibarət tərkibdə) 2024-cü il 10 iyul tarixli, 1(105)-518/2024 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-230/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-230/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli hökmü və məhkəmə hazırlıq iclasının, 31 yanvar 2024-cü il tarixli məhkəmə baxışının təyin edilməsinə dair qərarı ləğv edilmiş, Məhkumnn Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Sumqayıt Şəhər Məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Sumqayıt Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-518/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X13 və X8 ibarət tərkibdə) 2024-cü il 5 dekabr tarixli, 1(102)-2537/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-518/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən), X15 və X5 ibarət tərkibdə) 2024-cü il 10 iyul tarixli, 1(105)-518/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm ape llyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, xx.xx.2023cü il tarixdə, saat 16:30 radələrində, mühasib vəzifəsində işlədiyi ünvan 3 ünvanında yerləşən Nəqliyyat-1 MMC-nin inzibati binasında, həmin MMC-nin əməkhaqqı hesablanması üzrə mühasibi vəzifəsində çalışan Zərərçəkmiş şəxs oturduğu otağa daxil olaraq onun əmək haqqının verilməsini gecikdirdiyini bəhanə edib ona irad tutaraq heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub i ctimai asayişi və Nəqliyyat-1 MMC-nin iş rejimini pozmaqla otaqda olan digər işçilərin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş və sağ ayağının topuq nahiyəsinə ayaq zərbəsi ilə qəsdən vuraraq, eləcə də sonuncunu tutub itələməklə otaqda olan dolaba çırparaq ona sol saidin yuxarı 1/3-nin 2 ədəd yarası və sağ topuq oynağının şişkinliyi qançırı ilə nəticələnən, birlikdə və ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, CPM-nin 392.3-cü maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgün lüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Lakin Apellyasiya instansiyası tərəfindən ittihama hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız olaraq imtina edilmişdir. Müdafiəçi bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən də iş üzrə toplanmış sübutlar tam, obyektiv və hərtərəfli qiymətləndirilməmiş, ittiham hökmü verilmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrə düzgün hüquqi qiymət verməmiş, məhkəmə baxışı zamanı tədqiq edilmiş iş üçün əhəmiyyət kəsb edən bütün sübutları qiymətləndirməmiş, hadisəsinin zərərçəkmişin təşəbbüsü ilə başlanması, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, bir müəssisənin işçiləri olmaları, hadisənin kənar şəxslərin deyil hər ikisinin tanıdıqları şəxslərin - iş yoldaşlarının dairərəsində baş verməsini, hadisənin əmək haqqının təqsirləndirilən şəxsə verilməsinin üzürsüz səbəbdən gecikdirilməsi səbəbindən baş verməsini hökmdə nəzərə almamış, nəticədə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin törədilməsində təqsirli bilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli olaraq məhkəmə istintaq zaman verdiyi ifadədə guya ona xəsarətin Məhkum tərəfindən ona atılmış su qabının kəsməsi nəticəsində həmçinin dolabın şüşəsinin kəsilməsi nəticəsində yetirildiyini bildirmişdir. Həmçinin işin faktiki hallarından görünür ki, Məhkum cinayət törətməmiş, Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir, əksinə özü zərərçəkmiş şəxs tərifindən fiziki zorakılığa məruz qalaraq həmin günü xəsarət almışdır. Məhz onun 102 xidmətinə şikayəti əsasında polisə müraciət olunmuşdur. Həmin hadisə zamanı Məhkum yetirilən xəsarətə görə Zərərçəkmiş şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxsin müraciəti əsasında araşdırma başlandıqdan sonra zərərçəkmiş tərəfindən güya Məhkum tərəfindən ona xəsarət edilməsi barə də xx.xx.2024-cü il tarixdə polisə şikayət ərizəsi verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər X25 Xəstəxanası tərəfindən verilmiş TTYŞ xəstə müayinə və müşahidə formasından çıxarışda Zərərçəkmiş şəxs xəsarətin hansı şəraitdə kim tərəfindən ona xəsarət yetirilməsi göstərilməmiş, ilkin epikriz isə Sumqayıt şəhər X25 Xəstəxanasından əldə edilməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-88/2025 saylı cinayət işi üzrə xx.xx.2025-cü il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini x ahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsind ə kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində Məhkum bəraət verilməli olduğunu mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakılar ı qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dər əcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini mü zakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, müdafiə tərəfi kassasiya şikayətində Məhkum CM-in 221.1-ci maddəsi ilə bəraət verilməli olduğunu iddia etmişdir. Məhkəmə kollegiyası hazırkı cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən yoxlanılaraq qi ymətləndirilmiş sübutlara əsaslanaraq qeyd edir ki, ittihamda göstərilən hadisə nəticəsində Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti yetirilmiş, hadisə şahidləri də zərərçəkmiş şəxsə xəsarətin məhz Məhkum tərəfindən yetirilməsini birmənalı şəkildə təsdiq etmişlər. Həqiqətən də həmin vaxt məhkum və zərərçəkmiş şəxs arasında münaqişəli vəziyyət yaranmış və tərəflər bir-birinə qarşı aqressiv münasibətdə olmuş, hadisə zamanı həmin tərəflər arasında baş vermiş mübahisə nəticəsində hər iki şəxs bədən xəsarətləri almışlar. Məhkum S.Mustafayevə sağlamlığa zərər vurmayan xəsarət, zərərçəkmiş şəxs isə yüngül bədən xəsarəti almışdır. Qeyd edilən işin halları cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin Məhkum CM-in 221.1-ci maddəsi ilə bəraət verilməsinə dair dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkum S.Cəbrayılovanın cinayət əməlinin tövsifi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəx sin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-mü əyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiy i mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-in 124.1-ci madd.). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125-ci madd.). Azərbaycan Respublikası CPM-in 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. CPM-in 126.2-ci maddəsinə görə yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar t oplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərindən görünür ki, cinayət prosesini həyata keçirən orqan hər hansı hadisənin baş verməsini mötəbər şəkildə sübut etməlidir, o cümlədən hadisənin baş verməsinin vax tı, yeri, şəraiti, təqsirin forması, hadisənin baş verməsinin səbəbləri, motivi, niyyəti və sair əhəmiyyətli hallar mötəbər sübutlarla təsdiq edilməlidir. Bu məqsədlə sübutlar əldə olunmalı, yoxlanılmalı, müqayisəli şəkildə tədqiq edilməli və obyektiv şəkildə qiymətləndirilməlidir. Lakin hazırki işin hallarından görünür ki, istər ibtidai istintaq orqanı, istərsə də məhkəmələr prosessual qanunvericiliyin qeyd olunan məqsədlərinə nail ola bilməmişlər. Belə ki, ibtidai istintaq, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkum xx.xx.2023-cü il tarixdə, saat 16:30-da, mühasib vəzifəsində işlədiyi ünvan 3 ünvanında yerləşən Nəqliyyat-1 MMC-in inzibati binasında, həmin MMC-in əməkhaqqı hesablanması üzrə mühasibi vəzifəsində çalışan Zərərçəkmiş şəxs oturduğu ot ağa daxil olaraq onun əmək haqqının verilməsini gecikdirdiyini bəhanə edib ona irad tutaraq heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi və Nəqliyyat-1 MMCnin iş rejimini pozmaqla otaqda olan digər işçilərin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş və sağ ayağının topuq nahiyəsinə ayaq zərbəsi ilə qəsdən vuraraq, eləcə də sonuncunu tutub itələməklə otaqda olan dolaba çırparaq ona sol saidin yuxarı 1/3nin 2 ədəd yarası və sağ topuq oynağının şişkinliyi qançırı ilə nəticələnən, birlik də və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. İstintaq orqanı və məhkəmələr hesab etmişdir ki, Məhkum yuxarıda təsvir olunan hərəkətləri heç bir əsaslı səbəb olmadan ictimai qaydanın və ictimai asayişin kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdir, yəni xuliqanlıqdır. Lakin iş materiallarının təhlilindən formalaşan mənzərə ondan ibarətdir ki, istintaqın xuliqanlıq kimi təsvir etdiyi hadisə heç də xuliqanlıq zəmininda baş verməmiş, şəxsi münasibətlərin pozulması zəminində törənmişdir. Belə ki, həm məhkumun, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələri ilə təsdiq edilir ki, məhkum v ə zərərçəkmiş şəxs arasında baş verən mübahisə məhkumun əmək haqqının vaxtında ona ödənilməməsi səbəbindən baş vermişdir. Məhkum zərərçəkmiş şəxsin fəaliyyət göstərdiyi həmin otağa əmək haqqının hansı səbəbdən verilməməsini, keçikdirilməsini aydınlaşdırmaq məqsədi ilə getmiş, həmin otaqda etinasızlıq və saymamazlıqla üzləşdiyindən, verdiyi suala heç bir cavab almadığından, tərəflər arasında münaqişəli vəziyyət yaranmış və tərəflər qarşılıqlı şəkildə bir-birinə xəsarət yetirmişlər. Hadisə 5-6 dəqiqə davam etmişdir. Hadisədən dərhal sonra məhkum hadisə barədə Polisin 102 xidmətinə məlumat vermiş, ekspertizadan keçmiş, bədəni üzərində xəsarətlərin olması müəyyən edilmiş, zərərçəkmiş şəxsin İXM-in 157-ci maddəsi ilə, döyməyə görə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Təəssüf ki, cinayət işinin materillarında həmin inzibati xətanın hansı nəticə ilə yekunlaşmasına dair heç məlumat yoxdur. Lakin zərərçəkmiş şəxs hadisə baş verdiyi gündən 16 gün sonra polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Cinayət hadisəsinin yuxarıda təsvir olunan şəkildə baş verməsi işdə olan mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmələrdə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun müqayisəli şəkildə, CPM-in 416-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, təsvir olunan hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi CM-in 221.1-ci maddəsinin tələlərinə uyğun sayıla bilməz. Belə ki, CM-nin 221-ci maddəsində xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik i fadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsvir edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərind ə zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə p ozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd tə şkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyə n edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəvi yyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki işin hallarından görünür ki, məhkumla zərərçəkmiş şəxs arasında münaqişə şəxsi münasibətlərin gərginləşməsi səbəbindən baş vermiş, məhkumun əmək haqqının vaxtında verilməməsi, bunun müqabilində üzləşdiyi laqeyitlik, eləcə də hər iki tərəfin bu vəziyyətdən doğan bir-birinə qarşı aqressiv münasibət və davranışı, nəticədə hər iki tərəfin bədən xəsarətləri alması ilə nəticələnmişdır. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan Qərarında qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı a çıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiyası hesab edir ki, əgər şəxsin hadisələrin sonrakı gedişatında da cəmiyyətə hörmətsizlik etmək, onlarda özünün müstəsna şəxsiyyət olması fikri yaratmaq niyyəti yoxdursa, onun cəmiyyət tərəfindən müşahidə edilən, bütün tərkib əlamətləri ilə konkret şəxsə yönələn və qısa zaman ərzində baş verən zorakı davranışı xuliqanlıq cinayəti kimi qiymətləndirilə bilməz. Əks halda, xuliqanlıq cinayətinin tərkib əlaməti olan subyektiv cəhət cinayət hüquqi baxımdan öz mənasını və əhəmiyyətini itirərdi. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hadisə şəxsi münasibətlər zəminində baş vermiş, qısa müddət ərzində davam etmişdir. Hazırki cinayət işi üzrə S.Mustafayevə münasibətdə xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda və məhkə mələrin hökm və qərarında müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmişdir. Hazırki iş üzrə ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edilməsinə baxmayaraq, hadisənin şəxsi münasibətlərdən yaranması və hər iki tərəfin bir-birinə qarşı aqressiv hərəkətlərindən törənməsi halında, əməl xüliqanlıq cinayət əməli kimi qiymətləndirilə bilməz. Sevinc Cəbrayılovanın niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlıqla törədilən cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanı və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıqla törədilən cinayət kimi qiymətləndirmişlər. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnmə si ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıqla törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ittiham tərəfinin iddia etdiyi kimi baş vermiş hadisə motivsiz, yaxud xuliqanlıq cinayət əməlinin dispozisiyasında əks olunan hərəkətlərin edilməsi ilə baş verən hadisə deyil və şəxsi münasibətlərin pozulması zəmininda baş vermiş dalaşmadır. Bu zəmində baş vermiş dava-dalaş zamanı ictimai qayda pozulmuş olsa belə bu hal xuliqanlıq kimi qiymətləndirilə bilməz. Odur ki, kollegiya hesab edir ki, Sevinc Cəbrayılovanın əməli CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası S.Cəbrayılovaya cəza təyin edilməsi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət törətmiş şəxsə cəza təyin edilməsinin ümumi əsasları CM-in 58-ci maddəsi ilə tənzimlənir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin etmənin ümumi əsaslarının təhlilindən meydana çıxan mənzərə ondan ibarətdir ki, məhkəmə cinayət törətməkdə təqsir li bilinən şəxsə cəza təyin etmə məsələsini həll edərkən həm növ, həm də hədd baxımından təqsirli şəxsə daha yüngül cəza təyin edilməsinə üstünlük verməli, sərt cəzaların təyin edilməsinə isə az ciddi cəza növü və ya həddinin cəzanın məqsədlərini təmin edə bilmədiyi hallarda yol verilməlidir. Lakin məhkəmə cəza təyin edilməsi məsələsini həll edərkən az ciddi cəza növü və ya həddinin cəzanın məqsədlərini təmin edə bilməməsini və məhz bu səbəbdən təqsirli şəxsə daha sərt cəza təyin etmək məcburiyyətində qaldığını konkret sübutlara istinad etməklə hökmdə əsaslandırmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, təqsirli şəxsə cəza təyin edilərkən CM-in ədalət və humanizm kimi prinsiplərinin tələblərinə də riayət edilməsi zəruridir və təyin edilmiş cəza açıq-aşkar ədalətsiz və həddindən artıq sərtliyi baxımından şəxsə işgəncə verilməsi məqsədi ilə təyin edilmiş cəza xarakteri daşımamalıdır. Bu zaman nəzərə alınması vacib olan bir məsələ də ondan ibarətdir ki, törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilk dərəcəsi, o cümlədən təqsirkarın şəxsiyyəti nəzərə alınmaqla cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə də əməl edilməsi böyük önəm daşıyır. Etiraf etmək lazımdır ki, cinayət törətməkdə təqsirli hesab edilən şəxsə ədalətli cəza təyin edilməsi olduqca mürəkkəb, çətin və məsuliyyətli bir prosesdir. Bu zaman nəzərə alınması zəruri olan çoxsaylı prinsip və əsaslar mövcuddur. Məhkəmə hökmü və ya qərarı ilə təyin edilən cəza həm cəmiyyətdə sosial ədaləti bərpa edir, həm cinayət törətmiş şəxsi islah edir, həm də məhkum və digər şəxslərə tərbiyəedici və çəkindiri ci təsir etməklə cəmiyyətdə tarazlığı qoruyur, cəmiyyəti kənar, zərərli, neqativ əməl və meyllərdən mühafizə edir. Lakin bu təsir yalnız o zaman effekli və düzgün olur ki, təyin edilən cəza həm ədalətli, həm də humanist cəza olsun. Yəni bəzi hallarda sərt cəzaların təyin edilməsi əks effekt verir və islah etmək əvəzinə işgəncə vermək və ləyaqəti alçaltmaq kimi qiymətləndirilir. Məhz bu səbəbdən CM-in 58.1-ci maddəsi həm növ, həm də hədd baxımından sərt cəzaların təyin edilməsinə məhdudiyyət müəyyən etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi X16 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2024-cü il 24 aprel tarixli, 1(060)-230/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 2025-ci il 30 yanvar tarixli, 1(105)-88/2025 nömrəli qərarı Məhkum müdafiəçisi X16 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 5% məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən Məhkum 23 iyun 2025-ci il tarixdən 25 iyun 2025-ci il tarixə kimi azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi 3 (üç) gün müddət ona təyin olunan 6 (altı) ay islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq qazancından dövlət nəfinə 5% məbləğində pul tutulmaqla 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətində islah işləri cəzası saxlanılsın. Məhkum azadlığın məhdudlaşdırması cəzasını çəkməkdən dərhal azad edilsin. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Qərar, Məhkum müdafiəçisi X16 tərəfindən verilmiş ka ssasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar