Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1405/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə 18 sentyabr 1982-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan so nra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: R.V.Salmanov (sədrlik edən), S.H.Hacıyev və E.Ə.Mikayılov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum 18 sentyabr 2020-ci il tarixdən 19 sentyabr 2020-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), E.G.Rəhimov və M.Ə.Rzayev) apellyasiya protesti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi il ə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 30 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxarmışdır, ona görə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 18 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Lökbatan bazarı» deyilən ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxil olan iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,503 qram və 2,939 qram olan, ümumi təmiz çəkisi 3,442 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 40 manat pul müqabilində əldə edib üzərində saxlayaraq yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış və həmin günü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotıklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirlə ri nəticəsində Abşeron rayonu, Qobu qəsəbəsi Məmmədyarov küçəsi ev 1-də yaşayan Məhkum yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon RPİ-nin Qobu Polis Bölməsinə gətirilmiş və xidməti iş otaqlarının birində üzərinə keçirilən şəxsi axtarış zamanı həmin 3,442 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəm ənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan 3,442 qram çəkidə heroinin külli miqdarda olması onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Lakin bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir f aktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında u yğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhk əmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəl cədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki,Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq,hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, Məhkum özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 18 sentyabr 2020-ci il tarixdə saat 12:30 radələrində yaşadığı ünvan 2 ünvanın yaxınlığında dayanan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmişlər. Onun külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron RPİ-nin Qobu PB-nə dəvət edilmişdir. PBdə müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş verilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, təqdim etməsi xahiş olunmuş, bu zaman o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd qara rəngli siqaret qutusunu çıxararaq təqdim etmiş, həmin siqaret qutusunun içərisində narkotik maddə olan heroin olduğunu bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun digər ciblərinə də baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirilmiş, baxış zamanı həmin siqaret qutusunun içərisində 1 ədəd sellofan büküm, həmin sellofan bükümün içərisində isə 1 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm və 1 ədəd başqa sellofan büküm olmuşdur. Həmin gümüşü rəngli kağızın içərisində sellofan büküm aşkar olunmuş, hər iki sellofan büküm gözünün qarşısında elektron tərəzidə çəkilmiş, bükümlərin birinin 0,7 qram, digərinin isə 3,1 qram olması müəyyən olunmuşdur. Bundan sonra bükümlər siqaret qutusuna daxil edilib 1 ədəd zərfdə qablaşdırılmış, şifahi sorğu zamanı o, həmin narkotik vasitəni özü istifadəsi üçün 18 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində Lökbatan bazarı deyilən yerdən tanımadığı şəxsdən 40 manata aldığını və təxminən 1 il yarım müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmadı ğını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini öz istifadəsi üçün üzərində gəzdirmiş, üzərində aşkar olunmuş narkotik vasitədən əlavə, başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamamış və yaşadığı evdə axtarış aparılmasına heç bir etiraz etməmişdir. Narkotik vasitə heroini əldə etməsindən heç kəsin xəbəri olmamışdır. Cinayət işinin ibtidai araşdırılması zamanı verdiyi ifadələrində də Məhkum üzərində aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu etiraf etsə də, bildirmişdir ki, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2020-ci il tarixdə, ünvan 3 ünvanında yaşayan, xx.xx.1982-ci il təvəllüdlü, Abşeron rayonunda anadan olmuş Məhkum külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, alinmiş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin hazırlanıb həyata keçirilməsinə dair xx.xx.2020-ci il tarixdə tərəfindən qərar qəbul olunmuşdur. Bundan sonra BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Abşeron rayon Qobu PB-nin inzibati ərazisində keçirilən əməliyyat tədbirləri zamanı Abşeron rayonu Qobu qəsəbəsi, Məmmədyarov küçəsində Məhkum yaşadığı ünvanın yaxınlığında dayanması barədə daxil olmuş məlumat əsasında sonuncunu izləməyə başlamışlar. Keçirilmiş tədbirlər zamanı Məhkum yaşadığı ünvanın yaxınlığında saat təxminən 12:30 radələrində tək dayandığı müəyyən edilmiş və sonuncu özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Məhkum Abşeron RPİ-nin Qobu PB-nə şübhəli şəxs kimi dəvət etmişlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakları ilə Məhkum üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, Şəxsi axtarış zamanı Məhkum üzərində qanunla qadağan hər hansı bir əşyanın olub-olmaması bildirilmiş, sonuncu isə həmin vaxtı əynində olan qara rəngli şalvarının sol yan cibində 1 ədəd qara rəngli siqaret qutusunu çıxardaraq təqdim etmiş, həmin siqaret qutusuun içərisində narkotik maddə vasitə ol an heroinin olduğunu və ona məxsus olduğunu bildirmiş, siqaret qutusunun içərisində 1 ədəd sellefona bükülmüş bükümdə narkotik vasitə heroin, 1 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroin olan bükülünün ona məxsus olduğunu göstərmişdir. Məhkum həmin narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Lökbatan bazarı deyilən ərazidən öz istifadəsi üçün tanımadığı şəxsdən 40 (qırx) manata aldığını qeyd etmiş, içərisində narkotik vasitəyə oxşar kütlələr götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə BNMİ-nin “Zərflər üçün” möhürü vurulmuş, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmiş, Məhkum üzərinə şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsusatlari mahiyyəti üzrə tam təsdiq edərək analoji ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, saxlanılaraq Abşeron RPİ-nin Qobu PBnə gətirilmiş Məhkum üzərində şəxsi axtarış həmin gün saat 13.50-dən 13.58-dək aparılmış və Məhkum onun barəsində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən üzərində qara rəngli siqaret qutus unu çıxarıb təqdim etmiş, həmin qutunun içərisində bir ədəd şəffaf sellofan olduğu aşkar edilmişdir. Həmin sellofan bükümə də baxış keçirilərkən içərisində 1 ədəd şəffaf büküm və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm aşkar edilmişdir. Şəxsi axtarış və götürmə video çəkilişlə aparılmış və video görüntülərin əks olunduğu “DVD” formatlı disk protokola əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verən aşağı instansiya məhkəmələri haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmiş, həmin maddədə nəzərdə tutulan cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, əməliyyat-axtarış tədbirlərin keçirildiyi zaman aparılmış videoçəkilişin əks olunduğu video görüntülərlə və işin d igər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini y erinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması ba rədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiy a protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1405/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1405/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver