Məhkəmə qərarları › İş №1(102)-1404/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1404/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1404/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Rüstəmov Şahin Əli oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Mə hkəməsinin 22 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və həmin şikayətə edilmiş əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmü ilə (hakimlər Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən və məruzəçi), İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməmiş, əvvə llər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 noyabr 2007-ci il tarixli hökmü ilə CMin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin 19 avqust 2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 11 avqust 2015-ci il tarixli hökmü ilə CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 20 iyun 2016-cı il tarixdə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016cı il tarixli Qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş 3 (üç) ay 24 (iyirmi d örd) gün hissəsindən azad olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 (beş) ay 2 (iki) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 27 dekabr 2018-ci il tarixdə Probasiya Xidmətinin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsinə görə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası na məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 13 aprel 2021-ci il tarixdən 15 aprel 2021-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaq yolu ilə ona təyin edilmiş cəzadan çıxılmaqla məhkum olunmuş şəxsin üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 117,289 qram kustar üsulla hazırlanmış n arkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib 115,878 qram çəkidə olan hissəsini 0,438 qram və 115,440 qram çəkilərə ayırmaqla müvafiq olaraq siqaret kağızı və polietilen kəsiyi bükümlərində qablaşdıraraq yaşadığı ünvan 2 fərdi yaşayış evinin mətbəx otağında olan çarpayıdakı yorğanın altında satış məqsədi ilə gizlədib saxlamış, 1,411 qram çəkidə olan hissəsini 0,212 qram və 1,199 qram çəkilərə ayırıb müvafiq olaraq siqaret kağızı və polietilen kəsiyi bükümlərində qablaşdıraraq əynində olan qara rəngli şalvarın cibində satış məqsədi ilə saxlamış və daşımış, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 aprel 2021-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri, Tibilisi küçəsi küçəsində saxlan ılaraq Gəncə şəhəri, H.Əliyev prospekti, 265 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan həmin qara rəngli şalvarın sağ və sol yan ciblərindən satış məqsədi ilə siqaret kağızı və polietilen kəsiyi bükümlərində qablaşdırılmış müvafiq olaraq 0,212 qram və 1,199 qram çəkilərdə, ümumilikdə isə 1,411 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bundan sonra eyni tarixdə yaşadığı ünvan 2 fərdi yaşayış evinə baxış keçirilərkən evin mətbəx otağında olan çarpayıdakı yorğanın altından satış məqsədi ilə siqaret kağızı və polietilen kəsiyi bükümlərində qablaşdırılmış müvafiq olaraq 0,438 qram və 115,440 qram çəkilərdə, ümumilikdə isə 115,878 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar e dilərək götürülmüşdür. Bundan sonra o, təkrarən istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq çəkidə, yəni ümumi təmiz çəkisi 1,818 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib 0,362 qram, 0,360 qram, 0,355 qram, 0,369 qram və 0,372 qram çəkilərə ayırmaqla 05 ədəd polietilen kəsiyi bükümlərində qablaşdıraraq 01 ədəd “Rothmans” markalı boş siqaret qutusunun içərisində satış məqsədi ilə gizlədərək əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış və daşımış, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 may 2021-ci il tarixdə, saat 01 radələrində Gəncə şəhəri, Dəmiryol Vağzalının yaxınlığında yerləşən “Öznura” adlanan ye məkxananın qarşısında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindəki 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisindən satış məqsədi ilə 05 ədəd polietilen kəsiyi bükümlərində qablaşdırılmış 0,362 qram, 0,360 qram, 0,355 qram, 0,369 qram və 0,372 qram çəkilərdə, ümumilikdə isə 1.818 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mehtiyev Fikrət Ədilşah oğlunda n ibarət tərkibdə) 14 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti və həmin kassasiya şikayətinə əlavə verərək, həmin qərarın ləğv edilərək onun əməlinin daha yüngül maddə ilə tövsif edilməsini və ya cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlilləri: Kassasiya şikayətində və həmin şikayətin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayətinə əlavəsində işin müəyən edilmiş faktiki hallarına, araşdırılmış bi r sıra sübutlara istinad edən Məhkum həmin müraciətlərini onunla əsaslandırmışdır ki, o, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət törətməkdə təqsirli bilmir ona görə ki, Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları heç bir məhkəmə qərarı olmadan onun evinə daxil olmuş, ailəsinin gözü qarşısında ona zor tətbiq edərək onu polis şöbəsinə aparmış, orada da qarşısına qoyulmuş narkotik vasitənin ona məxsus olduğunu deməsi üçün yenidən zor tətbiq etmiş, deyilənlərlə razılaşmadığı üçün polis əməkdaşları onun iki dişini qırmışlar. Daha sonra, gecə olduğu üçün ailə üzvləri qorxmasın deyə həm üzərindən, həm də evindən aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması ilə razılaşmış, lakin heç bir sənədi imzalamamışdır. Polis əməkdaşlarının ona qarşı zor tətbiq etmələri və qanunsuz hərəkətləri ilə bağlı arvadı və özü şikayət ərizələri vermiş, buna baxmayaraq heç bir mötəbər sübtlar əldə edilmədən ona qarşı CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə qanunsuz ittiham irəli sürülmüş, bu ittiham üzrə də o, tamamilə əsassız olaraq məhkum edilmişdir. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, iş üzrə ekspertiza rəyləri saxtalaşdırılmış, ona qarşı ifadələr vermiş şahidlərə zor tətbiq edildiyindən onlar da məcburiyyət qarşısında qalaraq həqiqətə uyğun halları müstəntiqin dediyi kimi təsvir etmişlər. Lakin, onların göstərdiklərini təsdiq edən başqa sübutlar ibtidai araşdırma zamanı əldə olunmamış, məhkəmələr isə araşdırılmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmayaraq, onlara qanuna müvafiq qaydada qiymət verməmiş və nəticədə o, törətmədiyi cinayətə görə təqsirli b ilinərək məhkum olunmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum kassasiya şikayətinin və ona edilmiş əlavənin təmin olunmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin və ona edilmiş əlavənin məzmunundan göründüyü kimi, həmin müraciətlərində işin faktiki hallarını mübahisələndirən Məhkum sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək əməlinin təqsiri sübuta yetirilmədiyi halda qanunsuz və əsassız olaraq məhkum edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.11-ci maddələrinə görə isə, məhkəmə bu Məcəllənin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmə dikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini və ona edilmiş əlavəni kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və məhkumun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarından olduğu kimi, kassasiya şikayətlərinə əsasən hazırki işə baxan məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddə si müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apell yasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarı nı dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışının nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsb it edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlər dən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə və ona edilmiş əlavəyə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tə ləblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və kassasiya şikayətlərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdaf iəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinin tələblərindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin e dilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədil ə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni q üvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cina yət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəy yənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin po zulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət h üquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqə dar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesin də iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqs irləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələri nin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əld ə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəx sin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məc musuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmən in ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh ed ərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən ş əxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasın ı təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillər in üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməli dir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə y anaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenmunun tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası kassasiya müraciətlərində irəli sürülmüş apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və buna görə həmin qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında tələbinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində və ona edilmiş əlavədə əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.4.2 və 234.4.3-cü maddələrində n əzərdə tutulmuş cinayətləri törətməsi ilə bağlı müəyyən olunmuş faktiki halların rəhbər tutulmasını və bu halların arxasında duran bir sıra sübutlara müraciət edərək onların təhlil edilməsini zəruri bilir. Əvvəla, Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də qismən məhkəmə istintaqı aparmaqla araşdırılmış sübutl arın Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində və ona edilmiş əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə Məhkum ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəylə ri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Bu sübutların əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya müraciətlərində göstərilən dəlillərin əksinə olaraq, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi, yəni onun istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib yaşadığı evdə və üzərində saxlayaraq daşıması, həmçinin narkotik vasitələrin satışı ilə məşğu olması həmin sübutlarla tam təsdiq edilir. İş materiallarından göründüyü kimi, məhkəmələrin iş üzrə bu haqda gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunub qiymətləndirilmiş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna isə yol verməmişlər. Bütün bunlara baxmayaraq, Məhkum kassasiya müraciətlərində polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi nəticəsində üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkot ik vasitənin ona məxsus olması ilə razılaşdığığını, şahidlərin də döyülərək ona qarşı ifadə verməyə məcbur edilmələrini, heş kimə narkotik vasitə satmamasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə tələb irəli sürmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu tələbin əsassız olmasına dəlalət edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə ittiham hökmü çıxararkən, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmlə razılaşaraq yekun qərar qəbul edərkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə məhkum edilmiş şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrinə, həmçinin şahidlər Şahid3, Şahid4, Şahid1 və Şahid2 ifadələrinə, məhkəmədə tədqiq olunmuş 13 aprel 2021-ci il və 1 may 2021-ci il tarixli "Şəxsi axtarış və götürmə" haqqında, 13 aprel 2021-ci il tarixli “Evə baxış keçirilməsi haqqında” protokollara, məhkəmə kimyəvi ekspertizasının 14 aprel 2021-ci il tarixli 16/339 nömrəli, 1 may 2021-ci il tarixli 16/409 nömrəli və 23 avqust 2021-ci il tarixli 16/834 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 1226 nömrəli və məhkəmə-xətşünaslıq ekspertizasının 27 aprel 2023-cü il tarixli 4/576 nömrəli rəylərinə, 15 aprel 2021-ci il tarixli üzləşdirmə protokollarına, 20 sentyabr 2021-ci il və 6 avqust 2021-ci il tarixli “ifadənin yerində yoxlanması” haqqında protokollara, maddi sübutlara, sübut əhəmiyy ətli sənədlərə istinad edib Məhkum CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə, həmin cinayət əməllərinə aidiyyətinin və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına əsaslanmış və sonuncunun göstərilən maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasına dair mötəbər və qanuni olan yekun nəticəyə gəlmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış yuxarıda sadalanan sübutlar Məhkum ona qarşı irəli sürülmüş ittihamda göstərilən çək idə narkotik vasitə olan heroini əldə etməsinə, saxlamasına və daşımasına, bu vasitənin bir hissəsini iki nəfər şəxsə satmasına, qalan hissəsini isə satış məqsədilə üzərində və yaşadığı evdə saxlamasına və daşımasına dəlalət edir. Bu qənaəti ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətləri təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur, cinayət qanunvericiliyinin qeyd olunan normalarına əsasən isə şəxsin əməlinin CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edi lməsi üçün aşağıdakı qeyd olunan üç şərt eyni vaxtda mütləq mövcud olmaldır: - şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə etməlidir; - şəxs maddələrin dispozisiyasında göstərilən əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olmalıdır. - əməl təkrar törədilməlidir. Hazırkı iş üzrə məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-in 234.4.2 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş əməllərin obyektiv və subyektiv cəhətlərinə münasibətdə iş üzrə müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal (mübahisəsiz) ondan ibarətdir ki, Məhkum məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, həmin dövriyyəsi məhdudlaşdırılmış vasitənin - heroinin ümumi çə kisi isə külli miqdar təşkil etmişdir. Yuxarıda qeyd olunduğu kimi, bu hallar iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitəl ərə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq n iyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün Ali Məhkəmənin Plenumu tərəfindən qəbul edilmiş həmin Qərarda əksini tapan izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən olunmuş faktiki hallar, bu halların arxasında duran sübutlar Məhkum əməllərinin CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Beləliklə Məhkum qanunsuz ol araq ona istinad olunan miqdarlarda narkotik vasitəni məhz satış məqsədilə əldə edərək üzərində saxlaması və daşıması obyektiv olaraq təkcə başqa sübutlarla təsdiq olunan şahidlərin ifadələri ilə deyil, həmçinin dövriyyəsi müvafiq icazə olmadan qadağan edilmiş bu vasitənin miqdarı, onun qablaşdırılması üsulu ilə, habelə məhkumun özünün də həmin maddələrdən istifadə etməsini və narkomaniya xəstəliyindən əzab çəkməsini təsdiq edən məhkəmə-narkoloji ekspertizasının rəyi ilə də sübuta yetirilir. Məhkumun kassasiya müraciətlərinin onun polis əməkdaşları tərəfindən döyülərək zorakılığa məruz qalmasına, bu haqda arvadının və özünün hüquq mühafizə orqanlarına müraciət etmələrinə, şahidlərin də polis əməkdaşları tərəfində zor tətbiq edilərək ona qarşı ifadə verməyə məcbur edilmələrinə, iş materia llarında olan imzaların ona məxsus olmamasına münasibət bildirən məhkəmə kollegiyası iş üzrə araşdırılmış sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 7 dekabr 2023-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş Tibbi Müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından görünür ki, Məhkum 1 may 2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə qəbul edilərkən onun bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilərək məhkəmə iclaslarında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 1 noyabr 2023-cü il tarixli məktubunda və ona əlavə edilmiş tibbi kitabçanın surətində Məhkum həmin Təcridxanaya qəbul edilərkən bədəni üzər ində hər iki yuxarı və aşağı ətrafda trafiki yaralar (inyeksiyadan sonrakı) sağ aşağı ətrafda 1 ədəd köhnə çapıq toxumaları aşkar edilməsi göstərilmişdir. Həmçinin, cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilir ki, Məhkum 13 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan və onun üzərinə və evinə baxış keçirildikdən sonra zəruri ilkin istintaq hərəkətləri aparılmış, 15 aprel 2021-ci il tarixdə həbsdən olunduqdan sonra isə o, döyülməsi, ona qarşı təsir, təzyiq göstərilməsi ilə bağlı heç bir orqana və ya quruma, habelə tibb müəssisəsinə müraciət etməmiş, baxmayaraq ki, o, artıq polis əməkdaşlarının nəzarəti altında olmamış və döyülməsi, ona xəsarət yetirilməsi ilə bağlı aidiyyəti orqanlara məlumat verə bilməsi üçün kifayət qədər vaxta və imkana malik olmuşdur., Digər tərəf dən, Məhkum ikinci dəfə tutulduqdan sonra onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o, 2 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Lakin, onun adına olan tibbi kitabçanın surətindən görünür ki, həmin vaxt da onun bədəni üzərində köhnə çapıq toxumaları və inyeksiya nəticəsində yaranmış trafiki yaralar aşkar edilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi həmin inyeksiya nəticəsində yaranmış trafiki yaraların onun heroindən istifadəsi nəticəsində əmələ gəlməsi barədə qənaətə gəlmişdir. Həmçinin, iş materiallarında olan Məhkum və onun həyat yoldaşı X1 müraciətləri əsasında aparılan araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə Gəncə şəhər prokurorluğunun 31 may 2021-ci il tarixli qərarından görünür ki, Kəpəz RPİ-nin əməkdaşları nın qanunsuzluğa yol vermələri və Məhkum qarşı zor tətbiq edərək fiziki ağrılar yetirmələri, onun üzərinə narkotik vasitə qoymaları ilə bağlı toplanmış materialda əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra Məhkum kassasiya müraciətlərinin iş materiallarında olan hər hansı bir sənədi imzalamaması dəlilinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan məhkəmə-xəttşünaslıq ekspertizasının 27 aprel 2023-cü il tarixli 4/576 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 19-cu vərəqəsində olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma protokolunda “Məhkum” qrafasındakı imza, i/v 22-23-də olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda “Məhkum” qrafasındakı imza, i/v 97-də olan xx.xx.2021-ci il tarixli cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında protokolda “Məhkum” qrafasındakı imza, i/v 98-də olan xx.xx.2021-ci il tarixli ərizədə “Məhkum” qrafasındakı imza, i/v 100-də olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsə müdafiəçilərin siyahısının təqdim edilməsi haqqında protokolda “Məhkum” qrafasındakı imza, i/v 105-də olan xx.xx.2021-ci il tarixli müdafiəçini şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “Məhkum” qrafasındakı imza, i/v 106-də olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma protokolunda “Məhkum” qrafasındakı imza,i/v 107-də olan xx.xx.2021ci il tarixli şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda “Məhkum” qrafasındakı imza, i/v 108-d ə olan xx.xx.2021-ci il tarixli protokolda “Məhkum” qrafasındakı imza, i/v 109-da olan xx.xx.2021-ci il tarixli protokolda “Məhkum” qrafasındakı imza, i/v 110-112 də olan xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokolda “Məhkum” qrafasındakı imzalar, i/v 113-də olan xx.xx.2021-ci il tarixli ərizədə “Məhkum” qrafasındakı imza, i/v 114-116-da olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokolda Məhkum adından olan imzalar, i/v 118-119-da olan xx.xx.2021-ci il tarixli izahatda Məhkum adından olan imzalar, i/v 122-də olan xx.xx.2021-ci il tarixli protokolda “Məhkum” qrafasındakı imza, i/v 128-də olan xx.xx.2021-ci il tarxli protokolda “Məhkum” qrafasındakı imza, i/v 168-169-da olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad olunması və bar əsində qətimkan tədbiri seçilməsi haqqında protokolda “Məhkum” qrafasındakı imza, i/v 170-də olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsə qətimkan tədbirin şərtlərinin izah edilməsi haqqında protokolda “Məhkum” qrafasındakı imza, i/v 192-də olan xx.xx.2021-ci il tarixli protokolda “Məhkum” qrafasındakı imza, i/v 193-də olan xx.xx.2021-ci il tarixli ərizədə “Məhkum” qrafasındakı imza, i/v 203-də olan xx.xx.2021-ci il tarixli protokolda “Məhkum” qrafasındakı imza, i/v 216-da olan xx.xx.2021-ci il tarixli protokolda “Məhkum” qrafasındakı imza, 2-ci cilddə i/v 5-də olan xx.xx.2021-ci il tarixli protokolda “Məhkum” qrafasındakı imza, i/v 22-də olan xx.xx.2021-ci il tarxili protokolda “Məhkum” qrafasındakı imza - Məhkum tərəfindən icra olunmuşdur. Bundan başqa, kassasiya müraciətlərinin şahidlərin onlara qarşı zor tətbiq edilməsi səbəbindən ona qarşı ifadə vermələrinə dair dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir ki narkotik vasitə olan “kakos”, yəni heroin qəbul edir. İstifadə üçün narkotik vasitə lazım olduqda Gəncə şəhərində tanıdığı narkotik vasitə satıcılarından narkotik vasitə alır. 2021-ci ilin mart ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə o, Gəncə şəhərində, Dəmiryol Vağzalının yaxınlığında “Yüska” kimi tanıdığı, adının Yusib olduğunu sonradan bildiyi şəxsdən sonuncunun öz evinin arxa tərəfində 10 manata “kakos” kimi tanıdığı 1 çet narkotik vasitə olan heroin almışdır. Sonradan həmin şəxsi polis əməkdaşları tutmuşlar və onunl a aralarında üzləşdirmə keçirilmişdir. Üzləşmə zamanı həmin şəxsin adının Yusib olduğunu öyrənmiş, həmin şəxsin üzünə qarşı ona narkotik vasitə olan heroin satdığını bildirmişdir. Hazırda da əvvəlki ifadəsini təsdiq edir. Onda olan məlumata əsasən, Yusib ondan başqa digər şəxslərə də narkotik vasitə satır, yəni o, narkotik vasitələrin satışı ilə məşğul olan bir şəxsdir. Yusibin narkotik vasitə satışı ilə məşğul olduğunu bilmişdir. Belə ki, bir-iki nəfər üzdən tanıdığı şəxslərin Yusibdən narkotik vasitə aldığını eşitmiş, özü də Yuskanın evinə gedərək evinin arxa tərəfə açılan qapısını döymüş, qapını sonuncu özü açmış və Yusibə tanışlıq verib sonuncudan 1 çet narkotik vasitə olan heroin almışdır. Həmçinin, şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı nda tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, da xeyli müddətdir ki, narkotik vasitə olan “kakos”, yəni heroin qəbul edir və bunun üçün narkotik vasitə lazım olanda Gəncə şəhərində tanıdığı narkotik vasitə satıcılarından narkotik vasitə alır. 2021-ci ilin aprel ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə Gəncə şəhərində, o, Dəmiryol Vağzalının arxa tərəfində, yəni Tbilisi küçəsində “Yüska” kimi tanıdığı, adının Yusib olduğunu sonradan bildiyi şəxsdən sonuncunun öz evinin qarşısında 14 manata “kakos” kimi tanıdığı 1 çet narkotik vasitə olan heroin, çox az miqdarda da psixotrop maddə olan, “şüşə” kimi tanıdığı metamfetamin almışdır. Hazırki iş üzrə aparılmış ibtidai araşdırma materiallarından görünür ki, istintaq zamanı Şahid2lə Məhkum arasında üzləşdirmə keçirilərkən də adı çəkilən şahid əvvəl verdiyi ifadələrini bir daha təsdiq etmişdir. İş materiallarında olan “ifadənin yerində yoxlanılması” haqqında 6 avqust 2021-ci il və 20 sentyabr 2021-ci il tarixli protokollardan görünür ki, şahid qismində dindirilmiş S,Ə.Bayramovun və Şahid2, hər birisinin ayrı-ayrılıqda verdiyi ifadələrinin düzgünlüyünü müəyyən etmək, ifadələrində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə həmin şahidlərin ifadələri yerində yoxlanılmış və onlar əvvəl verdikləri ifadələrində göstərilən xüsusatları, yəni Məhkum narkotik vasitə aldıqları yerləri əyani olaraq göstərərək həmin ifadələrini yenə də təsdiq etmişlər. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, Şahid1in və Şahid2 yuxarıda təsvir edilən ifadələri onlara qarşı zor göstərilməsi nəticəsində vermələri, yax ud da həmin ifadələrdə göstərdikləri halları hər hansı başqa səbəblərdən uydurmaları, yəni bilə-bilən yalan ifadələr vermələri iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmiş və Məhkum da öz kassasiya şikayətində və ona edilmiş əlavədə bunlara, yəni təhlil edilən ifadələrin yolverilməz sübutlar kimi qiymətləndirilməsinə əsas verən sübutlara istinad etməmiş və bu kimi sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Bütün təsvir edilənlərdən görünən odur ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməməsi barədə kassasiya müraciətlərində irəli sürdüyü dəlillər yalnız ehtimallar üzərində qurulmuş, həmin dəlillər toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmur və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətlərinin dəlilləri Məhkum məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş dəlillər kimi dəyərləndirilməklə onlar qəbul edilməz sayılmalıdır. Buna görə məhkəmə kollegiyası o qənaətə gəlir ki, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verən məhkəmələr Məhkum törətdiyi əməlləri CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş və bu nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi onun qəbul etdiyi qərarın ləğv edilməsini şərtləndirən CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin və ona edilmiş əlavənin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi Ş.Ə.Rüstəmovun, həmin müraciətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, məhkumun kassasiya müraciətləri təmin edilməməli, onun CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarı isə kassasiya müraciətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti və ona edilmiş əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234. 4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə və ona edilmiş əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar