Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1399/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi),Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib Elnur Nizami oğlu İsa ibarət tərkibdə, katib X12-zadə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 və Məhkum iştirakları ilə, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2019-cu il tarixli onun CM-nini 178.2.4-cü maddəsi ilə məhkum olunması barədə hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli hökmü ilə (hakim V.Ə.Abdullayev) 24.12.1983-cü ildə Ağdam rayonunun Maqsudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, *****************************yaşamış Məhkum əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilərək, o, həmin maddə ilə 480 saat ictimai işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin (bundan sonra CM) 69.3cü maddəsinə əsasən həbsdə və ev du staqlığında saxlandığı 235 günün bir günü ictimai işlərin səkkiz saatına bərabər hesablamaqla, həmin cəza ilə əvəzləşdirmiş və o, cəzasını çəkmiş hesab olunmuşdur. İşin halları: Hökmə əsasən Məhkum mülki hüquqi əqd olan girov müqaviləsi ilə X4 xeyrinə yüklü edilmiş ona və arvadına məxsus 610 qram çəkidə müxtəlif adda qızıl-zinət əşyalarını üzərində özünün hüquqlarını tam olaraq reallaşdırmaq üçün normativ hüquqi aktla müəyyən edilmiş qaydada mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, həmin davranış qaydasına ziddi olaraq qanuniliyi X7 tərəfindən təkzib edilən şəkildə həmin əmlak üzərində mülkiyyət hüququna sahib olmasını əsas gətirərək 06 iyun 2017-ci ildə tarixdə, saat 15 radələrində X1 olan 610 qram çəkidə müxtəlif adda qızıl-zinət əşyalarını Gəncə şəhərinin ****** ************küçəsində yerləşən “Xanımın dükanı” adlanan mağazanın arxa qapısından gizlicə çıxardıb qaçmaq yolu ilə öz sahibliyinə keçirərək zərər çəkmiş şəxsə mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə Məhkum həmin hərəkətləri ilə CM-in 322.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. İstintaq orqanı tərəfindən Məhkum ittiham elan edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, arvadı X5 tanışı Gəncə şəhəri *************************** yaşayan X3 2016-cı ilin dekabr ayından dəqiq günü istintaqa məlum olmayan tarixdən başlayaraq 2017-ci ilin fevral ayına qədə r dəqiq günü istintaqa məlum olmayan günədək olan müddət ərzində hissə-hissə olmaqla müxtəlif vaxtlarda ümumilikdə 37.400 manat nəğd pul alıb, aldığı pulun zəmanəti olaraq girov kimi qoyduğu ümumilikdə 610 qram çəkidə olan qızıl zinət əşyalarını o, 06.11.2017-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri Kəpəz rayonu, H.Əliyev prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində yerləşən mağazada çəkdirib geri qaytarmaq adı ilə G8 almaqla sonuncuya mağazanın qarşısında dayanıb onu gözləməsini bildirərək mağazanın ************* prospektindən olan giriş qapısından içəri daxil olaraq dərhal mağazanın Dədə Qorqud küçəsinə açılan qapısından çıxıb həmin küçədə taksi kimi fəaliyyət göstərən X8 idarə etdiyi “MERSEDES BENZ” markalı ***** qeydiyyat nömrə nişanlı avtomobillə kənarlaşıb gedərək nəticədə zərərçəkmiş şəxs X4 xeyli miqdar təşkil edən 37.400 (otuz yeddi min dörd yüz) manat dəyərində əmlakını və əmlaka dair hüquqlarını ələ keçirib dələduzluq etmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə və zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), S.B.Hüseynov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 05 aprel 2019-cu il tarixli qərarı ilə apelyasiya protesti və apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tari xli hökmü ləğv edilmiş və iş üzrə yeni hökm çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək həbsdə saxlandığı və ev dustaqlığında olduğu 15 may 2018-ci il tarixdən 24 dekabr 2018-ci il tarixədək olan 07 (yeddi) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2019-cu il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin hökmün ləğv edilərək barəsində b əraət hökmü çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsi barəsində olan hökmü ləğv edərək cinayət qanunu üzrə tövsif olunan maddəni dəyişərkən prosessual hərəkətləri pozmaqla bərabər ona qarşı qərəzli hərəkətlər etməklə törədilmiş cinayət əməlinə görə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı zərərçəkmişin və şahidlərin ifadələrində pulun ona verilmədiyi qeyd olunmuş, pulun verildiyi tarixdə onun Azərbaycan Respublikasında olmadığı zərərçəkmişlə heç bir əlaqəsinin olmadığını sübut edir. Məhkəmə qərar qəbul edərkən istintaq araşdırmalarına fikir vermədən və məhkəmə istintaqını prosessual qanunvericiliyə uyğun aparmadan hər hansı bir mara ğa xidmət etməklə, ona ifadə vermək üçün imkan vermədən, hətta son söz belə vermədən dövlət ittihamçısının istədiyi cəza həddindəndə çox cəza təyin etmiş, üç azyaşlı uşağının, işsiz həyat yoldaşının və xəstə anasının olmağını cinayət işi üzrə ona aid yüngülləşdirici hal olaraq nəzərə almamışdır. Qeyd olunanlara əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2019-cu il tarixli hökmünü ləğv edərək Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirsizliyinə dair ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəti cələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Re spublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, zərərçəkmişin və şahidlərin ifadələrində pulun ona verilmədiyi qeyd olunmuş, pulun verildiyi tarixdə onun Azərbaycan Respublikasında olmadığı zərərçəkmişlə heç bir əlaqəsinin olmadığını sübut edir. Məhkəmə qərar qəbul edərkən istintaq araşdırmalarına fikir vermədən və məhkəmə istintaqını prosessual qanunvericiliyə uyğun aparmadan hər hansı bir marağa xidmət etməklə, ona ifadə vermək üçün imka n vermədən, hətta son söz belə vermədən dövlət ittihamçısının istədiyi cəza həddindəndə çox cəza təyin etmiş, üç azyaşlı uşağının, işsiz həyat yoldaşının və xəstə anasının olmağını cinayət işi üzrə ona aid yüngülləşdirici hal olaraq nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclası protokolunda və hökmünə qeyd edilmişdir ki, Məhkum məhkəmədə dindirilən zaman bildirdi ki, 2014-cü ilin mayında arvadı G8 bibisi X8 təkidi ilə ona və arvadına məxsus, bir ədəd, 583 əyyarlı brilliant qaşlı sırğa və üzükdən ibarət dəsti, 1 ədəd, 583 əyyarlı 25 qram çəkidə “reket” qızıl qolbağı, 1 ədəd, 583 əyyarlı, 14 qram çəkidə qızıl “yolka” bilərziyi, 1 ədəd, 583 əyyarlı, brilliant qaşlı 7 qram çəkidə qızıl üzüyü, 1 ədəd, 585 əyyarlı, 4 qram çəkidə buta şəkilli qızıl üzüyü, 1 ədəd, 583 əyyarlı, 5 qram çəkidə gül formalı qızıl üzüyü, 1 ədəd, 583 əyyarlı, 3 qram çəkidə qızıl üzüyü, 1 cüt, 583 əyyarlı, 5 qram çəkidə ulduz formalı sırğanı, 1 ədəd, 583 əyyarlı 5 qram çəkidə buta formalı qızıl üzüyü, 1 ədəd, 10-luq qızılı, 1 ədəd, 5-lik qızılı yaşadıqları evdə onun, G8, X8 və X8 əri 6 yanında X8 G8 uzaq qohumu G9 sələmə pul götürməsi üçün girov qoyması məqsədilə X8 vermişlər. Sonradan X8 həmin qızılları girov qoyub sələmə pul götürdüyünü eşitsə də, həmin pulun məbləğini dəqiq bilməmişdir. 2015-ci ilin yanvarında isə G8 ödəniş etmək üçün G9dən girovda olan bir ədəd “reket” qızıl qolbağını götürüb elə G9nin özü ilə birgə Mərkəzi Univermaqda 900 manata sataraq həmin pulu G9yə vermişdir. Bundan sonra da hər ay dəqiq xatırlamadığı məbləğlərdə ödəniş etmişlər. Hətta qardaşının arvadı Zəminə və baldızı Ceyrandan da qızıllar götürüb G9də girov qoyaraq əlavə pul götürmüşlər ki, hər ay ödəniş edə bilsinlər. Beləliklə, onların hesablamalarına görə 2017-ci ilin oktyabrına kimi G9yə təxminən 40000 manata yaxın ödəniş etdiklərindən, cəmi 5000 manat borcları qalmışdır. G9 isə həmin məbləğin 47000 manat olduğunu demişdir. 06 noyabr 2017-ci ildə oğlu V9ın avtomobili ilə onların yaşadıqları binanın həyətinə gələn G9 ilə aralarında belə razılığa gəlmişlər ki, G9də girovda olan qızılları və G8a məxsus əlavə qızılları da götürüb bir yerdə lombarda gedərək pul götürsünlər. Bundan sonra G9 ilə birgə V9ın avtomobili ilə Azərbaycan Texnologiya Universitetinin yaxınlığında yerləşən lombarda getmişlər. G9 qızılları lombarda təqdim etmiş, verilən az məbləğlə razılaşmadıqları üçün o, qızılları gö türərək G9 ilə birgə oradan çıxmışdır. Yol boyu o, G9ni razı salmağa çalışmışdır ki, qızıllar onda qalsın, başqa yerlərə apararaq qane edən qiymətə sata bilsə satsın, bilməsə lombarda qoyaraq pul götürsün. G9 onunla razılaşmayıb qızılları verməsini tələb etdikdə aralarında mübahisə yaranmışdır. O, G9nin ondan qızılları almaq istədiyini görüb “Xanımın dükanı” adlanan mağazaya qızılları çəkdirmək bəhanəsi ilə daxil olaraq mağazanın digər qapısından çıxaraq taksi ilə yaşadığı evə getmişdir. Birinci instansiya məhkəməsi iclasında zərər çəkmiş şəxs X7 ifadə verərək qeyd etmişdir ki, 2016-cı ilin mayında xalası oğlu Kəraməddinin evində qonaq olarkən Kəraməddinin arvadı X8nin qardaşı qızı G8la tanış olmuş, yaxın əlaqələr qurmağa başlamışlar. Ticarət mərkəzində icarəyə götürdükləri mağazanı maddi sıxıntılarla əlaqədar bağladıqdan sonra özlərinə məxsus avtomobilləri satmağa məcbur olmuşlar. G8la əlaqələri möhkəmləndiyindən G8 onun əlində pul olmasını bildikdən sonra ondan borc pul istəmiş, lakin o, borc verməmişdir. 2016-cı ilin dekabrında G8 sələmə pul verib yaxşı qazanc əldə etdiyini deyərək onda olan pulları borc olaraq verməyi təklif etmişdir. O, belə işlərdən qorxduğunu bildirdikdən sonra G8 qanuni olaraq Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində şərikli lombard açmağı təklif edib 2000 manat pul istəmişdir. G8 həmin pulun müqablində 300 qrama yaxın çəkidə müxtəlif çeşiddə qızıl-zinət əşyalarını gətirib ona girov qoyaraq 20000 manat götürmüşdür. Bundan sonra G8la birgə Dəliməmmədli qəsəbəsinə gedərək bir obyektə baxmış, G8 ona həmin obyekti icarəyə götürəcəklərini demişdir. 20 17-ci ilin yanvarında G8 300 qrama yaxın çəkidə əlavə qızılzinət əşyaları gətirib ona verərək iş qurmaq adı ilə ondan 17400 manat pul almışdır. G8 müxtəlif aylarda bir neçə dəfə hissə-hissə olmaqla, ona cəmi 5000 manat məbləğində pul verərək lombard açılanadək müxtəlif şəxslərə lombard kreditləri verdiyini deyib həmin pulların da qazanc olduğunu bildirmişdir. Bundan sonra əri E10ın G8ın əri V6la birgə Rusiya Federasiyasına gedib orada iş qurması üçün əlavə olaraq yaşadığı evdə G8a 10000 manat da pul vermişdir. Sonradan həmin iş alınmadıqda G8ın özü onun həm 37400 manatını, həm də sonradan verdiyi 10000 manatını qaytaracağını bildirmişdir. G8 ona guya kiminsə 10000 manat pul alıb qaytarmadığını deyərək lombard işinin alınmadığını bildirmişdir. Bundan sonra o, G8dan qızılların ona lazım olma dığını, onun pulunu qaytarmalarını tələb etmişdir. 06 noyabr 2017-ci il tarixdə G8 ona Bərdə rayonunda lombard işlədən tanışları olduğunu, onda olan qızılları qoyub pul götürmək istədiklərini dedikdə o, razılıq verməmişdir. Həmin gün saat 14 radələrində oğlu V9la birgə G8gilin yaşadıqları binanın qarşısından G8ın əri V6 götürərək həmin qızılları qoyub pul götürmək üçün Azərbaycan Texnologiya Universitetinin yaxınlığında V6ın tanışı olan lombarda getmişlər. Orada Ayxan adlı şəxs ümumi çəkisi 614 qram olan həmin qızıllara görə 22000 manat verə biləcəyini dedikdə razılaşmayaraq oradan çıxmışlar. Bundan sonra V6 oradakı tərəzinin düz çəkmədiyini, yaxınlıqdakı “Xanımın dükanı” adlanan mağazada qızılları çəkdirib gələcəyini demişdri. O, həmin dükanın qarşısında V6 gözləməyə başlamışdır. V6 gəlmə diyini görüb mağazaya girdikdə V6 qızıllarla birgə arxa qapıdan çıxıb getdiyini başa düşüb bu barədə polisə məlumat vermişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara da istinad etməklə belə nəticəyə gəlmişdir ki, məhkəmə araşdırması zamanı həmin qızıl-zinət əşyalarının– təqsirləndirilən şəxsin özünə və arvadına məxsus olması təqsirləndirilən şəxsin zərərçəkmişdən bilavasitə və ya digər şəxslərlə birlikdə hər-hansı məbləğdə pulu və ya hər-hansı əmlaka dair hüquqları ələ keçirmədiyi müəyyən edilmişdir. Cinayət-hüquq nəzəriyyəsinə görə əməlin talama kimi tövsif olunması üçün talanan predmetin iqtisadi, hüquqi və fiziki əlamətlərə malik olması lazımdır. Hüquqilik əlamətinə görə, əməlin dələduzluq kimi tövsif olunması üçün dələduzluq yolu ilə ələ keçirilən əşya hüquqi cəhətdən özgənin mülkiyyəti olmalıdır. Lakin yuxarıda qeyd olunanlardan da görünür ki, Məhkum zərər çəkmiş şəxsin razılığı olmadan götürdüyü qızıl-zinət əşyaları ona və arvadına məxsus olmuş, Məhkum isə girov qoyulmuş həmin əşyaları zərərçəkənin sahibliyindən qanunsuz yolla götürmüşdür. Belə vəziyyətdə təqsirləndirilən şəxsin hərəkətləri talama cinayəti kimi deyil, “özbaşınalıq” cinayəti kimi tövsif oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə görə zərərçəkmiş şəxs X4 özündə saxladığı, Məhkum və ifadəsində göstərdiyi kimi arvadı G8a məxsus qızıl-zinət əşyaları borc götürülmüş pul məbləğinin təminatı kimi girov qoyulmuşdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə görə Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ. Mülki Məcəllənin 158.2-ci maddəsinə əsasən Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət tərkibi nəzərdə tutulmuşdur. Qanunun mənasına görə özgənin əmlak hüquqlarından biri kimi girov hüququnu pozma, girov qoyulmuş əmlakı aldatma yolu ilə ələ keçirmə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş dələduzluq cinayət əməlinin dispozisi yasına uyğun olduğundan dələduzluq kimi tövsif edilməlidir. Göstərilənlərə əsasən ittiham tərəfinin və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə gəldiyi nəticələr qanuni və əsaslı olduğundan bu barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Kassasiya şikayətində həm də cəza təyin edilərkən cəzanı yüngülləşdirən halların nəzərə alınmaması göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2019-cu il tarixli hökmündən müəyyən edilir ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab etmişdir ki, Məhkum törətdiyi cinayət əməlinə görə ona yalnız müəyyən müddətə azadlıqdan mə hrum etmə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilmədiyini də nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sanksiyasında 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş CM-nin 178.2.4-cü maddəsi ilə məhkuma 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi sanksiyanın nisbətən aşağı həddindədir. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayətində göstərilən halları nəzərə aldığını hökmdə sadalamasa da məhkum tərəfindən vurulmuş zərərin ödənməsi üçün heç bir tədbir görmədiyi halda sanksiyanın nisbətən aşağı həddində cəza təyin etməsi cinayət işinin faktiki hallarına, eləcə də kassasiya şikay ətində göstərilən hallara uyğun hesab edilərək kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2019-cu il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2019-cu il tarixli hökmü Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1399/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1399/2019
12.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver