Məhkəmə qərarları › İş №1(102)-14/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-14/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-14/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-232/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərarından Zərər çəkmiş şəxs19 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxx 1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, ailəli, əvvəllər məhkum olunmayan, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Şahid4 küçəsi, ev 21, mənzil 9 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 25 avqust 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 10 sentyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi or qanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə etməklə özünü “Socar” şirkətinin “TANAP” lahiyəsində işlədiyini bildirib onu “TANAP” lahiyəsində sürücü kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 15 mart 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığında çay evlərinin birində 600 manat, 18 mart 2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerlə şən “Tibb” texnikumunun yanında olan kafedə 250 manat, 22 mart 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasının qarşısında 150 manat pulunu alıb Samir Məstəliyevin vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 1.000 (min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə özünü “Socar” şirkətinin “TANAP” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, onu oğlu Orxan Ağayevi və qohumu X2 “Caspian Driling”şirkətində sürücü kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib alda daraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 25 mart 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Ak.Həsən Əliyev küçəsində yerləşən “Rahat” marketin qarşısında 1.000 manat, 03 aprel 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Ak.Həsən Əliyev küçəsində yerləşən “Rahat” marketin qarşısında 3.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar”şirkətinin “TANAP” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş, Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs8 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 4.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar”şirkətinin “TANAP” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “So car”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş, Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs13 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.400 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs13 ümumilikdə 2.400 (iki min dörd yüz) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “TANAP” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim ed ib, Zərərçəkmiş şəxs1 “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs6 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə, saat 19 radələrində ünvan 2 ünvanında 4.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “TANAP” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs5 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “TANAP” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «E lman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs2 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “TANAP” lahiyəsində kadrlar şöbəsinin rəis müavinini n köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs4 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “TANAP” lahiyəsində kadrlar şöbəsinin rə is müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs3 Söhbət oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar”şirkətinin “TANAP” lahiyə sində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs10 bu barədə bildirmiş, o da bununla razılaşaraq 30 mart 2017-ci il tarixdə ünvan 2 ünvanında 2.800 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 ümumilikdə 2.800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “TANAP ” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs14 bu barədə bildirmiş, o da bununla razılaşaraq 02 aprel 2017-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Bakı Beynəlxalq Avtovağzalında” 3.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs14 ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “TANAP” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs11 bu barədə bildirmiş, o da bununla razılaşaraq 03 aprel 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində 1.500 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 ümumilikdə 1.500 (bir min beş yüz) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istif adə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar”şirkətinin “TANAP” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs15 bu barədə bildirmiş, o da bununla razılaşaraq 05 aprel 2017-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Lökbatan qəsəbəsi “Lökbatan dairəsi” adlanan yerdə 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs15 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “TANAP” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs9 bu barədə bildirmiş, o da bununla razılaşaraq 05 aprel 2017-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Lökbatan qəsəbəsi “Lökbatan dairəsi” adlanan yerdə 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyanvur maqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “TANAP” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs12 bu barədə bildirmiş, o da bununla razılaşaraq 23 aprel 2017-ci il tarixdə ünvan 3 ünvanında 3.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyan vurma qla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X1 mülkiyyətində olan və 1.000.000 manata satışa təklif etdiyi Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi 13M ünvanda "xxxx" MTK inşa olunmuş çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 883 kvadrat metr və 223 kvadrat metr sahəli qeyri-yaşayış obyektlərini bankda olan tanışları vasitəsilə 35.000 manat müqabilində 1.200.000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə daşınmaz əmlakın qiymətləndirilməsi üçün 2019-cu ilin noyabr ayının ortalarında 10.000 manat, b undan sona 2020-ci ilin mart ayınadək olan müddətdə isə 25.300 manat pulu Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi 13M ünvanda alıb ələ keçirərək zərərçəkmiş şəxs Ədalət Qəmbərova ümumilikdə 35.300 (otuz beş min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs və digər şəxslər ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs17 mülkiyyətində olan və 4.500.000 manata satışa təklif etdiyi Bakı şəhəri NZS qəsəbəsində yerləşən «Karnaval Hall» şadlıq sarayının 5.200.000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əh atə olunan qəsdlə daşınmaz əmlakın qiymətləndirilməsi üçün 2021-ci ilin yanvar ayında 5.000 manat, guya alıcıya məxsus pulun xaricdə olmasını bildirməklə göstərilən məbləğdə vəsaitin ölkəyə çarter reysi ilə gətirilməsi adı ilə 2020-ci ilin avqust ayının sonları sentyabr ayının əvvəllərində həmin dövürdəki məzənnə ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları, həmçinin 2020-ci ilin yanvar ayından noyabr ayınadək olan müddət ərzində alqısatqı baş tutduqdan sonra qaytarılacağını bildirməklə müxtəlif bəhanələrlə 73.000 manat pulu ayrıayrı vaxtlarda Bakı şəhərində müxtəlif ünvanlarında, sonuncu dəfə isə ünvan 6ən «Elmed» klinikasının qarşısında alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs17 ümumilikdə 129.000 (yüz iyirmi doqquz min) manat məbləğində külli miqdarda ziyan vurmaqla də ləduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs18 mülkiyyətində olan və 1.000.000 manata satışa təklif etdiyi Bakı şəhəri Sabunçu rayonu Məhəmmədi kəndində yerləşən 50.000 kvadrat metr sahəsi olan beton zavodunu Bakı şəhərində daşımaz əmlaka sərmayə yatıran qeyri-müəyyən şəxsə xaricdən köçürülən vəsait hesabına alacağını vəd edib, mülkiyyətin qiymətləndirilməsi üçün bank əməkdaşı kimi təqdim etdiyi Şahid9 2.000 manat pul verməsini bildirdikdən sonra vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin mart-aprel aylarında Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 147 ünvanda yerləşən Respublika Diaqnostika Mərkəzinin qarşısında X4 vasitəsi ilə 1.000 manat, bir həftə sonra yenidən həmin ünvand a sonuncunun vasitəsi ilə 1.000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs18 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən digər şəxslər ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs19 2020-ci ilin avqust ayında Mənzil İnşaat Dövlət Agentliyinin Bakı şəhəri Yasamal rayonu ərazisində inşa etdiyi binadan güzəştli şərtlərlə 79 kvadrat metr sahəsi olan 3 otaqlı mənzilin alınmasında köməklik edəcəklərinə dair yalan vəd edib aldadaraq, 01 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 27 №-li notariat kontorunda 10.000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs19 10.000 (on min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-188/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 mart 2021-ci il tarixdən hesablanması, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi və ona dəymiş 10.000 (on min) manat ziyanın Məhkum alınaraq ona ödənilməsi hökm edilmiş, həmçinin digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhk um və onun müdafiəçisi Müdafiəçi2 Ziyaddin oğlu apellyasiya şikayətləri vermişdilər.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-232/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-188/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs19 nümayəndəsi Nümayəndə kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın yüngül olduğu iddia edilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-232/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmə lərində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 4 16-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində məhkum edilmiş şəxs Məhkum təyin edilən cəzanı mübahisələndirilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

16. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-232/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də ba şqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il t arixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi həmçinin ondan ibarətdir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədini daşıyır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarı).

19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törə tmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhku mun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

23. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Re spublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur.

24. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

25. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs19 nümayəndəsi Nümayəndə məhkum edilmi ş şəxs Məhkum daha ağır cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə yuxarıda təsvir edilmiş maddi cinayət-hüquqi normalara və onların şərhinə dair yanaşmanın məzmununa uyğundur. Məhkəmə Məhkum cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində bir azyaşlı övladının olmasını, iş üzrə dəymiş ziyanın bir qisminin ödənilməsini, zərərçəkmiş şəxslərin əksər hissəsi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alıb, haqlı olaraq təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 6 il müddətə azadlıq dan məhrum etmə cəzasını seçməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.

26. Məhkəmə kollegiyası məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün yetərli əsas müəyyən etmir.

27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Zərərçəkmiş şəxs19 nümayəndəsi Nümayəndə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)232/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kolleg iyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs19 nümayəndəsi Nümayəndə kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-232/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar