Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1401/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov X3 ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Göyçay rayonu Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Bığı r kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.4 və 120.2.9-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: R.Ə.Əliyev (sədrlik edən), N.N.Mirzəyev (məruzəçi) və B.M.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 9 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X5 və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və G.Q.Abbasov) verilmiş apelyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2021-ci ilin may a yının əvvəllərində atası Şahid12 məxsus və özünün yaşadığı Göyçay rayonu, Bığır kəndində yerləşən fərdi yaşayış evinə Bakı şəhərindən qonaq gələn xx.xx.2002-ci il təvəllüdlü bacısı qızı X2 yüngül həyat tərzi keçirməsinə, qeyri-əxlaqi hərəkətlər etməsinə, ailə üzvləri ilə ünsiyyətdə olarkən nalayiq ifadələr işlətməsinə görə əsəbiləşmiş və bu hərəkətlərin onu cəmiyyətdə, yəni kənd sakinləri və tanışları arasında rüsvay etdiyini düşünmüş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə keçən gecə saat 03 radələrində Fatma Məmmədovanın yatdığı otaqda heç kimə əhəmiyyət vermədən əks cinsdən olan ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışması səsinə yuxudan oyanıb sonuncunun yatdığı otağa gedərək bu hərəkətlərinə görə iradını bildirdikdə Fatma Məmmədovanın onu nalayiq ifadələ rlə təhqir edərək otaqdan qovmasından əsəbiləşmiş və özünün yatdığı otağa qayıdıb çarpayısına uzanarkən Fatma Məmmədovanın onun iradına heç bir əhəmiyyət vermədən yenidən əks cinsdən olan şəxslərlə telefonda qeyri-əxlaqi məzmunda danışdığını görüb sonuncunun yüngül həyat tərzi keçirməsindən və ayrı-ayrı şəxslərlə qadın-kişi münasibətlərində olmasından bir daha əmin olmuş, buna görə qisas almaq məqsədilə Fatma Məmmədovanı öldürmək qərarına gəlib sonuncunun yatmasını gözləmiş, xx.xx.2021-ci il tarixdə saat 06 radələrində Fatma Məmmədovanın artıq yatdığını yəqin edərək fərdi yaşayış evinin ikinci yataq otağına, yəni Fatma Məmmədovanın yatdığı otağa keçib sonuncunun çarpayıda arxası üstə yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmasından tam əmin olub üzərində olan qara rəngli adyalı sifət nahiyyəsinə çəkdikdən dərhal sonra Fatma Məmmədovanın üzərinə çıxıb qarın nahiyyəsində oturaraq başının altında olan açıq çəhrayı rəngli yastığı götürüb sonuncunun sifət nahiyyəsinə sıxaraq, onun tənəffüs yollarını bağlamaqla nəfəs almasını dayandırdığı anda otağa girən Fatma Məmmədovanın anası Şahid1 onun cinayətkar əməlini törətməsinin qarşısını almağa yönəlmiş ağlamasına, yalvarışlarına və qızını xilas etmək üçün ayağından tutaraq özünə tərəf çəkməsinə baxmayaraq, öz cinayətkar əməlini davam etdirərək mexaniki asfiksiya nəticəsində Fatma Məmmədovaya alt çənədə diş ətlərinə, alt çənə nahiyyəsində orta xətt boyu və bir qədər sağ tərəfdə qansızmalar, ağ ciyərdə atelektaz və emfizema ocaqları, tək-tək xırda ocaqlı qansızmalar, traxeyaətrafı toxumada xırda ocaqlı qan sızmalar ilə müşahidə olunan bədən xəsarətləri yetirərək Fatma Məmmədovanın anası Şahid1 gözü qarşısında sonuncuya xüsusi iztirаb və əzаb vеrdiyini dərk еdərək, yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X4 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9-cu maddələrindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Bundan başqa, müdafiəçinin fik rincə, məhkəmə Məhkum cəza təyin olunan zaman onun törətdiyi cinayətin xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzər almadan ağır cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi R.Qocayevin və zərərçəkmiş şəxsin hüquqi varisi M.Məmmədovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir q anuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin CM-in 120.2.4 və 120.2.9-cu maddələrindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi və məhkuma daha yüngül cəza təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə əsasən “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə— doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə görə: “Qəsdən: 120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə; 120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə— on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetir ilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçü n təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə məhkum edildiyi qeyd olunur. Hesab edilir ki, Məhkum törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməli idi. Kassasiya şikayətində zərərçəkmiş şəxs X2 təqsirləndirilən şəxs Məhkum tərəfindən qəsdən öldürülməsi faktının sübutu mübahisələndirilmədiyi üçün məhkəmə kollegiyası bununla əlaqədar sübutların şərhini zəruri hesab etmir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və ci nayət qanunu normalarının tələblərinə,habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilir ki: “4. Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürm ə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir.
8. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri hə yatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. 13.CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir.” İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri nəticəyə görə “Məhkum 2021-ci ilin may ayının əvvəllərində atası Şahid12 məxsus və özünün yaşadığı Göyçay rayonu, Bığır kəndində yerləşən fərdi yaşayış evinə Bakı şəhərindən qonaq gələn xx.xx.2002-ci il təvəllüdlü bacısı qızı X2 yüngül həyat tərzi keçirməsinə, qeyriəxlaqi hərəkətlər etməsinə, ailə üzvləri ilə ünsiyyətdə olarkən nalayiq ifadələr işlətməsinə görə əsəbiləşmiş və bu hərəkətlərin onu cəmiyyətdə, yəni kənd sakinləri və tanı şları arasında rüsvay etdiyini düşünmüş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə keçən gecə saat 03 radələrində Fatma Məmmədovanın yatdığı otaqda heç kimə əhəmiyyət vermədən əks cinsdən olan ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışması səsinə yuxudan oyanıb sonuncunun yatdığı otağa gedərək bu hərəkətlərinə görə iradını bildirdikdə Fatma Məmmədovanın onu nalayiq ifadələrlə təhqir edərək otaqdan qovmasından əsəbiləşmiş və özünün yatdığı otağa qayıdıb çarpayısına uzanarkən Fatma Məmmədovanın onun iradına heç bir əhəmiyyət vermədən yenidən əks cinsdən olan şəxslərlə telefonda qeyri-əxlaqi məzmunda danışdığını görüb sonuncunun yüngül həyat tərzi keçirməsindən və ayrı-ayrı şəxslərlə qadın-kişi münasibətlərində olmasından bir daha əmin olmuş, buna görə qisas almaq mə qsədilə Fatma Məmmədovanı öldürmək qərarına gəlib sonuncunun yatmasını gözləmiş, xx.xx.2021-ci il tarixdə saat 06 radələrində Fatma Məmmədovanın artıq yatdığını yəqin edərək fərdi yaşayış evinin ikinci yataq otağına, yəni Fatma Məmmədovanın yatdığı otağa keçib sonuncunun çarpayıda arxası üstə yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmasından tam əmin olub üzərində olan qara rəngli adyalı sifət nahiyyəsinə çəkdikdən dərhal sonra Fatma Məmmədovanın üzərinə çıxıb qarın nahiyyəsində oturaraq başının altında olan açıq çəhrayı rəngli yastığı götürüb sonuncunun sifət nahiyyəsinə sıxaraq,onun tənəffüs yollarını bağlamaqla nəfəs almasını dayandırdığı anda otağa girən Fatma Məmmədovanın anası Şahid1 onun cinayətkar əməlini törətməsinin qarşısını almağa yönəlmiş ağlamasın a, yalvarışlarına və qızını xilas etmək üçün ayağından tutaraq özünə tərəf çəkməsinə baxmayaraq, öz cinayətkar əməlini davam etdirərək mexaniki asfiksiya nəticəsində Fatma Məmmədovaya alt çənədə diş ətlərinə, alt çənə nahiyyəsində orta xətt boyu və bir qədər sağ tərəfdə qansızmalar, ağ ciyərdə atelektaz və emfizema ocaqları, tək-tək xırda ocaqlı qansızmalar, traxeyaətrafı toxumada xırda ocaqlı qansızmalar ilə müşahidə olunan bədən xəsarətləri yetirərək Fatma Məmmədovanın anası Şahid1 gözü qarşısında sonuncuya xüsusi iztirаb və əzаb vеrdiyini dərk еdərək, yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X4 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.” Məhkum zərərçəkmiş şəxs Fatma Məmmədovanı xüsusi amansızlıqla, yəni Fatma Məmmədovanın anası Şahid1 gözü qarşısında, sonuncuya xüsusi iztirаb və əzаb vеrdiyini dərk еdərək, habelə köməksiz vəziyyətində, yəni çarpayıda arxası üstə yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmasından tam əmin olduqdan sonra qəsdən öldürməsi təqsirləndirilən şəxs Məhkum özünün ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadələri ilə yanaşı, şahidlər Şahid1, Şahid3 Qılman qızının ifadələri, 9 may 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, məhkəmə-tibbi ekspertizasının 9 may 2021-ci il tarixli, 9 saylı rəyi, məhkəmə-lifli ekspertizasının 2 iyun 2021-ci il tarixli, 17/370 saylı rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 412/140 rəyi, ifadənin yerində yoxlanması protokolları və istintaq z amanı toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X8rşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərar larında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kol legiyası Məhkum cəza təyini ilə əlaqədar kassasiya şikayətinin dəlillərini təhlil edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respubli kası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ict imai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olun ur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməli dir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum еdilmiş şəхs Məhkum barəsində apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, himayəsində üç azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın cəza təyin etmişdir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkə mə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan a ydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayət inin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə d