Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-14/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hök mü ilə Məhkum Azərbaycan Respublikası CM-in 32.5,213.2.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim:V.N.Məmmədov) Məhkum - xx.xx.1991-ci ildə Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Naxçıvan Muxtar Respublikası Sədərək rayonu Qaraağac kəndində qeydiyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (x xxxxxx 2017-ci il tarixədək qüvvədə olan) 32.5,213.2.2-ci maddələri ilə təqsirli bilinərək 0 2 (iki) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.5 və 66.4-cü maddələrinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1(bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanaraq üzərində qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, X12 ittiham olunduğu Azərbaycan Respublikası CM-in 32.5,213.1-ci maddələri ittiham olunduğu Azərbaycan Respublikası CM-in 32.5, 213.2.2-ci maddələri ilə əhatə olunduğundan ona Azərbaycan Respublikası CM-in 32.5, 213.1-ci maddəsi ilə cəza təyin edilməmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin tutulduğu xx xxxxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Mülki iddia baxılmamış saxlanmışdır. Həmin hökmlə X24 təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, bir qrup şəxs ilə - X6, X24 və qeyriləri ilə qabaqçadan əlbir olub “xxxx” MMC (Məhdud Məsuliyyətli Cəmiyyəti) (VÖEN: **********), “X41” MMC (VÖEN: **********), “xxxx” MMC (VÖEN: **********), “X42” MMC (VÖEN: **********), “xxxx” MMC (VÖEN: **********) və “xxxx” MMC-nin (VÖEN:**********) direktoru vəzifəsinə təyin edilən X13 X2 tapşırığına əsasən nəzarət etməklə, X10 həmin cəmiyyətlərin banklarda olan hesablaşma hesablarından məxaric etdiyi külli miqdarda pul vəsaitlərini, dövlət büdcəsinə ödəmək niyyətinin olmadığını bildiyi halda X3 təqdim etməklə, müxtəlif şəxslərin adına qeyd olunan cəmiyyətlərin təsis edilməsini təşkil etməklə, həmin cəmiyyətlərin fəaliyyətinə faktiki rəhbərlik etmiş X6 və qeyrilərinin külli miqdar təşkil edən 2.949.577,31 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasında köməkçi kimi iştirak etmişdir. Belə ki, Məhkum, X2 2016-2017-ci illərdə faktiki rəhbərlik etdiyi, hüquqi ünvanı ünvan 1 şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyic isi kimi qeydiyyatda olan, Bakı şəhərində fəaliyyət göstərən, müxtəlif adda malların idxalı və satışı fəaliyyəti ilə məşğul olan “xxxx” MMC-ni X11 adına təsis edilməsini təşkil etməklə və X2 tapşırığına əsasən X13 nəzarət edərək, onun həmin cəmiyyətin banklarda olan hesablaşma hesablarından məxaric etdiyi külli miqdarda pul vəsaitlərini, dövlət büdcəsinə ödəmək niyyətinin olmadığını bildiyi halda X3 təqdim edərək, sonuncunun cəmiyyətin qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Departamentinə əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi bəyannamələrini təqdim etməməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə 2016-cı il üzrə 768.958,56 manat, 2017-ci il üzrə 261.600,36 manat mənfəət vergisi, 2017-ci ilin aprel ayı üzrə 15.407,23 manat ƏDV olmaqla, ümumilik də külli miqdar təşkil edən 1.045.966,15 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmasında köməklik etmişdir. Bundan başqa, Məhkum, X2 2016-2017-ci illərdə faktiki rəhbərlik etdiyi, hüquqi ünvanı ünvan 1 şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan, Bakı şəhərində fəaliyyət göstərən, müxtəlif adda malların idxalı və satışı fəaliyyəti ilə məşğul olan “xxxx” MMC-ni X20 adına təsis edilməsini təşkil etməklə və X2 tapşırığına əsasən X13 nəzarət edərək, onun həmin cəmiyyətin banklarda olan hesablaşma hesablarından məxaric etdiyi külli miqdarda pul vəsaitlərini, dövlət büdcəsinə ödəmək niyyətinin olmadığını bildiyi halda X3 təqdim edərək, sonuncunun cəmiyyətin qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Departamentinə əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi bəyannamələrini təqdim etməməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə 2017-ci il üzrə 8213,47 manat mənfəət vergisi, 2017-ci ili may ayı üzrə 30118,82 manat və iyun ayı üzrə 4576,27 manat ƏDV olmaqla ümumilikdə xeyli miqdar təşkil edən 42.908,56 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmasında köməklik etmişdir. Bundan başqa, Məhkum, X2 2016-2017-ci illərdə faktiki rəhbərlik etdiyi, hüquqi ünvanı ünvan 1 şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan, Bakı şəhərində fəaliyyət göstərən, müxtəlif adda malların idxalı və satışı fəaliyyəti ilə məşğul olan “X41” MMC-ni X14 adına təsis edilməsini təşkil etməklə və X2 tapşırığına əsasən X13 nəzarət edərək, onun həmin cəmiyyətin banklarda olan hesablaşma hesablarından məxaric etdiyi külli miqdarda pul vəsaitlərini, dövlət büdcəsinə ödəmək niyyətinin olmadığını bildiyi halda X3 təqdim edərək, sonuncunun cəmiyyətin qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Departamentinə əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi bəyannamələrini təqdim etməməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə 2016-cı ilin 4-cü rübü üzrə 345.774,21 manat məbləğində sadələşdirilmiş vergi, 2017-ci il üzrə 538.713,18 manat mənfəət vergisi və 2017-ci ilin aprel ayı üzrə 4.229,08 manat ƏDV olmaqla, ümumilikdə külli miqdar təşkil edən 888.716,47 manat məbləğində vergiləri dövlət büdcəsinə yayındırmasında köməklik etmişdir. Bundan başqa, Məhkum, X2 2016-2017-ci illərdə faktiki rəhbərlik etdiyi, hüquqi ünvanı ünvan 1 şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan, Bakı şəhərində fəaliyyət göstərən, müxtəlif adda malların idxalı və satışı fəaliyyəti ilə məşğul olan “xxxx” MMC-ni X15 adına təsis edilməsini təşkil etməklə və X2 tapşırığına əsasən X13 nəzarət edərək, onun həmin cəmiyyətin banklarda olan hesablaşma hesablarından məxaric etdiyi külli miqdarda pul vəsaitlərini, dövlət büdcəsinə ödəmək niyyətinin olmadığını bildiyi halda X3 təqdim edərək, sonuncunun cəmiyyətin qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Departamentinə əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi bəyannamələrini təqdim etməməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə 2016-cı il üzrə 130.050,99 manat, 2017-ci il üzrə 60.330,1 manat mənfəət vergisi, ümumilikdə külli miqdar təşkil edən 190.381,09 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmasında köməklik etmişdir. Bundan başqa, Məhkum, X2 2016-2017-ci illərdə faktiki rəhbərlik etdiyi, hüquqi ünvanı ünvan 1 şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan, Bakı şəhərində fəaliyyət göstərən, müxtəlif adda malların idxalı və satışı fəaliyyəti ilə məşğul olan “X42” MMC-ni X21 adına təsis edilməsini təşkil etməklə və X2 tapşırığına əsasən X13 nəzarət edərək, onun həmin cəmiyyətin banklarda olan hesablaşma hesablarından məxaric etdiyi külli miqdarda pul vəsaitlərini, dövlət büdcəsinə ödəmək niyyətinin olmadığını bildiyi halda X3 təqdim edərək, sonuncunun cəmiyyətin qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Departamentinə əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi bəyannamələrini təqdim etməməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə 2017-ci il üzrə 33.996,42 manat mənfəət vergisi, 2017ci ilin may ayı üzrə 13.433,24 manat ƏDV olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 47.429,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmasında köməklik etmişdir. Bundan başqa, Məhkum, X2 2016-2017-ci illərdə faktiki rəhbərlik etdiyi, hüquqi ünvanı ünvan 2irlər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan, Bakı şəhərində fəaliyyət göstərən, müxtəlif adda malların idxalı və satışı fəaliyyəti ilə məşğul olan “xxxx” MMC-ni X14 adına təsis edilməsini təşkil etməklə və X2 tapşırığına əsasən X13 nəzarət edərək, onun həmin cəmiyyətin banklarda olan hesablaşma hesablarından məxaric etdiyi külli miqdarda pul vəs aitlərini, dövlət büdcəsinə ödəmək niyyətinin olmadığını bildiyi halda X3 təqdim edərək, sonuncunun cəmiyyətin qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Departamentinə əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi bəyannamələrini təqdim etməməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə 2016-cı ilin 4-cü rübü üzrə 578.287,35 manat sadələşdirilmiş vergi və 2017-ci il üzrə 155.888,03 manat mənfəət vergisi olmaqla ümumilikdə külli miqdar təşkil edən 734.175,38 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmasında köməklik etmişdir. Beləliklə, Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 213.1, 32.5, 213.2.2 və xx xxxxxx 2017-ci il tarixədək qüvvədə olan 32.5, 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bakı Şəhər Binəq ədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Q.X.Babayev (sədrlik edən və məruzəçi), R.K.Səfərov və R.M.Abdulovdan ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli qərarı ilə məhkum edilmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamış, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini Rasim Quliyevin apelyasiya şikayəti təmin olunmuş, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, hökmün nəticəvi hissəsindən məhkum edilmiş X24 və Məhkum ittiham olunduqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 213.1-ci maddələrinin onların ittiham olunduqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,213.2.2-ci maddələri ilə əhatə olunduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 213.1-ci maddələri ilə cəza təyin edilməməsinə dair müddəalar hökmdən xaric edilmiş, hökm mülki iddianın baxılmamış saxlanılmasına dair hissəsində ləğv edilmiş və mülki iddia təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, ona qarşı irəli sürülmüş ittiham tam sübuta yetirilməmiş, ittihamda onunla birgə adları qeyd olunan X4 tanımadığını, X24 ilə isə istintaq təcridxanasında tanış olduğunu bildirmişdir. Vergi cinayətində bilavasitə işt irakı olsada onların pul vasitələri ilə bağlı əməliyyatlarda iştirak etməmişdir. Məhkəmə işə səthi yanaşaraq zərərçəkmişlərin və iş üzrə vacib olan digər şahidlərin iştirakını təmin etməmişdir. Həmçinin məhkəmələr qərar qəbul edərkən 3 azyaşlı övladının olmasını, altı nəfərdən ibarət ailənin onun himayəsində olmasını nəzərə almamışdır. Qeyd olunanarı nəzərə alaraq barəsində ədalətli və humanist qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəməl əri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittiham tam sübuta yetirilməmiş, ittihamda onunla birgə adları qeyd olunan X4 tanımamış, X24 ilə isə istintaq təcridxanasında tanış olmuşdur. Vergi cinayətində bilavasitə iştirakı olsada onların pul vasitələri ilə bağlı əməliyyatlarda iştirak etməmişdir. Məhkəmələr qərar qəbul edərkən 3 azyaşlı övladının olmasını, altı nəfərdən ibarət ailənin onun himayəsində olmasını nəzərə almamışdır Məhkum yuxarıda göstərilən ittiham epizodları üzrə vergidən yayınma cinayət əməllərinin törədilməsində köməkçiliyə görə təqsirli bilinib mə hkum edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmişdir ki, X6 adlı şəxslə tanış oldqdan sonra sonuncunun təklifi ilə ticarətlə məşğul olan firmaya işə düzəlməyə razılıq vermişdir. Həmin vaxt o, işsiz olmuşdur. X ona Bakı şəhərində Nərimanov rayonu, Atatürk prospektində ofisi olduğunu, mal-materail alıb-satdığını, təmir tikinti işləri görüdüyünü bildirmişdir. X ona adına firmalar təsis edərək aylıq olaraq 100-150.0 manat əmək haqqı verəcəyini bildirdikdən sonra o, Xin ofisinə gedərək gördüyü işlərə baxıb ona inandığını, bundan sonra o, öz adına “xxxx” MMC-nin və adlarını xatırlamadığı əlavə bir neçə müəssisələri müxtəlif şəxslərin adlarına eləcədə XXin adına təsis etdirdiyini, sonra onların nizamnamələrini, şifrə parol kodun u Xa vermişdir. X bundan başqa müxtəlif şəxslərin adlarına “X42” MMC, “xxxx” MMC, “X41” MMC, “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC təsis etdirib bu cəmiyyətlərə X24 adlı şəxsi direktor təyin etmişdir. Xun tapşırığı üzrə o, XXa zəng edib onunla müxtəlif vaxtlarda banka gedərək hesablara daxil olmuş pul vəsaitlərini götürüb Xa vermişlər. O, heç bir müəssisə ilə müqavilə bağlamadığı üçün əməliyyatla bağlı cəmiyyətin bank hesabına pul köçürülməsini ancaq X bilirdi. X adlarını qeyd etdiyi firmaların hesabına pul daxil olanda ona və ya XXun özünə zəng edib Banka getməsini tapşırırdı. XX direktor kimi bankın hesabına pul daxil olduqda bank çekinə imza edib pulu xəzinədən götürüb aparıb Xun özünə verirdi. O, Xdan qorxduğu üçün onun adını istintaqa ilk vaxtlar deməmişdir. “X42” MMC, “xxxx” MMC, “X41 ” MMC, “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC-ləri X5 işlətdiyini, bu cəmiyyətlərdə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergiləri Xun ödəməli olduğunu, cəmiyyətlər adından aparılmış bütün əməliyyatlarda müqavilə bağlanmasını cəmiyyətin direktoru kimi X16 eləcə də onun direktoru olduğu “xxxx” MMCnin adından aparılmış əməliyyatla bağlı müqaviləni o, imzaladığı üçün müəssisələr ifadə verən zaman müqavilə bağlayan şəxs kimi onların adını dediklərini, ancaq bütün bu əməliyyatlara bağlı qazanc Xa çatdığını, sonra bu işlərə görə X apardığı əməliyyatların vergisini ödəmədiyi üçün onların vergi orqanları ilə problemləri yaranmışdır. Halbuki, Xlə İlkin aralarında olan razılığa əsasən vergi sahəsinə görə məsuliyyət Xin üzərinə düşməli idi. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdi r ki, əslində bütün cinayətlərin X tərəfindən törədildiyini, bu cinayətin törədilməsində iştirak etmədiyini, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs X24 ifadəsində göstərmişdir ki, Xin təklifini qəbul edib, firma açmağın qaydasını Xdən soruşmuş, X firma qeydiyyatının qaydasını, hara müraciət olunmalı olduğunu demiş, ona firma açması üçün rüsum ödəməyə görə 25 manat pul da vermişdir. Xin tapşırığı üzrə “ASAN” xidmətə gedib “ASAN” imza almış, sonra vergi orqanında qeydiyyata duraraq müəssisənin hüquqi sənədlərini şifrə parol kodu götürmüşdür. Sonra X onu yanına çağırıb Məhkumlə tanış edib ona bundan sonra hər yerə Məhkumlə gedəcəyini, Məhkumın onun etibar etdiyi nümayəndəsi olduğunu, bundan sonra onunla Məhkum əlaqə saxlayacağını, onun tapşırığı üzrə sənədlərə imza edəcəyini və banka gedəcəyini demişdir. Banklara Xin tapşırığı ilə gedib çeklərə imza etmişdir, həmin vaxt Məhkum də onunla banka gəlmiş, o, bankda xəzinədə bank çekinə imza edib xəzinədən pulu götürüb Məhkuma vermişdir. Məhkum da həmin pulu Xə verdiyini, bir dəfə bankda qəbul etdiyi pulda anlaşılmamazlıq olduğunu, ona aydınlıq gətirmək üçün X özü onunla görüşdüyünü, həmin vaxt Məhkumda onunla bir yerdə olduğunu, Məhkum onun bankdan götürdüyü pulu sayıb Xə verdiyini, “X41” MMC, “xxxx” MMC, “xxxx” MMC, “X42” MMC,“xxxx” MMC və “xxxx” MMC-nin direktor vəzifəsinə X vasitəsilə təyin oldunduğunu, həmin cəmiyyətlərin direktoru olsa da həmin cəmiyyətlərə faktiki rəhbərliyi Xun etdiyini bildirmişdir. O, sadəcə olaraq cəmiyyətlər adından müqavilələri imza etmiş, bank çeklərinə imza edib pulu kassadan götürüb Xə çatdırması üçün Məhkuma vermiş, şəxsən özü bir neçə dəfə Bankdan çıxardığı pulu Xa təqdim etmişdir. Belə ki, bir neçə dəfə Nəsimi Bazarının yanında “Ağ çiçəyim” gül dükanın yaxınlığında fəaliyyət göstərən “xxxx” ASC-nin filialının qarşısında 90000,0 manat, “Günay bank” “5 saylı” filialının qarşısında 48000,0 manat, “xxxx” ASC-nin “12 saylı” filialının qarşısında isə 15000,0 manat şəxsən Xa bankın qarşısında sayıb ona vermişdir. Cəmiyyətlərin bank hesabına pul mədaxil olması haqqında məlumatı ona telefon vasitəsilə Məhkum vermirdi, Məhkuma da bu məlumatı X vermişdir. Məhkum özü Xlə bağlı bütün məlumatı verə biləcəyini, ondan sonra c əmiyyətə XX adlı şəxsi direktor vəzifəsnə təyin edildiyini, XXda bankdan götürdüyü pulları Xa verirdi. Bankdan qəbul etdiyi pulu Məhkuma verəndə Məhkumın ona 200,0-300.0 manat arası hər dəfə pul verdiyini, İstintaqa ilk dəfə ifadə verən zaman Xdən qorxduğu üçün onun adını ifadəsində demədiyini, Məhkumla X qazandıqları pulu öz aralarında hansı qaydada bölüşdürdüklərini bilmədiyini, X onu Məhkum vasitəsilə “20 Yanvar” metrostansiyasının yaxınlığında Şamaxinka kimi tanınan yerdə olan Notariat kontora göndərdiyini, o, həmin notariat kontorda onun direktor təyin olunması ilə bağlı cəmiyyətlərin bank hesablarının açılması üçün “imza möhür nümunəsi vərəqinə imza etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid X31 ifadəsində bildirmişdir ki, o, Məhkum adlı şəxsi həmy erlisi kimi əvvəllər tanımışdır. O, işsiz olduğu üçün Məhkum ona işə düzəlməsini təklif etdiyi üçün razılaşmışdır. Şəxsiyyət vəsiqəsini götürüb Məhkumla bir yerdə Nobel prospektində yerləşən ASAN xidmətə getdiklərini, həmin vaxt ora həmyerlisi X7 gəldiyini, ona firma açmağına köməklik edəcəyini bildirmişdir. O gözləmə yerində oturub Xi gözləmiş, X bütün sənədləşmə işini qurtardıqdan sonra oradan çıxıb ofisə getmişlər. Bundan təxminən 5 gün sonra o, Xlə birlikdə Vergi orqanına gedərək, 5 müəssisənin Nizamnaməsini götürüb Xə vermiş, bunun müqabilində Məhkum ona 50 manat pul vermiş və tanış uşaqlar olsa onları da işə götürə biləcəklərini bildirmişdir. O, Hövsanda yaşayan dostları X28, X22, X17, X18, X8 bu barədə təkliflər etmişdir. Dostları işsiz olduqları üçün onun təklifi ilə razılaşdıqları üçün onları özü ilə ASAN xidmətə aparmışdır. Məhkum orada adlarını qeyd etdiyi şəxslərin adına ASAN imza almış, sonra bu şəxslərlə birlikdə vergi orqanına gedərək Məhkum bu şəxslərin hər birinin adına təxminən 5 cəmiyyət olmaqla 20-dən cox cəmiyyət təsis etdirmişdir. Təsis olunan bütün cəmiyyətlərin nizamnaməsi, şifrə parol kodu, Məhkum özü ilə aparmışdır. Bu hadisədən sonra vergi borcu ilə əlaqədar ona və adlarını qeyd etdiyi dostlarının mobil telefonuna Vergi orqanından vergi borcu ilə əlaqədar mesajlar gəldiyi üçün o, Məhkuma zəng edib bu barədə məlumatlandırmışdır. Məhkum ona narahat olmamağını, bir müddətdən sonra borcun silinəcəyini bildirsə də borc solinməmiş, əksinə vergi orqanlarından zənglər daha da intensivləşdiyi üçün o,X17 ilə birlikdə Məhkumlə görüşmüşdür. Məhkuma bu vergi b orcunun bağlanacağına vədlər verərək təkrar narahat olmamağını bildirmişdir. O, bir müddət sonra başa büşmüşdür ki, Məhkum tərəfindən aldadılmışdır. O, heç bir biznes və komersiya fəaliyyəti ilə məşqul olmamış, bu qanunsuz işlərin başında Məhkumın dostu X adlı şəxsin dayandığını eşitmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid X19 ifadəsində göstərmişdir ki, dostları X1, X2, X3 və X4 ilə çayxanada görüşərkən həmin vaxt hamısının işsiz olduqları üçün, X4 adlı dostları onlara işə düzəltmək üçün bir nəfər şəxsin onların şəxsiyyət vəsiqələri əsasında İlkin olaraq 50 manat və hər ay 150 manat aylıq əmək haqqı vermək imkanının olduğunu bildirmişdir. Onlar bütün şəxsiyyət vəsiqələrini X4ə verərək sonuncu ilə birlikdə ASAN xidmətdə gedərək ASAN imza almaq üçün müraciət etmişlər. Onlar aldıqları sənədləri Məhkum adlı bir nəfər şəxsə vermişlər və Məhkum onların şəxsiyyət vəsiqələri əsasında ASAN imza almışdır. Məhkum ASAN imza aldığı vaxt X4 də onlarla birgə olmuşdur. Məhkum onlara 3-4 gündən sonra ASAN xidmətə gəlib elektron imza götürüb vergi orqanına getməyin lazım olduğunu bildirdiyi üçün onlar danışdıqları kimi 3-4 gündən sonra ASAN xidmətdən ASAN imzaları götürüb vergi orqanına getmişlər, vergi orqanından hər birinin adına Məhkum müxtəlif adda cəmiyyətlər təsis etmiş, cəmiyyətlərin bütün nizamanamələrini, şifrə parol kodunu Məhkuma vermişlər. Bundan sonra adlarına açılan cəmiyyətlərin fəaliyətindən xəbərləri olmamışdır. Bir müddət sonra onlar eşitmişlər ki, X4nin də adına olan firmalarda aparılmış əməliyyatlarla bağlı borc yarandığı üçün vergi orqanına çağırm ışlar. Bu xəbəri eşitdikdən sonra onlar narahat olmuşlar və dostları ilə birlikdə görüşüb bu borcun səbəbini aydınlaşdırmaq istəmişlər. Görüş zamanı X4 bu firmaları Məhkumın işlətdiyini demiş, Məhkumın özü də bundan məlumatlı olduğunu, Məhkumın bu problemi həll edəcəyinə söz verdiyini demişdir. Lakin telefonlarına adlarına olan firmalarla bağlı vergi borcuna görə məlumatlar gəlməyə başladığı üçün o, X4 ilə birlikdə bir dəfə də Məhkumla görüşmüşlər. Vergidən telefonuna gələn məlumatla bağlı Məhkuma məlumat verərkən Məhkum onlara narahat olmamağı, vergiləri özünün ödəyəcəyini, borcun silinəcəyinə söz vermişdir. O, yaranmış borcları ilə bağlı ən azı 10-15 dəfə Məhkumla əlaqə saxlayıb, borcun silinməsini tələb etmişdir. O, Məhkumdan şikayət edəcəyini bildirdikdə sonuncu bu işin başında X2 da yandığını, onun da aldadılmış bir insan olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin hökmündə şərh edilən Məhkum özünün ifadəsi, digər məhkum X10, şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutların məcmusu ilə Məhkum cinayət əməlləri sübut edilərək düzgün tövsif edilmişdir. Eləcə də onun X4 tanımaması, X24 ilə isə istintaq təcridxanasında tanış olması, pul vasitələri ilə bağlı əməliyyatlarda iştirak etməməsi barədə kassasiya şikayətində göstərdiyi dəlillər də həmin sübutlarla təkzib edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, cəzasın ı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa məhkəmə cinayətin ictimai təhlükəlilk dərəcəsini xarakterizə edən halları, dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğinin cəmi 5.899.154,47 manat olmasını da nəzərə alaraq düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar olmadığından kassasiya şikayətinin bu barədə dəlilləri də əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegi yasının xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,213.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-14/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-14/2021
01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver