Məhkəmə qərarları › İş №1(102)-14/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-14/2020

11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-14/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, zərərçəkmiş şəxslər X12 və X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2018-ci il tarixli q ərarından barələrində cəza təyin edilmədən ittiham hökmü çıxarılmış X13, Məhkum2 və X14 tərəfindən birgə verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.Ə.Mikayılov, hakimlər Ə.M.Abasov və M.M.Ağalarovdan ibarət məhkəmə tərkibi) X13 (23 iyun 1962-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan3ində kirayədə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçidiyi üçün ona cəza t əyin edilməmişdir; Məhkum2 (xx xxxxxxxx 1984-cü ildə ünvan4ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, iki azyaşlı uşaq atası, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 8 ünvanında qeydiyyatda olmaqla, ünvan5ində kirayədə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçidiyi üçün ona cəza təyin edilməmişdir. Həmçinin, həmin hökmləX24 (22 iyun 1986-cı ildə ünvan6ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan7ində kirayədə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin M əcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilmədən təqsirli bilinmiş, X24un Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınaraq ona həmin hökmlə təyin olunmuş və Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə üzərində saxlanılmış 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının və 3000 manat miqdarında cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. Bundan başqa, həmin hökmlə zərərçəkmiş şəxslər X19, X3 və Loğman Alievin (X15) irəli sürdükləri iddia tələbləri tam təmin edilərək X16 vurulmuş maddi ziyan olmaqla cəmi 25980 (iyirmi beş min doqquz yüz səksən) manat, X2 vurulm uş maddi ziyan olmaqla cəmi 11200 (on bir min iki yüz) manat, zərərçəkmiş şəxs X18ə (X18) vurulmuş maddi ziyan olmaqla cəmi 17000 (on yeddi min) manat məbləğində pul vəsaitlərinin X5, X6 və Məhkum2 müştərək qaydada zərərçəkmiş şəxslər X12, X1 və X15 xeyrinə tutulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.E.Məmmədov, hakimlər Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət məhkəmə tərkibi) barələrində cəza təyin edilmədən ittiham hökmü çıxarılmış şəxslər X7, X8 və Məhkum2 müdafiəçiləri X20, X21 və X17 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarından X13, Məhkum2 və X14 birgə kassasiya şikayəti vermişlər. Lakin, kassasiya şikayətindən görünür ki, X10 münasibətdə kassasiya şikayəti cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, kassasiya şikayətinin başlığında şikayətin X13 və Məhkum2la yanaşı X14 tərəfindən verildiyi qeyd olunsa da, həmin şikayət X24 tərəfindən imzalanmamış, şikayətin məhz onun tərəfindən verildiyini təsdiq edən hər hansı bir sənəd, o cümlədən onun cəza çəkdiyi 14 saylı Cəzaçəkmə Müəssisəsinin müvafiq məktubu kassasiya şikayətinə əlavə olunmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin hakiminin 11 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti X10 aid hissədə Azərbaycan Respublikas ı CPM-in 412, 415 və 418.3-cü maddələrinin tələblərinə əsasən hərəkətsiz saхlanılmış və göstərilən çatışmazlığın aradan qaldırılması üçün ona 20 (on) gün vaхt verilmişdir. Lakin, göstərilən qaldırmamışdır. müddət ərzində X24 qeyd olunan çatışmazlığı aradan Azərbaycan Respublikası CPM-in 418.4-cü maddəsinə əsasən kassasiya şikayətinin hərəkətsiz saxlanılması haqqında qərarla təyin edilmiş müddət ərzində CPM-in 415-ci maddəsində göstərilən tələblər yerinə yetirilmədikdə, kassasiya şikayəti və ya kassasiya protesti verilməmiş hesab olunur və baxılmamış saxlanılır. Qeyd оlunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 418.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X7, Məhkum2 və X8 barəsində olan 20 iyul 2018-ci il tarixli qərarından X13nin, Məhkum2 və X24un adından verilmiş kassasiya şikayəti, X24a aid hissədə baxılmamış saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar