Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1404/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Pərviz Əhməd oğlu) Məhkum, xx xxxx 1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ed ilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşamış, CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə, CMnin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 06 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, ona təyin olunmuş cəza ilə qismən birləşdirilərək qəti olaraq cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgəni n əmlakını talamaq məqsədilə 12 aprel 2019-cu il tarixdə, saat 16:00-da Zərərçəkmiş şəxs1 yaşadığı Ünvan 3inə giriş qapısından açar seçmə yolu ilə qanunsuz daxil olaraq yataq otağında saxlanc yeri hesab olunan paltar şkafındakı qırmızı rəngli vilyur parçalı qutunun içərisində olan 2800 (iki min səkkiz yüz) manat dəyərində bir dəst 750 əyarlı, 40 qram çəkidə brilyant komplekti (qolbaq, üzük, bir cüt sırğa və boyunbağı kulonu ilə), 350 ( üç yüz əlli) manat dəyərində 583 əyarlı 7 qram çəkidə bir cüt qızıl sırğanı, 700 (yeddi yüz ) manat dəyərində 1 ədəd 750 əyarlı 10 qram çəkidə qızıl boyunbağını, 2450 (iki min dörd yüz əlli) manat dəyərində bir dəst ağ qızıldan 750 əyarlı, 35 qram çəkidə brilyant komplekt (üzük, bir cüt sırğa, qolbaq və boyunbağı kulonu ilə), hər biri 490 ( dörd yüz doxsan) manat dəyərində 2 ədəd 750 əyarlı, hər biri 7 qram çəkidə brilyant qaşlı üzüyü, 250 (iki yüz əlli) manat dəyərində 1 ədəd 583 əyarlı 5 qram çəkidə qolbağı gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 7530 (yeddi min beş yüz otuz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını talama məqsədilə 30 aprel 2019-cu il tarixdə, axşam saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Ünvan 4ə üzərində olan dəmir parçası ilə mətbəx hissəsində olan pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq mənzilin qonaq otağında saxlanc yeri hesab olunan şkafdakı qutunun içərisindən 675 manat pulu gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını talama məqsədilə 16 may 2019-cu il tarixdə axşam saat 22 radələrində 4-cü mikrorayon ərazisində yerləşən 28/4 nömrəli binanın 3-cü mərtəbəsindəki, Zərərçəkmiş şəxs3 məxsus mənzilə qanunsuz daxil olub yataq otağında saxlanc yeri hesab olunan paltar şkafından hər biri 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə 750 əyarlı, 80 sotluq brilyant qaşlı 2 ədəd nişan üzüyünü, 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə, 750 əyarlı 1 ədəd qadın üzüyünü, 120 (yüz iyirmi) manat dəyərində 1 ədəd qızıl uşaq bilərziyini, 250 (iki yüz əlli) manat dəyərində 1 ədəd İsveçrə istehsalı olan “Swatch” markalı qadın qol saatını, 150 (yüz əlli) manat dəyərində 1 ədəd kişi qol saatını, 350 (üç yüz əlli ) manat dəyərində 1 ədəd “Grundig” markalı, 108 ekran televizoru, 50 (əlli) manat dəyərində 1 ədəd ev telefonunu, 150 (yüz əlli) manat dəyərində qaşıq, çəngəl və bıçaq dəstindən ibarət olan çantanı, 2 ədəd hər biri 25 (iyirmi beş) manat dəyərində olan qadın ətirini, 350 (üç yüz əlli) manat dəyərində qazan dəstini, bir dəst 350 (üç yüz əlli) manat dəyərində kostyumu, 2 cüt hər biri 40 (qırx) manat dəyərində ayaqqabını, 2 ədəd hər biri 40 (qırx) manat dəyərində yaxası düyməli köynəyi, 1 ədəd 100 (yüz) manat dəyərində yun ədyalı, 1 ədəd 500 (beş yüz) manat dəyərində taxt üstü pokrivalı, 35 (otuz beş) manat dəyərində 1 ədəd gümüş qadın üzüyünü, 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə, 750 əyarlı 1 cüt qızıl sırğanı gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 4015 (dörd min on beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Nəbiyev Tural Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 18 may 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə) kassasiya protesti təmin edilmiş, cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Dövlət ittihamçısı Nəbiyev Tural Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü Məhkum cəza təyini hissəsində dəyişdirilm iş, ona CM-nin 177.2.2, 177.2.3, və 177.2.4-cü maddələri ilə təqsirli bilinməklə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə məhkum olunmuş şəxsin üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində daha yüngül, humanist və ədalətli cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassa siya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə razı olmadığını bildirərək barəsində daha yüngül, ədalətli və humanist cəzanın təyin olunması haqqında qərarın qəbul edilməsini xahiş etsə də, kassasiya tələbini hər hansı dəlillərlə əsaslandırmamışdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə naməlum səbəblərdən gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının və Məhkum rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmişlərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum daha yüngül və ədalətli cəzanın təyin edilməsi haqqında qərarın qə bul edilməsi barədə tələbini CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarınd an verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəm ələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən sa xlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edi lməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərə r çəkmiş şəxslərin də cnayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qe yd edir ki, həmin şikayətin məzmununa görə, Məhkum öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun törətməsinə görə təqsirli bilindiyi əməllərinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi ilə bağlı qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktının qəbul edilməsini iddia edir. Buna görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyinə dair sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictim ai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM- nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törə dilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü ma ddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmən in müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini is ə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Belə ki, “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirlə ndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsə lən, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəz asını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və mə hkumun təqsirlili və törətdiyi əməllərinin hüquqi tövsifi ilə həmin məhkəmənin nəticələri ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin qərarında) iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə iclasnda tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun qərarların əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin əməllərini CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif etmişlər. Məhkum barəsində seçilmiş cəza tədbirinin ədalətsiz və qeyr-humanist olması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdu dlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirli bilindiyi CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum tərəfindən törədilmiş əməl üzrə zərər çəkən şəxslərin sayını, sonunculara vurulmuş ziyanı ödəməməklə və aradan qaldırmamaqla onlarla barışıq əldə edilməməsini və həmin şəxslərin şikayətçi olmalarını, əvvələr də məhkum olunaraq 09 yanvar 2019-cu il tarixli hökmlə təyin edlmiş cəzanı çəkməməsini və buna baxmayaraq yenidən qəsdən az ağır cinayətlər törətməsini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyin etmənin ümumi pr insiplərini, şərtlərini və qaydalarını, həm də törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə yuxarıda sadalanan halları nəzərə alan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq Məhkum təqsirli bilindiyi CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinə yaxın həddə cəzanın təyin edilməsini məqsədə uyğun hesab etmiş və məhkəmə kollegiyası da yuxarıda sadalanan hallardan və qanunvericiliyin tələblərindən çıxış edərək bu cəzanın ədalətsiz və qeyri-humanist cəza hesab edilməsi üçün əsaslar görmür. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum əvvəllər də Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bili nərək 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun əvvəllər az ağır cinayət törətdiyinə görə məhkum olunduqdan sonra yenidən qəsdən eyni kateqoriyalı cinayətlər törətməsi CM-nin 18.4.4-cü maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin residivini yaratmadığına görə apellyasiya instansiya məhkəməsi haqlı olaraq həmin halı CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə almamışdır. Bununla belə, bu hala istinad edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum onun barəsində birinci hökm çıxarıldıqdan çox az bir müddət keçdikdən sonra yenidən gizli talama cinayətlərini törətməsi onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməməsinə və məhkumun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir. Məhkəmə kolle giyası həmçinin onu da vurğulamağı lazım bilir ki, məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın açıq-aşkar yüngül və ya ağır olması o, halda nəzərdə keçirilə bilər ki, bu məsələnin həlli zamanı cəza təyin edən məhkəmə tərəfindən CPM-nin 139.0.5ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və araşdırılmış sübutlarla təsdiq olunan hər hansı cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hal nəzərə alınmamış olsun. Hazırki cinayət işinin materialları ilə belə halların mövcud olması müəyyən edilmir və Məhkum də kassasiya şikayətində həmin hallara istinad etməmişdir. Odur ki, məhkəmə kollegiyası buna görə də ona təyin olunmuş cəzanın ədalətsiz hesab edilməsi və həmin cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təs vir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2022ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini r əhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1404/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1404/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver