Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1400/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum – Məhkum, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil İbrahimov Taleh Vəli oğlunun və Bakı şəhəri 13 saylı Vəkil Bü rosunun vəkili İmamverdiyev Beytulla Dadaş oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi İbrahimov Taleh Vəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(100)-424/2022 nömrəli (hakimlər: Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Ələkbərli Roman Nəriman oğlu və Əliyev Nural Turab oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 6 noyabr 1964-cü il tarixdə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, x rayonu, x kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 16 iyun 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023- cü il tarixli 1(104)-134/2023 nömrəli (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və müdafiəçisi İbrahimov Taleh Vəli oğlu tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, x rayonu, x kəndi ərazisində yerləşən «Kartof anbarı»na nəzarət ed ən tanışı X6 tərəfindən köhnə taxtalar satıldığını öyrənib, oğlu Şahid1 qeyd olunan kənd ərazisində tikilmiş evin tavanının üstünə vurulması üçün həmin taxtaları almaq qərarına gələrək, bu məqsədlə 15 iyun 2022-ci il tarixdə səhər saat 10 radələrində oğlu Şahid1la birlikdə X-in olduğu anbara getmiş, sonuncu ilə köhnə taxtaları 300 manata, əlavə olaraq 3 ədəd taxta altlığı isə 10 manata almağa, həmçinin Xin araq alacağı təqdirdə ona qonaqlıq verməsi təklifi ilə razılaşmış, birlikdə yeyib-içərkən ilkin olaraq X-ə 70 manat pul verib, yerdə qalan 240 manat pulu isə oğlu Şahid1 əməkhaqqını aldıqdan sonra verəcəyi barədə X-lə razılığa gəlmiş, köhnə taxtalarla 3 ədəd taxta altlığı anbarın həyətindən x rayonu, x kənd sakini Şahid4 idarə etdiyi “Qaz 54” markalı yük avtomobilinə Şahid1 və Şahid3 ilə birlikdə yükləyərək yola saldıqdan sonra Xlə tək qalıb əvvəlcə anbarın həyətində, daha sonra isə mətbəxində yeyib-içməyi davam etdirmiş, həmin vaxt mətbəxdə hər ikisi sərxoş halda olarkən X-in uşaq yaşlarında ona qarşı əxlaqsız hərəkətlər etməsi, yəni öz cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə salması barədə sözləri təkrar-təkrar deyərək, onunla zarafat etməsinə qəzəblənib saat 16 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində sonuncu ilə qeyd olunan sözlərə görə şəxsi münasibətlərin pozulması zəminində aralarında əvvəlcə mətbəxdə yaranmış, daha sonra isə anbarın həyətində davam edən qarşılıqlı mübahisə və münaqişə zamanı X-in baş nahiyəsindən şüşə butulka ilə bir dəfə qəsdən vuraraq, ona başın tüklü hissəsinin sağ gicgah-alın nahiyəsinin dəri altı qansızması kimi sağlaml ığa zərər vurmayan xəsarət yetirmiş, sonra isə anbarın həyətində olan çardaqlı masanın üzərindən götürdüyü zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən döş qəfəsinə bir dəfə zərbə endirməklə ona döş qəfəsinin ön səthinin daxilə keçən, sağ 4-5 və 6-cı qabırğaları zədələyərək ürəyi deşib boşluğunda qurtaran həyat üçün təhlükəli olub kəskin qan itirməsi nəticəsində ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirməklə, onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN, KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayəti ilə onun barəsindəki hər iki məhkəmə instansiyasının qərarından nara zı olduğundan və cəzasının 1 il 6 ay müddətini çəkdiyi, bu müddət ərzində isə barəsində tənbeh tədbiri tətbiq edilmədiyindən haqqında ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi İbrahimov Taleh Vəli oğlu kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Məhkum barəsində çıxardığı qərarı əsassızdır, ona qarşı CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilməklə səhv hüquqi nəticəyə gəlinmiş, onun əməli CM-in müvafiq maddəsi ilə düzgün tövsif olunmamış, təqsirləndirilən şəxsə çox ağır cəza verilmiş, cəza verilərkən təqsirləndirilən şəxsin səmimi peşman olması, ehtiyatsızlıqdan ilk dəfə cinayət törətməsi, ruhi həyəcan vəziyyətində hadisəni törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi və qanuni nümayəndəsi ilə barışması nəzərə alınmamışdır. Bundan əlavə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və hüquqi varisi ilə barışıq əldə olunmuş, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin məhkuma qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və hüquqi varisi X7 Məhkum qarşı şikayət və tələbinin olmadığı, onu bağışlamağı və onunla barışması ilə bağlı x rayon notariat ofisində xx.xx.2024-cü il tarixdə ərizə yazmışdır. Ona görə də hökm dəyişdirilməli, Məhkum CM-in 59.1.12-ci maddəsi tətbiq edilməlidir, Məhkum əməli onun təqsirləndirilməsinə dair CM-in 120.1-ci maddəsi həmin Məcəllənin 129.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan ən yüngül digər cəza verilməlidir. Göründüyü kim i mübahisənin baş verməsinə səbəb X-in Məhkum ünvanına söylədiyi nalayiq ifadələr olmuş, o, mübahisənin olmamasına çalışsa da Məsim dəfələrlə onun ünvanına təhqiramiz ifadələr işlətmiş, məcbur olub ona bıçaqla xəsarət yetirmiş, məqsədi onu öldürmək olmasa da, X aldığı xəsarətdən ölmüşdür. O, X-i öldürmək niyyəti ilə vurmamış, X ondan fiziki cəhətdən güclü və cüssəli olmuş, Məhkum onu patoloji affekt vəziyyətində qorxuzmaq niyyəti ilə bıçaq götürmüş və təxminən bıçaq X-in ürək nahiyyəsinə girmişdir. Məhkum hadisəni qəflətən baş vermiş ruhi həyəcan vəziyyətində törətməsi və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması CM-in 59.1.12-ci maddəsində cəzanı yüngülləşdirən hallar kimi qeyd olunan, yəni zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi məhkəm ə tərəfindən nəzərə alınmalı və təqsirləndirilən şəxsə CM-in ədalət və humanizm prinsiplərinə əsasən həmin Məcəllənin 60.1-ci maddəsi tətbiq edilməklə daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan cəza təyin edilməli idi. Lakin işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəmələri əməlin düzgün tövsif olunmamasına bigənə yanaşmaqla bərabər bu halı da nəzərə almamışlar. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum əməlinin CM-in 129.1-ci maddəsinə tövsif edilərək, ona həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər yüngül cəza verilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi İbra himov Taleh Vəli oğlu çıxış edərək, məhkumun qanuni nümayəndə ilə barışdığını, hadisə zamanı affekt vəziyyətində olduğunu bildirib, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi İmamverdiyev Beytulla Dadaş oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, qanuni nümayəndə ilə barışdığını, hadisə zamanı affekt vəziyyətində olduğunu, mərhumu öldürmək niyyəti olmadığını, ilk məhkumluğu olduğunu bildirib, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət itt ihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkə məsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkum barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin düzgün tövsif edilmə diyi, o cümlədən təyin edilmiş cazanın ağır olduğu, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassas iya müraciəti hesab edir və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pl enumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyy ənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu il ə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gə lmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarı nın qüvvədə saxlanılması, məhkumun və müdafiəçilərinin isə kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Belə ki, kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə təqsiri zərərçəkmiş şəxsin hüquqi varisi və şahid qismində dindirilmiş şəxslərin ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 iyun 2022-ci il tarixli protokolu, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Gədəbəy rayon şöbəsi tərəfindən təqdim edilmiş “meyit in ekspertizası”na dair 15 iyun 2022-ci il tarixli 4 nömrəli rəyi, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsi tərəfindən təqdim edilmiş maddi sübutların ekspertizasına dair 21 iyul 2022-ci il tarixli 311-MTKŞ/2022 nömrəli rəyi, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsi tərəfindən təqdim edilmiş “maddi sübutların ekspertizasına dair” 15 avqust 2022-ci il tarixli 387/2022-MTBŞ nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 20 iyul 2022-ci il tarixli 3/861, 3/862, 3/863 nömrəli məhkəmə ballistik ekspertizasına dair rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 21 iyul 2022-ci il tarixli 6/3486-6/3487 nömrə li materialların məhkəmə ekspertizasına dair rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonervoloji Dispanseri tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının 29 iyun 2022-ci il tarixli 417/141 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 120.1-ci maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Belə ki, müdafiə tərəfinin kassasiya şikayətinin və ona əlavənin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum onun təqsirli bi lindiyi qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində törətdiyi, zərərçəkmişi öldürmək niyyətinin olmadığı, əsassız və qanunsuz olaraq CM-in 120.1-ci maddəsi ilə məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının pre dmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə baxar kən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya müraciətlərində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətinin və ona əlavənin yuxarıda qeyd edilən dəlillərində fərqli olaraq cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonervoloji Dispanseri tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının 29 iyun 2022-ci il tarixli 417/141 nömrəli rəyindən görünür ki, Məhkum hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psix i xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Məhkum müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Məhkum əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkum halhazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs Məhkum aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Məhkum başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs Məhkum 15 iyun 2022-ci il tarixdə cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs Məhkum 15 iyun 2022-ci il tarixdə cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs Məhkum 15 iyun 2022-ci il tarixdə cinayət əməlini törədərkən f izioloji affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs Məhkum fərdi-xüsusiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya müraciətlərinin Məhkum onun təqsirli bilindiyi qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində törətdiyindən onun əməlinin CM-in 129.1-ci maddəsi ilə tövsif edilməli olmasına dair dəlillərini əsassız hesab edir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşılıqlı mübahisə və münaqişə zamanı X-in ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirməklə o nu qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Bununla belə cəza məsələsi müzakirə edən mə hkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun a iləsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyə ti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xara kteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənar da qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əs aslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yün gülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Kassasiya məhkəmə araşdırması zamanı təqdim edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 notarial qaydada təsdiq edilmiş **********047 nömrəli ərizəsində Məhkum ilə barışdığı və ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmişdir. Müəyyən olunmuş hala qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:.......59.1.12 - zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmələr tərəfindən Məhkum təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzə rdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, işin hallarını bir daha ətraflı təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum CM-in 120.1-ci maddəsi ilə təyin edilmiş cəza, CMin 60-cı maddəsi tətbiq edilməklə, yəni təyin edilmiş 11 il müddətdə azadlıqdan məhrum etmə cəzası yuxarıda qeyd edilən normaların tələblərinə zidd olduğuna görə dəyişdirilməli və CM-in 120.1-ci maddəsi sanksiyasının son həddinin 3/4-dən artıq olmayan cəza təyin edilməlidir. Odur ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı cəza təyin etmə ilə bağlı hissədə dəyişdirilməli, zərərçəkmiş şəxsin hüquqi varisi X4 Məhkum ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, Məhkum maddənin sanksiyası çərçivəsində 10 il 6 ay müddətdən çox olmayaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi İbrahimov Taleh Vəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 10 (on) il 6 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı kassasiya şikay ətinə və kassasiya şikayətinə əlavəyə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1400/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1400/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver