Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-14/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), X1 və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçi Hacıyev Namiq Sərkar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Paşayev (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və İradə Həsənzadədən ibarət tərkibdə) 1(101)-321/2019 nömrəli 28 iyun 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından mühafizə İdarəsinin Növbətçi Hissəsinin sürücüsü işləmiş, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, keçid 5, ev 8-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə, CM-in 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 aprel 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X6, X11 və X12 da təqsirli bilinərək, məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum ol unmuşdur ona görə ki, o, tamah niyyəti ilə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X6 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən mağazadan aldıqları saç lakı və Orxan Məmmədlinin özü ilə götürdüyü mismarçıxardan linglə silahlanaraq, habelə tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskalar keçirib, 30 mart 2018-ci il tarixdə saat 03:30 radələrində radələrində idarə etdiyi “Vaz 2106” markalı **-UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə pros pekti 6 ünvanda yerləşən siqaret satışı köşkünün qarşısına gəlmiş, Fərid Hüseynzadə köşkün satış aparılan pəncərəsini döyüb, pəncərəni açan satıcı Zərərçəkmiş şəxs5 sifət nahiyəsinə silah qismində istifadə etdiyi saç lakını püskürdərək, Zərərçəkmiş şəxs5 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib sonuncunun müqavimətini qırmış, o isə həmin vaxt Orxan Məmmədli və Fərid Hüseynzadə ilə birlikdə köşkə qanunsuz daxil olmuş, Orxan Məmmədli silah qismində istifadə etdiyi mismarçıxardan lingi satıcı Zərərçəkmiş şəxs5 qarşı yönəldib, həmin alətlə sonuncunu vuracağı ilə hədələyərək, köşkdən ümumilikdə dəyəri 3200 manat təşkil etmiş müxtəlif markalı siqaretləri və 480 manat pulu ələ keçirib talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 3680 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Bunda n başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X6 və X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında əvvəlcədən olmuş razılaşmaya əsasən, 11 aprel 2018-ci il tarixdə, saat 03 radələrində bir qrup şəxs halında idarə etdiyi “Vaz 2106” markalı **-UX-*** dövlət nömrəli avtomobil ilə Fərid Hüseynzadə və Orxan Məmmədlini ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Rəsul” adlı marketin yaxınlığında düşürtdükdən sonra avtomobili idarə edərək həmin ərazidən bir qədər kənarlaşaraq gözləmiş, X15 Məmmədli ilə birlikdə tanınmamaları üçün üzlərinə maska keçirmiş, Orxan Məmmədli özü ilə gətirdiyi mismarçıxardan ling vasitəsi ilə marketin qapısının qıfılını sındırdıqdan sonra Fərid Hüseynzadə və Orxan Məmmədli marketə q anunsuz daxil olaraq oradan ümumilikdə dəyəri 1700 manat olan müxtəlif markalı siqaretləri və marketin kassasında olan 200 manat nəğd pulu gizli olaraq talamış, kənardan avtomobil işığı düşdüyü üçün onlar marketdən çıxıb qaçaraq, telefonla zəng edib onu yanlarına çağırdıqlarından, idarə etdiyi avtomobillə gəlib Orxan Məmmədli və Fərid Hüseynzadəni həmin yerdən götürərək taladıqları əmlakla birlikdə özünün yaşadığı mənzilə aparıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X6 və X11 ilə qabaqcadan əlbi r olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında aralarında əldə edilmiş razılaşmaya əsasən qrup üzvləri öz niyyətlərini həyata keçirmək üçün əvvəlcədən onun yaşadığı evindən götürdükləri təsərrüfat-məişət təyinatlı bir ədəd mətbəx bıçağı və idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobildən götürdükləri bir ədəd zavod üsulu ilə tapanca formasında hazırlanmış oyuncaq ilə silahlanıb, habelə Orxan Məmmədli və Fərid Hüseynzadə tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskalar keçirərək, 23 aprel 2018-ci il tarixdə, saat 01 radələrində onun idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi ünvan 3 ünvanda yerləşən “24 saat” adlı marketin qarşısına gələrək aralarında əvvəlcədən əldə edilmiş razılığa görə, özü avtomobildə qalıb kənar şəxslərin gəldiyi təqdirdə məlumat vermək üçün gözləmiş, Orxan Məmmədli və Fərid Hüseynzadə tanınmamaları üçün başlarına papaqdan hazırladıqları maskalar keçirərək “24 saat” adlı marketə daxil olmaqla, Orxan Məmmədli tapança formasında hazırlanmış oyuncağı, Fərid Hüseynzadə isə silah qismində istifadə etdiyi bıçağı həmin vaxt marketdə satıcı işləyən Zərərçəkmiş şəxs3 istiqamətində yönəldərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 “tərpənmə, yoxsa vuraram!” sözlərini deyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək, Fərid Hüseynzadə marketdə yerləşən içərisində 230 manat pul olan 150 manat dəyərində kassa aparatının siyirməsini ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 3 80 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əflatun Qasımov (sədrlik edən və məruzəçi), Əmir Bayramov və Namiq Məmmədovdan ibarət tərkibdə) 1(103)-1087/2019 nömrəli 04 oktyabr 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumlar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Hacıyev Namiq Sərkar oğlu kassasiya şikayəti verərək məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qə bul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi N.S.Hacıyev kassasiya şikayətini onunla əsaslandırır ki, məhkum Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş oğurluq və quldurluq cinayətlərin törətməsi sübuta yetirilməmiş, onun yalnız Azərbaycan Respublikası CM-in 180-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi sübutlarla təsdiq olunur. İş üzrə zərərçəkmiş şəxslərin barışıq ərizələrində və ifadələrində yazılı şəkildə göstərdikləri faktlara da həmçinin təqsirləndirilən şəxslərin soyğunçuluq cinayəti etdikləri zaman əllərində hər hansı alət olmadığı və onlara hər hansı təzyiqlər olmaması və xəsarətlər yetirilməməsi barədə məlu matlara da hər iki məhkəmə instansiyası bu faktlara açıq-aşkar əhəmiyyət verməmiş, F.S.Haciyevi əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri məhkum etmişdir. Bundan başqa iş üzrə verilmiş vəsatətlər təmin edilməmişdir. Həmin vəsatətlərin təmin edilməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına və ədalətli məhkəmə qərarının çıxarılmasına mane olmuşdur. Məhkum Hacıyev Fərid Sərdar oğlunun Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarında yerli qanunvericiliklə yanaşı X23 X5 Haqqında Konvensiyasının “Ədalətli məhkəmə araşdırması hüququ” adlı 6-cı maddəsinin tələbləri də pozulur. Bundan əlavə Təqsirləndirilən şəx s cinayətlərin törədilməsində təqsiri sübuta yetirilmədiyi halda ona həmin maddələr üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir və göründüyü kimi nəticədə ağır cəza təyin etməklə məhkəmə tərəfindən ədalətsiz olaraq cəza təyin edildi. Beləliklə, məhkum Təqsirləndirilən şəxs vəziyyəti detallı xarakterizə olunmamış, əsaslar konkret situasiyaya tətbiq edilməmişdir. Başqa sözlə, hər iki məhkəmə faktların heç bir təhlilini həyata keçirmədən və sübutlara istinad etmədən Təqsirləndirilən şəxs oğlunu məhkum etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini və dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin ilkin dəlili məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması ilə bağlıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansi ya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. Qanunvericiliyə görə vəsatətə baxılmaması prosessual pozuntu hesab olunur. Vəsatətin təmin edilib edilməməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Vəsatətin təmin edilməməsi həmin iş üzrə çıxarılmış hökm və ya qərarın qanunsuz hesab edilməsi üçün əsas ola bilməz. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Kassasiya şikayətinin digər dəlili cinayət işi üzrə sübutlarla məhkum Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 180-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq olunduğu halda onun Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri məhkum edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, həm soyğunçuluq, həm quldurluq cinayətləri özgə əmlakının açıq talamada ifadə olunur. Həmin cinayət əməllərini fərqləndirən əsas əlamət - zərərçəkmiş şəxsə qarşı tətbiq edilən zorakılığın (zorakılıq tətbiq etmə hədəsinin) xarakteridir. Belə ki, özgə əmlakının açıq talaması zamanı şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edirsə əməl CM-in 181-ci maddəsi ilə tövsif edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il qərarında göstərilir ki, CM-in 34.2-ci maddəsinin mənasına gö rə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-c i maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. İşin materiallarından görünür ki, həm birinci instansiya həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət vermişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 30 mart 2018-ci il tarixdə, gecə saat 01 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı, **-UX-*** dövlət nömrə nişanlı avtomobil ilə tanışları Orxan Məmmədli və Fərid Hüseynzadə ilə birlikdə Bakı şəhəri, Gəncə prospekti 6 ünvanda yerləşən siqaret satışı köşkünün yanına getmişlər. Or xan oradan bir siqaret almış, avtomobilə əyləşdikdən sonra onlara köşkdə çoxlu siqaret olduğunu və həmin siqaretləri götürə biləcəklərini demişdir. Onlar köşkdən siqaretləri götürmək qərarına gəlmişlər. Bu məqsədlə həmin gecə, saat 03 radələrində Fərid Hüseynzadə və Orxan Məmmədli ilə birlikdə köşkün qapısına yaxınlaşıb, qapını dartıb açmışlar. Qapı açıq olmuş, satıcı onları görüb qorxmuş və kənarda dayanmışdır. Onlar köşkdən təxminən beş alışveriş paketi həcmində “Malboro”, “Kent”, “Vinston” və s. markalı siqaretləri və köşkdə olan təxminən 340 manat pulu götürmüşlər. Pulu öz aralarında bölüşdürdükdə adama təxminən 115-118 manat pul düşmüşdür. Sonra onlar həmin siqaretləri idarə etdiyi “VAZ 21-06” markalı avtomobilin yük yerinə yığmışlar. Bir-iki gün sonra Fərid Hüseynzadə ilə birlikdə “U PD” qəsəbəsində Elşən adlı şəxsi taparaq, satmağa siqaret gətirəcəklərini bildirmişlər. X13, dayısının siqaretlərin topdan satışı mağazasında işlədiyini, onu malların satışına nəzarətçi qoyduğunu demişdir. Daha sonra o, Orxan Məmmədli və Fərid Hüsenzadə ilə birlikdə siqaretləri “UPD” qəsəbəsinə aparıb orada Elşənə satmışlar. Elşən həmin siqaretlərə görə onlara təxminən 1000 manat pul vermişdir. Onlar həmin pulu aralarında bölmüşlər. 11 aprel 2018-ci il tarixdə, saat 03 radələrində Fərid Hüseynzadə və Orxan Məmmədli ondan onları maşınla ünvan 5 ünvanda yerləşən “Rəsul” marketin yaxınlığına aparmalarını xahiş etmişlər. O, Fərid Hüseynzadədən ora getmələrinin səbəbini soruşduqda, Fərid orada işləri olduğunu bildirmişdir. Bundan sonra o, idarə etdiyi avtomobillə Fərid Hüseynzadə və Orxan Məmmə dlini marketin yaxınlığına aparmış və onlar avtomobildən düşdükdən sonra avtomobili sürərək oradan uzaqlaşmışdır. Təxminən yarım saat sonra Fərid Hüseynzadə ona zəng edərək dərhal onları bir az əvvəl düşürdüyü yerə gəlməyini istəmişdir. O, narahat olduğu üçün dərhal avomobili Fərid Hüseynzadənin dediyi yerə sürmüşdür. O, həmin yerə çatmamış yolun kənarında Orxan və Fəridin dayandıqlarını görmüş, onlar avtomobilə əyləşərək ona maşını sürməyini demişlər. O, Fəridgildən nə baş verdiyini soruşduqda, onlar ona heç bir məlumat verməmişlər. O, Fəridgilin əlindəki paketin içərisində çoxlu siqaret olduğunu görüb həmin siqaretləri haradan tapdıqlarını soruşmuş, Orxan və Fərid həmin siqaretləri “Rəsul” marketdən oğurladıqlarını bildirmişlər. 22 aprel 2018-ci il tarixdə, təxminən saat 23 radələrində t anışları Orxan və Fərid ilə birlikdə kirayə yaşadığı evdə olarkən, onlara birlikdə idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gen.Mehmandarov küçəsində icarəyə götürdüyü avtoyuma məntəqəsinə getməyi təklif etmişdir. Bundan sonra onlar birlikdə evdən çıxaraq idarə etdiyi avtomobil ilə Xətai rayonu, General Mehmandarov küçəsinə getmişlər. Orada Orxan siqaret almaq üçün avtomobili “24 Saat” adlı marketin qarşısında saxlamağını istəmişdir. O, avtomobili marketin qarşısında saxlamış, Orxan avtomobildən düşüb siqaret almaq üçün marketə girmişdir. O isə Fərid Hüseynzadə ilə birlikdə avtomobildə Orxanı gözləmişlər. Orxan bir neçə dəqiqədən sonra marketdən çıxıb avtomobilə əyləşmiş və onlara siqaret aldığı mağazada kassanın açıq vəziyyətdə olduğunu, pulların gördüyünü, satıcının isə arıq bədən qurulu şlu olduğunu deyərək, həmin mağazadan oğurluq etməyi təklif etmişdir. Orxan marketdə kamera olub-olmamasını dəqiq bilmədiyini demiş, buna görə də onlar papaqlarda göz yeri açaraq özləri üçün maskalar hazırlamış və “24 saat” adlı marketin qarşısına getmişlər. Fərid Hüseynzadə və Orxan Məmmədli avtomobildən düşmüş, o isə avtomobili bir qədər irəli sürüb onları gözləmişdir. Bir qədər sonra Fərid Hüseynzadə və Orxan Məmmədli gəlib avtomobilə əyləşmişlər və onlar avtomobili sürərək oradan uzaqlaşmışlar. Fərid və Orxan avtomobilə əyləşərkən Fəridin əlində kassa aparatının siyirməsi olmuş, Fərid kassadan 230 manat pul götürdüyünü demişdir. Bir qədər hərəkət etdikdən sonra Orxan kassa aparatının siyirməsini “Mərhəmət” kafesinin yaxınlığında dərəyə atmışdır. Onlar oradan birlikdə gecə klubuna get miş və əldə etdikləri pulları gecə klubunda xərcləyib əylənmişlər. Məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 hadisənin baş verməsini təsdiq etsə də, göstərmişlər ki, hadisə zamanı məhkumlar onlara qarşı zor tətbiq etməmiş, zorun tətbiq etməsi ilə onları hədələməmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 məhkəmədə verdiyi ifadələrə qiymət verərək onları işin faktiki halları və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib həmin ifadələrinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci ins tansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Belə ki, iş materiallarında əksini tapan 23 aprel 2018-ci il tarixli raportla müəyyən olunur ki, 23 aprel 2018-ci il tarixdə, saat 00.57-də, yəni hadisədən dərhal sonra Zərərçəkmiş şəxs3 Daxili İşlər Nazirliyinin 102 xidmətinə ünvan 6 ünvanında yerləşən “24 saat” adlı mağazaya iki nəfər şəxsin əllərində bıçaq və tapança ilə daxil olub onu hədələyərək kassada olan 220- 230 manat pulu götürüb getmələri barədə məlumat vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 öz əl yazısı ilə yazılmış 23 aprel 2018-ci il tarixli ərizəsində və izahatında həmin tarixdə, təxminən saat 00.50 radələrində iki nəfər maskalı şəxsin marketə daxil olaraq əllərindəki bıçaq və tapança ilə onu qorxudaraq kassa aparatının içərisindəki 230 manat pulu apardıqlarını göstərmişdir. Zərərçəkmiş şəxs4 hadisənin səhəri günü, yəni 24 aprel 2018-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, satıcı Zərərçəkmiş şəxs3 ona zəng edərək üzlərində maska olan iki nəfər şəxsin marketə basqın etdiklərini, onlardan birinin əlində bıçaq, digərinin əlində isə silah olduğunu bildirmişdir. Eləcə də, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri bütün ifadələri ndə “24 saat” adlı marketə basqın edərkən əllərində bıçaq və oyuncaq tapança olduğunu bildirmiş, həmçinin məhkəmədə barələrində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılarkən özlərini təqsirli bilmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs5 30 mart 2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis bölməsində öz əl yazısı ilə yazılmış ərizəsində həmin tarixdə, təxminən saat 03:30 radələrində bir nəfər naməlum şəxsin onun üzünə dezodarant püskürtdüyünü, iki nəfərin isə arxadan içəri daxil olub köşkdə olan bahalı siqaretləri yığıb apardıqlarını göstərmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, satıcı Zərərçəkmiş şəxs5 ona siqaret köşkünə basqın edən maskalı şəxslərin onun üzünə qaz balonu püskürtdüklərini, eləcə də əllərin dəki dəmir alətlə onu qorxutduqlarını bildirmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslər də ibtidai istintaq zamanı bu hadisə ilə bağlı verdikləri bütün ifadələrində, eləcə də ifadələri yerində yoxlanılarkən siqaret köşkünə basqın edərkən əllərində saç lakı və “montirovka” aləti olduğunu, satıcı Zərərçəkmiş şəxs5 üzünə lak püskürtdüklərini göstərmişlər. Şahid qismində dindirilmiş X3 məhkəmədə göstərmişdir ki, müstəntiq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 dindirilərkən o tərcüməçi qismində iştirak etmiş, dindirmə zamanı zərərçəkmiş şəxslərə heç bir təzyiq göstərilməmişdir. Zərərçəkmiş şəxs5 müstəntiqə verdiyi ifadədə göstərmişdir ki, hadisə olan zaman onun üzünə maye püskürtülmüş, basqın edən şəxslərin əlində ling ol duğundan qorxmuşdur. Məhkəmə qeyd edir ki, məhkəmələr iş materiallarında olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri müqayisəli, həmçinin iş üzrə toplanmış digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edərək, onların məhkəmədə verdikləri ifadələrin iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib olunduğu qənaətinə gəlmiş, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2, Şahid3, əlavə şahid qismində dindirilmiş Şahid4 və X4 ifadələri məhkəmə istintaqı zamanı tədqiq etmiş və onlara qiymət verilməklə düzgün nəticəyə gəlmişlər ki, məhkum Təqsirləndirilən şəxs hökmün təsviri hissəsində göstərilən əməlləri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndiril ən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində tam sübuta yetirilmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə ap ellyasiya instansiyası məhkəməsində məhkumun apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə b u Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə baxaraq kassasiya şikayətinin dəlillərinin əs asını təşkil edən məsələlərlə bağlı, yəni məhkumun cinayət törətməkdə təqsirinin sübuta yetirilməsi və onun əməlinin tövsifi ilə bağlı məsələləri obyektiv araşdırmış və buna dair nəticəni öz qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarının məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsindəki 04 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-14/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-14/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver