Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1405/2023 03.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 180.2.1, 180.2.5 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Quliyev Rafiq Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Məcidov Azad Əli Ağa oğlu (sədrlik edən və məruzəçi), Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1984-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməmiş, İİİ qrup əlil olan, əvvəllər Nərim anov Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli hökmü ilə CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2012-ci il tarixli hökmü ilə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cinayətlərin məcmusu üzrə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 may 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 180.2.1, 180.2.5 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmə kdə təqsirli bilinərək, CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cinayətlərin məcmusu üzrə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda n arkotik vasitəni əldə edib daşıyaraq, saxlamış, həmçinin tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talama məqsədilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs ona miras qalan 1 ədəd çəhrayı rəngli şəffaf korund daşını satmaq istəməsi barədə məlumat alaraq, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanışı Şahid2 ilə əlaqə saxlayıb sonuncuya özünü Türkiyə Respublikasında yaşayan daşı almaq istəyən müştərinin daşa baxmaq və onun orijinal olduğunu yoxlamaq üçün Bakıya göndərdiyi «Çağdaş» adlı ekspert kimi təqdim edərək, 09 m art 2021-ci il tarixdə saat 20 radələrində Məhkumla birlikdə sonuncunun idarə etdiyi “BMW” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanının qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi Məhkum orada idarə etdiyi avtomobilin içərisində Təqsirləndirilən şəxs gözləmiş, Təqsirləndirilən şəxs isə cinayətkar niyyətlərini həyata keçirmək üçün Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən “Bazarstore” supermarketinin qarşısında olan avtomobil dayanacağına gedib orada Zərərçəkmiş şəxs və onun tanışları olan Şahid2 və Şahid1 ilə görüşüb müxtəlif alət və məhlullardan istifadə edib daşı yoxlaması görüntüsünü yaratdıqdan sonra Zərərçəkmiş şəxs və Şahid1 bir az kənarda dayanıb söhbət etməsindən, Şahid2 isə supermarketə getməsindən istifadə edərək onların gözü qarşısınd a qiyməti 17000 manat olan 1 ədəd 2,98 qram kütləli, 14,9 karat ölçüdə, karaşon cilalı, markiz formalı, həndəsi ölçüləri 178,33 mm x 12,32 mm x 7,42 mm olan çəhrayı rəngli, şəffaf korund daşını götürüb qaçmaqla açıq yolla talayıb Zərərçəkmiş şəxs 17.000 (on yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq soyğunçuluq cinayəti törətmişdir. Bundan başqa, Məhkum naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda 4010 qram (4 kq 10 qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq kirayə yaşadığı ünvan 4 ünvanında saxlamış, 09 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxslə birlikdə törətdiyi soyğunçuluq cinayəti ilə əlaqədar şübhəli olduğundan 12 mart 2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmi ş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 15:45də yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılmış, saat 16 radələrində yaşadığı mənzildə axtarış keçirilən zaman mənzildə olan güzgülü divar dəstinin üzərindən cinayət yolu ilə satış məqsədi ilə əldə edilmiş 1 ədəd çəhrayı rəngli şəffaf korund daşı, paltar dolabının içərisindən isə göy rəngli sellofan torbada 4010 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Quliyev Rafiq Əli oğlu və məhkum Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi) Mursaqulov Vaqif Ənvər oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 29 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birici instansiya məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi R.Ə.Quliyev kassasiya şikayəti verərək həmin qərardan hüquqlarını müdafiə etdiyi şəxsin CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair hissənin xaric edilməsini və onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif olunması və həmin maddədə nəzərdə tutulan cəza həddində cəza təyin edilməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cinayət əməlinin hüquqi tövsifinə, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyasına həsr olunmuş CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) müvafiq normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli və qüvvədə olmayan “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il Qərarlarına, habelə Məhkum ifadələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi R.Ə.Quliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq məhkəmə iclasında tədqiq edilmiş sübutlara deyil, cinayət prosesini həyata keçirən ibtidai istintaq orqanının ibtidai araşdırma zamanı gəldiyi nəticələrə əsaslanmaqla Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməsi barədə qənaətinə gəlsə də, cinayət işi üzrə toplanmış sübutların hərtərəfli, tam və obyektiv araşdırılmasını, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülmüş dəlillərin mötəbərliyinin yoxlanılmasını təmin etməmiş, həmin dəlillərin arasında olan ziddiyyətləri aradan qaldırmamışdır. Halbuki, Məhkum məhkəmə iclasnda verdiyi ifadələrində ona qarşı CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək tanışı Təqsirləndirilən şəxs Zərə rçəkmiş şəxs məxsus olan daşı soyğunçuluq yolu ilə əldə etməsindən məlumatlı olmamasını, sonuncu belə bir niyyətinin olması barədə ona bildirməməsini göstərmişdir. Hadisə günü o, yalnız Təqsirləndirilən şəxs xahişi ilə onu kiminləsə görüşəcəyi yerə avtomaşınla aparmış, orada onu gözləmiş və sonradan onlar birlikdə yaşadığı evə geri qayıtmış, Təqsirləndirilən şəxs törətdiyi soyğunçuluq əməli barədə isə evdə bilərək buna görə öz iradını bildirmiş və daşın sahibinə qaytarılmasını tələb etmiş, özü isə sonuncu ilə birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkərkən yaranmış münasibətlərinə görə onun bu hərəkətləri barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Müdafiəçi həmçinin qeyd etmişdir ki, Məhkum evində, özünün dediyi kimi, cəmisi 400 qram qurudulmuş marixuananı şəxsi istifadəsi üçü n mənzilində saxlamasına baxmayraq, polis əməkdaşları bu narkotik vasitənin miqdarını 4010 qram olması kimi rəsmiləşdirilmiş, eyni zamanda özləri ilə gətirdikləri elektron tərəziləri də mənzilə qoyub baxış protokolunda onların da guya Məhkum məxsus olmasını göstərmişlər. Bu hallara görə, Məhkum qarşı CM-nin 234.1-ci maddəsi ilə deyil, CM-nin 234.4.3-cü maddəsi ilə də ittiham irəli sürülmüş, nəticədə isə o, əsassız olaraq həm bu maddə ilə, həm də CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Şərh olunanlara əsaslanaraq Məhkum müdafiəçisi R.Ə.Quliyev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bununla bağlı məhkəməyə ərizə ilə müraciət etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə naməlum səbəblərdən gəlməmiş, məhkumun müdafiəçisi R.Ə.Quliyev isə həm elektron qaydada, həm də teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar olaraq məhkəmə prosesində iştirak etmək imkanının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, onun müdafiəçisi R.Ə.Quliyevin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla b axılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi R.Ə.Quliyevin həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum CM-nin 180.2.1, 180.2.5 və 234.4.3-cü maddələri elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş, sonuncunun narkotik vasitənin qanusuz dövriyyəsi ilə bağlı əməli düzgün tövsif edilməmiş və o, təqsiri sübuta yetirilmədiy i halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi R.Ə.Quliyev apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın dəyişdirilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi R.Ə. Quliyevin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni q üvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddə sinin III hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanu nsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb həmçinin ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini, digər tərəfdən isə hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində nəticəsində zərər çəkmiş şəxslərin də hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin ödənilməsi üçün cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini, bu və ya digər cinayətin, yaxud da cinayətləri törətməkdə təqsirli bilinmiş şəxslərin isə qa nuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində hər hansı cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanu nlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçir ilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qa nunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsində qeyd olunmuşdur ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallar da məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edə n, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərard a qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramovun və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbayc an Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış bütün sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətinin məzmununa görə, Məhkum hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs təqsirli bilindiyi soyğunçuluq cinayətini törətməsində hər hansı şəkildə iştirak etməmiş, o, sadəcə sonuncunun xahişi ilə onun kiminləsə görüşəcəyi yerə aparıbgətirmiş, onun əməli barəsində isə sonra məlumat almış və belə olan halda hüquqlarını müdafiə etdiyi şəxs əsassız olaraq CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olun muşdur. Məhkəmə kollegiyası bu dəlilə cavab olaraq ilk növbədə qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırlmış sübutlarla müdafiəçi tərəfindən mübahisələndirən işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Məhkum özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs ona miras qalan 1 ədəd çəhrayı rəngli şəffaf korund daşını satmaq istəməsi barədə məlumat alaraq, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanışı Şahid2 ilə əlaqə saxlayıb sonuncuya özünü Türkiyə Respublikasında yaşayan daşı almaq istəyən müştərinin daşa baxmaq və onun orijinal olduğunu yo xlamaq üçün Bakıya göndərdiyi «Çağdaş» adlı ekspert kimi təqdim edərək, 09 mart 2021-ci il tarixdə saat 20 radələrində Məhkumla birlikdə sonuncunun idarə etdiyi “BMW” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanının qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi Məhkum orada idarə etdiyi avtomobilin içərisində Təqsirləndirilən şəxs gözləmiş, Təqsirləndirilən şəxs isə cinayətkar niyyətlərini həyata keçirmək üçün Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən “Bazarstore” supermarketinin qarşısında olan avtomobil dayanacağına gedib orada Zərərçəkmiş şəxs və onun tanışları olan Şahid2 və Şahid1 ilə görüşüb müxtəlif alət və məhlullardan istifadə edib daşı yoxlaması görüntüsünü yaratdıqdan sonra Zərərçəkmiş şəxs və Şahid1 bir az kənarda dayanıb söhbət etməsindən, Şahid2 isə supermarketə getməsindən istifadə edərək onların gözü qarşısında qiyməti 17000 manat olan 1 ədəd 2,98 qram kütləli, 14,9 karat ölçüdə, karaşon cilalı, markiz formalı, həndəsi ölçüləri 18,33 mm x 12,32 mm x 7,42 mm olan çəhrayı rəngli, şəffaf korund daşını götürüb qaçmaqla açıq yolla talayıb Zərərçəkmiş şəxs 17.000 (on yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq soyğunçuluq cinayəti törətmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona elan olunmuş ittihamın bu epizodu üzrə ümumiyyətlə təqsirli bilməyərək göstərmişdir ki, o, əvvəllər külli miqdarda narkotik vasitələrin satışı və qaçaqmalçılıq cinayətlərini törətdiyinə görə məhkum olunmuş və cəzaçəkmə müəssisəsində cəza çəkərkən təqsirləndirilən Təqsirləndirilən şəxslə tanış olmuşdur. Onun atası Şahid6 anasından ayrılaraq Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır və onun Bakı şəhərində yaşayan Şahid2 adlı dostu var, o, özü də Şahid 2ı tanımış, lakin onunla təsadüfi hallarda rastlaşanda görüşmüşlər. Atası Şahid6 Bakı şəhərində olarkən Şahid 2 atasına bir nəfər şəxsdə bahalı daş olmasını, həmin daşı baha qiymətə satmaq istəməsini, bunun üçün müştəri axtardığını bildirərək ondan da alıcı tapmaqda köməklik göstərməsini xahiş etmiş və həmin daşın şəklini atasına göndərmişdir. O, yəni Məhkum təsadüfən daşın fotoşəklini atasının telefonunda görüb maraqlandıqda, atası həmin daşın qiymətinin 1 milyon manat omasını, daş sahibinin isə onu bu qiymətə sata bilən şəxsə 100.000 manat verəcəyini deyib bunu belə izah etmişdir ki, daşı satmaq istəyən şəxs Bakı şəhərində müxtəli f zərgərlərə müraciət etmiş və zərgərlər ona həmin daşa görə 50.000-100.000 arasında pul verə bilmələrini, lakin xarici ölkələrdə həmin daşı daha baha qiymətə satmağın mümkün olmasını demişlər. Bu haqda bildikdə o, atasından həmin daşın şəklini ona göndərməsini xahiş etmiş və atası bunu etdikdən sonra tanışı Təqsirləndirilən şəxs uzun illər xaricdə işləməsini və onun xarici ölkələrdə yaxşı əlaqələri olduğunu bilərək sonuncunun daşı xaricdə yaşayan tanışlarına baha qiymətə sata bilməsini ehtimal edib atasının dedikləri barədə ona məlumat vermiş və eyni zamanda həmin daşın fotoşəklini ona göstərmişdir. Təqsirləndirilən şəxs bu məsələ ilə marqanacağını bildirsə də, sonra dan ona heç bir məlumat eməmiş, o, da xaricdə müştəri tapa bilməmiş və buna görə o, bir daha bu söhbətə qayıtmamışdır. 09 m art 2021- ci il tarixdə saat 20 radələrində o, Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı evdə olarkən sonuncu öz işi ilə bağlı bir yerə getməli olduğunu bildirərək onu avtomobillə həmin yerə aparmasını və onu orada gözləməsini xahiş etmiş, o, da bu təklifi yerinə yetirməyə razılaşaraq özünə məxsus “BMW” markalı avtomobildə Təqsirləndirilən şəxsla birlikdə onun dediyi yerə - metronun “Xətai” stansiyasının arxasındakı küçəyə gəlmiş, orada isə Təqsirləndirilən şəxs onu maşında gözləməsini deyib özü harasa getmişdir. Təxminən bir saatdan sonra Təqsirləndirilən şəxs qayıdıb avtomobilə əyləşərək getməyi istəmiş və yolda daşı satan şəxslə görüşdüyünü və həmin əşyaya baxdıqdan sonra onu götürüb qaçdığını bildirmişdir. Təqsirləndirilən şəxsdan etdiyi hərəkətin səbəbini soruşduqda Təqsirləndiri lən şəxs bildirmişdir ki, daşı satan şəxsdə qiymətli daşlardan çoxdur, bu səbəbdən bu daşı götürüb qaçmışdır. Onlar onun yaşadığı mənzilə qaytdıqdan sonra Təqsirləndirilən şəxs ələ keçirdiyi cəhrayı rəncdə yaqut daşından düzəldilmiş qaşı saxlamaq üçün ona vermiş, o, da həmin qaşı evdə kamodun üzərinə qoymuşdur. 12 mart 2021-ci İl tarixdə o, yaşadığı mənzildə olduğu zaman polis əməkdaşları gəlib evində axtarış keçrilərkən o, Təqsirləndirilən şəxs ələ keçirdiyi daşı sonunculara təqdim etmişdir. Baxış zamanı həmçinin ona məxsus təxminən 400 qram çəkidə qurudulmuş marixuana da aşkar edilərək götürülmüş və o, həmin marixuananı öz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Lakin, sonradan ona tərtib edilmiş sənədlərdən ona məlum olmuşdur ki, guya mənzildən 4 kq-dan çox çəkidə qurudulmuş mari xuana və iki ədəd elektron tərzi aşkar edilərək götürülmüşdür. Halbuki o, mənzilində bu çəkidə narkotik vasitə və elektron tərəzi saxlamamış, narkotik vasitələrin satışı ilə isə məşğul olmamışdır. Məhkum cinayət işi üzrə ibtidai araşdırmanın ilkin mərhələsində heç bir təsir və təzyiq göstərilmədən, müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrindən isə görünür ki, o, yuxarıda göstərilən qaydada atası Şahid6 Zərərçəkmiş şəxs məxsus daşın xaricdə baha qiymətə satılmasının mümkün olması barədə məlumat alıb bunu Təqsirləndirilən şəxsə bildirmiş və eyni zamanda atasının dostu Şahid2 da telefon nömrəisini ona verərək onun sonuncu ilə görüşərək özünü Türkiyədən gələn mütəxəssis olmasının deməsini, daşa baxmaq üçün görüş təyin etməsini, görüş zamanı türk dilində danışmasını, daşa baxarkən isə fürsə tdən istifadə edərək daşı götürüb qaçmasını təklif etmişdir. Təqsirləndirilən şəxs bu təkliflə razılaşmış və qurduqları plana uyğun olaraq özünün xarici dövlətə məxsus «Whatsapp» nömrəsi ilə Şahid 2la telefonla danışıb daşa baxmaq üçün görüş təyin etmişdir. 09 mart 2021-ci il tarixdə saat təxminən 19 radələrində o, Təqsirləndirilən şəxsla birlikdə idarə etdiyi, özünə məxsus olan BMV markalı **-XC-*** dövlət qeydiyyat nömrəli avtomobillə «Bazarstore» marketin yaxınlığında dayandıqdan sonra Təqsirləndirilən şəxs orada düşüb piyada marketin həyətinə getmiş, o, isə avtomaşında oturuub onu gözləmişdir. Təxminən 1 saatdan sonra Təqsirləndirilən şəxs qayıdıb avtomaşına əyləşərək dərhal oradan getməsini təklif etmiş və onlar birlikdə onun yaşadığı mənzilə qayıtmışlar. Yolda olarkən Təqsirləndirilə n şəxs əlində bir ədəd çəhrayı rəngli daşı göstərib həmin daşı Mirtofiqgildən götürüb qaçmasını bildirmişdir. Ələ keçirdikləri daşı o, Təqsirləndirilən şəxs götürərək yaşadığı mənzildə saxlamış, məqsədi isə sonradan onu Türkiyəyə aparıb orada satmaq olmuşdur. Səhəri günü o, atası Şahid6 zəng edib daşı ələ keçirmələrini bildirdikdə sonuncu onu sahibinə qatarılmasını təklif etsə də o, bununla razılaşmamış, 12 mart 2021-ci il tarixdə isə polis əməkdaşları yaşadığı mənzilə gəlib oarada axtarış apararkən o, Zərərçəkmiş şəxs məxsus daşı sonunculara təhvil vermişdir. Eyni zamanda polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilərkən öz şəxsi istifadəsi üçün xeyli miqdarda, Maştağa qəsəbəsində yaşayan X adlı şəxsdən 100 qramını 750 manata aldığı quruduliuş marixuana da aşkar edilərək götürülmüşd ür. Cinayət işi üzrə ibtidai araşdırma zamanı toplanmış sübutların təhlili göstərir ki, Məhkum Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməklə Zərərçəkmiş şəxs məxsus dəyəri 17.000 manat olan 1 ədəd 2,98 qram kütləli, 14,9 karat ölçüdə, karaşon cilalı, markiz formalı, həndəsi ölçüləri 18,33 mm x 12,32 mm x 7,42 mm olan çəhrayı rəngli, şəffaf korund daşını zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq yolu ilə ələ keçirməsi obyektiv olaraq elə özünün qismən etirafedici ifadələrində göstərdiyi hallarla - qeyd olunan daşın xaricdə baha qiymətə satılması mümkünlüyü barədə Təqsirləndirilən şəxs məlumat verməsi, əvvəlcədən atasının dostu olan Şahid2 mobil telefon nömrəsini və daşın şəklini ona göndərməsi, hadisə günü məhz daşı ələ keçirmək məqsədilə sonu ncu ilə birlikdə hadisə yerinə gəlməsi, Şahid2 onu tanıya bilməsindən ehtiyat edərək daşa baxmaq və qiymətləndirmək adı altında Təqsirləndirilən şəxs təyin olunmuş görüş yerinə göndərməsi, özünün isə hadisə yerindən kənarda avtomaşında gözləyərək cinayət törətdikdən sonra Təqsirləndirilən şəxsla birlikdə öz mənzilinə gəlməsi, ən əsası isə daşı ondan götürüb üç gün ərzində evində saxlaması və bundan sonra həm atası Şahid6, həm də Şahid2 vasitəsilə ələ keçirilmiş daşı sahibi Zərərçəkmiş şəxs qaytarılması üçün heç bir tədbir görməməsi ilə (Məhkum məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs etdiyi hərəkətə görə məzəmmət etməsini göstərsə də soyğunçuluq yolu ilə ələ keçirilmiş daşı sonuncudan götürdükdən sonra onu üç gün ərzində yaşadığı mənzildə saxlamasını və ya atasının, yaxu da Şah id2 vasitəsilə onu sahibinə qaytamamasının səbəblərini hər hansı şəkildə izah edə bilməmiş, bununla əlaqədar kassasiya şikayətində də heç bir dəlil irəli sürülməmişdir) yanaşı bu hallarla uzlaşan hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid6, Şahid3 ifadələri ilə, müxtəlif istintaq hərəkətlərinin (axtarış və götürmə, tanınmaya təqdim etmə, ifadələrin yerində yoxlanılması və s.) aparıması haqqında protokollarla, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, telefon danışıqlarının aparılması barədə məlumatlarla və digər sübutlarla tam təsdiq edilir. Bu sübutların hamısı birinci instansiya məhkəməsində ətraflı tədqiq edilərək həmin məhkəmənin 15 sentyabr 2021-ci il tarixli hökmündə tam, apellyasiya insansiyası məhkəməsini n 29 mart 2022-ci il tarixli qərarında isə qismən təsvir olunduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür və bu sübutlara əsaslanaraq hesab edir ki, Məhkum özü bilavasitə özgənin əmlakını ələ keçirməsə də, onun soyğunçuluq cinayətinin törədilməsi barədə əvvəlcədən Təqsirləndirilən şəxslə razılaşması, bu cinayətin törədilməsi barədə əldə edilmiş razılığa əsasən onun üzərinə düşən vəzifələri yerinə yetirməsi, yəni 09 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qurduqları plana uyğun olaraq özgənin əmlakını fürsətdən istifadə edərək ələ keçirməsi və dərhal hadisə yerindən uzaqlaşması barədə təlimatlandırdıqdan sonra hadisə yerinə gətirməsi, idarə etdiyi avtomaşında kənarda dayanıb onu gözləməsi və Zərərçəkmiş şəxs məxsus daşı ələ keçirdikd ən sonra onu hadisə yerindən uzaqlaşdırması, eyni zamanda həmin daşı götürüb sonradan istədiyi kimi ona dair sərəncam vermək məqsədilə yaşadığı mənzildə saxlaması (törədilmiş soyğunçuluq cinayətinin obyektiv cəhətəinə aid olan olan hərəkətlərin son mərhələsi) məhkumun məhz qabaqcadan əlbir olmuş bir qrup şəklində təhlil edilən cinayəti törətməsinə dəlalət edir. Belə qənaət cinayət qanunvericiliyinin tələbinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenmunun izah və tövsiyələrinə də tam uyğundur. Belə ki, CM-nin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cə lb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 34.1-ci maddəsinin tələbinə görə, qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. CM-nin 180.2.1-ci maddəsində isə qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən soyğunçuluğun törədilməsinə, yəni özgənin əmlakının açıq talanmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərilən maddələrə geniş şərh verərək vurğulamışdır ki, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bü tün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma kimi cinayət tərkibləri (CM-nin 218, 220 və 279-cu maddələri). Qərarda həmçinin qeyd olunmuşdur ki, CM-nin 19-cu maddəsinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı olaraq cinayət tö rətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edildiyindən, yaş həddinə çatmadığına və ya anlaqlı olmadığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsin iştirakı ilə cinayət əməlinin törədilməsi iştirakçılıq kimi tövsif edilə bilməz. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcə lləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Adı çəkilən Qərarın 5-ci bəndinə görə, oğurluq edilərkən təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçu luq kimi tövsif edilməlidir. Qərarın 7-ci bəndində qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Təhlil olunan Qrarın 10-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların böl üşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, məhkəmələr araşdırılmış sübutlara qiymət verib Məhkum məhz qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində soyğunçuluq cinayətini törətməsi barədə nəticəyə gələrkən yuxarıda təsvir edilmiş qanunvericiliyin tələblərini, Konstiusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini kifayət qədər nəzərə almış və bunlara uyğun olaraq onun həmin əməllərini CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə düzgün tövsif etmişlər. Araşdırılmış sübutların, xüsusən də zərərçəkmiş Zərərçəkmiş şəxs və hadisə baş verən zaman onunla birlikdə olmuş şahidlər Şahid1, Şahid2, habelə Şahid6 ifadələrinin təhlili göstərir ki, sonuncular cinayət təqibinin bütün mərhələlərində törədilmiş soyğunçuluğun halları barədə ardıcıl olaraq eyni cür ifadələr vermiş və həmin ifadələr həm biri-biri ilə, həm də digər sübutlarla üst-üstə düşməklə Məhkumun və Təqsirləndirilən şəxsin qabaqcadan əlbir olmuş bir qrup şəxs kimi zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını açıq talama yolu ilə ələ keçirməsini təsdiq edir. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin təhlil edilən məsələ ilə bağlı təmin edilməsini mümkün bilməyərək Məhkum barəsindəki yekun məhkəmə a ktlarından onun CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair hissənin xaric edilməsi, yaxud da bu hissədə cinayət işinin icraatına xitam verilməsi üçün heç bir qanuni əsas görmür. Həmçinin məhkəmə kollegiyası Məhkum mənzilində axtarış aparılarkən cəmisi 400 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi, bu narkotik vasitəni isə hüquqlarını müdafiə etldiyi şəxsin öz istifadəsi üçün əldə edərək saxlaması, buna görə də onun bu əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə dəlilinə cavab olaraq əvvəla qeyd edir ki, iş materiallarında olan axtarış və götürmə haqqında 12 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkətlərinin aparılması nəticəsində Məhkum mənzilində aşkar edilmiş, qurudul muş marixuanaya bənzər ot şəklində kütlə elə onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və həmin vaxt bu kütlənin çəkisinin 4 kiloqram 30 qram olması müəyyən olunmuş, sonuncu da buna heç bir etirazını bildirməmiş, lakin göstərmişdir ki, həmin narkotik vasitə olan qurudulmuş marixuananı o, öz şəxsi istifadəsi üçün əldə etmiş, bunun da müqabilində satıcıya əldə etdiyi narkotik vasitənin hər 100 qramına görə 750 manat pul vermişdir. Bundan başqa, göstərilən istintaq hərəkətinin aparılması zamanı Məhkum yaşadığı mənzildə həmçinin iki ədəd elektron tərəzi də aşkar edilərək götürülmüş və bunu da sonuncu inkar etməmişdir. Eyni zamanda, Məhkum ilkin izahatında və ifadələrində istər aşkar edilmiş narkotik vasitənin miqdarının polis əməkdaşları tərəfindən artırılmasını, istərsə də sonuncuların onu n mənzilinə elektron tərəziləri qoymalarını da bildirməmişdir. O, ki qaldı əldə etdiyi narkotik vasitəyə görə onun yuxarıda göstərilən məbləğdə pul verməsi halına, məhkəmə kollegiyası heç bir yerdə işləməyən və III qrup əlil olan Məhkum yalnız özünün istifadə etməsi üçün belə məbləğdə pul verib külli miqdarda narkotik vasitə əldə etməsi barədə ifadələrini inandırıcı saymır və hesab edir ki, həm bu hal, həm də aşkar edilmiş narkotik vasitənin külli miqdarda olması, eyni zamanda onun yaşadığı mənzildə iki ədə elektron tərəzilər saxlaması həmin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və daşımasına dəlalət edir. Belə nəticə isə, cinayət qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyu n 2005-ci il tarixli Qanununun, bu Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə Siyahıların” tələblərindən, habelə məhkəmələr tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılarkən vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Ali Məhkəmənin Plenumunun 04 mart 2011-ci il tarixdə qəbul etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarda məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Əvvəla məhkəmə kolleiyası qeyd edir ki, araşdırılmış sübutlara əsasən məhkəmələr Məhkum qarşı CM -nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla razılaşaraq iş üzrə belə nəticəyə gəlmişlər ki, Məhkum naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4010 qram (4 kq 10 qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq kirayə yaşadığı ünvan 4 ünvanında saxlamış, 09 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxslə birlikdə törətdiyi soyğunçuluq cinayəti ilə əlaqədar şübhəli olduğundan 12 mart 2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 15:45də yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılmış, saat 16 radələrində yaşadığı mənzildə axtarış keçirilən zaman mənzildə olan güzgülü divar dəstinin üzərindən cinayət yolu ilə satış məqsədi ilə əldə edilmiş 1 ədəd çəhrayı rəngli şəffaf korund daşı, paltar dolabının içərisindən isə göy rəngli sellofan torbada 4010 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərinə görə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Cinayət qanunvericiliyinin tələblərinə və mənasına əsasən şəxsin əməlinin CM-nin 234.4.3-ci maddəsi ilə tövsif edilməsi üçün aşağıdak ı qeyd olunan üç şərt eyni vaxtda mütləq mövcud olmaldır: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; - şəxs bu əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-1.0.10cu maddələrində narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması anlayışlarına izah verilməklə yanaşı həmçinin 1.0.11-ci maddədə göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-nin 234.4.3-cü maddəsinin məzmununa və mənasına görə, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi haqda nəticəyə gəlmək üçün onun külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri, habelə bunlara aid olmayan güclü təsir edən maddələri satması ilə yanaşı həmçinin belə vasitə və maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və ya göndərməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçirilməsi üçün müəyyə n avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Adı çəkilən Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə İ Siyahıdan görünür ki, qurudulmuş marixuananın 5 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarı isə isə külli miqdar hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsəd i ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda şərh edilənlərdən çıxış edərək və Məhkum külli miqdarda – 4010 qram çəkidə (şəxsi istehlak miqdarından səkkiz yüz dəfədən, külli miqdarından i sə dörd dəfə çox miqldarda) qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib iki ədəd elektron tərəzi ilə birlikdə yaşadığı mənzildə saxlaması iş üzrə heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasnda araşdırılmış sübutlarla təsdiq olunmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, bu hallar məhkumun həmin narkotik vasitəni məhz satış məqsədilə qanunsuz olaraq əldə edərək saxlaması və buna görə də onun bu əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Belə olan halda, məhkəmə kollegiyası Məhkum təhlil edilən əməlinin CM-nin 234.1ci maddəsi ilə də tövsif edilməsi üçün əsaslar müəyyən etmir və bu baxımdan təhlil edilən məsələ ilə bağlı da kassasiya şikayətinin də lillərini qəbul edilməz sayaraq həmin şikayətin bütövlükdə təmin edilməməsi barədə qərarın qəbul edilməsini məqsədə uyğun hesab edir. Müdafiəçi R.Ə.Quliyev kassasiya şikayətində Məhkum həm onun təqsirli bilindiyi CM-nin 180.2.1, 180.2.5 və 234.4.3-cü maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaların açıq-aşkar ağır olmasını mübahisələndirməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi onun barəsində həmin maddələrlə və cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi məsələsini həll edərkən CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl edərək məhkumun törətdiyi cinayət əməllərinin xarakeri və ictimai tə hlükəlilik dərəcəsi ilə yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən onun İİİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hal, onun əvvəllər də ağır cinayətlər törətdiyinə görə məhkum olunduqdan sonra məhkumluğu ödənilməmiş yenidən ağır cinayətlər törətməsini isə cinayətlərin təhlükəli residivini yaradan, yəni CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıarn hal kimi kifayət qədər nəzərə almış və CM-nin 65.2-ci maddəsinin tələblərinə əməl etməklə ona bu hallara uyğun olan qanuni və ədalətli cəzalar təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu məsələ üzrə də həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası da Məhkum istər CM-nin 180.2.1, 180.2.5 və 234.4.3-cü maddələri ilə (CM-nin 180.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək, CM- nin 234.4.3-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur), istərsə də CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaların hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar görmür və buna görə apellyasiya instansiyası məhkəməsinin mübahisələnlirilən qərarının bu məsələyə dair hissədə də dəyişdirilməsini mümkün bilmir. Beləliklə, müdafiəçi R.Ə.Quliyevin kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edən məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisəl əndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 180.2.1, 180.2.5 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı Məhkum aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti t əmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.5 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı Məhkum aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1405/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1405/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver