Məhkəmə qərarları › İş №1(102)-1402/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1402/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1402/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum və müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim X1) 17 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxxx 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinmiş, təqsirləndirilən şəxs Məhkum Cinayət Məcəlləsinin 221.3-cü madd əsinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 14 may 2021-ci il tarixdən 16 may 2021-ci il tarixə kimi (02 gün) şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmış, həmin müddət təyin olunmuş cəzadan çıxılmış və qəti olaraq təqsirləndirilən şəxs Məhkum üzərində 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təqsirləndirilən şəxs Məhkum cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs Atababayev Əlibala Əlibaba oğlunun barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz olunması və məhkəmə iclas zalından həbs edilməsi, təqsirləndirilən şəxs Məhkum c əza çəkmə müddətinin başlanğıcı «17» yanvar 2022-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs Məhkum barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə) 26 aprel 2022-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək Məhkum təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum et mə cəzası, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 14 may 2021-ci il tarixdən 16 may 2021-ci il tarixə kimi (02 gün) şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmış, həmin müddət təyin olunmuş cəzadan çıxılmış və qəti olaraq təqsirləndirilən şəxs Məhkum üzərində 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 02 avqust 2020-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, Şəhər şossesi ilə H.Hacıyev küçəsinin kəsişməsində y erləşən, qardaşı C.Məhkum icarəyə götürüb ət satışını həyata keçirdiyi dükanda olarkən heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib borc üzrə öhdəliklərinin yerinə yetirilməsindən yayınan qardaşı C.Məhkum yerini öyrənmək üçün bir neçə dəqiqə əvvəl həmin dükana gəlmiş Zərərçəkmiş şəxs2 təkrar dükana gəlib qardaşının olduğu yerini səhvən göstərdiyinə görə ona irad tutmasını cüzi səbəb kimi bəhanə gətirib, onun uca səslə nəlayiq ifadələrlə təhqir etməklə yanaşı piştaxtanın arxasından çıxıb silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi hədəsi ilə müşaiyət edilən qər əzli xuliqanlıq hərəkətlərə yol vermiş, anasının həyat və sağlamlığı üçün real təhlükə kimi qəbul edib ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə qeyd olunan dükana daxil olub Ə.Ə. Atababayevin hərəkətlərini dəf etməyə çalışan Zərərçəkmiş şəxs1 müqavimət göstərib qərəzli hərəkətlərini davam etdirərək istifadə etdiyi həmin bıçaqla Zərərçəkmiş şəxs1 sağ qolundan bir zərbə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sağsaidin bir ədəd kəsilmiş yarası ilə müşayiət olunan və sağlamlığa zərər vurmayan xəsarətlərrə aid olduğu üçün dərəcəsi təyin edilməyən sağ əlinin V barmağının bir ədəd kəsilmiş yarası ilə müşaiyət olunan xəsarətlər yetirib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya ş ikayətində qeyd edir ki, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmişdir, belə ki, onun əməlində xuliqanlıq cinayətinin əlamətləri mövcud deyildir. Həmçinin məhkumun yaşlı, şəkər xəstəsi olması, ilk məhkumluğu, özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəzərə alınmamışdır. Məhkumun barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarının dəyişdirilərək Məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək daha yüngül cəza tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhk um və müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya prot estinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyala rı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Məhkum tərəfindən xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, mübahisə tərəfləri arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, məhkəmələr tərəfindən araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum ilə Zərərçəkmiş şəxs2 arasında mübahisə n məhkumun borc üzrə öhdəliklərinin yerinə yetirilməsindən yayınan qardaşı C.Məhkum yerini səhvən göstərməsinə görə yaranmış, Məhkum piştaxtanın arxasından əlində bıçaqla çıxıb, anasının həyat və sağlamlığı üçün real təhlükə kimi qəbul edib dükana daxil olan Ə.Ə. Atababayevin h ərəkətlərini dəf etməyə çalışan Zərərçəkmiş şəxs1 müqavimət göstərib istifadə etdiyi həmin bıçaqla Zərərçəkmiş şəxs1 sağ qolundan bir zərbə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Kassasiya məhkəmə kollegiyası aşağı məhkəmələrin Məhkum əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunması barədə mövqeyi ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, cinayət əməlinin törədildiyi yer və şərait onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Göstərilənlər Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tələblərindən və həmin maddəyə verilən aşağıdakı şərh və təfsirdən irəli gəlir. Belə ki, CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1 -ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011 -ci il tarixli qərarlarından, e ləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004- cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirkar şəxsin hərəkətlərinin törədilmə şəraiti və mexanizmi, təqsirkarın niyyəti, motiv və məqsədi kimi hallar məhkəmələr tərəfindən düzgün nəzərə alınmamışdır. Belə ki, hadisə Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, Şəhər şossesi ilə H.Hacıyev küçəsinin kəsişməsində yerləşən, qardaşı C.Məhkum icarəyə götürüb ət satışını həyata keçirdiyi dükanda taniş şəxlər arasında, şəxsi münasibətlər zəminində baş vermişdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssis ə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum tərəfindən ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olan hərəkətlərə yol verilm əsi barədə gəldikləri nəticə cinayət işinin faktiki hallarına uyğun gəlmir və bəzi hallarda da cinayət işinin faktiki halları ilə ziddiyət təşkil edir. Belə ki, cinayət işi üzrə toplanmış sübutların müqayisəli təhlilindən görünür ki, mübahisə tərəfləri arasında mübahisə şəxsi münasibətlər zəminində ət satışının həyata keçirildiyi dükanda yaranmış, qarşılıqlı mübahisə zamanı məhkum Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərərvurma kimi xəsarət yetirmişdir. Məhkum tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qərəzli hərəkətlər etməsi müəyyən olunmur. Göstərilən hallara məhkəmələr tərəfindən düzgün qiymət verilməmiş və nəticədə Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verilmişdir. Hadisənin yuxarıda təsvir olunan mexanizmindən göründüyü kimi, Məhkum, tərəfindən öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakıların qanuni mənafelərinə toxunan, həmçinin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməmişdir. Mübahisə tərəflər arasında ziddiyyətli şəxsi münasibətlər əsasında yaranmış və münaqişəyə çevrilərək məhkumun zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd e dən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühü m amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyət ə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, məhkumun hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai q aydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiy mətləndirilməməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə mübahisə tanış olan şəxslər arasında şəxsi münasibətlər zəminində baş verən münaqişədir, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, Şəhər şossesi ilə H.Hacıyev küçəsinin kəsişməsində yerləşən, məhkumun qardaşı C.Məhkum icarəyə götürüb ət satışını həyata keçirdiyi dükanda baş vermiş, münaqişə zamanı məhkum tərəfindən ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmək kimi hərəkətlərə yol verilməmişdir. Kassasiya şikayətinin Məhkum hərəkətlərində xuliqanlıq cinayət əməlinin tərkibinin olmaması barədə dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli, yəni qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin əlamətləri mövcuddur. Belə ki, cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X9 Huquqi Şəxsin 1177 saylı, 05 avqust 2020-ci il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs1 sağ saidin bir ədəd və sağ əlin V barmağının bir ədəd (cəmi iki ədəd) kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər kəsici alətin (əşyanın) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti qərarda göstərilən 02 avqust 2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağ saidin bir ədəd kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sağ əlin V barmağının bir ədəd kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini t apan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliy i və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair gəld iyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr göstərilən mövqelərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişlər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, məhkumun cinayət əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməlidir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən v erilmiş 11 mart 2022-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, onlar Məhkum ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Həmçinin apellyasiya instansiya məhkəməsinini iclasında bu halın nəzərə alınmasını xahiş etmişlər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1.15-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və qərar dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli q ərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Məhkum zərərçəkmiş şəxslə barışması ilə əlaqədar olaraq Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Məhkum məhkəmə iclas zalında dərhal azad olunsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar