Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-140/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X6, zərərçəkmiş şəxs X2 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx xx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin (hakim Əliəjdər Ələkbərov) 1(049)-281/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxxxx 1992-ci ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, tutulana kimi işləməyən, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla tutulana kimi həmin ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in ) 177.2.1, 177.2.3, 177.2.4, 228.1 və 232.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 232.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilmiş, CM-in 69.3cü maddəsinə əsasən onun həbsdə olduğu 3 (üç) ay 19 (on doqquz) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti cəza olaraq 3 (üç) il 8 (səkkiz) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddətinə şərti hesab edilmişdir. Hökmlə həmçinin X5 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansi ya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, ev sahibinin Bakı şəhərində yaşamasından istifadə edib özgənin əmlakını vahid niyyətlə, hissə-hissə, təkbaşına və qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda gizli olaraq talamaq qərarına gəlib bu məqsədilə xx xxxx 2019-cu il tarixə keçən gecə saat 01 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən X1 fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq quyunun üstündə qurulmuş 150 manat qiymətində «Aqidel» markalı su nasosunu köməkçi avadanlıqları-sintetik borusu və sorucu başlığı ilə birlikdə, sonra pəncərəni sıxıb açmaqla evə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 110 manat olan aliminium qazanı götürüb ümumilikdə 260 manat qiymətində əmlakı gizli olaraq talamış, xx xxxx 2 019-cu il tarixdə saat 23 radələrində vahid niyyətlə tanışları X5 və istintaqa məlum olan digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, X1 fərdi yaşayış evinin həyətinə, oradan evin birinci və ikinci mərtəbələrinə qanunsuz daxil olaraq, evin birinci mərtəbəsində otaqdan qiyməti 110 manat olan aliminium qazanı, 1 ədəd qiyməti 120 manat olan böyük aluminium qazanı, hər birinin qiyməti 20 manat, ümumi qiyməti 60 manat olan 3 ədəd aliminium məcməyini, ümumi qiyməti 140 manat olan 2 ədəd aliminium ləyəni, evin ikinci mərtəbəsində otaqdan qiyməti 110 manat olan avtomobil tozsovuranını, 1 ədəd qiyməti 120 manat olan elektrik ətçəkən maşınını, 1 ədəd qiyməti 90 manat olan paltar ütüsünü, 1 ədəd qiyməti 350 manat olan elektron tərəzini, 1 ədəd qiyməti 70 manat olan qara rəngl i su termosunu götürüb ümumilikdə 1170 manat qiymətində əmlakı gizli olaraq talamış, 2019-cu ilin iyun ayının ortalarında niyyətinin davamı olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi tanışı X5 ilə X1 fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində yerləşən otaqdan 1 ədəd 210 manat qiymətində “sakura” markalı binoklu gizli olaraq talamış, 2019-cu ilin iyun ayının ortalarında təkbaşına X1 fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində yerləşən otağa pəncərə şüşəsini çıxarmaqla daxil olaraq divanın altından 1 ədəd 1970-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli «Toz-34» modeli, «EN15026» nömrəli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, yivsiz qoşa hamarlül əli ov tüfəngini, həmin tüfəngdə atəş açmaq üçün nəzərdə tutulmuş iki qutuda 30 ədəd patronları, 40 manat qiymətində ov tüfəngi patrondaşını, gizli olaraq talamış, bir neçə gün sonra niyyətinin davamı olaraq, qabaqcadan əlbir olduğu X5 ilə birlikdə xx xxxx 2019-cu il tarixədək olan müddətdə bir neçə dəfəyə X1 fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, oradan başqa saxlanc yeri kimi istifadə edilən qaraca, evin birinci və ikinci mərtəbələrinə qanunsuz daxil olaraq, qaracdan hər birinin qiyməti 60 manat olmaqla ümumi qiyməti 1920 manat olan 32 ədəd 58X60 mm ölçüdə balıqçı torlarını, “Amur” markalı qayığın üzərində quraşdırılmış qiyməti 150 manat olan 1 ədəd kompası, “Yamaha-75” markalı qayığa məxsus mühərrikinin yanacaq çəninin qiyməti 70 manat olan borusunu, evin birinci mərtəbəsindəki otaqlardan qiyməti 155 manat olan bir ədəd gövdəsi qırmızı rəngli «Laqunda» elektrik kəsici alətini, qiyməti 120 manat olan bir ədəd gövdəsi göy rəngli elektrik dəlikaçanı, hər birinin qiyməti 1500 manat olmaqla ümumi qiyməti 3000 manat olan 2 qutu mətbəx qabları servizlərini, hər birinin qiyməti 120 manat, ümumi qiyməti 240 manat olan 2 ədəd BMV markalı avtomobilin təkərlərini disklərlə birlikdə, evin birinci mərtəbəsində daha bir otaqdan qiyməti 70 manat olan 1 ədəd aluminium ləyəni, hər birinin qiyməti 35 manat, ümumi qiyməti 70 manat olan 2 ədəd aluminium aşsüzəni, hər birinin qiyməti 20 manat, ümumi qiyməti 60 manat olan 3 ədəd aliminium məcməyini, 1 ədəd qiyməti 120 manat olan (lebyodka) dartqı qurğusunu, evin ikinci mərtəbəsində yerləşən otaqdan, hər birinin qiyməti 30 manat, ümumi qiyməti 90 manat olan 3 ədəd qırmızı üzlü yastıqları gizli olaraq talayıb oğurlamaqla Abuzər Səfərova ümumilikdə xeyli miqdar hesab edilən 7745 manat məbləğində ziyan vurmuşdur. Bundan sonra o, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli olmaqla, “51443” №-li, “TOZ-1” modelli, sürüşkən çaxmaqlı, tək-tək atılan, atəş açılması üçün yararlı yivli odlu idman-ov silahı əldə edib saxlamaqla, daşıyaraq Liman şəhəri, M.Müşviq küçəsi, 226 ünvanına gətirərək həmin evdə saxlamış, xx xxxx 2019-cu il tarixdə həmin silah polis əməkdaşları tərəfindən götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Etibar Camalov və Elşad Əliyevdən ibarət tərkibdə) 1(106)91/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 1(049)281/2019 saylı xx xxxxxx 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4, 228.1 və 232.1-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar çıxarılmış, Məhkum barəsində Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Dövlət ittihamçısı Rəfail Bədəlov tərəfindən verilmi ş apelyasiya protesti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza şərti hesab edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, Şirvan Apellyasiya məhkəməsi işə baxarkən hüquqlarını müdafiə etdiyi şəxsə nisbətdə maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, şərti sınaq müddəti tətbiq edilərək Məhkum islah olunması üçün Lənkəran rayon məhkəməsi tərəfindən ya radılmış ədalətli şəraitin qabağı alınmış və cəmiyyətdən təcrid olunaraq islah olunacağı qənaətinə Apellyasiya instansiyasını gəlməsi istinad etdiyi maddənin tələblərinin pozulması deməkdir. Həmçinin təqsirləndirlən şəxs evin yeganə övladı olmaqla ailənin yeganə ümid yeridir. Onun ailədən məhrum edilməsi qapalı şəraitdə saxlanması heç də Məhkum islah olunmasına xidmət etmir. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4, 228.1 və 232.1-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən məhkum edilmiş şəxs Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar çıxarılması həbs edilmədən də islah oluna biləcək Azərbaycan gəncinin əlindən bu imkanı əlindən alınması deməkdir. Sınaq müddətində hər hansı bir cinay ətin törədilməsi Məhkum barəsində olan hökmün yeni törədə biləcəyi cinayət əməlinin üstünə gələcəyi qanunun tələbidir. Qanunun belə tələbi olduğu halda Məhkum Valeh oğluna cəmiyyətdən təcrid olunmadan islah olunma imkanının yaradılmaması ədalət olma prinsipinə ziddiyyət təşkil edir. Bundan başqa, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfındə n cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Qeyd olunan hallar- İlk dəfə cinayət törədilməsi, törədilmiş əməldən səmimi peşmançılıq, cinayət nəticəsində vurulmuş ziyanın aradan qaldırlması, zərərçəkmiş şəxslə barışma, cinayətin açılmasında kömək etməsi kimi yüngülləşdirici hallar Şirvan Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İş üzrə ağırlaşdırıcı hal yoxdur. Bu isə qeyd edilən plenumun qərarının və qanunvericiliyin tələblərinin pozulması deməkdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassa siya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhk əməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum barəsində apellyasiya instansiya məhkəməsi tərəfindən hökmlə CM-in 70-ci maddəsinin tətbiq olunmasının xaric edilməsi haqqında ədalətsiz qərarı qəbul olunmasıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara b ilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökm qərardan görünür ki, apelyasiya instansiya məhkəməsi qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində istinad olunan halların heç biri Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunmasını mümkün sayıla bilən amillər kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, iş üzrə zərərçəkmiş şəxs X4 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Həmçinin məhkəmələr Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş maddi ziyanın tam ödənilməsini təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. İşdən görünür ki, apelyasiya instansiya məhkəməsi hökmlə təqsirləndirilən şəxs Məhkum təyin edilmiş şərti məhkum etməni ləğv edib ona cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluğunu nəzərə aldığını göstərməklə ona təqsirli bilindiyi maddələrin sanksiyasının orta həddində (Azərb aycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CM-in 232.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi) azadlıqdan məhrum etmə cəzasını təyin etmiş və Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsini tətbiq etməklə qəti cəza olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-in 6 6.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunan maddənin mənasından görünür ki, cinayət qanunvericiliyi təyin olunmuş cəzaları qismən və ya tam toplamamaqla da cəza təyin etməyi qadağa etmir. Yəni, təqsirləndirilən şəxsə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə də cəza təyin edilə bilər. Kassasiya instansiya məhkəməsində iştirak edən zərərçəkmiş şəxs Abuzər Səfərov çıxışında təkrarən Məhkum şikayətçi olmamasını ona dəymiş ziyanın tam olaraq ödənildiyini bir daha bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum hökmlə təyin edilmiş cəzaları az ciddi c əzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cəza təyin olunmasını daha məqsədə müvafiq olardı. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayətlərin məcmusu üzrə qismən toplanılan 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ədalətsizdir. Kollegiya qeyd edir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəzanın şərti hesab edilməsi üçün işdə heç bir qanuni əsas olmadığı halda, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəza endirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarı isə dəyişdirilməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərar Məhkum aid hissədə dəyişdirilsin. Məhkum hökmlə Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə təyin edi lmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə 3 (üç) ilə endirilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Qərar qalan hissədə dəyişdirilməsin. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-140/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-140/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver