Məhkəmə qərarları › İş №1(102)-140/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-140/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-140/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyab r 2021-ci il tarixli qərarından Məhkum5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Nizami Quliyev (sədrlik edən), Xamməd Nuriyev və Aqil Musayev) 16 may 2021-ci il tarixli, 1(099)-28/2021 nömrəli hökmü ilə 27 avqust 1978-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 14 dekabr 209-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 32.3,1823.2, 28,181.2.1, 28,181.2.4, 181.2.5, 206.2, 228.1, 228.4, 234.1 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixl i qərarına əsasən 11 ay 26 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, Şamaxı şəhəri Şəhriyar qəsəbəsində qeydiyyatda olaraq yaşamış Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.2, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, CM-in 127.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum5 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 14 dekabr 2009-cu il tarixli hökmünə əsasən ona təyin edilmiş cəzanın çəkilməmiş qalan 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsi yeni hökmlə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Məhkum5 qəti cəza 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2019-cu il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum1, Məhkum4 və Məhkum2 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum5 məhkum olunmuşdur ona görə ki, o, 28 mart 2019-cu il tarixdə oğlu Məzahir Şıxverdiyev ilə birlikdə ünvan 1 ünvanda yaşayan qardaşı Tahir Əhmədovun arvadı X3 evinin həyətində olan bir otaqlı evdə qonaq olarkən, söhbət əsnasında sonuncu evində dayəlik etdiyi X4 onun qızı X10 barəsində nalayiq sözlərlə böhtan xarakterli danışmasını deməsi səbəbindən o, Ləman Xəkilinin əri X9 mobil nömrəsini öyrənməklə sonuncuya zəng edib Ləman Xəkilinin dediklərinə aydınlıq gətirməsini istəmiş və aralarında olan danışıq zamanı mübahisə yaranmış, daha sonra 29 mart 2019-cu ildə gecə saat 03 radələrində həmin qonaq olduğu qardaşı evində yatdıqları zaman qardaşı arvadı Zenfira Əliyevanın yaşadığı evdən səsküy səslərini eşidib oğlu Məzahir Şıxverdiyev və istintaqa adları məlum olmayan iki nəfər kişi cinsli şəxslə birlikdə Zenfira Əliyavanın yaşadığı evə gedib sonradan adını bildiyi Ləman və Afər adlı şəxslərin Zenfira Əliyeva və sonuncunun qızı Mədinə Əliyeva ilə mübahisə etmələrini gördüyündən, oğlu Məzahir Şıxverdiyev ilə birlikdə Afər Rəcəbovun ya xın adamı hesab edilən arvadı Ləman Xəkilinin gözləri qarşısında sonuncunun qorxaraq ağlaması ilə xüsusi əzab və istirab verdiyini dərk edib xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə qəsdən Afər Rəcəbovun sifətindən və bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə zərbələr vuraraq, sonuncuya burun sümüklərinin yerini dəyişmiş sınığı, təpə nahiyəsinin, sol qulaq və arxa nahiyəsinin, sol gözaltı nahiyənin və göz qapaqlarının, sağ üst göz qapağının, alın nahiyəsinin, sağ gicgah nahiyəsinin, döş qəfəsinin ön səthinin qançırları, alt çənədə sağ İİ dişin uc hissəsinin, üst çənədə sol İİİ, İV, V dişlərin tac hissəsinin sınıqları, boyunun sol yarasının cızığı xəsarətlərinin əmələ gəlməsi ilə nəticələnən, zərərçəkmiş şəxs Afər Rəcəbovun həyatı üçün təhlükəli olmayan və bu Məcəll ənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Bundan başqa o, 30 oktyabr 2019-cu il tarixdə Məhkum4, Məhkum3, Məhkum1, Məhkum2 və şəxsiyyəti istintaq məlum olan digər şəxslə birlikdə Sabirabad rayonu Qaratəpə kənd sakini X6 evinə basqın etməklə xeyli miqdarda əmlak əldə etmək barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrup bu məqsədlə həmin tarixdə saat 24 radələrində Sabirabad rayonun Qaratəpə kənd ərazisində Fikrət İsgəndərov ilə görüşüb aralarında olan rol bölgüsünə əsasən, sonuncu həmkəndlisi X6 yaşadığı evi, həyətyanı sahəsinin giriş-çıxışını qrup üzvlərinə göstərmiş, daha sonra o, Rövşən Rəhmanov, Elgiz Allahverdiyev, Məhkum2 və digər şəxs birlikdə Fatma Hüseynovanın yaşadığı rayonun Qaratəpə kənd ərazisindəki evə daxil olmaq üçün sonuncunun həyatyanı sahəsinə girib orada «Mercedes» markalı avtomaşının olduğunu görüb evdə adamın çox olmasını guman edərək həyətdən çıxıb gəldikləri avtomaşına əyləşməklə Bakı şəhərinə qayıtmışlar, lakin cinayətkar niyyətlərini başa çatdırmaq məqsədilə Fikrət İsgəndərovla mobil telefonla danışıb evdə yaşayan şəxslərin sayını müəyyənləşdirməklə yenidən 01 noyabr 2019-cu il tarixdə gecə saat 03 radələrində onun idarə etdiyi “Hundai” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobillə Rövşən Rəhmanov, Elgiz Allaşverdiyev, Məhkum2 və digər şəxs birlikdə Sabirabad rayonu Qaratəpə k əndində yaşayan Fatma Hüseynovanın evinin yaxınlığına gəlib, rol bölgüsünə əsasən, Məhkum3 avtomaşında sükan arxasında oturmaqla pusquda dayanmış, o, Məhkum1, Məhkum2 və digər şəxs birlikdə üzlərini gizlətmək məqsədi ilə paltarının qarşı hissəsini gözlərinin altına kimi çəkib əllərinə əlcək geyinərək içərisində su olmayan beton arxdan, bir qədər irəlidə metal torlu çəpərdən keçərək Fatma Hüseynovanın yaşadığı evin həyatyanı sahəsinin arxa tərəfində olan bağdan həyətə keçib evin giriş qapısından içəri, yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra Elgiz Allahverdiyev evin digər otağına keçərək pul və qızıl-zinət əşyalarını axtarmağa başlamış, Məhkum2 özü ilə gətirdikləri yapışqan lentlə çarpayıda yatmış X7 ağzı nahiyyəsini, kapron xamıtla isə qollarını və ayaqlarını bağlayaraq üzərində gəz dirdiyi və istintaqla müəyyən edilməsi mümkün olmayan silah qismində istifadə etdiyi kəsici-deşici xassəyə malik olan əşyanı nümayiş edərək sonuncunu hədələyib fiziki zor tətbiq etməklə alt və üst dodaqda qansızmalar, sol yanaq nahiyyəsində, sol məmə xətti üzrə 4-5-ci qabırğa səviyyəsində qançırlarla müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək pul və qızıl-zinnət əşyalarının yerini tələb etmiş, Məhkum5 isə digər şəxslə birlikdə həmin otaqdan çıxaraq evin digər sol tərəfində olan giriş qapısından evin içərisinə daxil olmaq istəyərkən, həmin otaqda yuxudan oyanmış Fatma Hüseynova ilə qarşılaşdıqlarından sonuncuya ağız və boyun nahiyyəsini tutub sıxmaqla fiziki zor tətbiq edib boyunun arxa səthində qançır, üst dodaqda qansızma ilə müşayiət olunun an sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlər yetirilməsi səbəbindən Fatma Hüseynova ucadan qışqırmış, bu zaman evin arxa otağında yatmış sonuncunun qardaşı X11 və onun arvadı X1 oyanıb Tamam Hüseynovanın yatdığı otağa gəldiklərindən o, Məhkum1, Məhkum2 və digər şəxs pul və ya hər hansı bir əşya götürə bilmədən oradan çıxıb qaçmaqla xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxsin yaşayış sahəsinə qanunsuz girərək silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış X7 və X6 həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq cinayətini törətmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən), Məhəmməd Bağırov və İsmayıl Əhm ədov) 1(106)-717/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 may 2021-ci il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum5 aid hissəsində dəyişdirilmədən saxlanılmış, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum5 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin aşağı həddə müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iki qardaşı 1991-1993cü illər arasında Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanmış, anası və atası dünyalarını dəyişmiş, ailəli olmasını, 2000-ci il dən bəri vərəm xəstəliyindən əziyyət çəkdiyini qeyd etmişdir. Bütün bu sadalananları nəzərə alaraq, məhkəmə tərəfindən cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin nor malarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum5 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum5 əməli Azərbaycan Respublikası CM-in 127.2.2, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyəti və ailə vəziyyətini nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tə rbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Məhkum5 cəzasının yüngülləşdirilməsi barədə yeni qərar qəbul edilməsi üçün əsas vermir. Belə ki, cinayət işindən də göründüyü kimi CM-in 67.1-ci maddəsinə əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 14 dekabr 2009-cu il tarixli hökmünə əsasən ona t əyin edilmiş cəzanın çəkilməmiş qalan 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsi yeni hökmlə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Məhkum5 qəti cəza 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi, Lənkəran Ağır Cinayətlər Məhkəməsi Məhkum5 sonuncunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 65.2, 66.5 və 67.1-ci maddəsinin tələblərinə əməl edərək məhkuma cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu hökmlə razılaşmışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakim ə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum5 barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab e dir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum5 təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Məhkumun kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum5 barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum5 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Şirvan Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar