Məhkəmə qərarları › İş №1(102)-140/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-140/2019

30.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-140/2019 30.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 140/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "30" yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Rəsulov Azər Qabil oğlunun iştirakları ilə Azərbaycan Respublikası CM-nin 125, 120.2.1, 120.2.2, 120.2.4, 120.2.10, 144-1.2.2, 145.2.4, 178.3.2, 182.3.2 və 309.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Rəsulov Azər Qabil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İsmayılov Eldar Herov oğlu, hakimlər Osmanov Əlisultan Nəriman oğlu və Hüseynov Cavid İbadulla oğlundan ibarət tərkibdə) xx xxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ev li, himayəsində azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 5-də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.4, 29,120.2.5, 29,120.2.9, 29,120.2.10, 120.2.1, 120.2.2, 120.2.4, 120.2.10, 144-1.2.2, 145.2.4, 178.3.2, 182.3.2 və 309.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 29,120.2.2, 29,120.2.4, 29,120.2.5, 29,120.2.9, 29,120.2.10, 120.2.1, 120.2.2, 120.2.4, 120.2.10-cu maddələri ilə 18 il müddətə, CM-nin 144-1.2.2-ci maddəsi ilə 09 il müddətə, CM-nin 145.2.4-cü maddəsi ilə 04 il müddətə, CM-nin 178.3.2-ci maddəsi ilə 08 il müddətə, CM-nin 182.3.2-ci maddəsi ilə 11 il müddətə, CM-nin 309.2-ci maddəsi il ə 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzanın ilk 10 ilini həbsxanada, qalan 10 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 20 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2005-ci ilin avqust ayında Bakı şəhəri, Binəqədi rayon P olis idarəsinin 6-cı Polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən digər şəxslərlərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə 2005-ci ilin avqust ayında Bakı şəhəri, ünvan 2 ünvanında 14 saylı binanın zirzəmisində yerləşən kafedə əvvəllər tanıdığı Bakı şəhər sakini X29 ilə dəfələrlə görüşüb Göyçay rayonundan nar alıb Rusiya Federasiyası ərazisində satışını təşkil etməklə bağlı kommersiya fəaliyyəti ilə məşğul olmaq adı ilə onun etibarından suiistifadə etməklə aldadaraq, X19dən əvvəlcə 35.000 (otuz beş min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 32.592 (otuz iki min beş yüz doxsan iki) AZN, daha sonra 9.000 (doqquz min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 8.380 ( səkkiz min üç yüz səksən) AZN və sonda 22.500 (iyirmi iki min beş yüz) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 20.952 (iyirmi min doqquz yüz əlli iki) AZN, ümumilikdə külli miqdar təşkil edən 66.500 (altmış altı min beş yüz) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 61.924 (altmış bir min doqquz yüz iyirmi dörd) AZN məbləğində pulunu alaraq ələ keçirmiş, aldanıldığını biləndən sonra X19in həmin pulu tələb etməsinin qarşısını almaq və onun əmlakına olan hüquqlarını tam ələ keçirmək məqsədilə digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar 21 sentyabr 2005-ci il tarixdə saat 08-10 radələrində idarə etdiyi VAZ-2107 markalı **-OK-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ilə piyada hərəkətdə olan X19ə yaxınlaşıb onu avtoma şının salonuna dəvət edərək verdiyi pulların saxta olduğunu ona bildirmiş, sonuncu, ona qəti etirazını bildirib avtomaşından düşərək onlardan uzaqlaşmaq istədikdə, o, qabaqcadan əlbir olduğu digər şəxslə birlikdə X19i tutub zor tətbiq etməklə qollarını buraraq avtomaşına otuzdurub özündə olan qandalla əllərini bağlayaraq, idarə etdiyi avtomaşınla onu qabaqcadan əlbir olduğu digər şəxsin qardaşının ünvan 1 ünvanında yerləşən kirayədə yaşadığı evə aparmış, orada şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə hədələyib təzyiq altında guya 35.000 (otuz beş min) ABŞ dolları məbləğində pulunu geri alması barədə qəbz yazdırdıqdan sonra onu sərbəst buraxmışdır. Həmçinin o, 15 mart 2001-ci il tarixdən 15 noyabr 2013-cü il tarixədək olan dövrdə rəsmi nikahda olduğu arvadı X15, özünün təsir imkanlarından və X11nın qadın kimi zəiflik vəziyyətindən sui-istifadə etməklə istismar edilməsi məqsədi ilə internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu Bakı şəhər sakini X21 ilə 2013-cü ilin mart-aprel aylarında dəfələrlə, təkrar məcbur edib Bakı şəhərində yerləşən müxtəlif ünvanlarda görüşdürərək onunla intim əlaqəyə girməyə və digər seksual hərəkətlər etməyə cəlb edərək, onların cinsi əlaqədə olma prosesini əks etdirən görüntüləri özünə məxsus mobil telefonu vasitəsilə çəkərək yaddaşına köçürmüşdür. Bundan başqa o, 07 may 2013-cü il tarixdə saat 15 radələrində yaşadığı ünvan 4-də rəsmi nikahda olduğu arvadı X11dan özü üçün təcili olaraq 5.000 (beş min) manat məbləğində pul tapmağı tələb etmiş, sonuncu, həmin məbləğdə pulu olmadığını dedikdə, onu iş yoldaşlarına zəng edib borc pul istəməyə məcbur etmiş, bundan imtina etdikdə isə X11nı ucadan nalayiq sözlərlə söyərək, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayış etdirib ictimai qayda və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti və tamah məqsədi ilə, fiziki cəhətdən böyük üstünlüyə malik olduğundan və mənzilin giriş qapısını içəridən bağlayaraq evdən çıxmasına və ona köməyə gələn şəxslərin içəri daxil olmasına imkan verməməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X11ya qarşı amansız rəftar edərək əzab və iztirab verməklə xüsusi amansızlıqla qəsdən öldürmək üçün bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla onu mənzilin eyvanına çıxararaq, X11nın həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına, eləcə də anası X22nın və səs-küyə hadisə ye rinə toplaşan qonşuların xahiş və yalvarışlarına baxmayaraq, onu 8-ci mərtəbədə yerləşən yaşadıqları mənzilin eyvanından yerə atmaq istəmiş, bu zaman oraya gələn qardaşı X7in aktiv müdaxiləsi nəticəsində iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməyə yönəldilmiş əməlini başa çatdıra bilməmişdir. Bundan sonra o, növbəti gün, yəni 08 may 2013-cü il tarixdə saat 13 radələrində arvadı X11nı öldürmək məqsədinə nail olmaq üçün təkrar yaşadığı həmin mənzildə heç bir əsaslı səbəb olmadan onu ucadan nalayiq sözlərlə söyərək, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayış etdirib ictimai qayda və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq xuliqanlıq niyyəti ilə, fiziki cəhətdən üstünlüyə malik olduğundan və mənzilin giriş qapısını içəridən bağlayaraq X11nın evdən çıxmas ına və ona köməyə gələn şəxslərin içəri daxil olmasına imkan verməməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan arvadına qarşı amansız rəftar edərək, intihar etmə görüntüsünü yaratmaq üçün ondan mənzilin eyvanından atmaqla və ya ipdən asmaqla özünü öldürməsini tələb etmiş, lakin X11 işgəncə ilə ölməkdən qorxduğunu dedikdə və onu öldürməməsi üçün dönə-dönə aman diləyən yalvarışlar etdikdə, onu əzab və iztirab verməklə xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmək məqsədilə əlində olan kəməri boğazına keçirib boğmaq istəmiş, bu yolla da ölməkdən qorxan X11 qışqıraraq onu işgəncə ilə öldürməməsini, onun bu tələbini çoxlu sayda dərman preparatları qəbul etmək yolu ilə yerinə yetirmək istədiyini bildirdikdən sonra yaşadıqları mənzildə olan çoxlu sayda müxtəlif dərman preparatlarını məcburi qaydada ona qəbul etdirərək bir müddət onun halsız vəziyyətə düşüb ölməsini gözləmiş, sonra isə onu köməksiz vəziyyətdə qoyub mənzilin qapısını bağlayaraq çıxıb getmiş, lakin atası X4 müdaxiləsi ilə mənzilin dəmirdən olan giriş qapısının kilidini sındırılaraq orada tam halsız vəziyyətdə olan X11 vaxtında göstərilən tibbi yardım nəticəsində ölümdən xilas edildiyindən, iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməyə yönəldilmiş əməlini başa çatdıra bilməmişdir. Bundan başqa o, Şabran rayon Polis şöbəsinin polis sahə inspektoru vəzifəsində xidmət edərkən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib, 30 dekabr 2013-cü il tarixdə saat 2330 radələrində təkrar yaxın münasibətdə olduğu digər şəxslə qabaqcadan əlbi r olan bir qrup şəxs halında, şərikli işlətdikləri ünvan 3 ünvanında yerləşən futbol mərc oyunlarının keçirildiyi salonda nəzarətçi işləyən Bakı şəhər sakini X23 zəng edib onu iş yerinə çağıraraq, onun günahı ucbatından kassada 2.000 (iki min) manat pul çatışmazlığının yarandığını bəhanə gətirib əmlakını ələ keçirmək məqsədilə özündə olan qandalla qollarını bağlayaraq yumruqla bir neçə zərbə vurub fiziki zor tətbiq etməklə onu həmin salonun yerləşdiyi binanın zirzəmisinə aparıb orada uzun müddət saxlamaqla adam oğurluğu ilə bağlı olmayan azadlıqdan məhrum etmiş, həbs edəcəyi ilə hədələyərək və ünvanına söyüşlər söyərək bədəninin müxtəlif nahiyələrinə yumruqla bir neçə dəfə vuraraq zor tətbiq etməklə 2.000 (iki min) manat pul verməyi tələb edib ona məxsus avtomaşının açarlarını əlindən almı ş, buraxılmayacağını başa düşən X20 tələb edilən pulu vermək üçün bankdan kreditlə pul götürəcəyinə söz verməklə bir neçə saatdan sonra azad edilməsinə nail olmuş, lakin müraciət etdiyi banklar kredit vermədiklərinə görə ondan 04 yanvar 2014-cü il tarixdə Bakı şəhəri, «Ukrayna» dairəsinin yaxınlığında yerləşən «xxxx» adlı mağazadan ümumi dəyəri 1.800 manat olan bir ədəd «İPhone» və bir ədəd «Samsunq» markalı telefonları kreditlə götürüb ona verməyi tələb edib almaqla onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 15 noyabr 2013-cü il tarixdə ondan boşanaraq azyaşlı uşaqları ilə birlikdə ünvan 4 ünvanında yaşayan keçmiş arvadı X11 2015-ci ilin aprel ayında özünə avtomaşın aldıqdan sonra dəfələrlə işdən evə gec saatlarında qayıtması, son va xtlar uşaqlarına lazımi qayğı göstərə bilməməsi və onları nəzarətsiz saxlaması kimi cüzi səbəblərə görə onu təkrar qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə qeyrilərindən ibarət bir qrup şəxslə, əvvəlcədən planlaşdırdığı kimi 2015-ci ilin iyun ayının 25-də saat 19 radələrində anaları ilə birgə yaşayan iki azyaşlı uşaqlarını rəsmi nikahda olduğu arvadı X16 yaşadığı ünvan 5 ünvanına apardıqdan sonra böyük oğlu X3də olan anası ilə yaşadıqları mənzilin açarını gizli şəkildə götürərək gecə saatlarında oraya gedib X11nı gözləmiş, saat 24 radələrində X11 mənzilə daxil olan kimi onu əzab və iztirab verməklə öldürmək üçün güclü işlək sol əli ilə yumruqla zərbə vuraraq bədəninin sağ tərəfində yerləşən 9-cu qabırğasının lokal-yerli sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma, vintaçanla qarın nahiyəsinə zərbə vuraraq qarının ön divarını dəlib-keçən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma və mətbəx bıçağı ilə döş qəfəsinin sağ nahiyəsinə zərbə vuraraq ağciyərin və qara ciyərin proyeksiyasına uyğun olaraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və kəskin qanitirmə ilə müşayiət olunan xəsarətlər yetirməklə onu xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürərək meyitini naməlum yerdə gizlətmiş, məsuliyyətdən yayınmaq və törətdiyi cinayətin izlərini itirmək məqsədilə 2015-ci ilin iyun ayının 28-dən 29-a keçən gecə X11nın meyitini iri yol çantasında idarə etdiyi “KİA CERATO” markalı AZ**-XO-*** dövlət nömrə nişanlı avtomobildə daşımaqla aparıb Xızı rayonu ərazisindən keçən Bakı-Quba yo lunun 55-ci kilometrliyində yolun sağ tərəfində yandırmışdır. Hökmdən məhkum və onun müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Abdinbəyov Abid Kamil oğlu, hakimlər Səfərov Rizvan Kamal oğlu və Məmmədov Qail Fazil oğlundan ibarət tərkibdə) 05 oktyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2,4, 29,120.2.5, 29,120.2.9, 29,120.2.10-cu maddələri ilə nəzərdə tutulmuş əməli CM-nin 125-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 120.2.10, 144-1.2.2, 145.2.4, 178.3.2, 182.3.2 və 309.2- ci maddələri ilə təqsirli bilinib, CM-nin 125-ci maddəsi ilə 06 il müddətə, CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 120.2.10-cu maddələri ilə 17 il müddətə, CM-nin 144-1.2.2-ci maddəsi ilə 09 il müddətə, CM-nin 145.2.4-cü maddəsi ilə 04 il müddətə, CM-nin 182.3.2-ci maddəsi ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 309.2-ci maddəsi ilə 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddət keçdiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə cəza təyin edilməmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il müd dətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasının ilk 09 ilinin həbsxanada çəkməklə, 19 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Rəsulov Azər Qabil oğlu kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qeyd olunan qərarını, həmçinin apellyasiya məhkəməsinin 31 avqust 2017-ci il tarixli ilkin baxış qərarını ləğv etməklə cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinin ilkin baxış mərhələsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİ N DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Rəsulov Azər Qabil oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nın müvafiq maddələri ilə təqsirli bilərək ona 19 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edərkən və bununla əlaqədar sübutları toplayarkən, yoxlayarkən və qymətləndirərkən qeyri-obyektivliyə və qərəzçiliyə yol vermiş, nəticədə CPM-in 143-146-cı maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12, X22, X50, X3, X31, X18, X1, X5, həmçinin əlavə şahid qismində dindirilimiş X32, X9 və X55 ifadələrini mötəbər sübut kimi qəbul etməməklə müdafiə tərəfinin təqdim etdiyi sübutları digər sübutlarla müqayisədə bərabər və obyektiv şək ildə qiymətləndirməmiş, nəticədə CPM-nın 33.4-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi zamanı məhkəmə-bioloji ekspertizasının 01 oktyabr 2015-ci il tarixli rəyi, X11ya məxsus ***-***-**-** mobil nömrə ilə aparılan danışaqlar zamanı qeydə alınan anten dairələr barədə məlumatlar, məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 oktyabr 2015-ci il tarixli 19423-24 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 28 avqust 2015-ci il tarixli 85 saylı rəyi, hadisə yerinə baxış, meyitə baxış, Təqsirləndirilən şəxs istifadəsində olan avtomobilə baxış və götürmə, tanınma üçün təqdimetmə protokolları, üzləşdirmə protokolları, Təqsirləndirilən şəxs telefonuna baxış keçirilməsi haqqında protokollar, “sms” yazışmalarına dair protokollar və s.cinayət işinin materiallarında olan iş üçün əhəmiyyət kəsb edən digər protokollar və sənədlər, maddi sübutlar tədqiq edilmədən ittiham tərəfinin sübutu kimi qəbul edilmişdir. Eyni zamanda müdafiə tərəfinin verdiyi çoxsaylı vəsatətləri, o cümlədən məhkəmə baxışının audio-video çəkilişin aparılması, əlavə şahidlərin məhkəməyə dəvət edilərək dindirilməsi, maddi sübutların tədqiq edilməsi və s. iş üçün mühüm əhəmiyyət kəsb edən vəsatətlərə də əhəmiyyət verməmiş, bununla da CPM-nın 28.1 və 32.2.2-ci maddələrində nəzərdə tutulan tələblərə əməl etməmiş, nəticədə ədalətsiz və qərəzli hökm çıxarmışdır. Həmçinin şikayətdə göstərilir ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-nın 29,120.2.2, 29,120.2.4, 29,120.2.5, 29, 120.2.9, 29.120.2.10-cu maddələri ilə təqsirli olmasını təsdiq edən hər hansı sübutun iş materiallarında olmadığ ını təsdiqləyərkən, həmin maddə ilə verilmiş ittihamlar üzrə onun əməlində CM-nın 125-ci maddəsinin tərkibinin olduğunu qeyd edərkən məhkuma məxsus “İphone 5” markalı mobil telefona baxış keçirilməsinə dair 21 avqust 2015-ci il tarixli protokolla və iş materiallarına əlavə edilmiş disklə yanaşı ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin, o cümlədən X50, X4, X22nın, X24 ifadələrinə və s. sübutlara istinad edərək, iş üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün 05 oktyabr 2017-ci il tarixli qərarında göstərmişdir ki, “... 07-08 may 2013-cü il tarixdə Təqsirləndirilən şəxs X11nı öldürmək üçün real imkanları olduğu halda, onu öldürməkdən könüllü imtina etmiş, yəni zəncirlə boğmağa cəhd etmiş, lakin sonra cinayəti başa çatdırma üçün real imkanı olduğu halda onu boğaraq həya tdan məhrum etməmişdir. X11 isə Təqsirləndirilən şəxs onunla amansız rəftar etməsi, ləyaqətini alçaltması səbəbindən özünü öldürməyə cəhd etmişdir”. Məhkəmə kollegiyasının Təqsirləndirilən şəxs X11nı öldürmək üçün real imkanları olduğu halda, onu öldürməkdən könüllü imtina etməsi barədə gəldiyi nəticə düzgün olsa da, onun əməlində CM-nın 125-ci maddəsinin tərkibi olması barədə mövqeyi də tamamilə yanlışdır, işin faktiki halları ilə uyğunluq təşkil etmir. Bundan əlavə, qeyd edilən epizod üzrə hadisə yalnız 07 may 2013-cü il tarixdə baş versə də, məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin səhvlərini təkrar edərək, hadisənin 07-08 may 2013-cü il tarixində baş verdiyini göstərmişdir. Halbuki, məhkəmə kollegiyası yalnız “İphone 5” telefonuna baxış protok olunu deyil, telefonun özünə baxış keçirsəydi, hadisənin 07 may 2013-cü il tarixdə, yəni bir gün ərzində baş verdiyini aşkar etmiş olardı. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qəbul etdiyi 05 oktyabr 2017-ci il tarixli qərarında müdafiə tərəfinin apellyasiya şikayətində göstərilən dəlillərinə əhəmiyyət verməyərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 120.2.10, 144-1.2.2, 145.2.4, 178.3.2, 182.3.2-ci maddələri ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin cinayət işinin halları ilə bağlı mövqeyini və həmin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Bununla da birinci instansiya məhkəməsinin səhvlərini təkrar etmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən apellyasiya icraatın ın əsas vəzifəsi məhkəməyəqədər və ya birinci instansiya məhkəməsi icraatı zamanı işin hallarının hərtərəfli və tam araşdırılmasına, törədilmiş cinayət əməlinə lazımi cinayəthüquqi qiymət verilməsinə və cinayət prosesi iştirakçılarının pozulmuş hüquqlarını aşkar edərək aradan qaldırmağa xidmət etməkdən ibarətdir. Prosessual qanunvericilik eyni zamanda apellyasiya məhkəməsinə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunması, birinci instansiya məhkəməsinin hökmünün tam və qismən yoxlanılması yolu ilə həmin hökmün işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılması nı nəzərdə tutulmasına, tam hüquqlu məhkəmə kimi çıxış edərək işə mahiyyəti üzrə baxaraq cinayət işi üzrə yeni qərar qəbul etmək səlahiyyəti verməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsi 05 oktyabr 2017-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2017-ci il tarixli hökmünü qüvvədə saxlamaqla ədalət mühakiməsinin təbiətinə zidd hərəkət etmiş, sübutları düzgün qiymətləndirməmiş, nəticədə Təqsirləndirilən şəxs CM-nın 29.120.2.2, 29, 120.2.4, 29,120.2.5, 29.120.2.10, 120.2.1, 120.2.2, 120.2.4, 120.2.10, 144-1.2.2, 145.2.4, 178.3.2, 182.3.2 və 309.2-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət hökmü çıxarmalı olduğu halda, qanunvericiliyin tələblərinə zidd olaraq bunu etməmişdir. Müdafiə tərəfi qeyd olunanlara əsasən apellyasiya məhkəməsinin həmin qərarını, hə mçinin apellyasiya məhkəməsinin 31 avqust 2017-ci il tarixli ilkin baxış qərarını ləğv etməklə cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinin ilkin baxış mərhələsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 05 oktyabr 2017-ci il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə tədqiq olunmuş sübutları sadalayaraq, onların məzmununu göstərsə də, yalnız X11nın Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü təsdiq edən sübutlara münasibət bildirmiş, on lara qiymət vermiş, həmin cinayətin tövsifedıci əlamətlərinə və ittihamın digər epizodlarına aid ayrı-ayrı sübutlar, onların özündə əks etdirilən məlumatlar arasında ziddiyyətlərə isə əhəmiyyət verməmiş, bu məlumatların hansına və nə səbəbdən üstünlük verdiyini, bunun səbəblərini hökmdə göstərməmiş, ittihamın həmin epizodlar üzrə hissəsinin sübuta yetirilməsində yaranmış şübhələrə də heç bir əhəmiyyət verməmiş, bu şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görməmiş, həmin epizodlar və Təqsirləndirilən şəxs ümumilikdə hərəkətlərinin tövsifi məsələsinə səthi yanaşmış, bununla bağlı gəldiyi nəticələri faktiki olaraq əsaslandırmamışdır. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X19 və X20 qar şı hərəkətləri tövsif edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hər iki epizod üzrə CM-nin 182-ci maddəsi ilə ittihamın sübuta yetirilməsində müəyyən şübhələr mövcuddur. Həmin maddənin dispozisiyasına görə bu maddə ilə cinayət məsuliyyətini hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə yaradır. X19ə qarşı epizod üzrə ittihamın məzmununa görə ittiham tərəfi belə qənaətdə olmuşdur ki, Təqsirləndirilən şəxs digər şəxslərlə birlikdə X19in 61.924 manat məbləğində əmlakını dələduzluq yolu ilə artıq ələ keçirmiş (bu əməl C M-nin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir), sonradan zor tətbiq etmə hədəsi ilə X19ə həmin məbləğin 35.000 ABŞ dolların guya geri alması barədə qəbz yazdırmışlar. Göründüyü kimi, ittiham tərəfi dələduzluq yolu ilə 61.924 manatın ələ keçirildiyi əməlini CMnin 178.3.2-ci maddəsi ilə tövsif etdiyi halda, həmin əmlaka (artıq ələ keçirilmiş əmlakın bir hissəsinə) olan hüquqa yönəlmiş hərəkətlərdə (ittiham tərəfinin mülahizəsinə görə Təqsirləndirilən şəxs tərəfindən bu hərəkətlər X19in əmlaka olan hüquqlarını tam ələ keçirmək məqsədi ilə edilmişdir) CM-nin 182.3.2-ci maddəsinin də tərkibi olduğu qənaətinə gəlmiş, məhkəmə də bunlara heç bir əhəmiyyət verməyərək həmin nəticə ilə razılaşıb, Təqsirləndirilən şəxs hər iki maddə ilə təqsirli bilmişdir. Bununla ibtidai istintaq orqanı və məhkəmə i ş üzrə anlaşılmaz nəticəyə gəlmişlər. İ.Novikova qarşı edilən cinayət üzrə Təqsirləndirilən şəxs əməllərinin digər maddələrlə yanaşı həm də CM-nin 182.3.2-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı qeyd olunmalıdır ki, həmin maddənin, yuxarıda göstərildiyi kimi, dispozisiyasına görə bu maddə ilə məsuliyyət məhz özgə əmlakı tələb edildikdə yaranır. İş materiallarından isə görünür ki, cinayətin subyektiv tərəfinin, yəni Təqsirləndirilən şəxs məhz özgə əmlakını tələb etdiyini dərk etməsinin sübut edilməsində şübhələr mövcuddur. Həmin epizod üzrə Təqsirləndirilən şəxs göstərmişdir ki, İqor onun Məmmədsadıqla birlikdə işlətdiyi obyektdə kassir olmuş, kassada kəsir əmələ gəlmiş, ona məxsus olan həmin pulları ödəməyi X20 və X2dən tələb etmiş, X20 həmin pulu almaq üçün onu hədələmişdir. X20 kassadan 800 manat mənimsədiyini Təqsirləndirilən şəxs şəriki M.Bağırov da təsdiq etmişdir. X20 isə kassaya borcun yarandığını, orada işləyənlər işsiz qalmasın deyə, həmin borcun özünün verəcəyini dediyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhz özgə əmlakını tələb etməsi, bunun özü tərəfindən dərk edildiyi barədə birmənalı fikir söyləmək üçün kifayət qədər əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bunlar ittihamın tam şəkildə sübuta yetirilməsində (CM-nin 182.3.2-ci maddə ilə hissəsində) yaranmış şübhə kimi qiymətləndirilməli və bu şübhələr aradan qaldırılmalı idi. Birinci instansiya məhkəməsi isə bu istiqamətdə heç bir tədbir görməmiş, yuxarıda göstərilən şəxslərin çarpaz dindirilməsini aparmamış, bununla bağlı digər sübutları əldə edib tədqiq etməmiş, Təqsirləndirilən şəxs X20 pul tələb etməsi hərəkətlərində CM-nin 182-ci və ya digər maddəsinin tərkibinin olub-olmadığının müəyyən edilməsi məsələsinə səthi yanaşmış, bu məsələnin həllinə təsir edə biləcək bir sıra halları kifayət qədər ətraflı və dolğun araşdırmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 309.2-ci maddəsi ilə də ittiham verilmişdir. İttihamın məzmunundan görünür ki, bu maddə ilə ittiham məhz X20 qarşı törədilmiş əmələ aiddir. Məhkəmə kollegiyasının qənaətinə görə həmin maddə ilə də ittihamın sübut edilməsində müəyyən şübhələr mövcuddur. Mübahisəsizdir ki, həmin maddə ilə cinayət məsuliyyəti barədə o vaxt söhbət gedə bilər ki, vəzifəli şəxsin etdiyi hərəkətlər onun vəzifəsinin səlahiyyətləri ilə bağlı olsun və bu səlahiyyətlərinin hüdudlarından kənara çıxsın. Lakin iş materiallarında olan məlumatlar Təqsirləndirilən şəxs həmin hərəkətləri vəzifə səlahiyyətləri ilə əlaqədar etməsi, qəsdinin vəzifə səlahiyyətlərini aşmağa yönəlməsi, bu hərəkətləri vəzifəli şəxs olduğundan istifadə etməklə törətdiyi, vəzifəli şəxsin səlahiyyətləri ona verilməsəydi, belə hərəkətlər etmək imkanın olmayacağı, törətdiyi hərəkətlər onun məhz vəzifə səlahiyyətlərindən irəli gələn münasibətlər (İ.Novikovla) zəminində edildiyi, vəzifə üzrə etməyə borclu olduğu hərəkətləri qanunu pozmaqla etdiyi qənaətinə gəlməyə əsas vermir. Göründüyü kimi, birinci instansiya məhkəməsi CM-nin 309.2-ci maddəsi ilə ittihamın təsdiq edilib-edilmədiyinin, sübuta yetirilib-yetirilmədiyinin həll olunması məsələsinə də səthi yanaşmış, bunların düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halla rı kifayət qədər ətraflı araşdırmamış, Təqsirləndirilən şəxs əməlində CM-nin həmin maddəsinin tərkibinin də olduğuna dair nəticəyə nəyə əsasən gəldiyini hökmdə göstərməmiş, buna dair mövqeyini faktiki olaraq heç cür əsaslandırmamışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, X20 və X19ə qarşı cinayət epizodları üzrə həmin cinayətlərin qrup şəkilində törədilməsi ittihamı verilmiş, istintaq orqanının 30 noyabr 2016-cı il tarixli qərarında (sübutların qiymətləndirilməsi haqqında) həmin cinayətdə iştirak etmiş şəxslər barəsində cinayət işinin ayrılması barədə qərar qəbul edilməsi nəzərdə tutulmuş və 01 dekabr 2016-cı il tarixli qərarla belə cinayət işi ayrılmışdır. Həmin qərarların məzmununa görə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayətləri törətmək məqsədi ilə qabaqcadan əlbir olduğu X33, X14 və X2 barələrində cinayət işi ayrıca icraata ayrılmışdır. Birinci instansiya məhkəməsi isə 06 aya yaxın müddət ərzində (ittiham aktı 28 dekabr 2016-cı ildə təsdiq edilmiş, hökm isə 20 iyun 2017-ci ildə çıxarılmışdır) ibtidai istintaq orqanı tərəfindən həmin şəxslərin cinayət təqibi ilə bağlı hansı hərəkətlərin edildiyini, bu şəxslərin onların təqsirləndirilən şəxs qismində cəlb olunubolunmadıqlarını (cinayət işi ayrılarkan həmin şəxslərin təqsirləndirilən kimi cəlb edilməsi barədə hər-hansı bir məlumat hazırkı işin materialarında yoxdur), onlar barəsində istintaqın başa çatdırılbçatdırılmadığını, ittiham aktının təsdiq edilib-edilmədiyini, işin məhkəməyə verilib-verilmədiyini, verilibsə, həmin şəxslərin hansı maddələrlə ittiham olunduqlarını, hökmün çıxarılıb-çıxarılm adığını araşdırmamış, bu istiqamətdə həmin şəxslərə sual belə verməmişdir. Bunların araşdırılması ona görə vacibdir ki, istintaq orqanı yuxanda göstərilən cinayətlərin qrup şəkilində törədilməsi qənaətində olmuş, bu, həmin şəxslər barəsində cinayət işi üzrə (hazırkı işdən ayrılmış) ittiham aktında da (həm də hökmdə) belə ittihamın öz əksini tapmasını şərtləndirir (həmin iş üzrə istintaq yekunlaşdırılıbsa). Əks təqdirdə, Təqsirləndirilən şəxs həmin cinayətin məhz biq qrup şəkildə törətməsi barədə fikir söylənilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.2-ci maddəsi ilə də ittiham verilmişdir ki, o, özünün təsir imkanlarından X11nı istismar etməsi məqsədi ilə qadın kimi zəifliyindən sui-istifadə etməklə X21 intim əlaqəyə girməyə cəlb etmişdir. Qeyd olunan maddənin dispozisiyasına görə (CM-nin 144-1.1-ci maddəsi) həmin maddə ilə cinayət məsuliyyətini insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədəqorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi yaradır. Azərbaycan Respublikası CM-nin 144-1-ci maddəsinin 1-ci qeydində göstərilmişdir ki, bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. Bu normaların tələbləri baxımından Təqsirləndirilən şəxs,əməlində cinayət tərkibinin olub-olmadığının müəyyən edilməsi üçün, X11nın Təqsirləndirilən şəxs tərəfindən istismara məruz qalıb-qalmadığı, X21 cinsi əlaqəyə girməyə onu məhz Təqsirləndirilən şəxs cəlb edib-etmədiyi araşdırılmalı, bununla bağlı bütün məsələlər aydınlaşdırılmalı idi. Hökmdən görünür ki, ibtidai istintaq orqanı bu epizod üzrə ittihamı təsdiq edən sübut kimi ibtidai istintaq zamanı verilmiş, Təqsirləndirilən şəxs cinayət işinin 8-ci cild 107-117 vərəqə lərində olan ifadələrinə,X21 ifadələrinə (cild 8, iş vərəqə 90, 94) əsaslanmış və ittiham aktında bu sübutlara istinad etmişdir. İş materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə yalnız cild 1, iş vərəqi 237-242-də olan ifadələrini tam şəkildə təsdiq etdiyini göstərmişdir (yəni onun ibtidai istintaqda verdiyi cild 8, iş vərəqə 107-117-də olan ifadələrini təsdiq etməmişdir). X21 də ibtidai istintaqda verdiyi ifadələrindən kəskin şəkildə fərqlənən ifadələr verərək (məhkəmədə) sərbəst ifadəsində ilk dəfə X11la ikisi görüşdüklərini, həmin görüşdə Təqsirləndirilən şəxs iştirak etmədiyini bildirmiş, proses iştirakçılarının suallarını cavablandırarkən də bunu təsdiq etmiş və X11la ilk dəfə görüşdükləri zaman cinsi əlaqədə olduqlarını videoya özünün çəkdiyini göstərmişdir. X21in məhkəmədəki ifadələrindən görünür ki, o, X11 ilə cəmi iki dəfə - birinci dəfə mənzilində Təqsirləndirilən şəxs iştirakı olmadan, ikinci dəfə isə sonuncunun iştirakı ilə oteldə cinsi əlaqədə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə ittiham verilmişdir ki, o, dəfələrlə X11nı məcbur edib X21 ilə intim əlaqəyə girməyə cəlb etmiş və özü onların cinsi əlaqəyə girmələri prosesini telefon vasitəsi ilə çəkmişdir. Birinci instansiya məhkəməsi həmin ittihamla razılaşarkən X21in məhkəmədə verdiyi ifadələrinə əhəmiyyət verməmiş, həmin ifadədə göstərilən məlumatların məhkəmənin özünün hökmdə istinad edib əsaslandığı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrlə kəskin ziddiyyət təşkil etdiyini nəzərə almamış, bu ziddiyyətin aradan qaldırılması üçün heç bir tədbir görməmişdi r. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi həmin etirafedici ifadələri ilə əlaqədar isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, məhkəmənin özünün istinad etdiyi və iş üzrə nəticəyə gələrkən əsaslandığı, Təqsirləndirilən şəxs ifadələrində onun qrup şəklində X11 ilə cinsi əlaqədə cəmi bir dəfə olmaları (oteldə X21in iştirakı ilə) göstərildiyi, iş materiallarında oteldə görüşdən əvvəl və bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə və ya onun iştirakı olmadan X11nın X21lə cinsi əlaqədə olması barədə məlumat sonuncunun ifadəsindən başqa (oteldə görü şdən əvvəl görüşmələri barədə) hər hansı bir sübutda olmadığı halda, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən bu cinayətin təkrar törədilməsi qənaətinə gəlmişdir. Bunlar belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmə həmin cinayətin məhz təkrar törədilməsi qənaətinə gələrkən X21in ifadələrini əsas götürmüşdür. Lakin həmin şahid ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində bir-birindən kəskin ziddiyyət təşkil edən ifadələr vermiş, ibtidai istintaq zamanı günorta vaxtı, onun arvadının evdə olmadığı zaman onların hər üçünün onun mənzilində görüşmələrini, orada olan prosesləri Təqsirləndirilən şəxs özünün telefonuna çəkdiyini göstərmiş, məhkəmədə isə bu görüş onun mənzilində baş verdikdə (ilk dəfə) Təqsirləndirilən şəxs iştirak etmədiyini, çəkilişin də onun özünün (yəni X21in) apar dığını bildirmişdir. Mübahisəsizdir ki, X21in ifadələri arasında olan belə kəskin fərqin səbəbləri araşdırılmadan, bununla bağlı ziddiyyətlər və ittihamın sübut edilməsində yaramış şübhələr aradan qaldırılmadan belə şahid ifadələri ittihamı sübut edən amil kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən ziddiyyətlərin və şübhələrin aradan qaldırılması üçün heç bir tədbir görməmiş, X21ə ifadələr arasında olan belə kəskin fərqin səbəblərinin müəyyən edilməsi, onun mənzildə etdiyi çəkilişin (görüntülərin) hazırda harada olduğunun aydınlaşdırılması istiqamətində sual belə verməmişdir. X21in ifadələrinin həqiqətə uyğun olub-olmadığının müəyyən edilməsi həm də ona görə vacibdir ki, belə çəkilişin təşəbbüskarı məhz Təqsirləndirilən şəxs olduğu və onun X11nı X21lə cinsi əlaqəyə girməyə məcbur etməsi barədə məlumatlar yalnız X21in ifadələrində əks etdirilmişdir, digər sübutlarda belə məlumat yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunan cinayət epizodu üzrə düzgün nəticəyə gəlmək üçün şahid X3un ifadəsində olan məlumatlar da yoxlanılmalı, həmin şahidin istinad etdiyi “Facebook” şəbəkəsində aparılan yazışmaların qalıb-qalmadığı araşdırılmalı, mümkün olarsa, həmin yazışmalar əldə edilərək müvafiq məlumat kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs onun qəsdən adam öldürmə cinayətini də qeyrilərindən ibarət bir qrup şəxslə törətməsi ittihamı verilmiş və həmin cinayətin məhz bir qrup şəxslə törədilməsinə dair ittihamın sübuta yetirilməsində də müəyyən şübhələr mövcuddur. Həmin şübhələr onunla əlaqədardır ki, ittiham aktında, hökmdə, ap ellyasiya məhkəməsinin qərarında həmin cinayətdə Təqsirləndirilən şəxslə qeyri bir şəxsin iştirak etməsini göstərən hər hansı bir sübuta istinad edilməmiş, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarda da belə məlumat yoxdur ki, cinayətin qrup şəkilində törədilməsinə dəlalət etsin, belə qənaətə gəlməyə dolayı da olsa əsas versin. İbtidai istintaq orqanın bu məsələdə mövqeyi yuxarıda göstərilən qərarlarda (sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında) əks etdirilmişdir. Sübutların qiymətləndirilməsi qərarında birmənalı olaraq göstərilmişdir ki, “...iş materiallarına əsasən, sön vaxtlar X11nın özünə avtomobil alıb idarə etməsi, işdən evə gec saatlarda gəlməsi, uşaqlarına lazımi diqqət, qayğı göstərməməsi və bacısı oğlu X3 gizlin görüşməsindən hi ddətlənən X4, həmçinin onun arvadı X22, oğlu X50, onun arvadı X53, o cümlədən həmin ailəyə yaxın münasibətdə olan digər şəxslərin də X11nın qətlə yetirilməsi hadisəsinin təfərrüatlarından məlumatlı olmalarına, hətta həmin cinayətdə bu və ya digər formada iştiraklarına əsaslı şübhələr olsa da, onların qeyd olunan cinayətə görə məsuliyyətə cəlb edilmələrinə əsas verən mötəbər sübutların əldə olunması istintaqın hazırkı mərhələsində hələlik mümkün olmadığından X11nın qəsdən öldürülməsində Təqsirləndirilən şəxslə birlikdə bir qrup şəxs halında bu və ya digər formada iştirak etmiş digər şəxslər haqqında olan materiallar, həmin xüsusatlar üzrə istintaqın davam etdirilməsi üçün ayrıca icraata ayrılacaq cinayət işinə əlavə edilməlidir. Cinayət işinin həcminin həddən artıq böyüklüyü Təqsirləndiri lən şəxs hüquq və qanuni mənafelərinin təmin edilməsinə maneçilik törətməklə ibtidai araşdırmanın və işin məhkəməyə göndərilməsinin yolverilməz dərəcədə uzadılması ilə nəticələnə biləcəyini, Təqsirləndirilən şəxs barəsində istintaqın ayrıca tamamlanmasının mümkünlüyünü, bu ayırmanın cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayacağını nəzərə alaraq ********* nömrəli cinayət işindən X11 qəsdən öldürülməsində Təqsirləndirilən şəxslə birlikdə iştirak etmiş şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120,2.4 maddələri, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən X13 və qeyriləri tərəfindən gizlədilməsi faktı üzrə Azərbaycan Respublika sı CM-nin 307,3 maddəsi, X20 adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edilməsi və zor tətbiq etməklə hədə-qorxu ilə əmlakının tələb edilməsi faktları üzrə X2 barəsində Azərbaycan Respublikası CM-nin 145.2.4, 182.2,1, 182,2,2 və 182.2.3 maddələri, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən X19 etibarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlakının ələ keçirilməsi, hədə-qorxu ilə əmlaka olan hüququnu və əmlak xarakteri daşıyan hərəkətlər etməsini tələb etmə faktları üzrə X33 və X14 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.3.2 maddələri, Təqsirləndirilən şəxs, X33 və X14 vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə X19ə zor tətbiq edilib adam oğurluğu ilə bağlı olmayan qan unsuz azadlıqdan məhrum edilərək hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması faktları üzrə Azərbaycan Respublikası CM-nin 309,2 və 145.2.4-cüy maddələri, 05 iyul 2015-ci il tarixdə Xızı rayonu ərazisində X6 qarşı naməlum şəxslər tərəfindən edilmiş qanunsuz hərəkətlər, eyni zamanda Təqsirləndirilən şəxs idarə etdiyi **-VE-*** dövlət qeydiyyat nişanlı «Dodge» markalı avtomaşınla yol-nəqliyyat hadisəsi törədilməsi və digər faktlar üzrə cinayət işi ayrıca icraata ayrılması məqsədəmüvafiqdir...”. Göründüyü kimi, ittiham tərəfi özü belə mövqedədir ki, qəsdən adam öldürmə cinayətində digər şəxslərin iştirak etməsinə yalnız şübhələr mövcuddur və cinayət işinin istintaqının qurtarması ərəfəsində digər şəxslərin həmin cinayətdə iştirak etməsini təsdiq edən hər hansı bir sübut əldə edilməmişdir. Belə olan halda mübahisəsizdir ki, ittiham aktı təsdiq olunarkən da Təqsirləndirilən şəxs həmin cinayəti qrup şəkilində törətməsini əks etdirən hər hansı bir sübut (məlumat) mövcud olmamış, onun cinayəti qrup şəkilində törətməsi barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşımışdır. Qanunun tələbinə görə isə ittiham hökmü mülahizələrə (ehtimallara) əsaslana bilməz. Birinci instansiya məhkəməsi isə işin bu hallarına, qanunun tələblərinə heç bir əhəmiyyət verməmiş, özü işə baxan dövrdə istintaq orqanı tərəfindən qəsdən adam öldürmə cinayətində hər hansı bir şəxsin iştirak etməsinin müəyyən edilib-edilmədiyini (ayrılmış cinayət işi üzrə) yoxlamamış, bununla bağlı şübhələri aradan qaldırmaq üçün heç bir tədbir görməmiş, bu məsələdə mövqey ini faktiki olaraq heç cür əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi qəsdən adam öldürmə cinayətinin məhz xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla törədildiyinə dair nəticəyə hansı sübutlara, sübutlarda olan hansı məlumatlara, hansı nəzəri fikirlərə, məhkəmə təcrübəsinə əsaslanaraq gəldiyini də hökmdə göstərməmiş, özünün bu məsələlərdə mövqeyini heç cür əsaslandırmamışdır. Bu səbəbdən də kassasıya instansiyası məhkəməsi tərəfindən həmin mövqeyin (bunun əsaslandırılmasının) qanuni olubolmadığı barədə qəti fikir söyləmək mümkün deyildir. Apellyasiya məhkəməsi də bu çatışmamazlıqları, ziddiyyətləri və şübhələri aradan qaldırmaq üçün heç bir tədbir görməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü üçün (ümumiyyətlə işin düzgün həlli üçün) mühüm əhəmiyyət kəsb e dən və faktiki olaraq araşdırılmamış qalan bir sıra halları araşdırmamış, qeyd olunan çatışmamazlıqların məhkəmə istintaqı yolu ilə aradan qaldırılmalı olduğu halda, məhkəmə baxışını istintaq keçirmədən aparmış, nəticədə həmin hallar yenə də araşdırılmamış qalmışdır. Apellyasiya baxışı ilə əlaqədar qeyd olunmalıdır ki, istintaq orqanı və birinci instansiya məhkəməsi qəsdən adamöldürmə cinayətinin törədilməsindən əvvəl belə cinayətin törədilməsinə cəhdin edilməsi qənaətində olduğu üçün Təqsirləndirilən şəxs əməlini təkrar törədilmiş kimi qiymətləndirmiş, bu səbəbdən də həmin əməli CM-nin 120.2,10-cu maddəsi ilə tövsif etmişlər, qəsdən adamöldürmə cinayətinə cəhd əməlini CM-nin 125-ci maddəsinə tövsif etmiş apellyasiya məhkəməsi isə (həmin məhkəmənin qərarından verilmiş protest təmin edilməm işdir) bu cinayətdən sonra törədilmiş qəsdən adam öldürmə cinayətinin təkrar törədilməsi kimi qiymətləndirilməsi üçün artıq əsasın olmadığına əhəmiyyət verməmiş, CM-nin 120.2.10-cu maddəsinin ittihamdan xaric olunması məsələsini müzakirə etməmiş, nəticədə Təqsirləndirilən şəxs həmin maddə ilə də təqsirli bilsə də, özünün bu mövqeyini və, ümumiyyətlə, iş üzrə gəldiyi nəticələri faktiki olaraq əsaslandırmamış, müdafiə tərəfinin apellyasiya şikayətinin digər epizodlar üzrə bır sıra dəlillərini də qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamışdır. Mübahisəsizdir ki, bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən yuxarıda göstərilən normalarla yanaşı Azərbaycan Respublikası CPM-nin 21.2, 25.3, 28.1, 28.4.1, 28.4.2, 28.4.3, 28.4.4, 28.5, 32.2.6, 32.2.7, 33.1, 33.2, 33.4, 138.1, 139.0.1, 139.0.5, 139.0.6, 144, 146.1, 346.1.5, 346.1.7, 346.1.11, 349.5.3, 351.3, 353.2.3, 353.2.7, 392.3, 397.1, 397.2-ci maddələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 25 iyun 2003-cü il tarixli 4 №-li və 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarlarının izahlarını da nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 25.3-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CPM-nin 28.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktl ar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 28.4.1, 28.4.2, 28.4.3, 28.4.4-cü maddələrində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr, cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq; cinayət prosesi gedişində qan unun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq vəzifələrini yerinə yetirməlidirlər. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 32.2.6 və 32.2.7-ci maddələrində təsbit edilmişdir ki, bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir, məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsa slandırılır. Azərbaycan Respublikası CPM-nin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində qeyd edilmişdir ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 33.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 139.0.1, 139.0.5 və 139.0.6-cı maddələrində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obye ktiv yoxlanılmalıdır, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 146.1-cı maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 346.1.5, 346.1.7, 346.1.11-ci maddələrində göstərilmişdir ki, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlam ətlərinə uyğun olub-olmadığı; təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən halların olubolmadığı; təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu məsələləri məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Azərbaycan Respublikası CPM-nin 349.5.3-cü maddəsində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsində təsbit edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı mad dələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Azərbaycan Respublikası CPM-nin 353.2.3 və 353.2.7-ci maddələrində nəzərdə tutulmuşdur ki, məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar; bu Məcəllənin 3 46.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federas iyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qəra rın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 01 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərinə tam riayət olunmamışdır. Qeyd olunanlar isə Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas verən hallar kimi nəzərdə tutulmuşdur. Odur ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 125, 120.2.1, 120.2.2, 120.2.4, 120.2.10, 144-1.2.2, 145.2.4, 178.3.2, 182.3.2 və 309.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 05 oktyabr 2017-ci il tarixli qərarı müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar