Məhkəmə qərarları › İş №1(102)-1402/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1402/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1402/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il t arixli 1(103)-211/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Axundov) 30 oktyabr 2023-cü il tarixli 1(011)-198/2023 nömrəli hökmü ilə 09 yanvar 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış X2 Azərbaycan Respublikası CM-in (bundan sonra CM-in) 177.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərk ibi olmadığından bəraət verilmişdir. İşin halları: İttihama əsasən X3 təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, X3 özgənin əmlakını ələ keçirmək məqsədi ilə 04 avqust 2022-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Xətai rayonu, Generel Şıxlinski küçəsi, 25 saylı binanın həyətində olan konteynerin qapısında olan dəmir qıfılı qırmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 120 manat dəyərində, istifadədə olmuş, üzərində “Erato” yazısı olan, 16 litr tutumlu su qızdırıcını, 140 manat dəyərində hər biri 20x20 sm ölçüdə, istifadədə olmamış 20 kvadrat metr kafeli, 01 ədəd 700 manat dəyərində kombi aparatını gizli yolla talayaraq, Zər ərçəkmiş şəxs ümumilikdə 960 (doqquz yüz altmış) manat ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 16 yanvar 2024-cü il tarixli 1(103)-211/2024 nömrəli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 1(011)-198/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət it tihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Samir Vəliyevə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə göstərilən halları müəyyən edərkən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ziddiyyətli ifadələrinə əsaslanmış, həmin şəxslərin göstərdikləri xüsusatları iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməmiş, sübutlara birtərəfli qiymət vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı ibtidai istintaqdan f ərqli ifadə vermiş Zərərçəkmiş şəxs sonradan məhkəməyə 24 may 2023-cü il tarixli teleqram ünvanlayaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir, ona tanınmaya təqdim olunmuş əşyalar ona məxsusdur. İbtidai istintaq zamanı dindirilmiş şahidlər vermiş olduqları ifadələrini və iştirak etdikləri istintaq hərəkətlərinin protokollarını öz imzaları ilə təsdiq etmiş, imzaların onlara məxsus olmasını məhkəmədə inkar etməmiş, məhkəmədə fərqli ifadə vermələrini əsaslandırıla bilməmişlər. İbtidai istintaq zamanı toplanmış sübutlar məhkəmə istintaqı zamanı ağlabatan əsaslarla təkzib olunmamış, onların qəbul olunmasının yolverilməzliyi də tam və obyektiv əsaslandırıla bilinməmişdir. Bu da göstərilən şəxslərin məhkəmədə verdikləri ifadələrinin qeyri səmimiliyini, ibtidai istintaqın isə obyektivliyini tam təsdiq edir. Məhkəmələr mövcud məhkəmə təcrübəsinə əhəmiyyət verməyərək təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən subyektiv mülahizələrə əsaslanmış, nəticədə təqsirləndirilən şəxsə CM-in 177.2.3-cü maddəsi ilə bəraət verərkən səhvə yol vermişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqi nin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən X2 Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlill əri ilə bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İstintaq orqanı tərəfindən X1 elan edilmiş ittihamda təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid3 ifadələri, baxış keçirilməsi və götürmə haqqında 07 avqust 2022-ci il tarixli protokol və məhkəməəmtəəşünaslıq ekspertizasının 05 dekabr 2022-ci il tarixli rəyi təqdim edilmişdir. Birinci instansiya məhkəməsi X2 irəli sürülmüş ittihamı təsdiq etmək üçün ittiham tərəfindən məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək, habelə məhkəmə iclasında əlavə sübutlar araşdırıb nəticəyə gəlmişdir ki, həmin sübutlarla təqsirləndirilən şəx sin ittihamda göstərilən cinayət əməlini törətməsi təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə apellyasiya protestinə əsasən baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq protesti təmin etməmişdir. Məhkəmələr müvafiq olaraq hökm və qərarda qeyd etmişlər ki, ittihamın təqdim etdiyi sübutlar ziddiyyətlidir, həmin sübutların mötəbərliyi şübhə doğurur, ona görə də həmin sübutlar S.R.Vəliyevin ona elan edilmiş ittiham üzrə təqsirli olmasına dair mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Məhkəmə kollegiyası ittiham tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salıb hesab edir ki, məhkəmələrin gəldiyi nəticə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında bəraət almış şəxs X3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 və 03 avqust yaşadıqları binanın həyətində olan konteynerin qapısı açıq olmuşdur, çöl tərəfdə də qapının ağzında kafel var idi. Şəhidləri olan blokun fasadı yararsız vəziyyətdə olduğundan həmin kafelləri götürüb ora qoymuşdur ki, ustaya desin ki, oranı təmir etsin. 2 gün sonra yəni 05 avqust onu digər cinayət adı ilə polis əməkdaşları tutmuşlar. Onun barəsində digər iş üzrə şikayət kafeli götürdüyündən 2-3 gün əvvəl olmuşdur. Çəkiliş olanda da həmin kafellərin çöldə olduğunu göstərmişdir. Qapı açıq vəziyyətdə olmuş və kafeldə çöldə olmuşdur. Konteynerin qapısının nə qədər müddət açıq qaldığını bilməmişdir. Konteynerin içərisinə daxil olmamışdır. Kafelin kiməsə məxsus olduğunu bilməmişdir, çünki o, lazımsız vəziyyətdə çöl də idi. Kafeli götürüb heç kimə nəsə deməməsinin səbəbi həmin kafelin sahibsiz olduğunu düşünməsi olmuşdur. Onun evində heç nə tapılmayıb, evinə ümumiyyətlə baxış keçirilməmişdir. Polis İdarəsində o döyülmüşdür. Bölmədə döyülən zaman ona bildirmişlər ki, həmin kafelləri də o, götürmüşdür. Təzyiqə məruz qaldığından məcbur qalıb kafeli oğurladığını demişdir. Lakin onun su qızdırıcısından xəbəri olmamışdır və ittiham aktında qeyd olunan su qızdırıcısını və digər əşya götürməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 04 və ya 05 avqust axşam saatları idi, Qurban adlı qonşu ona zəng vuraraq bildirmişdir ki, konteynerin qapısı açıqdır. Bunu Qurbanın atası Şamil görmüşdür. Həmin vaxta qədər 1-2 ay olar ki, gəlib konteyneri yoxlamamışdır. Bundan son ra o, özü oraya gedib görmüşdür ki, konteynerin qapısı açıqdır və içərisində heçnə yoxdur. Bundan sonra da bu barədə polisə məlumat vermişdir. Konteynerin içərisində kombi, kafel, su qızdırıcısı və sair əşyalar olmuşdur. Oğurlanan əşyalar ona qaytarılmamış və göstərilməmişdir. İş materiallarında olan foto şəkildə ona məxsus su qızdırıcısı deyil. Oğurlanan kafellərin dəyəri 140 manatdır. Ona su qızdırıcısı tanınmaya təqdim edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qonşu Samir Vəliyev onun işlədiyi yerə su qızdırıcısı gətirib qoymuşdur. Samir demişdir ki, gəlib onu aparacaq, lakin gəlmədi. O da sonradan həmin su qızdırıcısını 35-ci Polis Bölməsinin əməkdaşlarına təhvil vermişdir. Polis əməkdaşları protokol tərtib edərək su qızdırıcısını ondan götür müşlər. 07 avqust 2022-ci il tarixdə o, baxışın keçirilməsində hal-şahidi kimi iştirak etməmişdir. Polis əməkdaşı hazır sənədləri onun iş yerinə gətirib imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əvvəllər qonşusu olan Eminə məxsus konteynerin qapısının açıq vəziyyətdə olduğunu görmüş və Eminin də uzun müddət məhəlləyə gəlmədiyi səbəbindən oraya kənar şəxsin girməsindən ehtiyat etdiyi üçün oğlu Qurbana demişdir ki, Eminə zəng vurub bu barədə məlumat versin. Emin polisə şikayət olunmuşdan bir neçə gün əvvəl o görmüşdür ki, konteynerin qapısı açıqdır. Konteynerin çöl tərəfdə qapısının ağzında içərisində kafel olan korobkalar görmüşdür. Həmin 7-8 kafeldən 2-ni götürüb binanın blokuna qoymuşdur. Düşünmüşdür ki, onları kimsə oğurlayar. 07 avqust 2022-ci il tarixdə o, baxışın keçirilməsində hal-şahidi kimi iştirak etməmişdir. Polis əməkdaşı bir dəfə ona sənədləri gətirmiş və hamısını imzalamalı olduğunu bildirmişdir. İmzaladığı sənədlərin məzmununu oxumamışdır. İşdə olan Baxış və götürmə keçirilməsi haqqında 07 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin təhqiqatçısı U.Ə.Məmmədov 07 avqust 2022-ci il tarixdə hal-şahidləri Şahid3 və Şahid1, habelə X1 iştirakları ilə ünvan 2 ünvanına baxış keçirmişdir. Protokolda qeyd edilmişdir ki, baxış zamanı Bakı şəhəri, Gen.Şıxlinski küçəsi, 23 saylı evin həyətində olan dəmir konteynerdən oğurlanmış əşyaları aşkar edilərək götürülmüşdür. Konkret olaraq nə və harda aşkar olunmuşdur protokolda qeyd edilməmiş, protokola əlavə edilmiş foto cədvəlind ə su qızdırıcısı və karton qutularının fotoşəkilləri vardır, lakin onların altında hər hansı bir izahedici qeydlər aparılmamış, fotoşəkillərdən su qızdırıcısının markası (adı) və karton qutularının içində olan əşyaların növünü müəyyən etmək mümkün deyil. Həmçinin protokolda qeyd olunmuşdur ki, Samir Vəliyev konteynerdən oğurlanmış əşyaları öz evinin altına yığaraq saxlamışdır. Protokolda və işin digər materiallarında isə qeyd olunmuşdur ki, Samir Vəliyev ünvan 4 ünvanında yaşayır. İbtidai istintaq zamanı Samir Vəliyev ifadəsində göstərmişdir ki, o, konteynerdən götürülmüş kafeli öz mənzilinin balkonuna yığıb saxlamışdır. Yuxarıda qeyd edildiyi kimi hal şahidləri Şahid3 və Şahid1, habelə X3 göstərmişlər ki, onlar baxışda iştirak etməmişlər. Şahid1 ifadəsində göstərildiyi kimi Samir Vəliyev tərəfindən ona verilmiş su qızdırıcısının polis əməkdaşlarına təhvil verilməsi barədə protokol cinayət işinə əlavə edilməmişdir. X2 qarşı irəli sürülmüş ittihamda göstərilən və ittiham tərəfinin isbat etdiyi kimi aşkar edilmiş su qızdırıcısı və kafel cinayət işi üzrə maddi sübut kimi tanınmamış və cinayət işinin materiallarına əlavə edilməmiş, habelə zərərçəkmiş şəxsə qaytarılmamışdır. Cinayət işinə əlavə edilmiş əşyanın tanımaya təqdim edilməsi haqqında 10 yanvar 2023-cü il tarixli ( tarixə və aya sonradan aşkar sürətdə düzəliş edilmişdir) protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi Rəhman Cəfərov zərərçəkmiş şəxsə üzərində “Erato” yazısı olan su qızdırıcısı və 20 kvadrat metr kafeli öz iş otağında stola qoyaraq, Zərərçəkmiş şəxs Qorzmaz oğluna tanınmaya təqdim etmiş və zərə rçəkmiş şəxs bildirmişdir ki, həmin əşyalar 04 avqust 2022-ci il tarixdə ünvan 5 ünvanın qarşısında olan ona məxsus konteynerin içərisindən oğurlanmışdır. Protokoldan görünür ki, müstəntiq tərəfindən əşyaların tanınması Azərbaycan Respublikası CPM-in 240-ci maddəsinin tələblərini kobud pozaraq aparılmışdır. Belə ki, müstəntiq zərərçəkmiş şəxsi tanınmalı olan əşyanın əlamətləri haqqında qabaqcadan dindirməmiş, tanınmanın aparılmasında iştirak etmək hüququnun təmin edilməsi üçün bu istintaq hərəkətinin aparılması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə qabaqcadan xəbər verməmiş, tanınmalı olan əşyanı zərərçəkmiş şəxsə eyni növ olan əşyalar arasında təqdim edilməsini təmin etməmişdir. Həmçinin qeyd edilməlidir ki, tanınma zamanı video və ya foto çəkilişi aparılmamışdır. Məhkəmə ic lasında Zərərçəkmiş şəxs Qorzmaz oğlu göstərmişdir ki, müstəntiq tərəfindən ona əyani olaraq heç vaxt ondan oğurlanmış əşyaları göstərməmiş, belə tanınma onun tərəfindən aparılmamışdır. İbtidai istintaq zamanı müstəntiq ona bir su qızdırıcısının şəkilini göstərmiş, şəkildə olan su qızdırıcısı ona məxsus olmamışdır. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-23/2023 saylı 19 yanvar 2023-cü il tarixli hökmündən görünür ki, X3 15 may 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 23 saylı binanın blokunda Rəşad Məlikovun istifadə etdiyi saxlanc yerindən oğurluq törətməsinə görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin cinayət iş üzrə Şahid1 şahid qismində dindirilmişdir və Samir Vəliyev tərəfindən ona verilmiş oğurlanmış əşyaları polisə təqdim etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan sübutların ziddiyyətli olmaları və ittihamın təsdiqi üçün kifayət etməmələri barədə halları vurğulayaraq düzgün olaraq qeyd etmişdir ki, Şahid1 Samir Vəliyev tərəfindən ona verilmiş su qızdırıcısını polis əməkdaşlarına təqdim etdiyi halda, həmin su qızdırıcısının Samir Vəliyevdə olması və 07 avqust 2022-ci il tarixdə Samir Vəliyevdən götürülməsi ağlabatan hesab edilə bilməz və bir daha şəxsə elan edilmiş ittihamın şübhəli, qanunsuz və əsassız sübutlar üzərinə qurulması ehtimalını qüvvətləndirir. Həmçinin, sözügedən protokolda hal şahidləri qismində Şahid1 və Şahid3 iştirak etmələri və istintaq hərəkətinin protokolda qeyd olunan formada aparı lmasını öz imzaları ilə təsdiq etmələri göstərilsə də, protokola əlavə edilmiş fotoşəkillərdən həmin şəxslərin iştirakını müəyyən etmək olmur, məhkəmə iclasında verdikləri ifadələrində isə Şahid1 polis əməkdaşlarının onun iş yerinə gələrək ona sənədlər imzalatdıqlarını, yaşayış evinə baxış keçirilən və götürmə aparılan zaman iştirak etmədiyini, Şahid3 isə ümumiyyətlə hal şahidi kimi çıxış etmədiyini və heç bir sənədi imzalamadığını qeyd etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən sübutlara nəzər salaraq, birinci instansiya məhkəməsinin X1 zərərçəkmiş şəxsə məxsus dəmir konteynerə qanunsuz daxil olmaqla oradan su qızdırıcının və kombi aparatının gizli olaraq talayıb oğurluq etməsi mötəbər sübutlarla təsdiq olunmadığına dair gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, X3 tərəfindən sa xlanc yerinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs məxsus 960 manat məbləğində məişət əşyalarının oğurlanması öz təsdiqini tapmamışdır. X1 140 manat dəyərində 20 kvadrat metr kafeli koteynerə qanunsuz daxil edilmədən gizli yolla talama ilə əlaqədar əməli Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeydində əsasən həmin Məcəllənin 177.1-ci maddəsinin cinayət tərkibini yaratmır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələ r varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, ziddiyyətli, mötəbər və mümkün olmayan sübutlarla əsaslanan ittiham sübuta yetirilmiş hesab edilə bilməz. Məhkəmə kollegiyası he sab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham sübuta yetmir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə a laraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirlənd irilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X1 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X3 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edi ldiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış Apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestinin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş mat erialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: X1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar