Məhkəmə qərarları › İş №1(102)-1399/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1399/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1399/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxs X4 iştirakları ilə, 01 mart 1992-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X6 Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli, 1(107)-53/2023 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1(039)-106/2022 saylı hökmü ilə (sədrlik edən:T.M.Əliyev ) X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dərhal ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Hökmlə həmçinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlin i törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli, 1(107)-53/23 qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və X.H.Səmədov) verilmiş apellyasiya protesti qismən təmin edilmiş (Məhkum münasibətdə CM-in 67.1 -ci maddəsinə əsasən cəzaların toplanılması hissəsində), Yevlax Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1(039)-106/2022 saylı hökmü X6 aid olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X6 Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,308 qram psixotrop maddə olan metamfetamini əldə edib saxlamış və həmin 0,308 qram psixotrop maddə olan metamfetamini 27 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Yevlax şəhəri, Cahangir Kərimov küçəsində Məhkum 17 manata qəsdən satmış, 27 yanvar 2022-ci il tarixdə saat 21:15 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Məhkum Yevlax şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, Yevlax Rayon Polis Şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən Azad Mehtiyevdən 17 manata qanunsuz olaraq alıb əldə edib saxladığı təmiz çəkisi 0,308 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə Azad Mehtiyev özünümüdafiə xarakterli ifadəsi əsasında onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermiş, apellyasiya instansiyası məhkəməsi isə həmin əsassız və qanunsuz bəraət hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol ver mişdir. Dövlət ittihamçısı3 kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya və apellyasiya instansiyası m əhkəmələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X4 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından s əlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizli yini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X4 0,308 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və həmin 0,308 qram psixotrop maddə olan metamfetamini 27 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Yevlax şəhəri, Cahangir Kərimov küçəsində Məhkum 17 manata qəsdən satması sübuta yetirilməmişdir. Məhkəmələr gəldikləri nəticələri sübutlar, o cümlədən Azad Mehtiyevin özünün, iş üzrə keçən digər təqsirləndirilən şəxs Məhkum ifadələri və digər hallarla əsaslandırmışlar. Belə ki, öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, ibtidai araşdırma orqanı tərəfindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün əsas aşağıdakı sübutlar olmuşdur. - ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlini etiraf etməklə üzərindən aşkar" edilmiş narkotik vasitəni Azad Mehtiyevdən alması ilə bağlı ifadələri (bir necə dəfə müxtəlif səpkidə ifadələr vermiş), -iş üzrə keçən polis əməkdaşları Şahid1 və Şahid2 məhkəməyə qədər və məhkəmə istintaqı mərhələsində verdikləri ifadələr, - həmçinin istintaq zamanı digər iş ü zrə təqsirləndirilən şəxs hazırki iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsi, Bəraət almış şəxs X8 həm ibtidai istintaq zamanı həmdə məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, 03 fevral 2022-ci il tarixdə, təxminən günorta saatlarında Yevlax şəhərində, yaşadığı küçədə olarkən bir nəfər polis əməkdaşı ona yaxınlaşmış və onun narkotik vasitələrin satışında şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişdir. Ona heç bir etiraz etməmiş və onunla birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Şöbədə ona vəkil təqdim edilmiş və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Bu zaman üzərindən hər hansı narkotik və ya psixotrop maddə və yaxud başqa bir əşya aşkar edilməmişdir. Ona bildirilmişdir ki, Məhkum ondan 17 manata metamfetamin aldığını söyləmişdir. Buna etiraz etmiş və heç kimə narkotik və psixotrop maddə satmadığını söyləmişdir. Məhkum onunla üzləşmə zamanı ziddiyyətli ifadələr verərək gah onunla birlikdə narkotik vasitə qəbul etməsini bildirmiş, daha sonra isə müstəntiqin təzyiqi nəticəsində bildirmişdir ki, ondan narkotik vasitə almışdır. Sonradan vəkili vasitəsi ilə dəfələrlə yenidən Məhkumlə üzləşmə keçirilməsini müstəntiqdən xahiş etsə də, müstəntiq xahişini nəzərə almamışdır. Bundan başqa istintaq zamanı Şahid3la da video çəkiliş vasitəsi ilə üzləşmə aparılsa da, həmin üzləşməni əks etdirən nə protokol, nə də video görüntü iş materiallarına əlavə edilməmişdir. Narkotik maddələrin istifadəçisi olsa da, nə Məhkumlə, nə ona qarşı ifadə vermiş Şahid3la birlikdə narkotik və ya psixotrop maddə qəbul etməmiş, nə onlara, nə də başqa şəxsə həmin maddələrdən satmamışdır. Hazırkı iş üzrə məhkum edilmiş digər təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı (istintaq orqanın qənaətinə görə Azad Mehtiyevdən narkotik alan şəxs) ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan gün həqiqətən üzərində metamfetamin olmuşdur. Həmin metamfetamini bundan bir neçə gün öncə Yevlax şəhərində, Azaddan deyil, Feruz adlı şəxsdən almışdır. Buna baxmayaraq polis əməkdaşları onu məcbur etmişlər ki, psixotrop maddəni Azaddan aldığını söyləsin. Azadın narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumatı yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hələ ibtidai istintaq dövründə Məhkum Azad Mehtiyevlə üzləşmə zamanı Məhkum ziddiyyətli ifadələr verərək ilk olaraq Azad Mehtiyevdən narkotik vasit ə aldığını qeyd etsə də, sərbəst ifadə verməyə başlayarkən bildirmişdir ki, psixotrop maddəni Azad Mehtiyevlə birlikdə alıb istifadə etmişlər. Məhkum müdafiəçisinin ona qarşı təzyiq olması barədə sualına o, başını aşağı salaraq sağa sola yelləməklə cavab vermişdir. Bundan sonra Məhkum bildirmişdir ki, onun üzərindən heçnə çıxmamışdır. Daha sonra isə Azad Mehtiyevin müdafiəçisinin sualına cavab olaraq Məhkum bildirmişdir ki, Azad (narkotik vasitə və ya psixotrop maddə) satanı deyil, ikisi istifadə üçün almışlar. Müstəntiqin sualına cavab olaraq ilk olaraq Azaddan aldığını bildirsə də, daha sonra hərəsi 17 manat qoymaqla istifadə etdiklərini bildirmişdir. Öz müdafiəçisinin sualına cavab olaraq bildirmişdir ki, üzərində olan narkotik vasitəni udmuş, polis əməkdaşları eyni çəkidə narkotik madd əni qarşısına qoymuşlar ki, etiraf etsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslan dırmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və təqsirləndirilən şəxs Məhkum həm ibtidai araşdırma dövründə (nəzərə alınmalıdr ki, həmin dövrdə belə biri digəri ilə uzlaşmayan ziddiyyətli ifadələr vermiş), həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduqları ifadələri cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmiş, apellyasiya instansiyası məhkəməsi isə sübutların bu cür təhlil və tədqiq ilə razılaşmışdır. Şahid3 ifadələrinə, həmçinin polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrinə münasibətdə isə məhkəmələr h aqlı olaraq polis əməkdaşlarının ifadələrini yalnız Məhkum üzərindən psixotrop maddəyə bənzər kütlənin aşkar olunması hissəsində mötəbər sübut kimi qəbul edib, sonuncuların Azad Mehtiyev tərəfindən Məhkum psixotrop maddənin satışının bilavasitə şahidləri olmamaları əsası ilə, həmçinin Şahid3 ifadələrinin isə Azad Mehtiyev tərəfindən Şahid3 narkotik vasitə və ya psixotrop maddə satılması ilə əlaqədar hazırkı iş üzrə Azad Mehtiyevə qarşı ittiham irəli sürülməməsi əsası ilə sonuncuya verilmiş ittihamın təsdiqinə əsas edə biləcək sübut kimi qəbul edilməsindən imtina etmişlər. Bundan başqa məhkəmələr onu da, nəzərə almışlar ki, Azad Mehtiyevin istifadəsində olan mobil nömrələr vasitəsi ilə edilmiş zənglər və göndərilmiş sms-lər yoxlanılsa da, onun Məhkumlə əlaqə saxlaması, narkotik vasitə və ya psixotrop maddə barədə yazışması müəyyən edilməmiş, həmçinin Azad Mehtiyev narkotik vasitələrin alqı-satqısında ittiham olunsa da, faktiki olaraq ittiham tərəfi sonuncunun üzərinə baxış keçırməklə kifayətlənərək, onun yaşadığı evə baxış keçirməyi zəruri hesab etməmişdir. Qeyd olunan halların fonunda aşağı instansiya məhkəmələrinin X4 0,308 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və həmin 0,308 qram psixotrop maddə olan metamfetamini 27 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Yevlax şəhəri, Cahangir Kərimov küçəsində Məhkum 17 manata qəsdən satmasını həqiqət kimi təhrif edən şahidlər Şahid3, Şahid1 və Şahid2 (sonuncu 2 polis əməkdaşları) ifadələrini qeyri-mötəbər sübutlar kimi qiymətləndirmələri və bu materiallar sü but əhəmiyyətini itirdiyi vəziyyətdə, həmçinin Azad Mehtiyev və Məhkum həmin halı təkzib etmələri ilə bağlı ifadələrini isə daha inandırıcı və işin həqiqi halları ilə uzlaşan mötəbər sübut kimi qəbul etmələri halında, həmçinin göstərilən halları Azad Mehtiyevin ona isnad edilən cinayət üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlmələri sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həya ta keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olun muş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “Mahmudov Rusiyaya qarşı ” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X4 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin A.Ç.Mehtiyevə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələbl ərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs X4 çıxışlarını dinl əyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X4 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli, 1(107)-53/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X8 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023cü il tarixli, 1(107)-53/2023 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar