Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1403/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Laçın rayonu Alqulu kəndində qeydiyyatda olmaqla ünvan 1də yaşamış, halha zırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli 1(105)-247/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 1(124)-329/2024 nömrəli hökmü ilə (hakimlər: N.H.Hüseynli (sədrlik edən), N.N.Mirzəyev və E.Q.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müd dətinin əvvəlinin 23 may 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli 1(105)-247/2024 nömrəli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), A.İ.İsmayılov və R.Ə.Ağayev) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 1(124)-329/2024 nömrəli hökmü cəza təyini hissədə dəyişdirilmiş, Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası 3 (üç) il müddətinə endirilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublika sı CM-in 234.1-1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə ona görə verilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, Məhkum 20 may 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, “120” adlanan məhəllədə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd şəffaf sellofan bükümdə 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin sıyahısı”na (Siyahı İ) daxil edilmiş 4,673 qram çəkidə külli miqdarda ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşımış və üzərində saxlamış, 23 may 2023-cü ildə, saat 14 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarış şö bəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanında yerləşən “Grand Mart" marketin qarşısında saxalnılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, orada xidməti otaqda həmin gün saat 14:20-dən saat 14:45-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofan bükümdə 4,673 qram çəkidə külli miqdarda ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli qərarının dəyişdirilməsi və barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəzanın şərti hesab edilməsi barə də qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protest i kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli qərar ından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli 1(105)-247/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1403/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1403/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver