Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1403/2022 15.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022 nömrəli, 06 aprel 2022-ci il tar ixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx 1973-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 13 aprel 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir ona görə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriy a nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahını əldə edib Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinin otaqlarından birində açıq vəziyyətdə saxlamış, qeyd olunan silah X1, Şahid1 və X8 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs şəklində 21 avqust 2019-cu il tarixdə, saat 03 radələrində ona məxsus evdən talanmaqla Xızı rayonu, Altıağac qəsəbəsinə aparılaraq qanunsuz saxlanılması üçün X3 verilmiş, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin silah 23 avqust 2019-cu il tarixdə saat 16 radələrində Sapar Bağırovun yaşadığı Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən evin həyətində hasarın bir küncündə yığılmış dəmir və taxtaların arasından aşkar edilərək götürülmüşdü r. 3. 20 may 2020-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Siyəzən Rayon Məhkəməsinin 1(059)-1/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirsiz bilinmiş və ona bəraət verilmişdir.
5. Hökmdən Dövlət ittihamçısı1 apellyasiya protesti verib, hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinməsini və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hö kmü ilə apellyasiya protesti təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 1(059)-1/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5, 9.2.3, 9.3-cü bəndləri tətbiq edilməklə təyin edilmiş cəza 1 (bir) il azaldılmış və üzərində qəti olaraq 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hökmündən Məhku m müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
8. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutlara səhv qiymət vermiş, nəticədə Məhkum cinayətdə təqsirinin olması sübuta yetirilməsə də, barəsində ittiham hökmü qəbul edilmişdir. Məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilir.
9. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngüllüyü mübahisələndiri lmiş, bununla bağlı dəlillərin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirməsi və həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə və kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiy ası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual ciayət-hüquqi normalarına, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin müddəalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəf indən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiy ini və hüquqlarını müdafiə etdiyi şəxs Məhkum təqsirinin sübuta yetirilmədiyini iddia edərək, kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.6cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin edilmiş cəzanın açıqaydın yüngül cəza olduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi nəzərdə tutulmuş halla əla qələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Hazırki kassasiya müraciətləri ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirini müəyyən edilərkən, faktiki olaraq aşağıda qeyd edilənlər əsas götürülmüşdür: Məhkum Siyəzə n RPŞ-nin rəisinə ünvanlandığı, Siyəzən rayonunun köhnə Quşçu kəndində yerləşən yaşayış evindən daxil olmaqla iki ədəd ov tüfənginin oğurlanması barədə məlumatın verilməsi və bununla bağlı tədbir görülməsi haqda 22 avqust 2019-cu il tarixli ərizəsi (c.1 səh.11); Məhkum baş vermiş oğurluq hadisəsi ilə bağlı 22 avqust 2019-cu il tarixdə verdiyi izahatı (c.1 səh.17-19); Məhkum Şahid1, X8 və X2 barələrində Azərbaycan Respublikası CM-nin 232.2.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işində zərərçəkmiş şəxs qismində tanınması (bu barədə müvafiq qərar iş materiallarında yoxdur) və həmin iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin müvafiq qərarında zərərçəkmiş şəxs olaraq əks edilməsi.
19. Bu əsaslarla apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul edil miş qərarında hesab etmişdir ki, “təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməsə də, o, ərizəsində iki ədəd ov tüfənginin atasına məxsus olmasını göstərməmişdir. Ancaq ərizəsində Siyəzən rayonunun köhnə Quşçu kəndində yerləşən yaşayış evinə daxil olmaqla iki ədəd ov tüfənginin oğurlandığını, tədbir görülməsini xahiş etmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində Məhkum tanınmış, Şahid1, Cəmaləddin Cavadov və Teymur Əliyev isə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində ittiham hökmü çıxarılmışdır. Təqsirkar şəxslərin təqsirli bilinərək məhkum olunmalarına dair epizodlarından biri Məhkum məxsus evdən hazırkı ittihamın predmeti təşkil edən bir ədəd yivli atəş üçün yararlı idman ov tüfənginin talanması təşkil edir. Həmin işə baxılarkən ov tüfənginin Məhkum məxsus ol ması və təqsirkar şəxslər tərəfindən talanması əsaslı şübhə yaratmayan mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin hökm apellyasiya qaydasında mübahisələndirilsə də, apellyasiya qaydasında gəlinən nəticə dəyişdirilmədən saxlanılmışdır”. 20.Davam edərək, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, “Şahid1 və qeyrilərinin barəsində cinayət işi üzrə... qeyd edilən epizod üzrə Məhkum zərərçəkmiş şəxs qismində tanınmışdır ki, bu da həmin əməlin törədilməsi nəticəsində bir başa zərərə məruz qalan şəxs olduğunu, yəni həmin əməl nəticəsində zərərçəkmiş şəxs qismində tanındığını ehtiva edir. Bunun məntiqi nəticəsidir ki, o da, həmin iş üzrə ifadəsində onun məhrum babası Pənahdan atasına qalmış iki ədəd tüfənginin olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs həmin iş üzrə cinayət əməlinin nəticəsində zərər məruz qalan şəxs kimi zərərçəkmiş şəxs statusunda tanınması, hazırkı iş üzrə ictimai təhlükəli əməlin predmeti olan silahların ona məxsus olduğunu ehtiva edir. Bu isə iş üzrə şahid qismində məhkəmədə dindirilmiş şəxslərin ifadələrinin mötəbərliyini şübhə altına almaqla, Şahid1 ilkin istintaq zamanı vermiş olduğu ifadənin əsaslı olmasını qaçılmaz edir”.
21. Halbuki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
22. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələblərindən g örünür ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
23. Həmin Məcəllənin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
24. Həmin Məcəllənin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
25. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.
26. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
27. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
29. Həmin Məcəllənin 349.5.1-349.5.3-cü maddələrinin ümumi məzmununa tələblərinə görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.
30. Həmin Məcəllənin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
31. Həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrinin ümumi məzmununa əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq sübuta yetirilmiş hesab edilə bilər.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini və sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini tələb edən milli cinayət prosessual qanunvericiliyinin tələbləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) yanaşması ilə də uzlaşır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin müvafiq tələblərinə uyğun olduğu müəyyən edilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin ümumi araşdırmasının nəzərdən keçirilməsi zəruridir (məsələn, Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il).
33. Həmçinin, Avropa Məhkəməsinin presedent hüququ ilə müəyyən edilir ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
34. Baxılan cinayət işinin materialları istinad edilən prosessual cinayət-hüquqi normalarının tələbləri və məhkəmə praktikasını tənzimləyən Avropa Məhkəməsinin presedent hüququ baxımından təhlil edildikdə, Məhkum ona törədilməsi ittiham olunan Azərbaycan Respublikas ı CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirinin müəyyən edilməsinə təsir edən halların apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə baxışında tam tədqiq edilməməsi, nəticədə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməməsi aşkar edilir.
35. Belə ki, cinayət işinin materiallarından müəyyən edildiyi kimi, Məhkum edilməsi ilə nəticələnmiş hazırki cinayət işi Şahid1, X8 və X2 barələrində Azərbaycan Respublikası CM-nin 232.2.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işindən ayrılmış, Məhkum məxsus olması ittiham edilən bir ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahının həqiq ətən kimə məxsus edilməsi istiqamətində ibtidai istintaq orqanının həyata keçirdiyi yeganə əməliyyat tədbiri Məhkum Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərində yaşayıb-yaşaması və həmin evdə təsərrüfat işləri ilə məşğul olubolmamasının yoxlanılması barədə 2 mart 2020-ci il tarixdə müstəntiq tərəfindən qəbul edilmiş əməliyyat tapşırığından ibarət olmuşdur.
36. Bundan başqa ibtidai istintaq dövründə aparılmış prosessual hərəkətlər aşağıdakılardan ibarətdir: 1) 190850047 nömrəli cinayət işində zərərçəkmiş şəxs, baxılan işdə isə əvvəl şahid, daha sonra təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadəsində bildirmişdir ki, o, hazırda Siyəzən şəhərinin Sabir küçəsindəki 49 nömrəli evdə valideyni və ailə üzvləri ilə birlikdə yaşayır. Bundan başqa, Siyəzən rayonu, Köhnə Quşçu kə ndində valideynlərinin yaşamış olduğu həyətyanı torpaq sahələri və həmin torpaq sahəsində bir mərtəbə, 3 otaq və 1 eyvandan ibarət evləri vardır. 2019-cu ilin may ayınadək atası Şahid2 və anası Şahid3 da həmin evdə yaşamışlar. Lakin, sonradan atası Şahid2 beyin insultu keçirdiyindən əvvəlcə atasını, bir müddət sonra isə anasını ünvan 4 ünvanında yerləşən evinə aparmışdır. 2019-cu ilin may ayından etibarən Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərinin bütün işləri ilə özü məşğul olmağa başlamış, həmçinin, həmin evdə mərhum babası Pənah Cabbarovdan qalma iki ədəd ov tüfəngləri də olmuşdur. Mərhum babası Pənah Cabbarov da vaxtilə həmin iki ədəd tüfəngi bu məqsədlə evdə saxlamış, babası rəhmətə getdikdən sonra həmin tüfənglərlə tası Şahid2 maraqlanmışdır. Atası Şahid2la söhbətləri za manı sonuncu ona cavanlığında həmin tüfəngləri silib-təmizlədiyini bildirmişdir. 21 avqust 2019-cu il tarixdə heyvanlara yem vermək üçün Köhnə Quşçu kəndində yerləşən evlərinə getdiyində oradan oğurluq olduğunu və həmin evdə saxlanılan 2 (iki) ədəd ov tüfənglərinin oğurlandığını müəyyən etmişdir. Daha sonra, bu barədə atası Şahid2 məlumat verdiyində sonuncu ona səhhətində baş vermiş ağrılar ucbatından polisə gedə bilməyəcəyini, bu səbəbdən də, baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə ərizə yazmasını tövsiyə etmişdir. Bundan sonra, Siyəzən RPŞ-yə gedərək baş vermiş oğurluq hadisəsi ilə bağlı ərizə yazmış, orada olarkən o, nə tüfənglərin, nə də ki, tüfəng saxlanan fərdi yaşayış evinin özünə məxsus olmamasını, ata-baba mirası olduğunu, özünün ünvan 4 nömrəli evdə yaşadığını bildirsə də, polis əməkdaşları ona “sənin qoca atanın arxasınca sürünəsi halımız yoxdur” deyərək ərizəni ona yazdırmışlar. Bundan əlavə, bildirir ki, hüquqi savadı olmadığından ərizə tərəfindən yazılsa da, polis əməkdaşlarının diktəsi ilə yazılmışdır. 2) Şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Məhkum doğma oğludur. 2019-cu ilin may ayınadək arvadı Şahid3 ilə birlikdə Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərində yaşamış və həmin müddət ərzində oğlu Məhkum ara-sıra yanlarına gəlib-getmişdir. 2019-cu ilin may ayından sonra insult keçirtdiyindən oğlu Məhkum onu oradan Siyəzən şəhərində yerləşən evlərinə, yəni, Siyəzən şəhərinin Sabir küçəsindəki 49 saylı evə gətirsə də, arvadı Şahid3 bir müddət Siyəzən rayonu, Köhnə Quşçu kəndindəki evdə qalmışdır. Ağlı kəsən vaxtdan həmin evdə biri təklülə, digəri isə qoşalülə olmaqla iki ədəd tüfəng olduğunu görmüşdür. Həmin tüfənglər babasından qalmış, daha sonra atası Pənah Cabbarovun sərəncamında olmuş, sonununcu vəfat etdikdən sonra isə evdə otaqların birində, qapının arxasında divara söykədilmiş vəziyyətdə saxlanılmışdır. İnsult xəstəliyi keçirtdiyindən və həmin xəstəlik onda yaddaş dağınıqlığı yaratdığından tüfəngin gah yataq otağında, gah da anbar kimi istifadə etdikləri otaqda saxlandığı barədə qeyri-dəqiq xatırlamaları olmuşdur. Xəstəliyi ilə əlaqədar Siyəzən şəhərindəki evdə yaşadığı vaxtdan bəri Köhnə Quşçu kəndində yerləşən evin təsərrüfat işləri ilə oğlu Məhkum məşğul olmuş, sonuncu təsərrüfat işlərinə kömək məqsədilə qonşuluqda yaşayan Elxan adlı şəxsi də, oraya aparmış və sonuncu bir müddət orada qalaraq oğ luna kömək etmişdir. Dəqiq deyə bilməsə də, xatırladığı qədəri ilə təxmini 2019-cu ilin avqust ayının axırlarında oğlu Rövşən ona Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evdən tüfənglərin oğurlandığını bildirdikdə, o, səhhəti ilə əlaqədar polisə gedib məlumat verə bilməyəcəyindən Rövşənə baş vermiş hadisə ilə əlaqədar polisə gedərək ərizə yazmasını tapşırmışdır. 3) Şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ünvan 6 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Məhkum doğma oğludur. 1970-ci ildən etibarən həmin evdə biri təklülə, digəri isə qoşalülə olmaqla iki ədəd tüfəng olduğunu görmüşdür. Həmin tüfənglər ərinin babasından qalmış, daha sonra qayınatası Pənah Cabbarovun sərəncamında olmuş, sonununcu vəfat etdikdən sonra isə evdə anbar kimi istifadə etdikləri otaqda qapının arxa sında divara söykədilmiş vəziyyətdə saxlanılmışdır. 2019-cu ilin may ayınadək əri Şahid2la birlikdə Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərində yaşamış, həmin müddət ərzində oğlu Məhkum ara-sıra yanlarına gəlib-getmişdir. 2019-cu ilin may ayından sonra əri Əhməd insult keçirtdiyindən oğlu Məhkum onu oradan Siyəzən şəhərində yerləşən evlərinə, yəni, Siyəzən şəhərinin Sabir küçəsindəki 49 saylı evə aparmış, o, isə bir müddət qonşuluqda yaşayan və Rövşənə təsərrüfat işlərində kömək edən Elxan adlı şəxslə qalmışdır. Elxanla qalarkən sonuncu həmin tüfəngləri görmüş və tüfənglərdən istifadə etmək üçün ondan icazə istəsə də, o, Elxana tüfəngləri verməmişdir. Sonradan o, da səhhətində yaranmış problemlə əlaqədar Siyəzən şəhərinə oğlunun yaşadığı evə gəlmişdir. Daha sonra, ona evdən sil ahların oğurlanması barədə məlumatı oğlu Rövşən vermiş, silahlar əri Əhməd tərəfindən mütəmadi olaraq sökülüb təmizlənərək yenidən yerinə qoyulmuşdur. 4) 190850047 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 bildirmişdir ki, qonşuluqda yaşayan Məhkum kiçik yaşlarından tanımışdır. Rövşən onlarla qonşuluqda yaşamış, münasibətləri normal olmuşdur. O, işsiz olduğundan Rövşən ona birlikdə işləməyi, Rövşənə işlərində kömək etməyi təklif etmişdir. O da razılaşmışdır. Rövşənin Siyəzən rayonunun köhnə Quşçu kəndində evi və həyətyanı torpaq sahəsi vardır. 2019-cu ilin təxminən iyun ayından etibarən Rövşənlə birlikdə Siyəzən rayonu Köhnə Quşçu kəndinə getmişlər. Orada Rövşənə məxsus heyvanlar üçün ot biçməyə başlamışlar. Rövşən anası xəstə olduğundan Rövşən bir müddət lik çıxıb Siyəzən şəhərinə getmişdi. O, kənddə Rövşənin evində tək qalmış və heyvanlarına da baxmışdır. 2019-cu ilin təxminən iyun ayında təsərrüfatda iş görən zaman onun ayağı əzilmişdir. Əvvəl buna fikir verməsə də bir gündən sonra ağrılarının çox olduğunu görüb o, Rövşənə zəng edib Rövşəndən gəlib onu aparmasını xahiş etmişdir. Rövşən də cavabında gələ bilməyəcəyini, lakin ona gəlmək üçün maşın tapacağı halda benzin pulunu özünün verəcəyini demişdir. O da zəng edib Camaləddindən kömək istəmişdir. Camaləddin onu Siyəzən şəhərinə aparmaq məqsədi ilə gecə saatlarında Siyəzən rayonu Köhnə Quşçu kəndinə gəlmişdir. Camaləddin gəlib gecə onunla Rövşənin evində qalmışdır. Gecə qalarkən Camaləddin Rövşənə məxsus evin otağında saxladığı bir ədəd tək lülə, bir ədəd isə qoşa lülə tüfəngi görüb əlin ə alaraq baxmış, sonra isə yerinə qoymuşdur. O, həmin tüfənglərin Rövşənə məxsus olduğunu demişdir. Səhəri gün isə o, Rövşənin heyvanlarını orada yaxınlıqda yaşayan Rəvan adlı çobana tapşırmış və Camaləddinə məxsus avtomobil ilə Siyəzən şəhərinə evinə gəlmişdir. Bu hadisədən sonra onun ayağı sağalmışdır. O, yenə də Rövşənin yanına kömək etməyə getmişdir. Bu müddət ərzində o, Camaləddinlə və həmçinin onunla bir məhəllədə yaşayan Teymurla görüşmüş, lakin onların üçü birlikdə heç vaxt yaxın olmamışlar, yəni o, Camaləddin və Teymurla ayrı-ayrılıqda görüşməmişdir. Avqust ayının əvvəllərində Rövşənin ot biçməklə bağlı işləri qurtarmışdır. Bundan sonra o, Siyəzən şəhərində evlərinə qayıtmışdır.
37. İbtidai istintaq orqanı Məhkum yuxarıda göstərilən Siyəzən rayonunun köhnə Quşçu kəndində yerləşən yaşayış evindən iki ədəd ov tüfənginin oğurlanması barədə məlumatın verilməsi haqda 22 avqust 2019-cu il tarixli ərizəsini, eyni tarixdə verdiyi izahatını, ********* nömrəli cinayət işində zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadəsini əsas götürərək, 8 aprel 2020-ci il tarixdə qəbul etdiyi “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarında həmin tüfənglərin ona məxsus olmasına dair nəticəyə gəlmiş, baxılan işdə isə əvvəl şahid, daha sonra təqsirləndirilən şəxs qismində verdiyi Məhkum ifadələrini vəsatət kimi qəbul edərək, özünümüdafiə kimi qiymətləndirib rədd olunması barədə qərar vermişdir (c.1 səh.212-213).
38. Bununla yanaşı, həmin qərarda ibtidai istintaq orqanı şahid qismində dindirilmiş Şahid2 ifadəsini qeyri obyektiv, oğlu Məhkum cinayət məsuli yyətindən kənar qalmağa imkan yaradılması üçün verilmiş, eyni zamanda tüfənglərin onun özünə məxsus olması ilə bağlı qeyd etdiyi xüsusatlari özünümüdafiə kimi qiymətləndirmiş və vəsatət kimi qəbul edərək rədd etmişdir (c.1 səh.213).
39. Bununla belə, ibtidai istintaq orqanı qeyd edilən qərarında şahid qismində dindirilmiş Məhkum anası, Şahid3 ifadəsini tərəfindən ümumiyyətlə əks edib nəzərə almamış, bir yaşayış sahəsindən - Siyəzən rayonunun köhnə Quşçu kəndində yerləşən evdən istifadə etmiş üç şəxsdən ikisinin (Məhkum ifadəsi nəzərə alındıqda hətta hər üçünün), Şahid2 və Şahid3 ifadələrində oğurlanmış tüfənglərin Şahid2 məxsus olmasını bildirildiyini kənara qoymuş, Məhkum 22 avqust 2019-cu il tarixdə təqdim etdiyi oğurluq cinayətinin törədilməsi haqqında ərizəsini və cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilən təminatlardan istifadə etmək hüquqları izah edilmədən alınmış ilkin izahatını əsas götürməklə, oğurlanmış tüfənglərin məhz sonuncuya məxsus olması barədə gəlinmiş nəticəyə dair hər hansı əsaslandırmanın (bu və digər şəxsin ifadələrinin özünümüdafiə xarakteri daşıdığından başqa) verilməsini təmin etməmişdir.
40. Üstəlik, qeyd edilən qərarı ilə ibtidai istintaq orqanı Şahid2 ifadəsində oğurlanmış tüfənglərin onun özünə məxsus olması barədə verdiyi məlumatı, faktiki olaraq onun tərəfindən cinayət əməlinin törədilməsində etirafını naməlum səbəblə özünümüdafiə kimi qiymətləndirmiş, silahların əldə edilməsi mənbəsinin və şəraitinin müəyyən edilməsi istiqamətində ümumiyyətlə heç bir tədbir görmədən gəldiyi nəticəni yalnız şahid ifadələri əsasında formallaşdırmış, bu zaman üç şəxsin, o cümlədən cinayəti törətməsi ehtimal edilə bilən şəxsin özünün bu barədə etirafını və verdiyi ifadəsində əməlin məhz bu şəxs, Şahid2 tərəfindən törədilməsi barədə əldə edilən məlumata əhəmiyyət verməyib, cinayətin törədilməsini təkidlə inkar edən, hansı səbəblərdən və necə şəraitdə alındığının izahı verilən və sonradan imtina edilən, hər hansı obyektiv sübutla təsdiqlənməyən və prosessual qüvvəsi olmayan ilkin izahatını əsas götürməklə əməlin digər şəxs, Məhkum tərəfindən törədilməsi barədə nəticəyə gəlmiş, belə nəticəyə də dair hər hansı ağlabatan əsaslandırmanın verilməsini təmin etməmişdir.
41. Cinayət işinin yuxarıda qeyd edilən mövcud xüsusatlarına daha sonra 11 aprel 2020-ci il tarixli ittiham aktında hər hansı obyektiv qiymət verilməmiş, sadəcə iş üzrə dindiri lmiş şəxslərin ifadələri və ekspertiza rəylərinin nəticələri sadalanmaqla Məhkum verdiyi ifadəsi özünümüdafiə xarakterli hesab edilmiş və ona qarşı Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi barədə ittiham irəli sürülmüşdür.
42. Apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi öz növbəsində cinayət işinin yuxarıda təsvir edilən hallarını nəzərdən qaçırmış və ittiham mövqeyini əksərən ibtidai istintaq orqanının təsvir etdiyi cinayət əməlinin törədilməsinə dair ehtimalı ilə əsaslandırmışdır.
43. Əlavə olaraq, apellyasiya instansiyası məhkəməsi ********* nömrəli cinayət işi üzrə məhkum edilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini birinci instansiya məhkəməsi qarşısında məhkəmə iclasında şahid qismində verdiy i ifadəsindən üstün tutub, Şahid1 birinci ifadəsini Məhkum təqsirini təsdiqləyən sübut kimi qiymətləndirmişdir.
44. Lakin, hətta həmin ifadə həqiqətə daha uyğun hesab edilsə belə, oğurlanmış tüfənglərin olduğu Siyəzən rayonunun köhnə Quşçu kəndində yerləşən yaşayış evinə cəmi 2 ay müddətə yaxın, ifadəsinə görə “2019-cu ilin təxminən iyun ayından etibarən” oğurluğun törədildiyi 22 avqust 2019-cu il tarixədək dövrdə gediş-gəliş imkanı olan şəxsin silahların kimə məxsus olması haqda verdiyi ifadəsinin həmin evdən illər boyu istifadə edən üç şəxsin - Məhkum, Şahid2 və Şahid3nin eyni məzmunlu ifadələrindən üstün tutulmasının izahı apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almamışdır ki, işin mübahisələndi rilməyən hallarına görə, Şahid2 insult keçirdiyindən sonra Şahid3 ilə birlikdə Məhkum tərəfindən 2019-cu ilin may ayında ünvan 4 ünvanında yerləşən evə aparıldığından, Şahid1 isə Siyəzən rayonunun köhnə Quşçu kəndində yerləşən yaşayış evinə 2019-cu ilin təxminən iyun ayından etibarən gedib-gəlməyə başladığından, onun həmin evdən birgə istifadə etdikləri dövrdə Cabbarovlar ailəsinin məhz hansı üzvünün oğurlanmış tüfənglərə sahiblik etməsi barədə şəxsən özünün, bilavasitə şahidi olduğu məlumatı ola bilməzdi.
45. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi üzrə Məhkum atasına məxsus Siyəzən rayonunun köhnə Quşçu kəndində yerləşən yaşayış evindən iki ədəd tüfəngin oğurlanması barədə könüllü olaraq polis orqanın a məlumat vermişdir. Məhkəmə kollegiyasının fikrincə, qanunsuz olaraq odlu silahın saxlamasına görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyini dərk edən şəxsin buna baxmayaraq könüllü gəlib həmin silah haqqında polis orqanına məlumat verməsi halı, oğurlanmış tüfənglərin həqiqətən ona yox, atası Şahid2 məxsus olmasına dəlalət edən amil kimi qiymətləndirilə bilər.
46. Apellyasiya instansiyası məhkəməsinin ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində və hazırki cinayət işinin müəyyən mərhələlərində verdiyi, Məhkum təqsirinin etirafı hesab edilə bilən ifadələrinin ona qarşı istifadəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edildiyi kimi, Azərbaycan Respublikası CPM-nin 126.6-ci maddəsinə əsasən yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda belə məlumat ona qarşı ittihamın əsası kimi qəbul edilə bilərdi, baxılan işdə isə toplanmış sübutların apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılan təhlil və bir-biri ilə müqayisəli qiymətləndirmə Məhkum təqsirinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir.
47. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən, həmin ittihama hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikası CPM-nin 144, 145 və 146-cı maddələrinin tələblərinə əməl etməməklə, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən CinayətProsessual Məcəlləsinin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir.
48. Kassasiya protestinin Məhkum yüngül cəza təyin edilməsinə dair iddiasına (Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsi) gəldikdə, apellyasiya instansiyası məhkəməsinin hökmünün yuxarıda qeyd olunan – Azərbaycan Respublikası CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində təsbit olunmuş əsaslara görə ləğv edilməsi, sübutların yenidən araşdırılması və təqsirliliyin müəyyən edilməsi kimi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibətin bildirilməsini labüd etdiyindən, məhkəmə kollegiyası hazırki mərhələdə kassasiya protestinin dəlillərin araşdırılmasını və həmin dəlillər üzrə kassasiya protestinin təmin olunmasını mümkün hesab etmir.
49. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsa slara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti təmin edilməli, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hökmü ləğv edilməli, iş yeni apelyasiya baxışına təyin olunmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hökmü ləğv edilsin, cinayət işi apellyasiya instan