Məhkəmə qərarları › İş №1(102)-140/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-140/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-140/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Əhmədova Aygün Şaiq qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-61/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş k assasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1977-ci il tarixdə İmişli rayonu, Şahverdili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İİndə qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. 2. 30 aprel 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, qardaşı olduğu digər Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı İmişli rayonunun Şahverdili kəndindəki evinin qarşısındakı küçədə təbii qazdan istifadə qaydalarını pozması haqqında X8 İstismar İdarəsinin əməkdaşlarına onun barəsində məlumat verməsini bəhanə edərək, əsaslı səbəb olmadan ictimai qaydanı pozaraq ucadan həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin ünvanına nalayiq söyüş ifadələri işlətməyə başlamış, Zərərçəkmiş şəxs1 ona iradını bildirərək söyüş söyməsini dayandırmağı tələb etdikdə, o, aqressivləşib arvadı X4 vasitəsi ilə Məhkum hadisə yerinə çağırtdırmış, sonuncu idarə etdiyi “VAZ 21011” markalı, **-TM*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinə gəldikdən sonra onunla bir qrup şəxs halında evlərinin qarşısındakı küçədə, yəni ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozmağa davam edərək, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, ətrafda yaşayan şəxslərə aşkar hörmətsizlik və laqeydlik göstərməklə, yenidən ucadan Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüş, ictimai qayda pozuntusu nəticəsində yaxınlıqdakı evlərdə yaşayan sakinlərin səsə küçəyə çıxdığını görüb, özünü cəmiyyətin fövqündə qoyub, digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirməklə, evinin həyətindən götürdüyü ağac parçasından, qardaşı Məhkum isə avtomobilindən götürdüyü taxta dəyənəkdən silah qismində istifadə edərək, hər ikisi əllərində olan ağac parçaları ilə Zərərçəkmiş şəxs1 bir neçə dəfə vurub, ona sağ əlin arxa səthində 2-ci daraq sümüyü proyeksiyasında cızıq, sol kürək nahiyəsində qançırdan ibarət, sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 müqavimət göstərib taxta dəyənəyi Məhkum əlindən aldıqdan sonra Məhkum qərəzli hərəkətlərini davam etdirərək, a vtomobilindən götürdüyü bir ədəd mətbəx bıçağından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 vurmaq istəmiş, lakin səs-küyə küçəyə çıxıb hadisə yerinə gələn zərərçəkmiş Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirib, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə Məhkum zərərsizləşdirib əlindəki bıçağı almaq istəyərkən, sonuncu Zərərçəkmiş şəxs1 müqavimət göstərərək, silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 sağ əlin ovuc səthində 4-cü barmağın 3-cü falanqası proyeksiyasında və sol əlin ovuc səthində 3-4-cü barmaqların dırnaq falanqaları proyeksiyasında yaralardan ibarət sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra isə Məhkum qanunsuz hərəkətlərini davam etdirərək Zərərçəkmiş ş əxs1 məxsus evin küçə tərəfində olan dəmir darvazasını silah qismində istifadə etdiyi çəkiclə qəsdən bir neçə dəfə vurub zədələməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 50 (əlli) manat və T-80x4 markalı, AZ-30-T-861 dövlət qeydiyyat nişanlı Zərərçəkmiş şəxs1 məxsus traktorun təkərini çəkiclə vuraraq deşməklə 500 (beş yüz) manat, cəmi Zərərçəkmiş şəxs1 550 (beş yüz əlli) manat maddi ziyan vurmuş və ümumilikdə təxminin 30 dəqiqə ərzində ətrafda yaşayan şəxslərin və digər insanların istirahətini pozaraq, habelə onlarda qorxu və həyəcan hissləri yaratmaqla qərəzli xuliqanlıq etmişdir. 3. 20 may 2022-ci il tarixdə İmişli Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşd ur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, 13 dekabr 2021-ci il, saat 20-00 radələrində, x1ndə Zərərçəkmiş şəxs1 ilə qonşusu Təqsirləndirilən şəxs yaşadıqları ünvandan keçən küçədə, həyətlərinin giriş darvazası önündə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşmış və hər biri qarşı tərəfin vurduğu zərbənin təsirindən sağlamlığa zərər vurmayan xəsarətlər almışdır; Məhkum hadisə yerinə gələrək əlində tutduğu çomaqla Zərərçəkmiş şəxs1 vurmuş və Rəhim öz növbəsində Zaurun sifət nahiyəsindən bir dəfə yumruqla vuraraq çomağı alıb kənara atmışdır; Məhkum küçədə saxladığı avtomobilindən mətbəx bıçağı götürüb Rəhimin üstünə cummuş, lakin hadisə yerinə gələn Zərərçəkmiş şəxs2 qabağına çıxaraq Zauru yerə yıxmış və əlindən bıçağı alaraq onu zərərsi zləşdirmişdir. Zaur müqavimət göstərdiyi üçün bıçağın tiyəsi Rəhimin sağ əlini kəsərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir; Məhkum ayağa qalxıb Zərərçəkmiş şəxs1 məxsus olan traktorun beton səth üzərində dayanmış təkərindəki boğazlığın qapağını qopararaq havasını boşatmış və traktorun təkəri betondakı çıxıntının təsirindən deşilərək zədələnmişdir. Məhkum hərəkətlərinə davam edərək traktordan götürdüyü dəmirlə Zərərçəkmiş şəxs1 məxsus olan həyətin giriş darvazasını üç yerdən vuraraq əzimişdir; hadisə baş verərkən küçədə heç kim olmamış, səsə gələn qonşuların müdaxiləsi ilə dava dalaşa son qoyulmuşdur.

5. İmişli Rayon Məhkəməsinin 1(036)-48/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respu blikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və işin icraatına xitam verilmişdir.

6. Birinci instansiya məhkəməsinin eyni tarixdə qəbul etdiyi hökmünə əsasən əməlində cinayət tərkibi olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsi hökm edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən qərar və həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-61/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 1(036)-48/2022 nömrəli, 03 ok tyabr 2022-ci il tarixli hökmü və qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmü ilə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinmişdir.

10. X3 Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-61/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən kassa siya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilir, həmin əməlin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən eyni Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsaslanmaqla cinayət məsuliyyətindən azad edilməsi xahiş edilir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkə mə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və proses sual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15-cı maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-61/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses o lub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

24. Belə ki, hazırda mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərini və mövcud məhkəmə təcrübəsini nəzərə alınmaqla ayrı-ayrılıqda və məcmu halında yenidən araşdırılmış, araşdırmanın nəticəsində məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum məhz Azərbaycan Respublikası CM-nin 2 21.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi onun özünün və digər məhkum olunmuş şəxs olan Təqsirləndirilən şəxs ifadələri, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, müxtəlif ekspertiza rəyləri, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə dövlət ittihamçısının verdiyi apellyasiya protestində irəli sürdüyü dəlillərin və onlarla əlaqəli olan işin hallarının obyektiv təhlilinə, həmçinin Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləc ək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.

26. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmışdır.

27. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Odur ki, məhkəm ə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-61/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-61/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar