Məhkəmə qərarları › İş №1(102)-1403/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1403/2024

21.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1403/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumlar X3 və Məhkum2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli qərarından dövlə t ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 1(005)275/2023 saylı hökmü ilə (hakim Vüsal Qurbanov) xx xxxxxx 1998-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Məhkum1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onun üzərinə Ağcabədi rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulması, Məhkum1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxx 1998-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Bozpapaqlar kəndində qeydiyyatda olan və Ağcabədi rayonu, Təzə qəsəbədə yaşayan, Məhkum2 Azərbaycan Respublikası CM-in 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Məhkum2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onun üzərinə Ağcabədi rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulması, Məhkum2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti ver ərək Məhkum1 və Məhkum2 CMin 244-1.2.2 və 244- 1.2.4-cü maddələri məhkum olunmalarına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli hökmü, onlara cəzanın həddi ilə bağlı edilən təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, həmçinin maddi sübutlarla bağlı cinayət və cinayət-posessual qanunvericliyin tələblərinə uyğun qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etmişdir. Hökmdən həmçinin, Məhkum2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-275/2023 saylı, xx.xx.2023 tarixli hökmündə göstərilən şəxsi əmlakı olan 02 ədəd telefonun cinayətdə işlənmədiyi üçün hökmün dəyişdirilərək ona geri qaytarılamasını xahiş etmişdir. Hökmdən həmçinin, Məhkum1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi nin 1(005)-275/2023 saylı, xx.xx.2023 tarixli hökmündə göstərilən şəxsi əmlakı olan 02 ədəd telefonun, Şahid1 məxsus 01 ədəd mobil telefonun cinayətdə işlənmədiyi üçün hökmün dəyişdirilərək ona geri qaytarılamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 sədrliyi və məruzəsi, Fərid Əyyubov və Emin Mehdiyevdən ibarət tərkibdə) 22 noyabr 2023-cü il tarixli 1(103)1793/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Məhkum1 və Məhkum2 CM-in 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 1(005)-275/2023 saylı hökmü dəyişdirilmiş, iş üzrə maddi sübut olan – “Lenovo” markalı noutbuk, “Samsung A032F”, R edmi Note 10”, “Samsung A52”, “Red mi Poco X3” və “Samsung A50” markalı mobil telefonlar xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması müəyyən edilmiş, hökm qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum1 tanışı Məhkum2 və Türkiyə Respublikası vətəndaşı ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə yaradılmış “www.merc777.com” saytında onlayn mərc oyunların keçirilməsini təşkil etmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, 2022-ci ilin sentyabr-oktyabr ayları ərzində aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən, ünvan 2 ünvanında yaşadıqları mənzildə “Lenovo” markalı noutbuk vasitəsilə internet qlob al şəbəkəsindən istifadə etməklə “www.merc777.com” saytının canlı dəstək bölməsinə müraciət edərək mərc oyunlarında iştirak etmək istəyən şəxslərə özünü “Arzu xanım” adı ilə təqdim edərək oyunun qaydalarını, o cümlədən şərtlərini izah etmiş, həmçinin mərc oyunlarından əldə edilmiş pul vəsaitlərinin nağdlaşdırmasından ötrü ayrıayrı şəxslərin adlarına olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 50 ədəd “Ucard” və 12 ədəd “Leobank”, "xxxx" ASC tərəfindən emissiya edilmiş 09 ədəd “Mycard”, "xxxx" ASC tərəfindən emissiya edilmiş 08 ədəd “Kartmane”, "xxxx" ASC tərəfindən emissiya edilmiş 13 ədəd “Bolkart ailə”, "xxxx" ASC tərəfindən emissiya edilmiş 02 ədəd “Birbank” debet kartlarını və171 ədəd “Azərcell” mobil operatoruna məxsus telefon nömrələrinin simkartlarını əldə edərək pul vəsaitləri barə sində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan onlayn mərc oyunların təşkil etmiş və keçirmiş, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmiş və saxlamışdır. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkumlar özlərini qeyri-səmimi apararaq törətmiş olduğu cinayət əməlini etiraf etməyərək, özlərini təqsirli bilməmiş əksinə, özlərinə haqq qazandırmaq üçün guya keçirilmiş onlayn mərc oyunlarının qanunsuz olmasını bilmədiklərini bildirməklə məsuliyyətdən yaxa qurtarmağa hər vəchlə cəhd etmiş və belə olan halda törətmiş olduğu əməldən peşmançılıq hissi də keçirməmişlər. Məhkəmə bu halı nəzərə almadan məhkumlara azadlıqdan məhrum etmə cəzası deyil, azadlığın mə hdudlaşdırılması cəzası təyin etmiş, hətta təyin etdiyi azadlığın məhdudlaşdırılması cəzasını da aşağı həddə təyin etməkdə tam haqsız olmuşdur ki, məhkəmənin bu mövqeyi hüquqi nöqteyi nəzərdən anlaşılmazdır. Bundan başqa dövlət ittihamçısı qeyd etmişdir ki, məhkumlara istinad edilən cinayətin əsas obyekti ictimai mənəviyyat, cəmiyyətin əxlaqi-mənəvi dəyərləridir. Bu cinayətin neqativ tərəfi ondadır ki, qanunsuz qumar oyunları zamanı dövriyyə gizlədilir, dövlətə hər hansı bir vergi verilmir, bu oyunların şərtləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılmır, oyunlarda iştirak edən şəxslərin hüquqları pozulur, uduşların ödənilməsinə zəmanət verilmir, iştirakçıların pozulmuş hüquqlarının bərpa edilməsi mexanizmləri mövcud deyil. Hər hansı nəzarət mexanizmi və dövlət nəzarəti olmayan qanunsu z qumar oyunlarının keçirilməsi zamanı nəticələrin qanuniliyinə zəmanət verilmir, bu isə öz növbəsində oyunda iştirak edən şəxslərin maddi cəhətdən müflisləşməsinə, həmin şəxslərin uduzduğu pulların geri qaytarılması üçün daha çox oyun oynanılmasına, oyunda yenidən iştirak etmək və ya yaranmış borcun ödənilməsi üçün isə onların bütün əmlaklarının itirilməsinə, hətta məhkəmə praktikasında da rast gəlindiyi kimi oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq və daha ciddi cinayətlərin törədilməsinə sövq edilməsinə, ailələrin dağılması kimi təhlükəli sosial nəticələrə səbəb olur. Bu səbəbdən qanunvericilik haqlı olaraq qeyd edilən cinayəti “İctimai mənəviyyat əleyhinə cinayətlər” kateqoriyasına aid etmişdir. Bu da qeyd edilən cinayətin ictimai təhlükəliliyini artırmaqla bu qəbildən olan cinayətl ərin cəmiyyət üçün hansı sosial nəticələrə və bəlalara səbəb olmasını göz önünə qoyur. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə cəza təyini məsələsində yekun nəticəyə gələrkən Məhkum1 və Məhkum2 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məqsədi və motivini nəzərə aldığını qeyd etsə də, əslində bu formal xarakter daşımışdır. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin təmin olunmasını və X3 və Məhkum2 barələrində Azərbaycan Respublikası CM-nin 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli qərarın ləğv edilməsini və yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum1 məhkəmə iclasında çıxış edərək kassasiya protestinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023cü il tarixli qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum2 məhkəmə iclasında çıxış edərək kassasiya protestinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023cü il tarixli qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protetinin təmin olun ması barədə dövlət ittihamçısının, kassasiya protetinin təmin olunmaması barədə məhkumların çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protesti nin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları m əhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Kassasiya protestinin dəlillərindən görünür ki, protestdə məhkumlara təyin edilmiş cəzanın yüngüllüyü mübahisələndirilərək, məhkumlar tərəfindən törədilmiş cinayət əməlinin ictimai-təhlükəliliyi vurğulanaraq cəzanın ağlırlaşdırılmasının zəruriliyi, məhkumların yalnız azadlıqdan məhrumetmə cəzası təyin edilməklə islah olunmasının mümkünlüyü iddiası irəli sürülmüşdür. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməs i şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir k i, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya protestində cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmadığı qeyd edilmişdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyy ən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM- in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillə rini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkumlara cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxslərin cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əs asən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar (növ, müddət, məbləğ baxımından) olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Lakin müəyyən olunur ki, qərarda (və ya hökmdə) cəza təyini institutlarına istinad olunarkən formalaşmış səhv məhkəmə təcrübəsi nəticəsində məhkəmələr yalnız yüngül cəza təyin etdikdə niyə məhz yüngül cəza təyin etməsini əsaslandırmağa çalışır, belə əsaslandırma dövlət ittihamçısı tərəfindən qənaətbəxş olmadıqda həmin qərardan (və ya hökmdən) protest verilir. Bunun əksinə olaraq əksər hallarda cin ayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddində cəza təyin edilirkən qeyd edilən normanın tələblərinə zidd olaraq heç bir əsaslandırılma aparılmır. Halbuki bunun əksinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayətə görə nəzərdə tutulmuş az ciddi cəza növü və ya həddində cəza təyin edilərkən əsaslandırılma aparılmasını tələb edən hər hansı bir norma yoxdur. Bundan əlavə kassasiya protestində dövlət ittihamçısı həmçinin cəza təyini zamanı cinayət əməlinin xarakterinin və ictimai təhlüləlik dərəcəsinin nəzərə alınmamasını əsaslandırmağa çalışmışdır. Məhkumların təqsirli bilinərək məhkum olunduqları CM-in 244-1.2.2 və 244-1.2.4-cü maddəsinin sankisyasında 3 növ cəza nəzərdə tutulmuşdur: 1.on min manatdan on beş min manatadək miqdarda cərimə; 2. iki i ldən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması; 3. iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə. Göründüyü kimi, maddənin sanksiyasında azadlıqdan məhrum etmədən daha yüngül iki alternativ cəza növü nəzərdə tutulmuş və cinayət işi üzrə toplanmış sübutlarla daha sərt cəza olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin təmin edilməsi üçün hər hansı hüquqi və faktiki əsas mövcud deyil. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasl anaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 1(005)275/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 2441.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X3 və Məhkum2 barələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar