Məhkəmə qərarları › İş №1(102)-1401/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1401/2019

12.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1401/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi-vəkil Müdafiəçi iştirakları ilə, Sumqayıt şəhər Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Tərlan oğlu barəsində Sumqayıt Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2019cu il tarixli qərarından müdafiəçi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhər Məhkəməsinin 05 mart 2019-cu il hökmü ilə (hakim: X5) Məhkum- xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, *********************** qeydiyyatda olan, Sumqayıt şəhəri, ************************ yaşamış Azərbaycan Respublikası CM-234.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 2 (iki) ay müddətə zadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli 23 sentyabr 2019-cu ildən hesablan mışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 30 bükümdə ümumi çəkisi 18,975 qram olan narkotik vasitə qurudulmuş marixuana və 4 bükümdə ümumi çəkisi 9,758 qram olan narkotik vasitə tiryəki əldə edib Sumqayıt şəhərinə daşıyaraq 17-ci mikrorayon ərazisində yerləşən icarə əsasında işlətdiyi «Old Street» çay evində saxlamış, 23.09.2018-ci il tarixdə, saat 07:30 radələrində o, həmin çay evində Sumqayıt ŞPİ-nin PPXT-nin 3-cü Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq çay evində yerləşən divanın tin hissəsindən 1,001 qram, 0,824 qram və 0,812 qram çəkidə siqaretin sellofan kəsiyinə bükülmüş 3 bükümdə narkotik vasitə tiryək, daha sonra həmin gün saat 08:25 radələrind ə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən «Old Street» çay evinə keçirilmiş baxış zamanı çay evinin mətbəxində yerdə, stəkan qutusunda «Kent 8» markalı siqaretin içərisindən 0,650 qram, 0,652 qram, 0,790 qram, 0,672 qram, 0,428 qram, 0,640 qram, 0,598 qram, 0,602 qram, 0,560 qram, 0,765 qram, 0,757 qram, 0,760 qram, 0,684 qram, 0,630 qram, 0,612 qram, 0,628 qram, 0,574 qram, 0,562 qram, 0,572 qram, 0,595 qram, 0,603 qram, 0,857 qram, 0,549 qram, 0,653 qram, 0,618 qram, 0,531 qram, 0,607 qram, 0,605 qram, 0,600 qram və 0,621 qram çəkidə 30 ədəd sellofan bükülülərdə ümumi xalis çəkisi 18,975 qram olan qurudulmuş marixuana və 7,121 qram çəkidə siqaretin sellofan kəsiyinə bükülmüş 01 bükümdə narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş a pellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: F.G.Zeynallı (sədrlik edən və məruzəçi), E.M.Əhmədov və M.Ə.Rzayevdən ibarət tərkibdə) 21 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2019-cu il tarixli qərarından müdafiəçi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək məhkumun əməlinin CM-nin 234.2-ci maddəsindən234.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək bildirmişdir ki, CM-nin 234.2-ci maddəsi satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və y psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutur. Məhkum narkotik vasitələri əldə edib saxlaması cinayət işinin materialları ilə sübuta yetirilsə də, onun həmin narkotik vasitələri satış məqsədilə əldə etməsinə və ya satmasına dair heç bir mötəbər sübut yoxdur. İstintaqın və məhkəmənin gəldiyi nəticəyə görə Məhkum həmin narkotik vasitəni 2018-ci ilin sentyabr ayının əvvəllərində əldə etmişdir. Onun 2018-ci ilin 23 sentyabr tarixində saxlanılması nəzərə alınsa, o vaxtadək əgər həqiqətəndə o narkotik vasitələri satış məqsədilə əldə etmişdirsə, onları sata bilərdi. Cinayət işinin materiallarından görünür ki, onunla eyni zamanda dostu X3 da tutulmuş, lakin sonradan is tintaq onun barəsində cinayət təqibinə xitam vermişdir. Əgər həqiqətən də Məhkum narkotik vasitələrin satışı ilə məşğul idisə, bundan E6 xəbəri olardı. Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmamış, təsadüfən çay evinə daxil olmuş polis əməkdaşları belə bir halla qarşılaşmışdır. Məhkəmə kollegiyası əməlin tövsifində səhvə yol vermiş, aşkar olunmuş narkotik vasitənin bir növdən olmaması, bükümlərdə qablaşdırılması, çəkisi kimi ehtimal xarakterli halları əsas götürərək, heç bir hüquqi və faktiki əsas olmadan satış məqsədi olması qənaətinə gəlmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2019-cu il tarixli qərarının ləğv olunmasını, Məhkum əməlinin CM-nin 234.2-ci maddəsindən 234.1ci maddəsinə töv sif olunmasını və hüquqlarını müdafiə etdiyi şəxsə həmin maddənin sanksiyası çərçivəsində qanuni və ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun medafiəçisi- vəkil Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməs i, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı nəticələrə gəlmişdir. Məhkum müdafiəç isi-vəkil Müdafiəçi kassasiya şikayətində göstərilir ki, Məhkum narkotik vasitələri əldə edib saxlaması cinayət işinin materialları ilə sübuta yetirilsə də, onun həmin narkotik vasitələri satış məqsədilə əldə etməsinə və ya satmasına dair heç bir mötəbər sübut yoxdur. Məhkum həmin narkotik vasitəni 2018-ci ilin sentyabr ayının əvvəllərində əldə etmişdir və onun həmin narkotik vasitələri 2018-ci ilin 23 sentyabr tarixində saxlanılması nəzərə alınsa, o vaxtadək əgər həqiqətəndə o narkotik vasitələri satış məqsədilə əldə etmişdirsə, onları sata bilərdi. Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmamış, təsadüfən çay evinə daxil olmuş polis əməkdaşları belə bir halla qarşılaşmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıməqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan mötəbər sübu tlarla müəyyən edilmişdir ki, Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 30 bükümdə ümumi çəkisi 18,975 qram olan narkotik vasitə qurudulmuş marixuana və 4 bükümdə ümumi çəkisi 9,758 qram olan narkotik vasitə tiryəki əldə edib Sumqayıt şəhərinə daşıyaraq 17-ci mikrorayon ərazisində yerləşən icarə əsasında işlətdiyi «Old Street» çay evində saxlamışdır. Məhkum qanunsuz əldə etdiyi göstərilən narkotik vasitələri xırda bükümlərdə icarə əsasında işlətdiyi «Old Street» çay evində saxlaması halları Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında izah edilən satış məqsədininin olmasına dəlalət edən hallardır. Məhkum özünün də narkomaniya xəstəliyindən əziyyət çəkməsi onun həmin narkotik vasitələrini satış məqsədi ilə xirda bükümlərə ayırmasını təkzib edən hal deyil, başqa sö zlə narkotik vasitələri qabaqcadan belə təxminən eyni çəkilərə bölüb, işlətdiyi, çoxsaylı insanların toplaşıb istirahət etdiyi «Old Street» çay evində özünün istifadəsi üçün saxlaması ağlabatan deyil. Velikova Bolqarıstana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 04.10.2000-ci il tarixli qərarında göstərilir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və saxlaması üzrə hərəkətləri yuxarıda göstərilən qanunla müəyyən edilmiş qanun suz əldə edilməsi və saxlanması üzrə əlamətlərə uyğundur. İbtidai istintaq orqanı və cinayət işinə baxmış məhkəmələr Məhkum işlətdiyi «Old Street» çay evində saxladığı narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğunu nəzərə almışlar. Ona görə də onun bu əməllərində satış məqsədinin olmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulma sı, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L İ R: Məhkum müdafiəçi-vəkil Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2019-cu il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar