Məhkəmə qərarları › İş №1(102)-1400/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1400/2019

17.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1400/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və müdafiəçi X6 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 1441.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Nəsrullayeva Tamila Xudat qızı (sədrlik edən), Allahverdiyeva Ramella Allahverdi qızı və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə) 26 yanvar 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 144-1.2.1, 144 -1.2.2, 1441.2.4-1 və 144-1.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, cəzasının əvvəli 22 sentyabr 2017-ci il tarixdən hesablanaraq və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirpaşa Süleyman oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 04 aprel 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təyin olunmuş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 62.1ci maddəsinə əsasən 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək çəkilməmiş qalan cəzasının azadlıqdan məhrumetməyə aid olmayan alternativ cəza ilə əvəz edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum tanışı X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2015-ci ilin sentyabr ayının sonlarında, maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək X5 Birləşmiş Ərəb Əmirliyində yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadıb yaşadığı ünvan 2-də cinsi istis mar olunması məqsədi ilə cəlb etmiş, X22 Rüstəmzadə üçün viza açaraq bilet aldıqdan sonra, sonuncu 10 oktyabr 2015ci ildə Bakı beynəlxalq hava limanından Azərbaycan Respublikası dövlət sərhədini keçərək təyyarə ilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə getmiş, X1 hava limanında onu qarşıladıqdan sonra kirayə yaşadığı mənzildə yerləşdirməklə həmin tarixdən 09 dekabr 2015-ci il tarixədək Dubay şəhərində olan «Capitol» klubunda pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə, cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişlər. Bundan başqa, Məhkum təkrar tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2016-ci ilin fevral ayının əvvəllərində X3 maddi imkansızlığı ilə bağlı zəiflik vəziyyətindən sui-istifadə edib Birləşmiş Ərəb Əmirliyində yü ksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq yaşadığı: ünvan 2-də cinsi istismar edilməsi məqsədilə cəlb etmiş, X19 üçün viza açıb bilet aldıqdan sonra sonuncu 24 mart 2016-cı ildə Bakı beynəlxalq hava limanından Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə getmiş, X1 onu hava limanında qarşıladıqdan sonra kirayə yaşadığı mənzildə yerləşdirməklə, həmin tarixdən 01 iyun 2016-cı il tarixədək Dubay şəhərində yerləşən «Capitol» və «Panarama» klublarında pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə, cinsi istismar edərək tamah niyyəti ilə iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, törətdiyi əməlindən səmimi peşmançılı q hissi keçirir, zərərçəkmiş şəxslərlə barışmış, ona qarşı heç bir tələblər yoxdur. Himayəsində yaşlı və xəstə anasını olmasını, ilk dəfə məhkum edilməsini, cəza çəkdiyi müddətdə müsbət xarakterizə olunmasını nəzərə alaraq çəkilməmiş qalan cəzasının azadlıqdan məhrumetməyə aid olmayan alternativ cəza ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normal arının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində Məhkum cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, çəkilməmiş qalan cəzasının azadlıqdan məhrumetməyə aid olmayan alternativ cəza ilə əvəz edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başq a şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Apellyasiya Məhkəməsi Məhkum cəza təyin edərkən ozərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmişlərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş və törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin ol unacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq Cinayət Məcəlləsinin 62-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müyyənedilmiş aşağı həddən də az cəza təyin edərək birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 8 (səkkiz) il müddət azadlıqdan məhrum cəzası 5(beş) il müddətə endirilmişdir. Məhkəmə kollegiyası işin hallarını- törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini nəzərə alıb qeyd edir ki, Məhkum cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar mövcud olunmadığından onun cəkilməmiş qalan cəzasının azadlıqdan məhrumetməyə aid olmayan cəza ilə əvəz edilməsi üçün əsaslar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şik ayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar